23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikadakı sürətli sosial-iqtisadi inkişaf, bütün sahələrlə yanaşı, kənd təsərrüfatının inkişafına yaradılan münbit şərait, torpaq mülkiyyətçilərinə, ailə təsərrüfatlarına göstərilən dəstək dükan və bazarlarımızdakı keyfiyyətli məhsul bolluğuna səbəb olub. Bunu hər şənbə və bazar günləri keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında da əyani şəkildə görmək mümkündür.
Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi bazarda keçirilən növbəti satış yarmarkada Naxçıvan şəhər sakinləri və qonaqlara müxtəlif çeşidli kənd təsərrüfatı və ərzaq məhsulları təklif olunub. Yarmarkaya, ümumilikdə, 22 istehsal müəssisəsi tərəfindən 80 növdə, 269 çeşiddə məhsul çıxarılıb. 600-dən çox ailə təsərrüfatçısı tərəfindən bazara çıxarılan məhsullar qısa müddətdə satılıb.
Yerli məhsulların münasib qiymətə satılması alıcılar tərəfindən razılıqla qarşılanıb, keçirilən belə tədbirlərdən minnətdarlıqla danışıblar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR