23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublika iqtisadiyyatının prioritet sahələrindən biri olan kənd təsərrüfatının inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən-ilə artır, bu sahədə stimullaşdırıcı tədbirlər həyata keçirilir. Babək rayonunun qəsəbə və kəndlərində də sahibkarlığın inkişaf etdirilməsi üçün münbit şərait yaradılıb.

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” əhalinin bu məhsullara olan tələbatının yerli istehsal hesabına ödənilməsini təmin edib. Hər il Naxçıvanda sahibkarlarla görüşlərin keçirilməsi, təsərrüfatların genişləndirilməsi üçün maddi vəsaitin ayrılması onlara stimul verib. İndi yaradılan şəraitdən istifadə etməyi bacaran hər kəs yaxşı sahibkar adını qazana bilər. Elə yuxarı uzunobalı Murad Cabbarov kimi.
Fiziki şəxs Murad Cabbarov tərəfindən 3500 kvadratmetr ərazidə istixana təsərrüfatının qurulması daxili bazarın yerli məhsullarla təminatına imkan verir. Kompleks ilin hər fəslində Naxçıvanın bazar-dükanlarına keyfiyyətli tərəvəz məhsulları satışa çıxarır.
İki il bundan öncə kənddə 7 istixana kompleksi yaradan sahibkar deyir ki, əvvəlcə qardaş Türkiyə Respublikasında eyniprofilli təsərrüfatda təcrübə keçdim. Daha sonra şəxsi vəsaitim hesabına tərəvəz məhsulları istehsal edən bu cür kompleks qura bildim, dövlət maliyyə dəstəyi hesabına imkanlarımı genişləndirdim.
Öyrəndik ki, artıq bu gün istixanada avtomatik istilik sistemi fəaliyyət göstərir. Suvarma üçün artezian quyusu qazılıb. Burada yetişdirilən xiyar “Tazəm-F1”, pomidor isə “Ayza-F1” salxım sortudur. Becərmə isə müasir texnologiya əsasında aparılır. Bunun nəticəsidir ki, 2-3 gündən bir məhsul yığımı həyata keçirilir.
Murad Cabbarov onu da bildirdi ki, Naxçıvan şəhərində və rayonlarda tərəvəz satışı ilə məşğul olan satıcılar məhsullarını yerindəcə alırlar. İlin bütün fəsillərində alıcıları keyfiyyətli tərəvəz məhsulları ilə təmin etməyə çalışırlar. Yaxşı məhsul isə bazarda adı ilə tanınır. Artıq bu sahədə müəyyən uğurlar qazana biliblər.
Kompleksdə 7 nəfəri daimi işlə təmin edən sahibkar gələcəkdə bu sahəni genişləndirmək fikrindədir. Murad Cabbarov daxili bazara daha çox yerli məhsul çıxarmaqla ucuzluq və bolluq yaradılmasına töhfə vermək istəyir.

Muxtar RZAZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR