Muxtar respublikada dəmir yolu nəqliyyatı sahəsində ardıcıl tədbirlər görülür, müasir dəmir yolu infrastrukturu yaradılır. Bu şəraitin nəticəsidir ki, cari ilin avqust ayında ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 13 min 20 ton müxtəliftəyinatlı yük, Ordubad-Şərur və Şərur-Culfa istiqamətlərində hərəkət edən yük-sərnişin qatarları vasitəsilə 14 min 557 sərnişin daşınmışdır.
Payız-qış mövsümünə hazırlıq məqsədilə vaqonlarda və lokomotivlərdə cari təmir işləri aparılmış, baş və stansiya yollarına baxış keçirilmişdir. Xidməti ərazidəki bina, tikili və qurğular, eləcə də istismarda olan lokomotiv və sərnişin vaqonları, maşın-mexanizmlər mütəmadi yoxlanılmış, dəmiryol obyektlərinin və elektrovozların fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə işlər davam etdirilmiş, yanğına qarşı texniki müayinə aparılmış, nöqsanlar aradan qaldırılmışdır.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti