2018-ci ilin aprel ayında Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin tabe təşkilatları tərəfindən su itkisinin qarşısını almaq məqsədilə kanal və arxlarda lildəntəmizləmə işləri aparılmış, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün yeni drenaj kanalları qazılmış, hidrotexniki qurğularda təmir-bərpa işləri görülmüşdür. Bu dövrdə 24 kilometr beton və torpaq kanal təmizlənmiş, 6 kilometr yeni suvarma boru xətti çəkilmişdir.
Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 410 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmiş, müxtəlif diametrli borularla 6 min metr magistral və paylayıcı boru xətti çəkilmiş, 60 hidrant və 60 paylayıcı hovuz quraşdırılmışdır.
“Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində də işlər davam etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti