22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən yaradılan Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyi üçün ayrılan binada yenidənqurma işləri aparılır. Zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət olan binada həyata keçirilən tikinti işlərinin keyfiyyətli olmasına ciddi önəm verilir. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən yenidən qurulan binanın fasadında üzləmə işləri gedir, interyerin dizaynı aparılır, kommunikasiya xətləri yenilənir. Elektron lövhəli siniflərin, laboratoriyaların, fənn kabinələrinin yaradılacağı binada yenidənqurma işlərinin sürətlə aparılması onu deməyə əsas verir ki, bina vaxtında müəllim və şagirdlərin istifadəsinə veriləcək.

Ardını oxu...

Avqustun 11-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində “Sahibkarlıq fəaliyyətini öyrənirik” mövzusunda kursa başlanılıb. 

Beş gün davam edəcək kursda sahibkarlığa yeni başlamaq istəyən şəxslər üçün müvafiq tədris pro­qramlarının keçirilməsi, həmçinin məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulub.
Dünən keçirilən kursda Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin şöbə müdiri Mircavid Tağızadə “Sahibkarlığın mahiyyəti, sahibkarlıq fəaliyyəti” mövzusunda çıxış edərək ölkəmizdə sahibkarlığın inkişafına yaradılmış şəraitdən söhbət açıb, bu sahəyə göstərilən dövlət dəstəyindən bəhs edib. Bildirilib ki, hazırda sahibkarlığın inkişafı üçün muxtar respublikada münbit şərait yaradılıb. Özəl sektorun inkişafı üçün hərtərəfli dövlət dəstəyinin göstərilməsi nəticəsində muxtar respublikada çoxsaylı sahibkarlıq subyektlərinin yaradılmasına nail olunub. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikada ümumi daxili məhsulda özəl bölmənin payı 87 faizi ötüb. Mircavid Tağızadə bu sahədə əldə olunmuş uğurların həm də məşğulluq məsələlərinin həll olunmasında mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq olunub.

Ardını oxu...

Muxtar respublikada abonentlərə keyfiyyətli rabitə xidmətinin göstərilməsi üçün iyul ayında da bir sıra işlər görülmüşdür. Bu dövrdə 285 yeni telefon nömrəsi istismara verilmişdir. Həmçinin Şahbuz rayonunda 8808 metr məsafədə Mahmudoba-Kolanı və Ordubad rayonunda 8300 metrlik Parağa-Tivi kəndlərarası fiber-optik kabel xətlərinin tikintisi başa çatdırılmışdır.
Ötən ay Naxtel baza stansiyalarında 4G şəbəkəsinin qurulması işi də davam etdirilmiş, Naxçıvan şəhərində 10, Şərur rayonunun İbadulla, Babək rayonunun Nehrəm, Cəhri, Nəzərabad kəndlərində, eləcə də Culfa, Ordubad və Şahbuz rayonları ərazisində yeni 4G baza stansiyaları qurularaq istifadəyə verilmişdir.
“Elektron hökumət” portalının fəaliyyəti də diqqət mərkəzində saxlanılmış, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin elektron xidmətlərində müvafiq dəyişikliklər edilmişdir. Bundan başqa, Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş sərbəst güləş üzrə beynəlxalq yarışın “İdman Azərbaycan” və “Kanal 35” televiziyaları ilə yanaşı, www.nakhchivan.az portalında da canlı yayımı təşkil edilmişdir.
İyul ayında internet xidmətlərinin də səviyyəsi yüksəldilmiş, daxil olan internet trafikinin həcmi 10 Gb/s-dək artırılmışdır. Bu sahədə görülən işlər internet istifadəçilərinin sayına da öz təsirini göstərmiş, ötən ay 435 yeni abunəçi genişzolaqlı ADSL texnologiyasından istifadə etməyə başlamışdır. Bu dövrdə Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində kompüter kursları üzrə 37 dinləyici təhsilini davam etdirmişdir.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Bu gün təbii qazla təminat muxtar respublikanın bütün yaşayış məntəqələrini və istehsal sahələrini əhatə edir, mavi yanacağın mövsümdən asılı olmayaraq, fasiləsiz nəqli təmin edilir.

“Naxçıvanqaz” İstehsalat Birliyinin kollektivi iyul ayında da qarşıda duran vəzifələri layiqincə yerinə yetirmiş, istehlakçılar tərəfindən daxil olan müraciətlərə əsasən, 97 yeni fərdi ev və müxtəlif təyinatlı obyekt qazlaşdırılmışdır. Təhlükəsizliyin təmin olunması məqsədilə istismarda olan magistral, daşıyıcı, paylayıcı qaz kəmərlərinə və onların üzərində olan kranlara baxış keçirilmiş, 1999 sızma aşkarlanaraq aradan qaldırılmış və təbii qazın uyğun texnoloji rejimdə nəqli təmin olunmuşdur.

Ardını oxu...

Müəyyən olunmuş iqtisadi inkişaf strategiyasının uğurlu davamının məntiqi nəticəsidir ki, ölkəmizin ayrı-ayrı regionlarında olduğu kimi, muxtar respublikamızda da irimiqyaslı layihələr reallaşdırılır, genişmiqyaslı qurucu­luq tədbirləri həyata keçirilir.
Keçmiş Sovetlər Birliyinin yüksək inkişaf mərhələlərindən hesab olunan 1989-cu ildə tikinti sektorunda bir ay ərzində istifadə olunan beton qarışığı müasir dövrümüzdə bir gün ərzində inşaat işlərinə sərf olunmaqdadır. Təbii ki, bu da tikinti-quraşdırma işlərinin sürətlə aparılmasına rəvac verir. İnşaat işlərinin vaxtında və keyfiyyətlə aparılmasında beton qarışığı istehsal edən müəssisələr mühüm rol oynayır. Odur ki, muxtar respublikada beton qarışığı istehsal edən müəssisələrin yaradılması da diqqət mərkəzində saxlanılır.
Daxili bazarı tələbata uyğun keyfiyyətli tikinti materialları ilə təmin edən müəssisələrdən biri də 2005-ci ildən fəaliyyətə başlayan “Gəmiqaya Beton Məmulatları” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Babək rayonunun Qoşadizə kəndi yaxınlığında, Naxçıvançayın sahilində yerləşən müəssisə son illər muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri nəticəsində yerli tikinti materiallarına olan tələbatın ödənilməsi zərurətindən yaradılıb. Müəssisə istifadəyə verilənədək muxtar respublikamızda aparılan tikinti işləri üçün lazım olan inşaat materiallarından beton primitiv üsullarla hazırlanırdı. Həmçinin quruculuq obyektlərində istifadə olunan kilid daş, dekorativ kərpic və digər beton məmulatları qonşu ölkələrdən gətirilirdi. Bu müəssisənin işə salınması ilə həmin problemlər aradan qaldırılıb. Müəssisədə Türkiyədən alınmış müasir texnoloji avadanlıqlar quraşdırılıb, istehsal gücü saatda 50 kubmetr olan qum-çınqıl karxanası, 60 kubmetr olan beton zavodu və 35 kvadratmetr olan dekorativ daşlar istehsalı sexi fəaliyyətə başlayıb.

Ardını oxu...

Bu gün muxtar respublika iqtisadiyyatında böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Dövlət tərəfindən aqrar sahədə müasir infrastrukturun yaradılması, kənd təsərrüfatına dövlət qayğısının artırılması, aqrolizinq xidmətinin genişləndirilməsi, eləcə də kreditlərin verilməsinin sürətləndirilməsi aqrar sahənin inkişafına müsbət təsirini göstərir.
Ümumiyyətlə, ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması təsadüfi deyil. Dövlət ərzağa olan daxili tələbatını, əsasən, öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb və bu proses davam edir. 2015-ci il ölkəmizdə, eləcə də muxtar respublikamızda “Kənd təsərrüfatı ili” elan olunub. Şübhəsiz, Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının müasir sosial-iqtisadi inkişaf səviyyəsində kənd təsərrüfatı da yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Bu baxımdan Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə aqrar sektorun inkişafına xüsusi diqqət yetirilir. Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərti, dövlətin iqtisadi təhlükəsizliyinin əsas amillərindəndir. Naxçıvan Muxtar Respublikasında da ərzaq təhlükəsizliyinin təmin olunmasına ciddi diqqət yetirilir və bu sahədə mühüm nailiyyətlər qazanılmışdır.

Ardını oxu...

“2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”ın uğurlu icrası muxtar respublika paytaxtında və ona bağlı qəsəbə və kəndlərdə infrastruktur təminatını daha da yaxşılaşdırır, yeni binalar inşa edilir, mövcud binalar əsaslı təmir olunur, yollar ən müasir standartlara uyğun olaraq yenidən qurulur. Adıçəkilən proqram çərçivəsində həyata keçirilən tədbirlər ictimaiyyətdə böyük ruh yüksəkliyi yaradır və hər kəs həyata keçirilən quruculuq, abadlıq işlərinə, Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafına öz töhfəsini verməyə çalışır.
Proqramın icrası istiqamətində görülən işlərin bir hissəsini də abadlıq tədbirləri təşkil edir. Belə ki, hazırda Naxçıvan şəhərinin bir neçə ünvanında abadlıq işləri öz miqyası və əhatəliliyi ilə diqqəti çəkir. Hazırda şəhərin Zərifə Əliyeva küçəsində genişmiqyaslı abadlıq işləri aparılır. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən həyata keçirilən abadlıq tədbirlərinə 80 işçi və çox sayda texnika cəlb edilib. İş icraçısı Əhməd Abdullayevlə söhbətimiz zamanı bildirdi ki, küçəni əhatə edən yollara asfalt örtüyün salınması üçün hazırlıq işləri görülür. Hazırda küçədə evlərin və həyətlərin hasarlarının travertin üzlük lövhələrlə üzlənməsi, qapıların dəyişdirilməsi, yenidən qurulan hasarların milli ornamentlərlə bəzədilməsi işləri gedir. İş icraçısı onu da bildirdi ki, həyata keçirilən tədbirlər bunlarla məhdudlaşmayacaq. Görkəmli akademikin adını daşıyan küçədə kommunikasiya xətləri dəyişdiriləcək və yer altına salınacaq, küçədə müasir işıqlandırma sistemi qurulacaq, yol kənarlarında piyadaların rahat gediş-gəlişi üçün səkilər salınacaq, kilid daşlar düzüləcək. Beləcə, Zərifə Əliyeva küçəsi şəhərimizin ən gözəl ünvanlarından birinə çevriləcək.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Qanunsuz sahibkarlığın aşkar edilməsi şöbəsinin rəisi, vergi xidməti müşaviri Rəşad Əliyevdən aldığımız məlumata görə, 2015-ci ilin 7 ayı ərzində nazirlik tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması diqqətdə saxlanılıb. Bu dövrdə nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, xarici valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi, işəgötürənlə işçilər arasında əmək müqavilələrinin bağlanmasına nəzarət və sair kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 92 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb.
Həyata keçirilən operativ nəzarət tədbirləri gücləndirilib, 20 vergi ödəyicisi tərəfindən əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 26 vergi ödəyicisi tərəfindən xarici valyuta məbləğlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkarlanıb.

Ardını oxu...

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti və onun strukturları bu ilin iyul ayında da üzərinə düşən vəzifələri uğurla icra etmiş, xidmətin keyfiyyəti yüksəldilmişdir. Təhlükəsizlik tədbirlərinin, qatarların və dəmir yolu xətlərinin müasir tələblərə cavab verməsi nəqliyyatın bu növündən istifadə edənlərin sayının artmasına səbəb olmuşdur. Cari ilin iyul ayında ayrı-ayrı tikinti təşkilatlarına 8 min 895 ton müxtəliftəyinatlı yük daşınmış, 10 min 884 sərnişin mənzil başına qatarlar vasitəsilə çatdırılmışdır.
Yolların və nəqliyyat vasitələrinin sazlığı daim nəzarətdə saxlanılır. Ötən ay elektrovozlar 4, teplovozlar isə 2 dəfə texniki baxışdan keçirilmiş, 2 elektrovoz cari təmir edilmişdir. Həmçinin bu dövrdə 27 vaqonda cari, bir sərnişin vaqonunda isə depo təmiri aparılmışdır. Bundan başqa, bir sərnişin vaqonu əsaslı təmir edilərək istilik sistemi yenidən qurulmuşdur. Mütəmadi olaraq baş və stansiya yollarına baxış keçirilmiş, keçidlər, yol yatağı, körpü və yoldəyişdiricilər yoxlanılaraq müvafiq təmir işləri görülmüşdür.

Ardını oxu...

Kənd təsərrüfatının inkişaf etdirilməsi, bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı etibarlı ərzaq təminatının yaradılmasında mühüm şərtdir. Bu sahənin normal fəaliyyətinin təmin olunması isə bir sıra amillərdən asılıdır. Ona görə də bu sahədə strateji məqsədlərə çatmaq üçün həyata keçirilən tədbirlər arasında bitkiçilik və heyvandarlıq məhsullarının sığortasına diqqət də mühüm əhəmiyyət kəsb edir. Çünki kənd təsərrüfatı gözlənilməz hadisələrə qarşı çox həssasdır.
Aqrar sahədə istehsal prosesinə və eləcə də ərsəyə gətirilmiş hazır məhsula bir sıra gözlənilməz hadisələr zərər vura bilər. Bunlar təbiətin doğurduğu fəlakətlər və texnogen mənşəli bəzi hadisələrdir. Hazırda ölkəmizdə mövcud olan kənd təsərrüfatı məhsullarının sığortası qaydalarına əsasən, yanğın, dolu, sel, daşqın, şaxtavurma kimi hadisələrə qarşı sığortalanmış kənd təsərrüfatı məhsulları sığorta hadisəsi baş verdiyi zaman sığorta orqanları tərəfindən dəymiş maddi zərərin ödənilməsi həyata keçirilir. Bu məsələlərin həllində dövlətin marağı isə, ümumilikdə, kənd təsərrüfatının inkişafının stimullaşdırılması istiqamətində yürüdülən siyasətin bir hissəsidir. Dövlət bu sahəyə xüsusi diqqət göstərərək baş verən gözlənilməz hadisələrdən kənd təsərrüfatı məhsullarına dəymiş maddi itkilərin əvəzinin fermer və torpaq mülkiyyətçilərinə vaxtında ödənilməsinə çalışır.

Ardını oxu...

Böyükdüz istixana kompleksində yeni layihə həyata keçirilir

Özəl sektorun inkişafı daxili bazarın qorunmasında, idxaldan asılılığın aradan qaldırılmasında, əhalinin tələbatının yerli istehsal hesabına ödənilməsində əhəmiyyətli rola malikdir. “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda da özəl sektorun inkişafı əsas yer tutur. Bu məqsədlə davamlı tədbirlər həyata keçirilir, sahibkarlara dövlət maliyyə dəstəyi göstərilir, yeni meyvə bağları salınır, istixana kompleksləri yaradılır. “Naxçıvan bağları” istixana kompleksinin fəaliyyətə başlaması həyata keçirilən tədbirlərin davamıdır. 

Sahibkar Elçin Bağırov söhbətində qeyd etdi ki, bu mühüm əhəmiyyətli sahənin inkişaf etdirilməsi üçün biznes-plan hazırlanıb Sahibkarlığa Kömək Fonduna təqdim edilmiş və fonddan 1 milyon 500 min manat güzəştli kredit ayrılmışdır. 2013-cü ilin mart ayında 10 min kvadratmetr, may ayında isə 1500 kvadratmetr sahəsi olan yeni istixana kompleksi fəaliyyətə başlamışdır. Burada Hollandiya və Türkiyə istehsalı olan müasir avadanlıqlar quraşdırılmış, anbarlar, qazanxana, yeməkxana və işçilər üçün otaqlar yaradılmış, istixana üçün yeni kənd təsərrüfatı texnikaları alınmışdır. Ümumilikdə, yeni istixana kompleksinin tikintisinə və müasir texnoloji avadanlıqların alınmasına 2 milyon 100 min manat vəsait sərf olunmuşdur ki, bunun 600 min manatı daxili imkanlar hesabına ödənilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyindən aldığımız məlumata görə, istehlakçıların təhlükəsiz və keyfiyyətli məhsullarla təmin olunması, ticarət norma və qaydalarına əməl edilməsi, istehlak bazarının keyfiyyətsiz və saxtalaşdırılmış mallardan qorunması, istehlakçıların hüquqlarının etibarlı müdafiəsi diqqət mərkəzində saxlanılıb. Bu istiqamətdə 2015-ci ilin ötən dövrü ərzində idхаl və yеrli istеhsаl mаllаrındаn nümunələr götürülərək təhlil edilməsi, keyfiyyət göstəricilərinin normativ texniki sənədlərin tələblərinə cavab verməsi məqsədilə həyata keçirilən tədbirlər davam etdirilib.
Qiymәtlәrin sabit saxlanılması mәqsәdilә istehlak bazarında gündә­lik olaraq əsаs istеhlаk mаllаrının pərаkəndə və tоpdаnsаtış qiymətləri üzrə monitorinqlәr aparılıb.
Əhаlinin ərzaq məhsullаrınа оlаn tələbаtının ilboyu ödənilməsinin təmin edilməsi, kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin stimullaşdırılması, mәhsulların tәdarükü, saxlanması vә satışı infrastrukturunun yaradılması məqsədilə yerli investisiyalar əsasında soyuducu anbarların sayı 20-yə, tutumu 12 min 250 tona, tərəvəz məhsullarının yetişdirilməsi üçün istiхаnа kоmplеkslərinin ümumi sahəsi 100 min kvadratmetrə, uzunmüddətli taxıl anbarlarının tutumu 27 min tоna, qısаmüddətli tахıl anbarlarının tutumu 43 min 380 tоna, tахıl еmаlı müəssisələrinin sayı 17-yə, ətlik və yumurtalıq istiqamətində quşçuluq təsərrüfatlarının sayı 64-ə çatdırılıb.

Ardını oxu...

Davamlı dinamik inkişafa nail olmaq həyata keçirilən iqtisadi siya­sətin əsas hədəflərindən biridir. Bu baxımdan iqtisadiyyatın dövlət tənzimlənməsi vasitəsi kimi sosial rifahın yüksəldilməsinə xidmət edən bir çox mühüm tədbirlər vardır ki, onlar daim diqqətdə saxlanılır.
Muxtar respublikamızda iqtisadi inkişafın artan tempinin əhali gəlirlərində də hiss olunması üçün sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, yeni iş yerlərinin yaradılması və səmərəli məşğulluğun təmin olunması sahəsində aparılan dövlət siyasəti bu məqsədə xidmət edir.
Cəmiyyətdə stabil iqtisadi inkişaf tempinin əldə olunmasında əsas göstəricilər kimi məşğulluq və əhali gəlirləri artımının mühüm əhəmiyyəti vardır. Bu baxımdan 2015-ci ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı göstəricilərinə nəzər saldıqda görürük ki, sənaye, kənd təsərrüfatı, tikinti-quruculuq, xarici ticarət, təhsil, səhiyyə və digər mühüm sahələrin inkişaf etdirilməsi əhali gəlirlərinin də səviyyəsində özünü göstərmiş və bu sahədə artım dinamikası qorunub saxlanılmışdır. Belə ki, cari ilin yanvar-iyun ayları ərzində muxtar respublikada əhalinin gəlirləri bir il öncəyə nisbətdə 5,2 faiz artaraq 794 milyon 636 min manata, onun hər bir nəfərə düşən həcmi isə 4,1 faizlik artımla 1803 manata çatmışdır. Bu dövr ərzində orta aylıq əməkhaqqının məbləği 392,6 manat təşkil etmişdir ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricidən 2,6 faiz çoxdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Görkəmli maarifçi Məhəmməd Tağı Sidqinin ev-muzeyinin yaradılması haqqında” 2014-cü il 17 sen­tyabr tarixli Sərəncamına əsasən, görkəmli maarifpərvərin ev-muzeyinin yaradılması istiqamətində işlərə başlanılıb və yeni bina inşa edilib. Hazırda ikimərtəbəli binada son tamamlama işləri görülür, ərazi abadlaşdırılır. Muzeydə görkəmli pedaqoqun həyat və yaradıcı­lığını əks etdirən eksponatların nümayiş etdirilməsi üçün ekspozisiya zalı və iş otaqları yaradılıb.

Ardını oxu...

Muxtar respublikada mədəniyyət obyektlərinin inşası, onların maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin fəaliyyətinin genişləndirilməsinə xüsusi diqqət yetirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər Naxçıvan şəhərini də əhatə edib. Aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində son illər Naxçıvan şəhərində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri üçün bir neçə yeni bina inşa edilib.
Bu tədbirlərin davamı olaraq Naxçıvan şəhərinin Atatürk küçəsində inşa edilən 2 nömrəli Uşaq musiqi məktəbi üçün binada tikinti işləri artıq yekunlaşıb. 4 mərtəbədən ibarət olan binada inşaat işlərini Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsi həyata keçirib. Xüsusi zövqlə işlənmiş, Naxçıvan memarlıq məktəbinin ənənələri və müasirliyin vəhdət təşkil etdiyi bina şəhərimizin ən yaraşıqlı ünvanları ilə bir sırada yer alıb.

Ardını oxu...

Muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi və yerli məhsulların xarici bazarlara çıxarılması istiqamətində görülən işlər öz bəhrəsini verməkdədir. Bu sahədə müəyyənləşdirilmiş layihələr reallaşdıqca ölkə­mizin xarici ticarət dövriyyəsində muxtar respublikamızın da payı artır.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, hazırda muxtar respublika 33 xarici dövlətlə ticarət əməliyyatları aparır. Nəticədə, cari ilin ilk 6 ayında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 208 milyon 291 min ABŞ dolları olmuşdur. Xarici ticarət dövriyyəsinin 184 milyon 421 min ABŞ dollarını ixrac, 23 milyon 870 min ABŞ dollarını idxal təşkil etmişdir. Nəticədə, həyata keçirilmiş xarici ticarət dövriyyəsindən 160 milyon 550 min ABŞ dollarından artıq həcmdə müsbət saldo yaranmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə ixracın həcmi 5,3 faiz artmış, idxalın həcmi isə 58,4 faiz azalmışdır.
Məlumatda muxtar respublikadan ixrac olunan məhsulların 79 faizinin sənaye, 21 faizinin kənd təsərrüfatı məhsulları, idxalın 31,8 faizinin sənaye məhsulları, 31,6 faizinin nəqliyyat vasitələri və onların hissələri, 0,8 faizinin ərzaq məhsulları, 8,1 faizinin tikinti materialları, 27,7 faizinin isə digər mallar olduğu da bildirilir.

Xəbərlər şöbəsi

Etibarlı ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər sırasında su təchizatı sisteminin yaxşılaşdırılması və meliorativ tədbirlərin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Muxtar respublikada bu amil diqqət mərkəzində saxlanılır.
Bu günlərdə havaların çox isti keçməsi suvarma suyuna olan tələbatı daha da artırmışdır. Ona görə də iyul ayında muxtar respublika ərazisində suvarmanın səmərəli və mütəşəkkil aparılması məqsədilə 7,65 kilometr kanal, 26,6 kilometr ara arxları və 12 kilometr kollektor lildən təmizlənmiş, 4,45 kilometr yeni suvarma xətti çəkilmişdir. O cümlədən Araz çayında torpaqların yuyulmasının qarşısını almaq üçün 1 kilometr məsafədə sahilbərkitmə işi aparılmış, Vayxır sol sahil kanalının altında tikilən mexaniki suvarma şəbəkəsində mövcud kollektor lildən təmizlənmişdir. Hazırda ərazidə su hidrantları və sayğaclar quraşdırılır.
Muxtar respublikada subartezian quyularının sayının artırılması yaşayış məntəqələrinin su təminatını xeyli yaxşılaşdırmışdır. İyul ayında Şərur rayonunun Çəmənli, Ələkli, Qarahəsənli, Maxta, Kəngərli rayonunun Şahtaxtı, eləcə də Sədərək rayonu ərazisində yeni subartezian quyuları qazılmış və mövcud quyularda təmir-bərpa işləri görülmüşdür. Ümumiyyətlə, bəhs olunan dövrdə 84 subartezian quyusu təmir olunmuş, 20 subartezian quyusunda yeni nasos quraşdırılmışdır. Həmçinin 6 kəhrizdə təmir işləri davam etdirilmişdir.

Ardını oxu...

Muxtar respublikada hava nəqliyyatı sisteminin inkişafı diqqət mərkəzində saxlanılır. Bunun nəticəsidir ki, hər ötən ay bu xidmətdən istifadə edənlərin sayı artır.
İyul ayında yerli hava xətti ilə 22 min 537 sərnişin, 390 min 959 kiloqram baqaj, 65 min 394 kiloqram yük və 1247 kiloqram poçt daşınması həyata keçirilmişdir. Xidmətdən istifadə edənlərin sayının artmasını beynəlxalq hava xətləri üzrə uçuşlara da şamil etmək olar. Belə ki, bəhs olunan dövrdə Naxçıvan-Moskva istiqamətində 284 sərnişin, 3956 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi ilə isə 594 sərnişin və 6852 kiloqram baqaj daşınmışdır.

Ardını oxu...

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bazar iqtisadiyyatı yolunu tutmuş və bu yolda sürətlə irəliləməkdədir. Milli iqtisadiyyatda özəl sektorun, bunun da nəticəsində sahibkarlığın inkişaf etdirilməsi üçün indiyədək çoxsaylı dövlət proqramları həyata keçirilmiş, hərtərəfli qanunvericilik bazasının yaradılması təmin olunmuşdur. Bunun da nəticəsində ölkəmizdə, həmçinin muxtar respublikamızada böyük sahibkarlar sinfi yaranmış və sahibkarlar dövlətimizin iqtisadi dayaqlarının gücləndirilməsində mühüm rol oynamaqdadırlar.
Məlumdur ki, bir ölkənin hərtərəfli inkişafı onun həmin ölkənin güclü və çoxsaylı sahibkarlarının fəaliyyətindən birbaşa asılıdır. Hər bir sahədə dəqiq mexanizm işlədiyi kimi, sahibkarlığın da özünəxas dəqiq, düşünülmüş mexanizm və hədəfləri var. Ölkəmizin sosial-iqtisadi inkişafını sahibkarlıq fəaliyyəti ilə çox sıx şəkildə əlaqələndirən ulu öndərimiz Heydər Əliyev deyirdi: “Azərbaycanda bazar iqtisadiyyatının həyata keçirilməsi və onun bir hissəsi olan sahibkarlıq prosesinin yaranması və inkişaf etdirilməsi asan deyildir. Bizim hamımız birlikdə on illərlə mərkəzləşmiş dövlət iqtisadiyyatı şəraitində yaşamışıq. O dövrdə heç bir sahibkarlığa imkan verilmirdi. Və insanlar nəsildən-nəslə sahibkarlığın nə olduğunu unudurdular. İndi sahibkarlığı yenidən bərpa etmək, insanları buna alışdırmaq, onlarda sahibkarlıq keyfiyyəti yaratmaq, insanlarda sahibkarlıq xüsusiyyətləri tərbiyə etmək, yüksəksəviyyəli sahibkarlar hazırlamaq, milli sahibkarlar yaratmaq – bunlar vaxt tələb edir. Bunlar eyni zamanda dövlətin qayğısını tələb edir”.

Ardını oxu...

Kiçik və orta sahibkarlıq məşğulluğun və innovasiyaların vacib mənbəyidir. Belə ki, bu sahibkarlıq növlərinin inkişafı bir tərəfdən məhsul bolluğu yaratmaqla daxili istehlak bazarının formalaşmasına səbəb olur və sağlam rəqabət üçün geniş imkanlar açır, digər tərəfdən isə işsizlik kimi kəskin sosial-iqtisadi problemlərin həllini sürətləndirir və dövlət büdcəsinin zənginləşməsinə kömək edir.
Kiçik və orta sahibkarlar iqtisadi inkişafın və rəqabətin dinamik artımına xidmət edirlər. Qısaca ümumiləşdirsək, bu sahibkarlar iş yerləri məhdud olan ünvanlarda işsizliyi aradan qaldırır, istehlakçıları bazarla təmin edir, vergi ödəməklə büdcənin və əhalinin müəyyən hissəsinin gəlirini artırırlar.
Beynəlxalq qiymətləndirmələrə görə, kiçik və orta sahibkarlıq sektorunun iqtisadiyyata, məşğulluğa və təhlükəsizliyə əsaslı təsir göstərməsi üçün kiçik müəssisələrin məşğulluq sahəsində və əlavə dəyərin yaradılmasında, təxminən, 40 faizlik iştirak payı olmalıdır. Yalnız bu halda onlar mövcud iqtisadi resursları mənimsəyib onları davamlı inkişafa doğru istiqamətləndirə bilərlər.

Ardını oxu...

Muxtar respublikada əhalinin ərzaq təhlükəsizliyini təmin etmək, kənd əhalisini işgüzar münasibətlərə cəlb etməklə onların məşğulluğuna nail olmaq və sahibkarlıq fəaliyyəti üçün zəruri ictimai-iqtisadi mühiti formalaşdırmaq həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biridir.

Əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsi və yerli istehsalın həcminin artırılmasında təsərrüfatdaxili ehtiyatlardan və imkanlardan səmərəli istifadə olunması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan muxtar respublikada ərzaq bazarının formalaşmasında bir sıra iqtisadi metodlardan istifadə olunur. Xüsusilə son illər əhali, fermer və sahibkarların mövcud resurslardan səmərəli şəkildə istifadəsinə şərait yaratmaq və onları maliyyə resursları ilə təmin etmək diqqət mərkəzində saxlanılır. Vətəndaşların əlverişli maliyyə resursları ilə təmin edilməsi müxtəlif istehsal və xidmət sahələrinin təşkilinə, onların inkişafına, bu sahələrdə fəaliyyətin genişləndirilməsinə, əhali tələbatlarının daxili bazar hesabına ödənilməsinə şərait yaradır. Tələbatın, başlıca olaraq, daxili istehsal hesabına ödənilməsinin ərzaq bazarının tənzimlənməsində iki mühüm əhəmiyyəti var. Bunlardan birincisi muxtar respublikanın ərzaq məhsulları üzrə idxal asılılığını azaltmaqla onun iqtisadi müstəqilliyini daha möhkəm təməllər üzərində qurmasına dəstək olur. İkincisi isə yerli istehsalın inkişafı nəqliyyata çəkiləcək xərcləri minimuma endirməklə istehsal olunmuş məhsulun maya dəyərinin daha aşağı olmasına və əhalinin təzə, yüksəkkeyfiyyətli ərzaq məhsullarına olan tələbatını ödəməyə imkan verir.

Ardını oxu...

Muxtar respublikamızda daxili bazarın qorunması, istehlakçıların hüquqlarının müdafiəsi, аntiinflyаsiyа tədbirlərinin gücləndirilməsi, süni qiymət artımının qarşısının alınması, yerli istehsal və idxal olunan malların keyfiyyətinə nəzarətin həyata keçirilməsi, istehlak müddəti bitmiş, keyfiyyətsiz malların ticarət dövriyyəsindən çıxarılması mühüm vəzifə kimi qarşıya qoyulmuş məsələlərdəndir.
Bu istiqamətdə həyata keçirilən tədbirlər istehlakçıların hüquqlarının qorunmasına, əhalinin tələbatının daha keyfiyyətli məhsullarla ödənilməsinə hərtərəfli şərait yaratmışdır.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən də istehlakçıların hüquqlarının müdafiəsi daim diqqət mərkəzində saxlanılır. İstehlakçıların hüquqlarının qorunması, daxili bazara nəzarət və keyfiyyətin yüksəldilməsi üçün 2015-ci ilin 6 ayı ərzində 338 halda topdan və pərakəndə ticarət, istehsal müəssisəsi və xidmət obyektində monitorinqlər keçirilmiş, topdansatış müəssisələri və ticarət obyektlərində ümumi dəyəri 13603,79 manat olan istehlak müddəti ötmüş ərzaq və qeyri-ərzaq malları aşkar edilərək ticarət dövriyyəsindən çıxarılmışdır.

Ardını oxu...

“Badamlı” mineral bulağı ötən əsrin ortalarında aşkar olunmuşdur.  1947-ci ildə kiçik müəssisə yaradılaraq ilk dəfə əl üsulu ilə cəmi 30-40 litr su istehsalına başlanılmışdır. 

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə müəssisənin fəaliyyəti genişləndirilmiş, Almaniya və Çexoslovakiya istehsalı olan yeni texnoloji avadanlıqlar tətbiq olunmaqla istehsal gücü daha da artırılmışdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə baş verən hadisələr, iqtisadi tənəzzül bu müəssisənin də fəaliyyətinin dayanmasına səbəb olmuşdur. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra yaradılan sabitlik və iqtisadi inkişaf bütün sahələr kimi, sahibkarlıq fəaliyyətinin də genişləndirilməsinə böyük imkanlar açmışdır. Muxtar respublikada sahibkarlıq mühitinin formalaşdırılması, iş adamları üçün əlverişli şəraitin yaradılması “Badamlı” mineral suyunun da əvvəlki şöhrətini özünə qaytarmış, 2004-cü ildə özəlləşdirilən müəssisədə daha keyfiyyətli məhsul istehsalına başlanılmışdır. “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti müəssisəyə bazar iqtisadiyyatının tələblərinə uyğun yeni həyat vermişdir.
Naxçıvan şəhərində 2,1 hektar ərazini əhatə edən və ümumi sahəsi 9590, istehsal sahəsi isə 3600 kvadratmetr olan yeni istehsal müəssisəsi 2009-cu ildə ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir.

Ardını oxu...

Naxçıvan Şəhər Vergilər İdarəsindən qəzetimizə verilən məlumata görə, cari ilin birinci yarısında sahibkarlıq fəaliyyəti ilə məşğul olan 12 hüquqi və 192 fiziki şəxs olmaqla, ümumilikdə, 204 vergi ödəyicisi qeydiyyata alınıb.
Məlumatda bildirilir ki, ayrı-ayrı sahibkarların müraciətləri qanunamüvafiq qaydada cavablandırılıb, bəyannamələrin düzgün tərtib edilməsinə köməklik edilib, elektron bəyannamə xidməti göstərilib. Həmçinin vergi ödəyicilərinin vergi orqanlarına gəlmədən internet vasitəsilə bəyannamələrinin təqdim olunması, özlərinin şəxsi vərəqələrinə nəzarət etmək, elektron əməliyyatlar aparmaq imkanının yaradılması məqsədilə cari ilin ilk 6 ayında sahibkarlıq fəaliyyəti ilə məşğul olan 103 vergi ödəyicisi ilə “Vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında” müqavilə bağlanaraq onlara parol-şifrələr verilib. Parol-şifrə verilmiş vergi ödəyicilərinin hamısının bəyannamələri elektron poçt vasitəsilə Naxçıvan Şəhər Vergilər İdarəsinə təqdim edilib.

Ardını oxu...

Muxtar respublikamızın iqlim şəraiti bitkilərin vegetasiya müddəti üçün uzundövrlüdür. Buna görə də bir sıra bitkiləri il ərzində 2 dəfə, bəzilərini isə 3-4 dəfə təkrar əkib məhsul götürmək mümkündür. Bu həm əhalini ilboyu tərəvəzlə təmin etməyə, həm məhsul bolluğu yaratmağa, həm də daxili bazarda yerli istehsalın çəkisini artırmağa imkan verir.

Təkrar əkin eyni sahədə bir növ bitkini yetişdirib yığmaq və onun yerində həmin vegetasiya dövründə, ya o, ya da başqa növ bitkini əkib-becərməkdir. Bu üsul təcrübədə özünü doğrult­duğu üçün torpaq mülkiyyətçiləri, sahibkarlar, təcrübəli təsərrüfatçılar həmin metoda üstünlük verirlər.
Muxtar respublikamızın aran bölgələrində təkrar əkin aparılmasına xüsusi diqqət yetirilir. Ən çox təkrar əkilən məhsullar isə xiyar, lobya, kartof, kələm və səbzə (kahı, şüyüd, ispanaq, keşniş, məzrə, reyhan, acıtərə, qırmızı turp və sair) bitkiləridir. Müxtəlif sələflərdən (taxıl, paxlalı, bostan-tərəvəz bitkiləri və sair) sonra xiyar və lobyanı apreldə və iyulda, səbzəni yazda 2 dəfə, payızda isə 2-3 dəfə becərmək mümkündür.

Ardını oxu...

2015-ci ilin ilk altı ayı ərzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və digər kredit təşkilatları muxtar respublika iqtisadiyyatının inkişafını stimullaşdırmaq, iqtisadi artıma nail olmaq məqsədilə kreditləşmə funksiyasını yüksək şəkildə həyata keçirmişdir. Belə ki, 1 iyul 2015-ci il tarixə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 119 milyon 789 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 15 milyon 132 min manat, uzunmüddətli kredit qoyuluşu isə 104 milyon 657 min manat təşkil etmişdir. Kredit qoyuluşu ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 milyon 389 min manat, 1 yanvar 2015-ci il tarixlə müqayisədə isə 19 milyon 123 min manat artmışdır.

Ardını oxu...

Şərur rayonunda tikinti-quruculuq tədbirləri hesabına əsaslı yeniləşmə prosesi cari ildə də uğurla davam etdirilir, rayon mərkəzində, kənd yaşayış məntəqələrində müxtəlif təyinatlı obyektlər inşa olunur.

Onlardan biri rayon mərkəzində 2 nömrəli tam orta məktəb üçün tikilən yeni binadır. Burada “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları çalışırlar. Obyektdə dəmir-beton konstruksiyaların quraşdırılması həyata keçirilir. Yeni yaradılmış Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey üçün nəzərdə tutulmuş binanın tədris korpusunda dam örtüyü dəyişdirilib, hazırda binadaxili tikinti işləri görülür. Məktəbin yataqxana binası da yenidən qurulur.

Ardını oxu...

Bu gün yerli istehsal hesabına ərzaq məhsullarının artımı hər bir dövlət üçün xüsusi əhəmiyyətə malikdir. Çünki bu, etibarlı ərzaq təhlükəsizliyinin təmin edilməsinin ən əsas şərtləri sırasında yer alır. Ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, rəqabətə davamlılığı, ixrac potensialının artırılması yerli və keyfiyyətli məhsulların istehsalından birbaşa asılıdır.
Görülən işlər sayəsində hazırda muxtar respublikamızda müxtəlif ərzaq sahələri üzrə istehsal həcmi əhəmiyyətli dərəcədə genişlənib. Məsələn, qida rasionunda və əhalinin ərzaq səbətində mühüm paya malik quşçuluq məhsulları sahəsində ölkəmizdə olduqca mühüm işlər görülür və bu sferada dövlət dəstəyi sayəsində vəziyyətin arzuolunan həddə çatdırılması üçün konkret addımlar atılır. Bunun nəticəsidir ki, artıq muxtar respublikada quş ətinə olan tələbat yerli istehsal hesabına ödənilir.

Ardını oxu...

Muxtar respublikada iqtisadi və sosial sahələrdə qazanılmış uğurlar cari ilin ilk altı ayı ərzində də qorunub saxlanılmış, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı üzrə mühüm tədbirlər həyata keçirilmişdir.
Bu dövr ərzində ümumi inkişafı xarakterizə edən ümumi daxili məhsul istehsalının həcmi bir il öncəyə nisbətdə 5,5 faiz artaraq 1 milyard 86 milyon 578 min manat təşkil etmiş, hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalının həcmi 6,1 faiz artaraq 2465 manat olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 32,1 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 60,8 faiz təşkil etmişdir.
2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2015-ci ilin yanvar-iyun ayları ərzində sənaye məhsulunun həcmi 3,1 faiz, əsas kapitala yönəldilən investisiyalar 2,3 faiz, kənd təsərrüfatının ümumi məhsulu 9,4 faiz, nəqliyyat sektorunda yük daşınması 3,1 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 2 faiz, o cümlədən mobil rabitə xidməti 1,4 faiz, pərakəndə əmtəə dövriyyəsi 6,6 faiz, əhaliyə göstərilən pullu xidmətlər 4,2 faiz, ixracın həcmi 5,3 faiz, əhalinin gəlirləri 5,2 faiz, hər bir nəfərə düşən gəlirlər 4,1 faiz, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 2,6 faiz artmışdır.

Ardını oxu...

Son illər həyata keçirilən məqsədyönlü tədbirlər muxtar respublikada sosial-iqtisadi inkişafı təmin etmiş, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün geniş imkanlar yaradılmışdır. Yeni istehsal və xidmət sahələrinin fəaliyyətə başlaması bol məhsul istehsalına səbəb olmuş və ixracın həcmi xeyli artmışdır.
2015-ci ilin ölkəmizdə “Kənd təsərrüfatı ili” elan edilməsi isə aqrar sahənin inkişafına əlavə stimul vermişdir. Fermer və torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikaları və mineral gübrələrlə təminat bu sahəyə marağı artırmışdır. Artıq muxtar respublikada istehsal olunan kənd təsərrüfatı məhsulları daxili tələbatı ödəməklə yanaşı, həm də xarici ölkələrə ixrac olunur.

Ardını oxu...

Son illər muxtar respublikamızda irimiqyaslı layihələr reallaşdırılır, yerli xammaldan səmərəli istifadə etməklə daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsullar istehsal edən müxtəliftəyinatlı yeni istehsal müəssisələri yaradılır. Həmçinin fəaliyyəti dayanmış müəssisələrin işi bərpa edilib, mütərəqqi texnologiyalar tətbiq olunub. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir ki, hazırda muxtar respublikamızda fəaliyyəti bərpa edilmiş və yenidən qurulmuş istehsal müəssisələrində 119 növdə, 507 çeşiddə ərzaq, 235 növdə, 588 çeşiddə qeyri-ərzaq olmaqla, cəmi 354 növdə, 1095 çeşiddə məhsul istehsal olunur. 107 növdə ərzaq, 229 növdə qeyri-ərzaq olmaqla, cəmi 336 növdə məhsullara olan tələbat yerli istehsal hesabına ödənilir.

Daxili bazarı yerli məhsullarla təmin edən müəssisələrdən biri də “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Yeraltı və yerüstü sərvətlərlə zəngin Naxçıvanın təbii resurslarından biri olan Duzdağ yataqları Naxçıvan şəhərindən 12 kilometr aralı məsafədə, dəniz səviyyəsindən 1173 metr yüksəklikdə yerləşir. Məlumat üçün qeyd edək ki, Naxçıvan Duzdağında əsaslı tədqiqat işləri aparılıb və araşdırmalar nəticəsində müəyyən edilib ki, Duzdağ mədənindən 6 min il bundan əvvəldən başlayaraq duz çıxarılıb, mədənçilik inkişaf etdirilib. Duzdağ mədənindən Erkən Tunc dövründə geniş istifadə olunub, duz sosial və ictimai münasibətlər faktoruna çevrilərək sənətkarlığın və ticarətin, bununla birlikdə isə Naxçıvan şəhər mədəniyyətinin yaranmasına güclü təsir göstərib.

Ardını oxu...

Dağlıq zonada yerləşən Şahbuz rayonunda son illər digər kənd təsərrüfatı sahələri kimi, taxılçılığa da maraq xeyli artıb.
Bölgənin relyefi muxtar respublikanın digər yerləri ilə müqayisədə burada məhsul tədarükünün bir qədər çətinliyini ortaya qoyur. Buna baxmayaraq, əvvəlcədən həyata keçirilən tədbirlər rayonun torpaq mülkiyyətçilərinin çəkdiyi zəhmətin hədər getməsinin qarşısını alır. Rayon ziyalısı və el ağsaqqalı Qaşdar Əliyev deyir ki, sovet dönəmində belə bir fikir yayılmışdı ki, dağlıq zonalarda taxıl əkmək zəhmətin hədər getməsi deməkdir. Ancaq son illərdə bu sahənin inkişafı üçün həyata keçirilən tədbirlər göstərdi ki, bu fikir kökündən səhvdir. Qayğı, maraq olarsa, zəhmət çəkilərsə hər şeyə nail olmaq mümkündür. Bunu elə Şahbuz rayonunun timsalında görmək olar. Bir neçə ildir ki, rayonda taxılçılıqda əldə edilən yüksək nəticələr belə deməyə əsas verir. Dağlıq rayonda nail olunan məhsuldarlıq heç də aran zonalardan aşağı deyil.

Ardını oxu...

İyun ayında da hava nəqliyyatı sisteminin inkişafı, Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazasının gücləndirilməsi işləri davam etdirilmiş, əhaliyə nümunəvi xidmət göstərilmişdir.
Ötən ay ərzində yerli hava xətti ilə 22 min 540 sərnişin, 410 min 18 kiloqram baqaj, 141 min 571 kiloqram yük və 1773 kiloqram poçt daşınması həyata keçirilmişdir. Beynəlxalq hava xətti ilə Naxçıvan-Moskva istiqaməti üzrə 405 sərnişin, 6 min 474 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi ilə 479 sərnişin və 5 min 361 kiloqram baqaj daşınmışdır.
Hava limanında uçuşların təhlükəsiz təşkili məqsədilə mütəmadi tədbirlər görülür. Ötən ay da bu məsələ diqqət mərkəzində saxlanılmış, uçuş-enmə zolağı və perronda təmir işləri aparılmış, hava gəmilərinə müntəzəm texniki qulluq edilmişdir. Aerovağzal binasında yenidənqurma işləri davam etdirilmişdir.

Ardını oxu...

Muxtar respublikada torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işləri diqqət mərkəzində saxlanılır.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi tərəfindən 2015-ci ilin iyun ayında da müvafiq tədbirlər görülmüş, hidrotexniki qurğularda tələbata uyğun təmir-bərpa işləri aparılmışdır. Belə ki, muxtar respublikanın müxtəlif ərazilərini əhatə etməklə 6,5 kilometr kanal, 3 kilometr kollektor, 43,7 kilometr ara arxları lildən təmizlənmiş, 8 kilometr içməli su, 1,8 kilometr suvarma xətti və 2 kilometr kaptaj təmir olunmuş, 3,5 kilometr yeni içməli su, 3,2 kilometr yeni suvarma xətti çəkilmiş, 300 metr uzunluğunda yeni kaptaj tikilmiş və 7,6 kilometr məsafədə sahilbərkitmə işləri aparılmışdır. Bu dövrdə Vayxır sol sahil kanalının altında tikilən mexaniki suvarma şəbəkəsində 17 kilometr suvarma və 600 metr drenaj xətti çəkilmiş, ərazidə 1800 hidrant quraşdırılmışdır.

Ardını oxu...

 Söhbət Gəmiqaya Bərəkət Ət Məhsulları Kompleksindən gedir

Yolumuz Babək rayonunda fəaliyyət göstərən Gəmiqaya Bərəkət Ət Məhsulları Kompleksinədir. Qeyd etməliyəm ki, 3 ildir, yaradılan kompleksin məhsulları keyfiyyətinə görə özünə çoxlu alıcı qüvvəsi toplayıb. İstehsal müəssisələri arasında nümunəvi fəaliyyəti ilə seçilən kompleksin iş rejimi, istehsal prosesi ilə oxucularımızı tanış etmək üçün həmin ünvana üz tutduq.
Həftənin bazar ertəsi günü idi. Elə həmin gün kompleksdə ət kəsimi həyata keçirilirdi. Öyrəndik ki, istehsal müəssisəsində ət kəsimi həftənin bazar ertəsi və cümə axşamı günləri olur. Biz kompleksə çatanda baytar həkimi Cəlil Əhmədəliyev kəsiləcək heyvanı son dəfə baytarlıq müayinəsindən keçirirdi. İş başında söhbətə başladıq. Dedi ki, muxtar respublikanın ayrı-ayrı bölgələrində yaşayan əhalidən mövcud bazar qiymətlərinə müvafiq olaraq iribuynuzlu və xırdabuynuzlu heyvanlar alınaraq istehsala cəlb edilir. Sonra əlavə edir: – Bazar hər bir ölkənin mədəniyyət göstəriciləri sırasına daxil olan sahələrdən biridir. Üstəgəl ki, burada söhbət insan sağlamlığında başlıca rol oynayan qiymətli ərzaq məhsulu satılan istehsal müəssisələrindən gedir. Keyfiyyətli ət məhsulları ilə təminat insanların sağlamlığının qorunmasına xidmət edir. Bir baytar həkimi kimi bunlara çox diqqət edirəm. Çünki əgər həkim insanların sağlamlığı keşiyində durursa, baytar cəmiyyətin sağlamlığını qoruyur.

Ardını oxu...

Muxtar respublikada rabitə sisteminin inkişafı diqqət mərkəzində saxlanılır, yeni texnologiyalar tətbiq olunmaqla xidmətin səviyyəsi yüksəldilir. Bu ilin iyun ayı da bu baxımdan yaddaqalan olub. Yaşayış məntəqələrinin rabitə və informasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində işlər ötən ay da davam etdirilmiş, Naxçıvan-Nəhəcir avtomat telefon stansiyaları arasındakı mövcud arabağlantı əlaqəsi fiber-optik kabel üzərinə köçürülmüş, Ordubad rayonunun Şəhriyar qəsəbəsi, Kəngərli rayonunun Qıvraq qəsəbəsi və Babək rayonunun Məmmədrza Dizə kənd avtomat telefon stansiyalarında 48 portluq yeni nəsil rabitə avadanlıqları quraşdırılmışdır. Bundan başqa Şərur rayonunun Kərimbəyli-Axaməd kənd­ləri arasında 2500 metr məsafədə yeraltı fiber-optik kabel xəttinin tikintisi başa çatdırılmış, 288 ədəd yeni telefon nömrəsi istismara verilmişdir. “Evədək optika” layihəsi üzrə isə 9 fərdi mənzil optik kabel xətti ilə təmin edilmişdir. Ümumiyyətlə, bu ilin ilk 6 ayı ərzində muxtar respublika ərazisində 59 min 192 metr məsafədə yeraltı fiber-optik kabel xətti çəkilmişdir.

Ardını oxu...

Bu sırada növbənöv əriklər xüsusi yer tutur

Ordubad meyvələri tarixi mənbələrdə

Ordubad rayonu bölgələrimiz içərisində bağlar diyarı kimi tanınıb. Burada yetişdirilən meyvə sortlarına həmişə yüksək qiymət verilib. Bununla bağlı “Naxçıvan tarixi” çoxcildliyinin ikinci cildində oxuyuruq: “Ordubad əriyi yüksək xüsusiyyətlərinə görə Cənubi Qafqazın ərik növləri içərisində ən üstün pillədə duran meyvə növü sayılırdı. Hər il orta hesabla Ordubaddan Tiflisə, oradan isə Ağstafa dəmir yolu vasitəsilə Rusiyanın mərkəzi şəhərlərinə 150 min pud quru ərik daşınırdı. Sırf ərik ağacları ilə əhatə olunmuş torpaq sahələri iri sahibkarların əlində cəmləşdiyindən onlar böyük var-dövlət yiyəsi sayılırdılar. A.X.Pollovun hesablamalarına görə, bu cür ərik ağacları əkilmiş hər desyatin torpaq sahəsində 200 ortayaşlı ağac olurdu və bunların hərəsindən 600 pud məhsul götürürdülər. Ərik qurusunun hər pudu həmin ərazidə 50 qəpiyə satılırdı. Hər desyatin ərik bağından sahibkarlar 280 manat təmiz gəlir götürə bilirdilər...

Ardını oxu...

Muxtar respublikada yol-nəqliyyat infrastrukturu genişləndirilir, nəqliyyat sektorunun ayrı-ayrı sahələrinin inkişafı təmin edilir. Bu sahədə görülən işlər dəmir yolu nəqliyyatı sisteminin də müasir tələblər səviyyəsində qurulmasına şərait yaratmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2011-ci il 16 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2011-2015-ci illər üzrə inkişaf Proqramı” da bu sahənin hərtərəfli inkişafına təkan vermişdir. Muxtar respublikanın dəmir yolu nəqliyyatı sisteminin inkişafı, yol infrastrukturunun genişləndirilməsi və xidmətin səviyyəsinin yüksəldilməsi sahəsində ardıcıl tədbirlər görülür.
Proqramda nəzərdə tutulan daşınma təsərrüfatı üzrə tədbirlərin böyük əksəriyyəti yerinə yetirilmişdir. Belə ki, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımaları İdarəsinin inzibati binası 2012-ci ildə yenidənqurmadan sonra istifadəyə verilmiş, binada müasir maddi-texniki baza və müasir iş şəraiti yaradılmışdır. Daşımaların səmərəli təşkili məqsədilə Vəlidağ stansiyasında yükləmə, Qarabörk stansiyasında isə yükboşaltma meydançaları da yaradılmışdır. Həmçinin Naxçıvan stansiyasında əlavə 220 paqonometr uzunluğunda yeni dəmir yolu xətti çəkilmişdir ki, bu da “Gəmiqaya Daş Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinə xammalın daşınması işini xeyli asanlaşdırmışdır.

Ardını oxu...

İyulun 8-də Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi Sədərək Rayon İcra Hakimiyyəti ilə birgə rayonda sığorta fəaliyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr barədə yığıncaq keçirib.
Tədbiri Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov açaraq sığorta işinin əhəmiyyətindən danışıb.
Yığıncaqda Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agent­liyinin Baş direktoru Hikmət Əsgərov çıxış edərək muxtar respublikamızda sığorta fəaliyyətinin müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Baş direktor sığorta olunmağın vacibliyindən danışaraq sığortanın inkişaf edən cəmiyyətin tələbi olduğunu bildirib. Qeyd olunub ki, sığorta hər hansı gözlənilməz hadisə və ya qəzadan zərərçəkən insanların maddi vəziyyətini bərpa etmək, zərərləri aradan qaldırmaq üçün bir vasitədir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının inkişafın yeni keyfiyyət mərhələsinə yüksəlməsində son on ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət pro­qramlarının uğurlu icrası böyük əhəmiyyət kəsb edir.
Bu tədbirlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1 sentyabr 2014-cü il tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı” və 31 yanvar 2014-cü il tarixli Sərəncamı ilə “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram” təsdiq edilmişdir.
Sosial-iqtisadi inkişafın davamlı­lığının təmin edilməsi məqsədilə hər bir rayonun istehsal potensialından səmərəli istifadə etməklə sahibkarlığın inkişaf etdirilməsi mühüm şərtdir.
Bu baxımdan adıçəkilən dövlət proqramının icrası muxtar respublika iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, sahibkarlıq fəaliyyətinin genişlənməsində, ixracyönümlü və rəqabətədavamlı məhsul istehsal edən yeni müəssisələrin yaradılmasında, əhalinin məşğulluq səviyyəsinin və gəlirlərinin artırılması məqsədilə iş yerlərinin açılmasında müstəsna rol oynayır.

Ardını oxu...

Son illər muxtar respublika iqtisadiyyatında yüksək templə inkişaf edən sahələrdən birinə çevrilən və yerli istehsalın stimullaşdırılmasında mühüm əhəmiyyətə malik olan sənaye sektorunda həyata keçirilən tədbirlər Naxçıvanın aqrar regiondan sənaye regionuna çevrilməsinə şərait yaradıb, nəticədə, muxtar respublikada müxtəlif çeşidlərdə yüksək keyfiyyətli məhsullar istehsal edən rəqabətqabiliyyətli müəssisələr fəaliyyətə başlayıb.

Belə müəssisələrdən biri də “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Mühəndis Rövşən Mehdiyev bizimlə söhbətində qeyd etdi ki, müəssisədə Almaniya, İtaliya və Türkiyə respublikalarından alınmış müasir texnoloji avadanlıqlar quraşdırılıb, müxtəlif çeşiddə keyfiyyətli məhsul istehsalı üçün geniş imkanlar yaradılıb. Mebel fabrikində divan, kreslo və yumşaq oturacaqlı stullar, döşəmə, həmçinin ofis, mətbəx, yataq mebelləri, qapı-pəncərə, dekorasiya və qapı-pəncərələrin boyanması üçün boyaqxana sexləri fəaliyyət göstərir.

Ardını oxu...

Son illərdə Şahbuz rayonunda müxtəlif təyinatlı obyektlərin həyata vəsiqə alması, yolların müasir tələblər səviyyəsində yenidən qurulması, körpülər salınması və digər quruculuq tədbirləri bu bölgəmizin simasını əsaslı şəkildə dəyişdirib.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, ümumilikdə, 24 yaşayış məntəqəsi olan Şahbuz rayonunda 20 məktəb, uşaq bağçası, 20 kənd mərkəzi, 17 xidmət mərkəzi, mərkəzi xəstəxana, 5 həkim ambulatoriyası, 17 feldşer-mama məntəqəsi, rayon mərkəzində onlarla idarə, müəssisə, təşkilat öz fəaliyyətini müasir iş şəraiti yaradılmış binalarda davam etdirir.
Bu tədbirlərin davamı olaraq rayonun Daylaqlı kəndində məktəb və kənd mərkəzi üçün yeni binalar inşa olunur. “Dizayn İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin bir qrup inşaatçısına həvalə edilmiş obyektlərdə görülən işin keyfiyyətinə ciddi diqqət yetirilir. Hazırda hər iki binanın ikinci mərtəbəsində qəlib-beton işləri başa çatdırılıb, hazır mərtəbələrdə hörgü işlərinə başlanılıb.

Ardını oxu...

2015-ci ilin 6 ayı ərzində muxtar respublikanın müəssisə və təşkilatları tərəfindən dövlət vəsaiti hesabına malların (işlərin, xidmətlərin) satın alınması zamanı qanunvericiliyin tələblərinin gözlənilməsi istiqamətində bir sıra tədbirlər görülmüş, işdə şəffaflıq prinsipi qorunmuş, müsabiqələrin qanunvericiliyə uyğun olaraq, ədalətli rəqabət şəraitində keçirilməsinə nəzarət gücləndirilmişdir.
Muxtar respublikada sosial-iqtisadi sahədə davamlı inkişafın təmin olunması ümumi daxili məhsulun həcminin də artmasına səbəb olmuşdur. Həyata keçirilən səmərəli iqtisadi siyasətin nəticəsidir ki, özəl sektorun ümumi daxili məhsuldakı payı ildən-ilə artır. Muxtar respublikada sahibkarlığa göstərilən diqqət və qayğı dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə iddiaçılar arasında yerli məhsul istehsalçılarının daha fəal iştirakını təmin etmişdir. Belə ki, satın alınan ərzaq, bərk və yumşaq inventarların və sair məhsulların böyük hissəsi yerli istehsal hesabına ödənilir, aparılan tikinti, təmir-bərpa işlərinin əksər hissəsi yerli şirkətlər tərəfindən icra olunur.
2015-ci ilin 6 ayı ərzində muxtar respublikada keçirilmiş 75 satınalma müsabiqəsi nəticəsində 919 min manat dövlət vəsaitinə qənaət olunmuşdur.

Xəbərlər şöbəsi

Oxucularımızın əksəriyyəti muxtar respublikanın nəqliyyat sektorunun ötən əsrin 90-cı illərinin əvvəllərindəki vəziyyətini yaxşı xatırlayır. O dövrün dağıdıcı­lıq prosesi bu sahəyə də böyük zərbə vurmuşdu. İşlək vəziyyətdə olan avtovağzallar dağıdılmış, nəqliyyat vasitələri sıradan çıxarılmışdı. Bu isə muxtar respublika sakinlərini müxtəlif çətinliklərlə üz-üzə qoymuşdu. O çətin günlər artıq arxada qalıb.
Son illərdə muxtar respublikada sərnişindaşıma xidmətinin səviyyəsini yaxşılaşdırmaq üçün mühüm tədbirlər həyata keçirilib. Bu tədbirlər sırasında muxtar respublikadakı avtovağzalların yenidən qurulması xüsusi qeyd olunmalıdır. Aparılan genişmiqyaslı quruculuq tədbirləri hesabına bu gün şəhər və rayonlarımızda müasir avtovağzallar fəaliyyət göstərir. Bəs bu avtovağzallarda əhaliyə necə xidmət göstərilir? Elə budəfəki həmsöhbətlərimiz də avtovağzalların xidmətindən istifadə edən sakinlər oldu. Hər gün öz qaynarlığı ilə seçilən Naxçıvan şəhərindəki Avtovağzal Kompleksində bir neçə saat müşahidələr apardıq. Əvvəlcə onu vurğulayım ki, hər gün 6000-ə yaxın sakinə xidmət göstərən kompleks öz təmizliyi və səliqə-sahmanı ilə göz oxşayır. Xidmətə gəlincə isə bir az sonra həmsöhbət olduğum insanlar bu barədə özləri danışacaqlar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirlərinin əsas istiqamətlərindən biri də ətraf mühitin qorunması, ekoloji problemlərin həll edilməsi və əlverişli ekoloji mühitin yaradılmasından ibarətdir.
Müxtəlif təbii amillər, həmçinin muxtar respublikada kənd təsərrüfatının, müxtəlif sənaye sahələrinin inkişafı yaşıllıqların əhəmiyyətini daha da artırır.
Ötən əsrin 90-cı illərindən əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş yaşıllaşdırma tədbirləri bu sahədə xeyli uğurlar qazanılmasını təmin etmiş, meşə örtüklərinin ərazisi 0,6 faizdən 12 faizədək artmışdır. Görülən işlər 2015-ci ilin ötən dövründə də uğurla davam etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, cari ilin ötən dövründə muxtar respublika ərazisində – çay vadilərində, sututarların ətrafında, magistral yol kənarlarında, eroziya və şoranlaşmaya meyilli ərazilərdə, xüsusilə kənd təsərrüfatı əkinləri üçün yararsız olan torpaqlarda 250 hektar sahədə yaşıllaşdırma tədbirləri həyata keçirilmiş, 217 mindən çox meşə və meyvə tingləri, həmişəyaşıl ağac, gül və bəzək kolları əkilmişdir. Əkilən tinglərin 100 mindən çoxunu meyvə tingləri təşkil edir.
Hazırda mövsümlə əlaqədar olaraq yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilir, suvarma tədbirləri həyata keçirilir.

 Səbuhi HƏSƏNOV

Son illər muxtar respublika iqtisadiyyatında yüksək templə inkişaf edən sahələrdən birinə çevrilən və yerli istehsalın stimullaşdırılmasında mühüm əhəmiyyətə malik olan sənaye sekto­runda həyata keçirilən tədbirlər nəticəsində Naxçıvanda idxal­əvəzləyici və ixracyönümlü məhsullar istehsal edən rəqabətqabiliyyətli müəssisələr fəaliyyətə başlayıb. Bu istiqamətdə işlər cari ildə də uğurla davam etdirilir.
Hazırda “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı Kəngərli rayonunun Böyükdüz massivində yeni sənaye şəhərciyi yaradır. Alçıpan örtüklər, gips, əhəng və məsaməli beton istehsal ediləcək yeni zavodların inşasına ötən il başlanılıb. Artıq obyektdə beton, dəmir konstruksiya işləri başa çatmaq üzrədir. Hazırda əraziyə elektrik, qaz, su və kanalizasiya xətləri çəkilir.
“Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının əməkdaşı Kamal Kərimovun verdiyi məlumata görə, yeni layihələrin reallaşması üçün Sahibkarlığa Kömək Fondundan dövlət maliyyə dəstəyi göstərilib. Layihəyə uyğun olaraq, alçıpan örtüklər, gips, əhəng və məsaməli beton istehsal olunacaq zavodlara Çin Xalq Respublikasının bu sahədə qabaqcıl təcrübəyə malik şirkətlərindən müasir texnoloji avadanlıqlar alınıb gətirilib. İdxal olunan avadanlıqlar həmin şirkətlərin mütəxəssisləri tərəfindən quraşdırılır.

Ardını oxu...

Muxtar respublikada nəqliyyat idarəetmə sisteminin təkmilləşdirilməsi, avtomobillərin texniki vəziyyəti və onların təhlükəsiz hərəkətinin təmin edilməsi diqqət mərkəzində saxlanılır.
Bu tədbirlərin davamı olaraq Ordubad şəhərində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Ordubad Rayon Müayinə Mərkəzi inşa edilir. İnşaat işləri Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsi tərəfindən həyata keçirilir. Obyektdə qəlib-beton, hörgü, suvaq işləri başa çatdırılıb, binanın dam örtüyü vurulub, kommunikasiya xətlərinin çəkilişi yekunlaşdırılıb. İnşaatçılar binanın fasadının boyanması üçün hazırlıq işləri görürlər. Bundan başqa, binanın ətrafında abadlıq işləri aparılır. Əraziyə asfalt örtük salınacaq, burada avtomobil dayanacağı yaradılacaqdır.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı tədbirdə hədiyyə qazanmış Babək, Culfa və Ordubad rayonlarının sakinlərinə hədiyyələr təqdim olunub.
Bu münasibətlə Culfa rayonunda keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Vergilər nazirinin müavini Nurlan Əliyevin, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədr müavini Elvin Axundovun, Vergilər Nazirliyinin şöbə rəisi Rəşad Əliyevin çıxışları olub. Çıxışlarda qeyd edilib ki, nağdsız ödəniş sistemi iqtisadi və sosial əhəmiyyətə malikdir. Müasir dövrün tələblərindən irəli gələrək maliyyə bazarının daha da inkişafı, iqtisadiyyata investisiya qoyuluşu imkanlarının genişləndirilməsi, vahid elektron ödəniş məkanının formalaşdırılması və ölkədə nağd pul dövriyyəsinin məhdudlaşdırılması ilə əlaqədar müasir elektron ödəniş xidmətlərinin daha da təkmilləşdirilməsi, nağdsız ödənişlərin stimullaşdırılması tədbirlərinin ardıcıl olaraq davam etdirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Bu tədbirlər təsərrüfat subyektlərində maliyyə intizamının gücləndirilməsi, korporativ sektorda şəffaflığın artırılması, o cümlədən vergidən yayınma hallarının aradan qaldırılmasına xidmət edir. Nağdsız ödənişlərin genişləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin əsas məqsədi ölkədə iqtisadiyyatın inkişafının keyfiyyətcə yeni mərhələyə keçməsindən, iqtisadi sistemin subyektləri arasında şəffaflığa nail olunmasından, vergilərdən yayınma hallarının minimuma endirilməsindən ibarətdir.

Ardını oxu...

Muxtar respublikada əhalinin və nəqliyyatın təhlükəsizliyini və intensiv hərəkətini təmin edən yol tikintisi üstün istiqamət verilən sahələrdən biridir.
Hər il bu istiqamətlərdə həyata keçirilən tədbirlər region ərazisindəki yolların müasir standartlara cavab verməsini təmin edir.
Babək rayonu da bu cəhətdən istisna deyil. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 5 mart tarixli Sərəncamına uyğun olaraq, rayonda 8 min nəfər sakinin yaşadığı 13 kənd yaşayış məntəqəsini əhatə edən və ümumi uzunluğu 26 kilometr olan Hacıvar-Vayxır-Sirab avtomobil yolunun istifadəyə verilməsini həmin yoldan istifadə edənlər onlara göstərilən dövlət qayğısı kimi dəyərləndirirlər.
Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2014-cü il tarixli “Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Araz­kənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncamına uyğun olaraq, adıçəkilən marşrutlar üzrə avtomobil yolunun yenidən qurulması bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi diqqəti çəkir. Bu məqsədlə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 5 milyon manat ayrılıb.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR