23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada iqtisadi və sosial həyatın bütün sahələrində müasir texnologiyaların geniş surətdə tətbiqi ümumi inkişafı təmin etməklə yanaşı, informasiya cəmiyyətinin formalaşmasına da yeni imkanlar yaradır.
Son dövrlərdə muxtar respublikada 4G və “Naxtel” simsiz telefon xidmətinin istifadəyə verilməsi, Naxçıvan Dövlət Televiziya və Radiosunun internet üzərindən yayımlanması, “Universitet” tele­viziyasında videodərslərin hazırlanması və distant tədrisin tətbiqi məqsədilə avadanlıqların quraşdırılması, Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin və onun rayon filiallarının səmərəli fəaliyyətlərinin təşkili, iqtisadiyyatın bütün sahələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin uğurla davam etdirilməsi bu sahənin sürətli inteqrasiyasına təkan verib.

Muxtar respublikada “Elektron hökumət”in formalaşdırılması sahəsində də ardıcıl tədbirlər aparılıb, Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemləri istifadəyə verilib, dövlət orqanlarına, vətəndaşlara və sahibkarlıq subyektlərinə elektron imzaların verilməsinə başlanılıb. Bundan əlavə, “Evədək optika” layihəsi üzrə görülən işlər də telekommunikasiya sahəsində yeniliklərin əldə olunmasına şərait yaradıb. Bu istiqamətdə təkcə son on ildə muxtar respublikada informasiya və rabitə sahəsinin inkişafına, ümumilikdə, 65 milyon 414 min 200 manat vəsaitin yönəldilməsi bu sahədə görülən işlərin əhatəliliyini xarakterizə edən mühüm bir göstəricidir.
Rabitə sahəsindəki sürətli inkişaf poçt sahəsində də xidmətlərin müasir tələblərə uyğun qurulmasına imkan yaradıb. “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 30 iyul tarixli Sərəncamı isə bu sahədə görüləcək işlərin miqyasını daha da genişləndirib.
Reallaşdırılan məqsədyönlü islahatlar muxtar respublikada rabitə və informasiya sahəsi üzrə əsas göstəricilərin müsbət dinamikasını təmin edib. Belə ki, 2008-ci ildə muxtar respublikada əsas telefon aparatlarının sayı 23 min 732 nömrə olduğu halda, 1 iyul 2018-ci il tarixə bu göstərici 2,8 dəfə artaraq 67 min 399 nömrəyə çatıb.
Cari ilin 8 ayında muxtar respublikada 1136 ədəd yeni telefon sabit şəbəkəyə qoşulub, ümumilikdə, hər yüz ailəyə düşən telefon aparatlarının sayı 65-ə çatdırılıb. Bu dövr ərzində hər yüz ailəyə düşən mobil telefonların sayı isə 104-ü ötüb.
Əhalinin maddi rifah halının yaxşılaşmasının və informasiya texnologiyaları sahəsində yaradılmış şəraitin nəticəsidir ki, 1 yanvar 2018-ci il tarixə muxtar respublikanın ev təsərrüfatlarında, müəssisə və təşkilatlarda 128,6 min kompüter mövcud olub. 1 yanvar 2008-ci illə müqayisədə kompüterlərin sayı 5,3 dəfə artıb. Əhalinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 28 ədəd təşkil edir.
Rabitə sahəsində qazanılmış uğurların nəticəsidir ki, muxtar respublikanın yaşayış ərazilərinin 98 faizində genişzolaqlı, 99 faizində isə simsiz internet xidmətləri təşkil edilib.
Muxtar respublikada informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı bu sahə üzrə göstərilən xidmətlərin dəyərinin dinamik artımına zəmin yaradıb. Belə ki, informasiya və rabitə xidmətlərinin dəyəri 2018-ci ilin yanvar-avqust aylarında 34 milyon 428 min 500 manat olub ki, bu da 2008-ci ilin müvafiq dövründəki göstəricidən 2,4 dəfə çoxdur.
Cari ilin yanvar-avqust aylarında informasiya və rabitə sahəsinin inkişafına 2 milyon 521 min manatdan artıq vəsait yönəldilib.
2018-ci ilin ötən dövründə Ordubad rayonunda Rabitə Evi və Yeni Nəsil Tele­kommunikasiya Sistemi yaradılıb, Şərur rayonunda İbadulla Radio-Tele­viziya Verici Stansiyası üçün yeni bina tikilib.
Şərur rayonunun Ərəbyengicə və Babək rayonunun Yuxarı Buzqov kənd­lərində poçt bölmələri yaradılıb, Şərur rayonunun Qışlaqabbas, Babək rayonu­nun Aşağı Buzqov və Culfa rayonunun Dizə kəndlərində poçt bölmələri yeni binalara köçürülüb.
Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində 384, Şərur rayonunun Qışlaq­abbas kəndində 512, Ərəbyengicə kəndində 288, Babək rayonunun Yuxarı Buzqov kəndində 96, Kəngərli rayonunun Qarabağlar kəndində 448 nömrə tutumlu avtomat telefon stansiyaları quraşdırılıb, Babək rayonunun Aşağı Buzqov kəndində 256, Culfa rayonunun Dizə kəndində 384 nömrə tutumlu avtomat telefon stansiyaları yeni binalara köçürülüb.
Bu dövrdə muxtar respublikanın yaşayış ərazilərində 43 DSLAM avadanlığı quraşdırılıb, Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalının yenilənməsi davam etdirilib.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR