23 Dekabr 2024, Bazar ertəsi

Son illər Naxçıvan Muxtar Respublikasında yaradılan əlverişli biznes mühitindən bəhrələnərək daxili bazarın tələbatına uyğun yüksəkkeyfiyyətli məhsullar istehsal edən emal və sənaye müəssisələrinin sayı artmaqdadır.
2015-ci ilin yanvar-noyabr ayları ərzində Sahibkarlığa Kömək Fondunun kredit vəsaiti və digər mənbələr hesabına sənaye və kənd təsərrüfatı yönümlü 39 istehsal və 6 xidmət sahəsi olmaqla, ümumilikdə, 45 müəssisənin yaradılması istiqamətində işlər başa çatdırılıb. Yeni istehsal sahələrinin yaradılması daxili bazarı yüksəkkeyfiyyətli yerli məhsullarla təmin etməklə bərabər, əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayır. Belə ki, 45 istehsal və xidmət sahəsində 326 yeni iş yeri açılıb.
İlin ötən dövründə Sahibkarlığa Kömək Fondunun krediti və digər mənbələr hesabına 10 müxtəlif təyinatlı istehsal müəssisəsinin, 6 müxtəlif növ xidmət sahəsinin yaradılması istiqamətində işlər davam etdirilib.

Ümumilikdə, 2015-ci ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondu tərəfindən 25 müxtəlif təyinatlı layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 10 milyon 733 min 200 manat maliyyə dəstəyi göstərilib.
Qeyd edək ki, bu il də müxtəlif sahələr üzrə yeni istehsal müəssisələrinin yaradılması daxili bazarda yerli istehsalın çəkisini xeyli artırıb. Bunun nəticəsidir ki, hazırda muxtar respublikada fəaliyyəti bərpa edilmiş və ya yenidən qurulmuş istehsal müəssisələrində 119 növdə, 513 çeşiddə ərzaq, 242 növdə, 603 çeşiddə qeyri-ərzaq olmaqla, cəmi 361 növdə, 1116 çeşiddə məhsul istehsal olunur. İstehsal olunan 107 növdə ərzaq, 236 növdə qeyri-ərzaq olmaqla, 343 növdə məhsula olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi idxaldan asılılığın ciddi şəkildə azaldılmasına, əhalinin tələbatının keyfiyyətli məhsullarla ödənilməsinə şərait yaradıb. 

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR