23 Dekabr 2024, Bazar ertəsi

Ağbulaq kəndində torpaq sahələrinin ölçülərinin dəqiqləşdirilməsi başa çatdırılmış, 157 daşınmaz əmlak obyekti plana alınaraq kəndin yeni yerquruluşu xəritəsi hazırlanmışdır. Torpaq sahələrinin hüquqi və texniki sənədlərindəki məkan göstəriciləri ilə faktiki istifadə vəziyyəti arasındakı mövcud uyğunsuzluqlar müəyyənləşdirilmiş, qanunvericiliyə uyğun aradan qaldırılmışdır. Tikililərin kütləvi texniki inventarlaşdırılması aparılmış və pasportlaşdırılması üçün ölçüləri dəqiqləşdirilmişdir. Komitənin səyyar xidmət qrupu tərəfindən texniki sənədlərin hazırlanması və mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün yaşadıqları ərazidə vətəndaşların müraciətləri qəbul edilmişdir. Artıq Ağbulaq kəndində tikililərin pasportlaşdırılması tam başa çatdırılıb.

Dünən Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin səyyar xidmət qrupu yeni hazırlanmış mülkiyyət sənədlərini kənd sakinlərinə təqdim edib. 65 fərdi yaşayış evinin mülkiyyətçisinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilib, yardımçı tikililər inventarlaşdırılıb.
Qeyd edək ki, kənddə aparılan kompleks quruculuq işlərinin davamı, vətəndaşlara göstərilən dövlət qayğısının daha bir ifadəsi olaraq kənd sakinlərinə məxsus daşınmaz əmlak obyektləri üzərində mülkiyyət hüquqlarının ilkin qeydiyyatı və inventarlaşdırılması ­tamamilə dövlət hesabına həyata keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR