23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda insanların, o cümlədən gənc ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən Kəngərliyə də pay düşüb. Cari ilin ötən dövrü ərzində də rayonda tikinti-quruculuq, abadlıq işləri davam etdirilir. Bu isə hər bir Kəngərli sakininin qurub-yaratmaq əzmini daha da artırır.
Hazırda rayon mərkəzi Qıvraq qəsəbəsində 3 ünvanda yeni quruculuq tədbirləri həyata keçirilir. Qəsəbədəki böyük bir ərazidə inşa olunan, zirzəmi ilə birlikdə yeddimərtəbəli ictimai yaşayış binası bunun bariz ifadəsidir. İki girişdən ibarət olan bina 48 mənzillidir. Bu, 48 ailənin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına töhfə olacaq. Mənzil­lərin 22-si iki, 26-sı isə üçotaqlıdır. Zirzəmidə fərdi qazanxana, anbar, gözəllik salonu yerləşəcək. Burada rayonun müxtəlif idarə, müəssisə və təşkilatları üçün 8 iş otağı ayrılacaq. Binanın ətrafında abadlıq-təmir işləri aparılır, yaşıllıq zolağı salınması üçün hazırlıq işləri görülür.

Digər bir quruculuq tədbiri hərbçi ailələri üçün qəsəbədə inşa olunan yaşayış binasıdır. Biri 4, biri 3, 42-si isə 2 otaqlı olan bina 3 giriş və 5 mərtəbədən ibarətdir. İnşaatçılar hazırda beşinci mərtəbənin hörgüsü ilə məşğuldurlar. Hər iki obyektin tikintisini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kəngərli Rayon İdarəsinin inşaatçıları həyata keçirirlər. İdarənin sahə rəisi Hicran Əliyevin sözlərinə görə, obyektdə hər cür şərait yaradılıb. İnşaat işlərində keyfiyyət amilinə ciddi önəm verilir, əsasən, yerli materiallardan istifadə olunur, texniki təhlükəsizlik diqqət mərkəzində saxlanılır.
İnşaatçılar onlara həvalə olunmuş obyektlərin tikintisini vaxtında başa çatdırmaq üçün səy və bacarıqlarını əsirgəmirlər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR