23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada 2016-cı ilin yanvar-oktyabr aylarında 1 milyard 999 milyon 800 min 800 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz artaraq 4479,8 manata çatmışdır.

* * *

Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 787 milyon 680 min 700 manat həcmində məhsul istehsal edilmişdir ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricini 2,2 faiz üstələmişdir.

* * *

İnfrastruktur quruculuğu çərçivəsində cari ilin yanvar-oktyabr ayları ərzində muxtar respublikada əsas kapitala 824 milyon 480 min 600 manat həcmində investisiya yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 5,4 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyaların 753 milyon 860 min 300 manatı və ya 91,4 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

 * * *

2016-cı ilin yanvar-oktyabr aylarında informasiya və rabitə xidmətlərinin həcmi 42 milyon 36 min 600 manat olmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 34 milyon 977 min manat olmaqla, bir il öncəki göstəricini 2 faiz üstələmişdir.

* * *

Qeyd olunan dövrdə 348 milyon 879 min 400 manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur. Bu da 2015-ci ilin müvafiq dövründəki göstəricini 6,4 faiz üstələmişdir. Bu dövr ərzində muxtar respublika üzrə diri çəkidə 18,6 min ton ət, 75,2 min ton süd istehsal edilmiş, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,6 faiz, süd istehsalı 1,3 faiz artmışdır.

* * *

Əhali gəlirlərinin artımı davam edir. 2016-cı ilin yanvar-oktyabr aylarında muxtar respublikada əhalinin gəlirləri 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1 milyard 428 milyon 415 min 100 manat, onun hər bir nəfərə düşən həcmi isə 0,1 faiz yüksələrək 3199,9 manat təşkil etmişdir.

* * *

2016-cı ilin yanvar-sentyabr aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 410,3 manat təşkil etmiş və bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz artmışdır.

* * *

Muxtar respublikada bank sekto­runun normal fəaliyyəti təmin edilmişdir.
1 noyabr 2016-cı il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 56878-ə çatmışdır ki, bunun da 49161-i və ya 86,4 faizi aktiv hesablardır. 2016-cı ilin yanvar-oktyabr aylarında açılmış 13820 bank hesabının 13819-u aktiv hesablar olmuşdur.
Muxtar respublikada quraşdırıl­mış POS-terminalların sayı 1 noyabr 2016-cı il tarixə 1181-ə çatdırılmışdır.

* * *

Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, cari ilin yanvar-oktyabr aylarında muxtar respublikada 358 milyon 987 min 300 Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın həcmi son bir il ərzində 1,3 faiz artaraq 325 milyon 800 min 200 Amerika Birləşmiş Ştatları dolları, idxalın həcmi 34,5 faiz azalaraq 33 milyon 187 min 100 Amerika Birləşmiş Ştatları dolları təşkil etmiş, 292 milyon 613 min 100 Amerika Birləşmiş Ştatları dolları həcmində müsbət saldo yaranmışdır.

* * *

Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmaqdadır. 2016-cı ilin yanvar-oktyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 28 milyon 400 min 100 manat məbləğində kreditlər verilmişdir. Verilmiş kreditlərin 9 milyon 235 min 800 manatı və yaxud 32,5 faizi qısamüddətli, 19 milyon 164 min 300 manatı və yaxud 67,5 faizi uzunmüddətli kreditlər olmuşdur.

* * *

2016-cı ilin yanvar-oktyabr aylarında muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 5 milyon 61 min 400 manat olmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur.

* * *

Bu dövrdə muxtar respublikaya 328 min 213 nəfər turist gəlmişdir ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricidən 4,8 faiz və ya 15137 nəfər çoxdur.

* * *

1 oktyabr 2016-cı il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 4876 nəfər və ya 1,1 faiz artaraq 448040 nəfər təşkil etmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR