23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda mədəniyyət obyektlərinin inşası istiqamətində bir sıra işlər görülür. Bu tədbirlərin davamı olaraq Şərur Rayon ­Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni bina inşa edilir.
Bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq. Hazırda binanın təməl hissəsində qəlib-beton işləri aparılır. Müasir memarlıq üslubunda inşa olunan muzey binasında ekspozisiya zalı, fond və yardımçı otaqlar yaradılacaq. Ekspozisiyanın dizaynı tarixi-memarlıq ənənələrinə uyğun aparılacaq. Tikinti işləri başa çatdırıldıqdan sonra binanın yerləşdiyi ərazi Şərur şəhərinin görməli ünvanlarından birinə çevriləcək.

* * *

“Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Şərur rayonunda su və kanalizasiya infrastrukturunun yenidən qurulması işləri davam etdirilir.

Şərur şəhərini və rayon mərkəzinə yaxın kəndləri əhatə edən layihəyə uyğun olaraq yeni içməli su xətti və çirkab suların axıdılması üçün kanalizasiya xətləri çəkilir. Xətlərin çəkilişində, əsasən, yüksək təzyiqə davamlı plastik borulardan istifadə olunur.
Ötən dövr ərzində tutumu 7 min 500 kubmetr olan 1, hər birinin tutumu 10 min kubmetr olan 2 su anbarını qidalandırmaqdan ötrü 1,5 kilometr uzunluğunda boru xəttinin çəkilişi yekunlaşdırılıb. Bundan başqa, Şərur şəhərindəki, Mahmudkənd və Zeyvə kəndlərindəki inzibati binalara, ictimai və fərdi yaşayış evlərinə əsas və paylayıcı xətlərin çəkilişi başa çatıb, sayğaclar quraşdırılıb.
Hazırda əsas diqqət Şərur şəhərinin mərkəzindəki yollarda və ictimai yaşayış binalarının həyətlərində aparılan qazıntılar zamanı zədələnmiş yol yatağının təmirinə yönəldilib. Əvvəlcə xətlərin üstünə tökülən çınqıl qatı xüsusi texnikaların gücü ilə bərkidilir, hamarlanır, sonra isə əvvəlki səviyyədə asfalt örtük salınır.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR