23 Dekabr 2024, Bazar ertəsi

Ölkəmizdə həyata keçirilən çoxşaxəli iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən biri də sənaye məhsulları istehsalı ilə regionların tarazlı inkişafına, o cümlədən yerli istehsal və əmək potensialından səmərəli istifadə etməklə ixracyönümlü hazır məhsul istehsalına nail olmaqdan ibarətdir. Çünki enerji və ərzaq təhlükəsizliyi ilə bərabər, sənaye məhsulu istehsalı da ölkənin iqtisadi təhlükəsizliyinin əsas şərtlərindən biridir. 

Milli iqtisadiyyatımızın hazırkı dövründə mövcud sənaye imkanlarından maksimum yararlanmaq, dinamik məhsul istehsalında dayanıqlılığı təmin etmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması qarşıda duran əsas vəzifələrdəndir. Regional inkişafa göstərilən bu diqqət ölkəmizin bütün regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında da sənayenin inkişafına şərait yaradıb. Nəticədə, muxtar respublikada sənayenin müxtəlif sahələrinin inkişaf etdirilməsinə yönəlmiş kompleks tədbirlər bu sahədə müsbət nəticələrin əldə edilməsinə səbəb olub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2016-cı ilin yanvar-sen­tyabr aylarında muxtar respublikada 763 milyon 323 min manat həcmində sənaye məhsulu istehsal olunub ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 2,5 faiz üstələyib.
Sənaye məhsulu istehsalının 96,1 faizi malların, 3,9 faizi isə xidmətlərin payına düşüb. Sənayenin dövlət sektorunda 29 milyon 86 min 500 manatlıq, qeyri-dövlət sektorunda isə 734 milyon 236 min 500 manatlıq məhsul istehsal olunub. İstehsal olunan sənaye məhsulunun 96,2 faizi özəl sektorun payına düşüb.
Məlumatda o da qeyd olunur ki, sənaye sahəsinin inkişafı istiqamətində bank və kredit təşkilatları tərəfindən 2016-cı ilin yanvar-sentyabr ayları ərzində təsərrüfat subyektlərinə 872 min manat həcmində kreditin verilməsi təmin edilib.
Sənayedə istehsalın genişlənməsi ixracın da həcminə müsbət təsir göstərib, cari ilin ilk doqquz ayı ərzində muxtar respublikadan 218 milyon 375 min 800 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR