23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada 2018-ci ilin yanvar-fevral aylarında 345 milyon 898 min 800 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq 763,4 manata çatmışdır.

* * *

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 168 milyon 409 min manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur.

* * *

İnfrastruktur quruculuğu çərçivəsində 2018-ci ilin yanvar-fevral aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 100 milyon 913 min manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 4,4 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 93 milyon 408 min manatı və ya 92,6 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

* * *

2018-ci ilin yanvar-fevral aylarında 14 milyon 610 min 100 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə 3557 ton ət, 5062,8 ton süd istehsal edilmişdir. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,3 faiz, süd istehsalı 4,5 faiz artmışdır.

 * * *

2018-ci ilin yanvar-fevral aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 9 milyon 9 min 400 manat olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 2,4 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 7 milyon 326 min manat təşkil etmiş və bir il öncəyə nisbətdə 1,5 faiz artmışdır.

* * *

Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmış, bəhs olunan dövrdə muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 11 milyon 261 min 500 manat məbləğində kreditlər verilmişdir. Verilmiş kreditlərin 685 min 800 manatı və yaxud 6,1 faizi qısamüddətli, 10 milyon 575 min 700 manatı və yaxud 93,9 faizi uzunmüddətli kreditlər olmuşdur.

* * *

Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir.
1 mart 2018-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 66 min 226-ya çatmışdır. Bunun da 57 min 722-si və ya 87,2 faizi aktiv hesablardır. 2018-ci ilin yanvar-fevral aylarında açılmış 2002 bank hesabının 1967-si aktiv hesablar olmuşdur.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 mart 2018-ci il tarixə 1265-ə çatmışdır.

* * *

2018-ci ilin yanvar-fevral aylarında muxtar respublikada bütün sığorta növləri üzrə daxil­olmalar 1 milyon 43 min 300 manat olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 34,4 faiz çoxdur.

* * *

Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, 2018-ci ilin yanvar-fevral aylarında 41 milyon 786 min 300 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 36 milyon 750 min 200 ABŞ dolları təşkil etmiş, 31 milyon 714 min 100 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.

* * *

2018-ci ilin yanvar ayında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 420,2 manat olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.

* * *

1 fevral 2018-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3629 nəfər artaraq 453 min 33 nəfər olmuşdur.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR