Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti tərəfindən istehlakçıların fasiləsiz və təhlükəsiz təbii qazla təmin olunması məqsədilə qarşıda duran vəzifələr noyabr ayında da həyata keçirilmişdir. Belə ki, ötən ay muxtar respublikanın şəhər və rayonlarından daxil olan müraciətlərə əsasən 142 mənzil və müxtəlif təyinatlı obyektlər qazlaşdırılmışdır ki, bunun da 112-si əhali, 30-u qeyri-əhali abonentlərdir.
Noyabr ayında qaz təchizatı sistemində mövcud nasazlıqların aradan qaldırılması üçün tədbirlər görülmüş, təbii qazın şaxtalı hava şəraitində nəqli ilə əlaqədar hazırlıq işləri vaxtında başa çatdırılmış, qazpaylayıcı stansiyalarda qazqızdırıcı qurğular işə salınmışdır. Həmçinin qaz təsərrüfatında istismar üçün yararsız xətlərin və avadanlıqların müəyyən edilərək yenilənməsi həyata keçirilmiş, təbii qazdan qanunsuz istifadə hallarına nəzarət gücləndirilmiş, istehlak olunan qazın dəyərinin tam həcmdə toplanması təmin edilmişdir.
Ötən ay qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə 13 müdavimə Naxçıvan Regional Peşə Tədris Mərkəzində Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsi üzrə ixtisasartırma kursunu bitirdiyinə görə sertifikat verilmişdir.
Qaz İstismar Xidmətinin qaynar xəttinə qaz sızması, qaz tənzimləyicilərin nizamlanması, smartkarttipli elektron sayğacların bloka düşməsi və qəza-bərpa işlərinə görə 1598 çağırış daxil olmuş, qəza-bərpa işləri vaxtında aradan qaldırılmışdır.
Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smartkarttipli qaz sayğacları ilə əvəz olunması istiqaməti üzrə işlər davam etdirilmiş, cari ilin noyabr ayında 42 sayğac quraşdırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Qaz İstismar Xidməti