Dünya birjalarında neftin qiyməti ucuzlaşır.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,25 dollar geriləyərək 65,85 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,35 dollar ucuzlaşaraq 60,59 dollar təşkil edib.