22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsi tərəfindən müasir suvarma sistemlərinin quraşdırılması, su itkisinin qarşısının alınması istiqamətində işlər noyabr ayında da davam etdirilmişdir. Belə ki, ötən ay muxtar respublikada su istifadəçilərinə 23 milyon kubmetr su verilmiş, bunun müqabilində 18 min 781 hektar torpaq sahəsi suvarılmışdır. 4,5 kilometr beton və torpaq kanal, 27 kilometr ara arxlar və 2 kilometr kollektor lildən təmizlənmiş, 1,2 kilometrlik açıq drenaj kanalı qazılmışdır. Həmçinin 1,5 hektar sahə hamarlanaraq əkinəyararlı hala salınmış, 40 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi azaldılaraq şoranlaşmanın qarşısı alınmışdır.

Ötən dövrdə yaşıllıq sahələrinin damcı­ üsulu ilə suvarılmasını təmin etmək üçün 11 kilometr suvarma xətti çəkilmişdir. Suvarma və içməli su mənbəyi kimi istifadə olunan 64 subartezian quyusunda təmir işləri aparılmış, yeni sub­artezian quyusu qazılmış, 5 kəhrizin bərpası davam etdirilmişdir.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Şərur rayonunun Cəlilkəndində içməli su xəttinin tikintisinə başlanılmış, 3 kilometr su xətti çəkilmişdir. Şərur və Ordubad rayonlarında su­təmizləyici qurğunun, Babək rayonunun Nehrəm kəndində içməli su xəttinin quraşdırılması davam etdirilmiş, 3,2 kilometr su xətti çəkilmişdir.

Naxçıvan Muxtar Respublikası
Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR