Muxtar respublikada avtonəqliyyat xidməti günün tələbləri səviyyəsində qurulub. Həyata keçirilən tədbirlər, yaradılan müasir infrastruktur, xüsusilə yeni sərnişin avtomobillərinin alınıb gətirilməsi nəqliyyat xidmətinin keyfiyyətini xeyli artırıb. Nəqliyyatın intensiv hərəkətinin təmin olunması may ayında da diqqətdə saxlanılıb.
Ötən ay şəhərdaxili nəqliyyatın intensiv fəaliyyəti təmin edilmiş, muxtar respublikada sərnişindaşıma hərəkəti göstərən avtobus və mikroavtobuslar texniki müayinədən keçirilmişdir. Həmçinin taksi və avtobus sürücülərinin iştirakı ilə tədbirlər keçirilmiş, görüşlər təşkil edilmişdir. Qrafikə uyğun olaraq həftədə bir dəfə taksi və avtobus sürücülərinin muzeylərdə seminar-məlumatlandırılması işi davam etdirilmişdir. Ötən ay muxtar respublikanın bütün yaşayış məntəqələri marşrutla təmin olunmuş, 482 taksi tərəfindən əhaliyə xidmət göstərilmişdir.
May ayında İran İslam Respublikasından keçməklə Naxçıvan-Bakı avtobus marşrutu ilə Naxçıvandan Bakıya 736, Bakıdan Naxçıvana isə 842 sərnişin daşınmışdır.
Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin mətbuat xidməti