23 Dekabr 2024, Bazar ertəsi

Müasir dövrdə enerji təhlükəsizliyinin təmin olunması istənilən region üçün ən vacib məsələlərdəndir. Muxtar respublikamızda da bu istiqamətdə mühüm layihələr həyata keçirilir. Belə layihələrdən biri də Babək rayonunun Xal-xal kəndi yaxınlığında tikintisinə cari ildə başlanılmış yeni Günəş elektrik stansiyasıdır. 20 meqavat gücə malik olacaq stansiyada işlər Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi ilə Belçika Krallığının “Soltech” şirkəti arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Tikintidə olarkən burada layihə üzrə xeyli iş görüldüyünün şahidi olduq. Belə ki, 5 hissədən ibarət olan ərazidə Günəş panelləri üçün bütün dayaqlar, Günəş panellərinin 90 faizi quraşdırlıb, 11 ədəd elektrik yarımstansiyası qoyulub. Hazırda burada istehsal ediləcək enerjinin şəbəkəyə ötürülməsi üçün kabel xətlərinin çəkilişi, ərazidə abadlıq və yaşıllaşdırma tədbirləri aparılır. Tikinti-quraşdırma işlərinin vaxtında başa çatdırılması üçün əraziyə 30-dan artıq müxtəliftəyinatlı texnika və 400 nəfərdən çox işçi cəlb olunub.
Qeyd edək ki, bu iri layihə alternativ enerji mənbəyi kimi gələcəkdə Naxçıvanın enerji təminatının tamamilə yerli ehtiyatlar hesabına ödənilməsində mühüm rol oynayacaqdır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR