23 Dekabr 2024, Bazar ertəsi

“Naxçıvanqaz” İstehsalat Birliyi təbii qaz təchizatının etibarlılığının və səmərəliliyinin artırılması istiqamətində ardıcıl tədbirlər görür. Daxil olan müraciətlərə əsasən 96 fərdi ev və müxtəlif təyinatlı obyektlər qazlaşdırılmışdır.
Yeni qaz boru xətlərinin quraşdırılması, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi, yaşayış məntəqələrində abadlıq işlərinin görülməsi və kənd­daxili yolların genişləndirilməsi ilə əlaqədar olaraq 16 min 529 paqonometr borudan istifadə olunmuşdur.

Payız-qış mövsümünə hazırlıqla əlaqədar işlər davam etdirilmiş, yararsız vəziyyətə düşmüş qaz xətləri və avadanlıqlar müəyyən edilərək yenilənmiş, təbii qazdan qanunsuz istifadə hallarına yol verməmək üçün nəzarət gücləndirilmiş, istehlak olunan qazın dəyərinin tam həcmdə toplanılması təmin edilmişdir. İstehsalat təlimatına əsasən qaz təsərrüfatında istismarda olan avtomat qazpaylayıcı stansiyalarda təzyiq tənzimləyicilərinə, odorant qurğularına, ölçü qovşaqlarına, paylayıcı qaz kəmərlərinə və onların üzərində quraşdırılan texnoloji avadanlıqlara baxış keçirilmiş, aşkar olunan nöqsanlar aradan qaldırılmışdır.
Naxçıvan şəhərindəki mənzillərdə 104 smartkarttipli qaz sayğacı quraşdırılmış, aşkar olunan texniki nasazlıq və 1696 sızma aradan qaldırılmışdır. Həmçinin “Naxçıvanqaz” İstehsalat Birliyi nəzarət tədbirlərini gücləndirmiş, yoxlama-nəzarət komissiyası tərəfindən reydlər keçirilərək “Qazdan İstifadə Qaydaları”nın tələblərinə istehlakçılar tərəfindən riayət olunması yoxlanılmış, ortaya çıxan nöqsanlar aradan qaldırılmış, plomblama işi aparılmışdır.

“Naxçıvanqaz” İstehsalat
Birliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR