23 Dekabr 2024, Bazar ertəsi

2018-ci ilin birinci rübündə muxtar respublikada avtonəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Bu dövrdə daşımalarla məşğul olan hüquqi və fiziki şəxslərin maarifləndirilməsi işi genişləndirilmiş, ayda bir dəfə Naxçıvan Avtobus Parkında sərnişin daşımalarını yerinə yetirən sahibkarların və sürücülərin iştirakı ilə seminar-müşavirə keçirilmişdir. Nazirlik tərəfindən şəhərdaxili nəqliyyatın intensiv və keyfiyyətli fəaliyyətini təmin etmək, 2017-2018-ci illərin payız-qış mövsümünü uğurla başa vurmaq üçün Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinin fəaliyyəti daim nəzarətdə saxlanılmışdır.
Muxtar respublikadan Türkiyə Respublikasının müxtəlif şəhərlərinə avtobus marşrutlarının fəaliyyəti davam etdirilmiş, hər gün iki reys olmaqla, Naxçıvan-İqdır və əks-istiqamətdə sərnişindaşıma həyata keçirilmişdir. 2018-ci ilin birinci rübündə Naxçıvan­-Bakı-Naxçıvan marşrutu üzrə Naxçıvandan Bakıya 3254, Bakıdan Naxçıvana isə 3318 sərnişin daşınmışdır.
Muxtar respublika daxilində sərnişindaşıma xidmətinin səviyyəsi daha da yüksəldilmiş, rayon mərkəzləri və kənd­lərin hamısı marşrutla təmin edilmiş, sərhəd kəndlərinə və ucqar dağ kəndlərinə işləyən marşrut avtobuslarının fəaliyyəti xüsusi nəzarətdə saxlanılmışdır. Həmçinin taksi və avtobus sürücülərinin muzeylərə 12 dəfə ekskursiyaları təşkil olunmuşdur.


Naxçıvan Muxtar Respublikası
Nəqliyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR