22 Dekabr 2024, Bazar

2019-cu ilin oktyabr ayında Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə monitorinq və yoxlamalar aparılıb. Keçirilən nəzarət tədbirləri zamanı 1 şəxsin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu aşkarlanıb və həmin şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb. Həmçinin vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 5 vergiödəyicisində xronometraj metodu ilə müşahidə aparılıb.
Qeyd olunan dövrdə müvafiq icra hakimiyyəti orqanları ilə birgə 47 işəgötürəndə aparılmış araşdırmalar zamanı 91 yeni əmək müqaviləsinin bağlanmasına və 296 əmək müqaviləsində isə əməkhaqlarının minimum əməkhaqqı məbləğinə çatdırılmasına nail olunub.

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR