23 Dekabr 2024, Bazar ertəsi

Şəhriyar inzibati ərazi dairəsi Kotam kəndini və Şəhriyar qəsəbəsini əhatə edir. Vaxtilə Ordubad şəhərinin dəmiryol vağzalı kimi tanıdığımız Şəhriyar qəsəbəsi müstəqillik illərinin töhfələrindəndir. Uzun illər boyu bir neçə yöndəmsiz yaşayış binasından ibarət olmuş bu məkanın əksər ərazisi daş-çınqıllı sahələr idi. Son illər yararsız sahələr abadlaşdırılıb, bir-birindən gözəl fərdi yaşayış binaları inşa olunub. Qəsəbədə bu gün də quruculuq işləri davam etdirilir.

Burada əhalinin meyvə-tərəvəzini saxlamaq üçün soyuducu anbar ­tikilmişdir. Hazırda isə Şəhriyar qəsəbəsində “Naxçıvan Dəmiryolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsi tərəfindən Ordubad dəmiryol sərnişin vağzalı, eləcə də Yol Sahəsinin inzibati binaları inşa olunur. Ordubad Yol Sahəsinin yardımçı binalarında və Ordubad İdarəetmə Mərkəzində isə əsaslı təmir işləri həyata keçirilir. Artıq həmin binaların dam örtüyü vurulmuş, qapı-pəncərələri salınmışdır. Binaların daxilində isə kommunikasiya xətlərinin çəkilişi və suvaq işləri aparılır, fasadına üzlük daşları vurulur. Sözügedən tikililərin ətrafının abadlaşdırılması, səkilərə bordür və kilid daşlarının düzülməsi işləri də başa çatdırılmaqdadır.
Bundan başqa, Şəhriyar qəsəbəsində yeni kanalizasiya və su xətlərinin çəkilişi də yekunlaşdırılıb. Qəsəbədəki iki ikimərtəbəli ümumi yaşayış binasındakı mənzillərə qapı və pəncərələr salınıb, yaşayış məntəqəsinin görkəminə xələl gətirən yöndəmsiz tikililər sökülüb. Qəsəbəyə gələn avtomobil yolunda isə yağış sularının sıradan çıxardığı asfalt örtüyü bərpa edilərək yol genişləndirilir.
Hazırda inşası davam etdirilən 36 meqavatlıq Ordubad Su Elektrik Stansiyasının əsas avadanlıqları Şəhriyar qəsəbəsinin ərazisində quraşdırılacaq. Bu isə o deməkdir ki, bu yaşayış məntəqəsi tezliklə daha da böyüyüb gözəlləşəcək.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR