23 Dekabr 2024, Bazar ertəsi

Qış mövsümündə Naxçıvan şəhərinin sakinləri dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər. Qarşıda duran vəzifələrin icrası çərçivəsində qış mövsümünü mütəşəkkil başa çatdırmaq üçün elektrik stansiyalarında, yüksək və ­alçaqgərginlikli elektrik verilişi xətlərində, müxtəlifgərginlikli transformator yarımstansiyalarında qrafikə uyğun əsaslı və cari təmir işləri aparılıb.
Şəhər Elektrik Şəbəkəsindən aldığımız məlumata görə, əhalinin və təsərrüfat subyektlərinin elektrik enerjisinə olan tələbatının ödənilməsi, eləcə də digər infrastruktur sahələrinin qış mövsümündə normal fəaliyyət göstərməsi üçün hazırlıq işlərinə xüsusi diqqət yetirilir, lazımi mal-material ehtiyatı yaradılması diqqət mərkəzində saxlanılır.

Məlumatda o da bildirilir ki, ötən müddətdə qış mövsümünə hazırlıqla əlaqədar mövcud transformatorların və yarımstansiyaların texniki baxışdan keçirilməsi təmin edilib, istismara yararsız, standartlara uyğun gəlməyən, bir çox hallarda qəzalara səbəb olan elektrik avadanlıq və xətlərinin yenilənməsi diqqət mərkəzində saxlanılıb. Bundan başqa, Naxçıvan şəhərində yerüstü elektrik xətlərinin yeraltı kabellərlə əvəz olunması və smartkarttipli sayğacların quraşdırılması davam etdirilib, enerji israfçılığına yol verilməyib. Qazanxanalara xidmət edən yarımstansiyalarda əsaslı təmir işləri aparılıb, qəza vəziyyəti törədə biləcək elektrik avadanlıqları yeniləri ilə əvəz edilib. Naxçıvan şəhərində əhali abonentlərinin ev və mənzillərində ön ödənişli smartkarttipli sayğacların qoyulması işləri davam etdirilir. Son on bir ay ərzində 5769 ədəd belə sayğac quraşdırılaraq bu tip sayğacların sayı 20 min 542-yə çatdırılıb. Muxtar respublika paytaxtında elektrik enerjisindən sayğacdankənar istifadə edilməsinin qarşısının alınması üçün mütəmadi reydlər keçirilir, əhali arasında maarifləndirici tədbirlər aparılır. Elektrik enerjisindən səmərəli istifadə edilməsinin zəruriliyi, elektrik xətlərində baş verə biləcək xoşagəlməz hadisələrin yaranmaması üçün əhalinin elektrik enerjisindən istifadə zamanı tələb olunan texniki göstəricilərə əməl etmələrinin vacibliyi izah olunur. Həyata keçirilmiş tədbirlər belə deməyə əsas verir ki, Naxçıvan şəhərində qış mövsümündə elektrik enerjisi ilə təchizatda problemlər yaranmayacaq.
Qeyd edək ki, son illərdə ­Naxçıvan Muxtar Respublikasında yeni elektrik stansiyaları tikilib istifadəyə verilib, yarımstansiyaların, elektrik verilişi şəbəkələrinin davamlı fəaliyyəti təmin olunub. Bu sahədə görülən işlərin nəticəsidir ki, elektrik enerjisinə tələbat daxili istehsal hesabına ödənilir. Əldə edilən nəticələr muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlərin bəhrəsidir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR