ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” 2019-cu və 2020-ci illər üzrə neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb.
Bu il “Brent” markalı xam neftin bir barrelinin orta qiyməti 63,9 dollar olacaq. “Goldman Sachs”ın gələn il üzrə proqnozu isə 60 dollar/barreldir.
Bankın “Light” markalı neftin bir barrelinin builki qiymətinə dair proqnozu 56,9 dollar, 2020-ci il üzrə isə 55,5 dollardır.
“Goldman Sachs” 2020-ci ildə qlobal neft tələbatının gündəlik 1,2 milyon barrel artacağını və qeyri-OPEC üzrə neft tədarükünün isə sutkada 2,1 milyon barrel çoxalacağını gözləyir.