Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar verilmiş tapşırıqların icrasını oktyabr ayında davam etdirmiş, nəqliyyat vasitələri payız-qış mövsümünə hazırlıqla əlaqədar texniki müayinədən keçirilmişdir. Muxtar respublikadakı avtovağzallarda və Avtobus parkında da qış mövsümünə hazırlığın vəziyyəti diqqət mərkəzində saxlanılmış, istilik sistemləri işə salınaraq yoxlanılmış, nasazlıqlar aradan qaldırılmışdır.
Beynəlxalq əməkdaşlığın inkişafı sahəsində fəaliyyət artırılmış, Türkiyə Respublikasının “Metro” turizm şirkəti ilə bağlanmış müqaviləyə əsasən, şirkət oktyabrın 17-dən Naxçıvan-Türkiyə istiqamətində fəaliyyətə başlamışdır. İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə oktyabr ayında Naxçıvandan Bakıya 1626, əks istiqamətdə isə 1490 sərnişin daşınmışdır. Həmçinin muxtar respublika daxilində də sərnişindaşıma xidmətinin səviyyəsi yüksəldilmiş, fəaliyyətdə olan 139 marşrut xəttində 305 ədəd avtobusla rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin edilmiş, sərhəd kəndlərinə və ucqar dağ kəndlərinə işləyən marşrut avtobuslarının fəaliyyəti xüsusi nəzarətdə saxlanılmışdır. Muxtar respublikada ötən ay ərzində 488 taksi fəaliyyətini davam etdirmişdir.
Naxçıvan Muxtar Respublikası
Nəqliyyat Nazirliyinin mətbuat xidməti