23 Dekabr 2024, Bazar ertəsi

Cari ilin mart ayından etibarən Şahbuz rayonunun Türkeş kəndində kompleks quruculuq işlərinə başlanılıb. Belə ki, yaşayış məntəqəsində kənd yolu əsaslı surətdə yenidən salınır, kənd və xidmət mərkəzləri inşa olunur.
Kənd mərkəzi üçün tikilən ikimərtəbəli müasir binanın bir­inci mərtəbəsində poçt, avto­mat-telefon stansiyası, kitabxana, tibb otağı, polis və baytarlıq xidməti fəaliyyət göstərəcək. İkinci mərtəbədə isə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, arxiv, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı və klub yerləşəcək. Bununla da yaxın gələcəkdə kənd sakin­lərinin hər hansı bir məsələni həll etmək üçün rayon mərkəzinə üz tutmasına ehtiyac qalmayacaq.

Xidmət mərkəzində isə kənd sakinlərinə müxtəlif məişət və ticarət xidmətləri göstəriləcək. Kənd sakinləri üçün yeni iş yerləri açılacaq. Burada bir neçə sakin işlə təmin ediləcək, ailə təsərrüfatları məhsullarının satışı təşkil olunacaq. Qeyd edək ki, hər iki quruculuq ünvanında əsas işlər yekunlaşıb, həyətində abadlıq işlərinə başlanılıb.
Kənd yolu da əsaslı şəkildə yenidən tikilir. İkizolaqlı yolun uzunluğu 4,2 kilometrdir. Yolda torpaq işləri görülüb, qum-çınqıl verilib, su keçidləri tikilib. Yol yatağı bərkidilib və digər tikinti işləri aparılıb.

Hicran ƏLİYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR