22 Dekabr 2024, Bazar

Muxtar respublikada yaz suvarma mövsümünü mütəşəkkil təşkil etmək üçün kanallarda, nasos stansiyalarında və digər hidrotexniki qurğularda təmir işləri aparılır, anbarlara suyun yığılması həyata keçirilir.

Bu məqsədlə yanvar ayında 12 kilometr beton və torpaq kanal, 17 kilometr ara arxlar, 5 kilometr kollektor lildən təmizlənmiş, 9 kilometr yeni suvarma xətti çəkilmişdir. Həmçinin 49 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmış, Babək rayonunda sağ sahil magistral kanalında təmir işləri davam etdirilmişdir. Hazırda muxtar respublika ərazisindəki su anbarlarında 122 milyon kubmetr su ehtiyatı vardır.
Ötən ay torpaq sahələrini sel sularının zərərli təsirindən qorumaq üçün Arpaçay və Cəhriçay vadilərində, ümumilikdə, 720 metr istiqamətləndirici bənd tikilmiş, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 700 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmiş, 8 kilometr paylayıcı boru xətti quraşdırılmış, 45 hidrant hovuzu tikilmişdir. Əhalinin içməli su təminatını yaxşılaşdırmaq məqsədilə 2 kilometr yeni içməli su xətti çəkilmiş, 5 kəhrizdə bərpa işləri davam etdirilmişdir. Bu dövrdə 2 subartezian quyusu balansa götürülmüş, 49 subartezian quyusu təmir olunmuşdur. Eləcə də suvarma mövsümünə hazırlıqla əlaqədar təmirə ehtiyacı olan maşın-mexanizmlər, elektrik avadanlıqları təmir olunaraq saz vəziyyətə gətirilmişdir.
Rayon mərkəzi və ətraf kənd­lərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində Şərur rayonunun Cəlilkəndində 6135 metr, Babək rayonunun Nehrəm və Araz kəndlərində 6915 metr su, 3512 metr kanalizasiya xətti ­çəkilmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR