23 Dekabr 2024, Bazar ertəsi

Bu gün təbii qazla təminat muxtar respublikanın bütün yaşayış məntəqələrini və istehsal sahələrini əhatə edir, mavi yanacağın mövsümdən asılı olmayaraq, fasiləsiz nəqli təmin edilir.

“Naxçıvanqaz” İstehsalat Birliyinin kollektivi iyul ayında da qarşıda duran vəzifələri layiqincə yerinə yetirmiş, istehlakçılar tərəfindən daxil olan müraciətlərə əsasən, 97 yeni fərdi ev və müxtəlif təyinatlı obyekt qazlaşdırılmışdır. Təhlükəsizliyin təmin olunması məqsədilə istismarda olan magistral, daşıyıcı, paylayıcı qaz kəmərlərinə və onların üzərində olan kranlara baxış keçirilmiş, 1999 sızma aşkarlanaraq aradan qaldırılmış və təbii qazın uyğun texnoloji rejimdə nəqli təmin olunmuşdur.

İyul ayında abonentlər tərəfindən daxil olan 1658 çağırışa operativ reaksiya verilmiş və müvafiq tədbirlər görülmüşdür. Bu dövrdə 111 yararsız qaz sayğacı istismardan çıxarılmış və yenisi ilə əvəz edilmişdir. Qaz nəqlinin və istifadə olunan mavi yanacağın dəyərinin toplanmasında mütərəqqi üsulların tətbiqi də diqqət mərkəzində saxlanılır. Bu məqsədlə muxtar respublika ərazisində smartkarttipli sayğacların istifadəsinə başlanılmış və ilk olaraq Naxçıvan şəhərində 283 evdə bu tip sayğac quraşdırılmışdır.
Şəhər, rayon qaz istismarı idarələrinin əməkdaşlarının Naxçıvan Regional Peşə Tədris Mərkəzində Qaz təsərrüfatı avadanlıqlarının istismarı və təmiri üzrə nəzarətçi-çilingər peşəsi üzrə kurslara cəlb olunması da davam etdirilmişdir. Həmçinin ötən ay mütəmadi reydlər keçirilmiş, əhali arasında təbii qazdan istifadə və təhlükəsizlik qaydaları barədə maarifləndirmə işləri aparılmışdır.

“Naxçıvanqaz” İstehsalat
Birliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR