23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada meliorasiya və su təminatı məsələləri diqqət mərkəzində saxlanılır. Yaz suvarma mövsümünü mütəşəkkil keçirmək məqsədilə tədbirlər görülmüş, nasos stansiyalarında, hidrotexniki qurğularda təmir-bərpa işləri aparılmış, kanallarda, arxlarda, kollektor və drenajlarda lildən təmizləmə və təmir işləri həyata keçirilmişdir. 2018-ci ilin birinci rübündə su anbarlarına 183 milyon kubmetr su ehtiyatı yığılmış, 101 kilometr beton və torpaq kanal, 97 kilometr ara arxları, 7 kilometr kollektor lildən təmizlənmiş, ­ 12 kilometr yeni suvarma və 2 kilometrə yaxın yeni içməli su xətti çəkilmiş, 5 kəhriz bərpa olunmuşdur.
Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 410 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisinə başlanmış və 6280 metr paylayıcı boru xətti çəkilmişdir. Sədərək və Kəngərli rayonlarında 36 hektar torpaq sahəsi əkin üçün yararlı vəziyyətə gətirilmişdir. Həyata keçirilən meliorativ tədbirlər nəticəsində muxtar respublika üzrə 230 hektar sahədə qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır. Bundan başqa, torpaqları seldən qorumaq məqsədilə Naxçıvançay və Cəhriçay vadilərində, Qahab və Sirab selovlarında 6 kilometr istiqamətləndirici bənd tikilmişdir.
“Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində 2018-ci ilin birinci rübündə Şərur rayonunun Yengicə kəndində 4 kilometrə yaxın içməli su xətti, Babək rayonunun Şəkərabad kəndində müxtəlif diametrli borularla 9 kilometr içməli su xətt və 9 kilometr kanalizasiya xətləri çəkilmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR