23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada əhalinin və nəqliyyatın təhlükəsizliyini və intensiv hərəkətini təmin edən yol tikintisi üstün istiqamət verilən sahələrdən biridir.
Hər il bu istiqamətlərdə həyata keçirilən tədbirlər region ərazisindəki yolların müasir standartlara cavab verməsini təmin edir.
Babək rayonu da bu cəhətdən istisna deyil. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 5 mart tarixli Sərəncamına uyğun olaraq, rayonda 8 min nəfər sakinin yaşadığı 13 kənd yaşayış məntəqəsini əhatə edən və ümumi uzunluğu 26 kilometr olan Hacıvar-Vayxır-Sirab avtomobil yolunun istifadəyə verilməsini həmin yoldan istifadə edənlər onlara göstərilən dövlət qayğısı kimi dəyərləndirirlər.
Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2014-cü il tarixli “Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Araz­kənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncamına uyğun olaraq, adıçəkilən marşrutlar üzrə avtomobil yolunun yenidən qurulması bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi diqqəti çəkir. Bu məqsədlə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 5 milyon manat ayrılıb.

Yol tikintisi “Gəmiqaya Yol, Su, Enerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılır. Yenidən qurulan yol otuz bir min nəfər sakinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirir.
Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun uzunluğu 35 kilometrdir. İlk olaraq yolun genişləndirilməsi həyata keçirilib. Torpaqbərkitmə işləri aparılıb, ehtiyac duyulan yerlərdə su keçidləri qoyulub. Yol kənarlarındakı kanallar və su arxları qaydaya salınıb. Hazırda inşaatçılar dairəvi yolun ayrı-ayrı hissələrinə asfalt salınması ilə məşğuldurlar.

*  *  *

 Babək rayonunda quruculuq tədbirlərinin davamı olaraq, rayonun Yarımca kəndində yeni obyektlər – kənd mərkəzi, həkim ambulatoriyası və xidmət mərkəzi tikilir. 

İş icraçısı Mahir Quliyevin bildirdiyinə görə, obyektlərdə inşaat işlərinə bu ilin aprel ayından başlanılıb. Həkim ambulatoriyası iki mərtəbədən ibarət olacaq. Hər iki mərtəbədə hörgü işləri başa çatdırılıb. Hazırda binanın çardaq hissəsi qurulur.
Həkim ambu­latoriyası ilə paralel inşası aparılan kənd mərkəzinin binası 3 mərtəbəli olacaq. Hazır­da üçüncü mərtəbədə hörgü işləri aparılır.
Kənddə inşasına başlanılan xidmət mərkəzinin binasında da tikinti işləri davam etdirilir.
Babək rayonunun daha bir yaşayış məntəqəsində – Xəlilli kəndində yeni məktəb binasının inşası da sürətlə aparılır. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət təhsil ocağının binasında 12 sinif otağı, 6 kabinə olacaq. 144 yerlik məktəb binasında hörgü işləri başa çatdırılıb. Hazır­da binanın daxilində təmir işləri aparılır. Kənddə inşası aparılan daha bir obyekt isə kənd mərkəzi üçün nəzərdə tutulub. Bu bina iki mərtəbədən ibarətdir. Binanın tikintisi başa çatdırılıb, suvaq işlərinə başlanılıb.
İş icraçısı Əliağa Piriyevlə söhbətimizdə bildirdi ki, burada da tikinti işlərinə aprel ayının əvvəllərindən başlanılıb.
Məlumat üçün bildirək ki, hər iki kənddəki tikinti işlərini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi aparır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR