22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi ilə 22-23 noyabr tarixlərdə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində ənənəvi “X Rusiya-Azərbaycan Regionlararası Forumu” keçirilmişdir. 

Forumda hər iki ölkənin dövlət təşkilatlarının rəsmiləri və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak etmişlər. Noyabrın 23-də forum işini Mos­kvadakı “Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi” Sərgi-Kompleksindəki “Kosmos” pavilyonunda davam etdirmiş, həmin gün “Azərbaycan” pavilyonunun da açılışı olmuşdur.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev, sahibkarlıq subyektlərindən isə “Dizayn Holdinq” Kommersiya Şirkətlər İttifaqının, “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının, “Danyeri dondurmaları” müəssisəsinin, “Dekor Qrup” MMC-nin nümayəndələrinin iştirakı təmin edilmişdir.
Muxtar respublikadan olan nümayəndə heyəti forum çərçivəsində keçirilmiş müxtəlif tədbirlərdə iştirak etmiş, yerli və xarici tərəfdaşlarla müzakirələr aparmışdır.
Forumun yekununda Azərbaycan ilə Rusiya arasında iqtisadi sahədə əməkdaşlığa dair yeddi sənəd imzalanmışdır.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR