23 Dekabr 2024, Bazar ertəsi

Əhalinin ət və ət məhsulları ilə təmin edilməsi zamanı həmin məhsulların baytarlıq-sanitariya tələblərinə cavab verməsi mühüm əhəmiyyət kəsb edir. Buna görə də keyfiyyətli və təhlükəsiz heyvandarlıq məhsulları istehsalının davam etdirilməsi bu gün qarşıda duran əsas vəzifələrdəndir. Bu və digər amillər nəzərə alınaraq muxtar respublikada Dövlət Baytarlıq Xidmətinin fəaliyyəti dövrün tələblərinə uyğun qurulub, müasir infrastruktur yaradılıb, maddi-texniki baza möhkəmləndirilib.
Muxtar respublika ərazisində epizotoloji sabitliyin saxlanması və insanların təhlükəli yoluxucu xəstəliklərdən və qida zəhərlənmələrindən qorunması məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin fəaliyyəti son vaxtlar daha da gücləndirilib. Bu istiqamətdə aparılan tədbirlər çərçivəsində xidmətin mütəxəssisləri Naxçıvan şəhərində yerləşən “Cahan” Alış-Veriş Mərkəzindəki və Mərkəzi bazardakı, Şahbuz rayonunun Kolanı və Kiçikoba kəndlərindəki ət kəsim-satış məntəqələrində reyd keçiriblər. Əməkdaşlar əhaliyə göstərilən xidmətin səviyyəsi ilə yaxından tanış olublar.
Aparılan reydlər zamanı heç bir qanunauyğunsuzluq aşkar edilməyib.
Qeyd edək ki, reydlər muxtar respublikanın digər yaşayış məntəqələrində də davam etdiriləcəkdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR