23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Şəhər Vergilər İdarəsindən qəzetimizə verilən məlumata görə, cari ilin birinci yarısında sahibkarlıq fəaliyyəti ilə məşğul olan 12 hüquqi və 192 fiziki şəxs olmaqla, ümumilikdə, 204 vergi ödəyicisi qeydiyyata alınıb.
Məlumatda bildirilir ki, ayrı-ayrı sahibkarların müraciətləri qanunamüvafiq qaydada cavablandırılıb, bəyannamələrin düzgün tərtib edilməsinə köməklik edilib, elektron bəyannamə xidməti göstərilib. Həmçinin vergi ödəyicilərinin vergi orqanlarına gəlmədən internet vasitəsilə bəyannamələrinin təqdim olunması, özlərinin şəxsi vərəqələrinə nəzarət etmək, elektron əməliyyatlar aparmaq imkanının yaradılması məqsədilə cari ilin ilk 6 ayında sahibkarlıq fəaliyyəti ilə məşğul olan 103 vergi ödəyicisi ilə “Vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında” müqavilə bağlanaraq onlara parol-şifrələr verilib. Parol-şifrə verilmiş vergi ödəyicilərinin hamısının bəyannamələri elektron poçt vasitəsilə Naxçıvan Şəhər Vergilər İdarəsinə təqdim edilib.

Vergi ödəyicilərinin məlumatlandırılması ilə yanaşı, nəzarət işinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılması, proqnoz tapşırıqların bütün növ tədiyələr üzrə yerinə yetirilməsi, qalıqlara yol verilməməsi, hesablanmış vəsaitin büdcəyə ödənilməsi, vergi orqanlarında qeydiyyatda durmadan fəaliyyət göstərilməsi, işəgötürən və işçilər arasında əmək müqavilələrinin bağlanmaması və vergidənyayınma hallarının qarşısının alınması məsələləri də diqqət mərkəzində saxlanılıb. 2015-ci ilin ilk 6 ayında Naxçıvan şəhəri ərazisində fiziki və hüquqi şəxslərin fəaliyyət göstərdiyi 26 obyektdə nəzarət-kassa aparatı quraşdırılıb.
Həmçinin işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi qaydalarına riayət olunması ilə əlaqədar reydlər davam etdirilib, 44 yeni obyektdə 76 nəfərlə əmək müqaviləsinin bağlanmasına, 99 obyektdə isə 382 əmək müqaviləsinin yenilənməsinə köməklik göstərilib.
Məlumatda o da bildirilib ki, vergilər və digər icbari ödənişlər üzrə proqnoz tapşırıqda nəzərdə tutulmuş 5 milyon 778 min manata qarşı 6 milyon 267 min manat vəsait toplanılıb büdcəyə ödənilib. Bu da yarımillik tapşırığın 108,5 faiz yerinə yetirilməsi deməkdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR