23 Dekabr 2024, Bazar ertəsi

Dünən Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı tədbirdə hədiyyə qazanmış Babək, Culfa və Ordubad rayonlarının sakinlərinə hədiyyələr təqdim olunub.
Bu münasibətlə Culfa rayonunda keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Vergilər nazirinin müavini Nurlan Əliyevin, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədr müavini Elvin Axundovun, Vergilər Nazirliyinin şöbə rəisi Rəşad Əliyevin çıxışları olub. Çıxışlarda qeyd edilib ki, nağdsız ödəniş sistemi iqtisadi və sosial əhəmiyyətə malikdir. Müasir dövrün tələblərindən irəli gələrək maliyyə bazarının daha da inkişafı, iqtisadiyyata investisiya qoyuluşu imkanlarının genişləndirilməsi, vahid elektron ödəniş məkanının formalaşdırılması və ölkədə nağd pul dövriyyəsinin məhdudlaşdırılması ilə əlaqədar müasir elektron ödəniş xidmətlərinin daha da təkmilləşdirilməsi, nağdsız ödənişlərin stimullaşdırılması tədbirlərinin ardıcıl olaraq davam etdirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Bu tədbirlər təsərrüfat subyektlərində maliyyə intizamının gücləndirilməsi, korporativ sektorda şəffaflığın artırılması, o cümlədən vergidən yayınma hallarının aradan qaldırılmasına xidmət edir. Nağdsız ödənişlərin genişləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin əsas məqsədi ölkədə iqtisadiyyatın inkişafının keyfiyyətcə yeni mərhələyə keçməsindən, iqtisadi sistemin subyektləri arasında şəffaflığa nail olunmasından, vergilərdən yayınma hallarının minimuma endirilməsindən ibarətdir.

Bildirilib ki, muxtar respublikada nağdsız ödənişlərin stimullaşdırılması üzrə görülən işlərdən biri də mal və xidmətlərin haqqının plastik kartlar vasitəsilə ödənilməsinə imkan yaradan vergi ödəyiciləri, eləcə də alıcılar üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsidir. Nağdsız ödənişlərin stimullaşdırılması şəffaflığın artırılması və bank sektorunun inkişafına kömək etməklə bərabər, əhalinin nağdsız əməliyyatlara üstünlük verməsinə imkan yaradır. Qarşıda duran əsas vəzifə yaradılmış potensialdan və infrastruktur imkanlarından daha səmərəli istifadə olunması, nağdsız ödənişlərin çeşidinin, səmərəliliyinin və tətbiqi dairəsinin genişləndirilməsinə nail olunması, eyni zamanda cəmiyyətdə yüksək ödəniş mədəniyyətinin formalaşdırılması, əhalidə elektron ödəniş xidmətləri və nağdsız ödəniş alətlərindən istifadəyə marağın artırılmasıdır.
Məlumat üçün bildirək ki, iyulun 1-də keçirilən tədbirlər çərçivəsində Babək rayonundan 29, Culfa rayonundan 31, Ordubad rayonundan 25 nəfərə hədiyyələr təqdim edilib. Ümumilikdə isə “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin 3-cü tirajında hədiyyə qazanmış şəxslərin sayı muxtar respublikamızın bütün şəhər və rayonlarını əhatə etməklə 200 nəfər təşkil edib.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR