23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızın torpaq-iqlim şəraiti və qədim təsərrüfatçılıq ənənələri burada bol meyvə-tərəvəz yetişdirilməsi üçün olduqca əlverişli imkan yaradır. Bu sahənin inkişafına dövlətin hərtərəfli qayğısı sayəsində əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatını daxili imkanlar hesabına ödəmək məqsədilə zəruri tədbirlər həyata keçirilib, “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası uğurla başa çatdırılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib, yerli şəraitə uyğun məhsuldar sortların əkilməsi, mövcud torpaq sahələrindən daha səmərəli istifadə olunması, bu sahəyə dövlət dəstəyinin, daxili və xarici investisiyaların cəlb edilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi əsas vəzifələr kimi müəyyənləşdirilib.

Həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikada meyvəçiliyin və tərəvəzçiliyin davamlı inkişafı təmin olunub, əkin sahələri genişləndirilib, müvafiq sahələr üzrə məhsuldarlıq yüksəlib.
2018-ci il ərzində Naxçıvan şəhəri üzrə 5, Şərur rayonu üzrə 12, Babək rayonu üzrə 16, Ordubad rayonu üzrə 5, Culfa rayonu üzrə 5, Şahbuz və Sədərək rayonlarının hər biri üzrə 2 hektar daşlı və çınqıllı ərazi abadlaşdırılaraq su xətti ilə təmin edilib, həmin ərazilərdə yeni meyvə və üzüm bağları salınıb. Nəticədə, 2017-ci illə müqayisədə çoxillik əkmələrin sahəsi 47 hektar artırılaraq 1673 hektara çatdırılıb ki, bunun da 1424 hektarı meyvə bağları, 249 hektarı isə üzümlüklərdir. Müqayisə olunan dövrdə meyvə əkinlərinin sahəsi 37 hektar, üzümlüklərin sahəsi isə 10 hektar artıb.
Ötən il torpaq mülkiyyətçiləri arasında maarifləndirici tədbirlərin keçirilməsi də diqqətdə saxlanılıb, Şərur rayonunun 8, Babək rayonunun 5, Şahbuz rayonunun 5, Culfa rayonunun 4, Ordubad rayonunun 3, Kəngərli rayonunun 3 bələdiyyəsinin torpaqlarının qida maddələri ilə təmin olunmasına dair yeni kartoqramları hazırlanaraq müvafiq bələdiyyələrə təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR