22 Dekabr 2024, Bazar

Güclü maarifçilik ənənələri olan Ordubad şəhər 3 nömrəli tam orta məktəbi üçün yeni binanın inşa olunması həm məktəbin pedaqoji kollektivinin, həm də valideynlərin böyük sevincinə səbəb olub. Binanın tikintisinə ötən ilin mart ayından başlanılıb. Hazırda binada son tamamlama işləri görülür, həyətyanı ərazi qaydaya salınır. 774 şagird yerlik məktəb binasının inşası “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılıb. Bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Yeni məktəb binasında laboratoriyalar, hərbi kabinə, 48 sinif otağı, 4 elektron lövhəli sinif, 4 kompüter sinfi, idman zalı, 2 müəllimlər otağı, 2 bufet müəllim və şagirdlərin ixtiyarına veriləcək. Bu məktəbin tikintisi başa çatdıqdan sonra bölgədə yeni bina ilə təchiz olunan təhsil ocaqlarının sayı 23-ə çatacaq. 

  Xəbərlər şöbəsi

Muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin əsas məqsədlərindən biri də ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bunun üçün daxili bazarın tələbatına uyğun yerli məhsul istehsal edən müəssisələrin yaradılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz həmin tədbirlərin nəticəsidir ki, bazar iqtisadiyyatının tələblərinə uyğun rəqabətqabiliyyətli müəssisələr yaradılır. Belə müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Dövlət maliyyə dəstəyi ilə müəssisədə 2003-cü ildə çörək, 2004-cü ildə makaron və peçenye, 2005-ci ildə isə süd məhsulları istehsalı sahələri yaradılıb. Bu istehsal sahələrində Almaniya, Türkiyə və İtaliya istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb. Müəssisənin fəaliyyətinin genişləndirilməsi, müasir texnoloji avadanlıqlar tətbiq olunmaqla istehsal gücünün artırılması, yeni istehsal sahələrinin yaradılması və əlavə işçi qüvvəsinin cəlb edilməsi məqsədilə Sahibkarlığa Kömək Fondundan 2008-ci ildə əlavə dövlət maliyyə dəstəyi göstərilib. Bu vəsaitlə çörək sexində istehsal gücü saatda 3000 ədəd çörək olan tam avtomatik yeni xətt istifadəyə verilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkətindən aldığımız məlumata görə, 2014-cü ildə muxtar respublikada 73 kilometr uzunluğunda asfalt yollar salınıb, 5 körpü tikilərək istifadəyə verilib, il ərzində yollarda genişmiqyaslı yenidənqurma və təmir işləri aparılıb.
Məlumatda o da bildirilir ki, şirkətin kollektivi 1473 kilometr yola xidmət edir. Həmin yolların 274 kilometri dövlət və respublika əhəmiyyətli, 1199 kilometri isə yerli əhəmiyyətli yollardır. Kollektiv qış günlərində də ən ucqar yollarda belə, hərəkətin intensivliyinin təmin olunması üçün lazımi tədbirlər görüb. Hazırda 7 yaşayış məntəqə­sini birləşdirən Şəkər­abad-Babək-Nehrəm-Arazkənd dairəvi avtomobil yolu yenidən qurulur.
Xatırladaq ki, 2013-cü ildə muxtar respublikada 164 kilometr uzunluğunda yol salınmış və ya əsaslı təmir olunaraq istismara verilmiş, 21 körpü tikilmiş, 12 körpü isə təmir olunmuşdu. Prezident İlham Əliyevin 2013-cü il 5 mart tarixli Sərəncamı ilə Babək rayonunun 13 yaşayış məntəqəsini əhatə edən 25,6 kilometr uzunluğunda Hacıvar-Vayxır-Sirab yolunun tikintisinə 6,3 milyon manat vəsait ayrılmış, həmin vəsait hesabına yolun tikintisi başa çatdırılmışdı.

Xəbərlər şöbəsi

Su həyatda insanlar üçün ən vacib nemətlərdəndir. Ana təbiəti susuz təsəvvür edə bilmədiyimiz kimi, insan həyatını da sudan ayrı düşünmək olmaz. Təbabət aləmində suyun insan orqanizmi üçün böyük faydalarından bəhs olunur. Sağlam bir həyat yaşamaq üçün bütün həkimlərin tövsiyəsi çoxlu su içməkdir. Qan təzyiqinin aşağı olması, əsəb pozuntusu, başağrısı və digər bu kimi narahatlığı su vasitəsi ilə müxtəlif şəkildə aradan qaldırmaq olar. Bundan əlavə, halsızlıq kimi xəstəliklərə, əsəblərin sakitləşməsinə su şırıltısı böyük müalicəvi təsir göstərir. Məhz bu xüsusiyyətlərinə görə “Su həyatdır” fikrinin əbəs yerə deyilmədiyinin bir daha şahidi oluruq.

Planetimizin böyük hissəsi su ilə örtülü olsa da, bu suyun yalnız 3 faizi təmiz və içməlidir. Təbiətdə bu qədər böyük həcmə malik olan su ehtiyatından çox az bir hissəsinin içmək üçün yararlı olması indi bir çox dünya ölkələrində təmiz suya olan ehtiyacın təmin edilməsində mühüm problemlər yaradır. Elə ölkələr var ki, kifayət qədər su mənbələrinə malik olsalar da, bu suyun təmizlənməsinə böyük vəsaitlər xərclənir. Qeyd etmək lazımdır ki, qlobal istiləşmə nəticəsində yağıntıların az olması da su ehtiyatlarının getdikcə azalmasına səbəb olur. Müasir dövrdə su ehtiyatlarından düzgün istifadə etmək, eyni zamanda əhalinin içməli suya olan tələbatını ödəmək bütün ölkələrin qarşısında həllivacib məsələyə çevrilib. Məhz belə bir vəziyyətdə muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirlər öz əhəmiyyətini bir daha ortaya qoyur.

Ardını oxu...

Son illər muxtar respublikamızda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişaf etdirilməsi, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün əkinəyararlı torpaqların səmərəli istifadəsi ciddi nəzarətdə saxlanılıb, bu istiqamətdə mühüm əhəmiyyət kəsb edən dövlət pro­qramları qəbul edilib. Belə pro­qramlardan biri də “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı”dır. Adıçəkilən proqram meyvəçiliyin və tərəvəzçiliyin inkişafında böyük nailiyyətlər qazanılmasına stimul olub. Tərəvəzçilikdə zəngin təcrübə qazanan muxtar respublikanın torpaq mülkiyyətçiləri yaradılan şəraitdən səmərəli istifadə edərək ötən il əkin sahələrini bir qədər də genişləndirməklə 6125 hektara çatdırıblar. Onlar müxtəlif dövlət yardımlarından, kreditlərdən istifadə edərək sahələrdən 66 min 731 ton məhsul toplayıblar. Bu isə daxili bazarda yerli istehsalın çəkisini xeyli yüksəldib, idxaldan asılı­lığı minimum həddə endirib.
Əhalinin ilin bütün fəsillərində tərəvəz məhsulları ilə təchizatı məqsədilə bəhs olunan dövrdə tərəvəzçiliklə məşğul olanlar üçün daha bir dövlət qayğısı kimi istixana komplekslərinin yaradılması da davam etdirilərək il ərzində 6 yeni istixana kompleksi fəaliyyətə başlayıb.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının davamlı xarakter alması, qəbul edilmiş müvafiq dövlət proqramlarının uğurlu icrası iqtisadiyyatın çoxşaxəli inkişafına zəmin yaratmış, makroiqtisadi dinamikanın qorunub saxlanılmasına səbəb olmuşdur. Maddi istehsalın xüsusi çəkisinin ilbəil yüksəlməsi, son illərdə muxtar respublikada məqsədli investisiya qoyuluşu, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması yerli məhsulların istehsal həcminin artmasına da səbəb olmuş, nəticədə, 2014-cü ildə Ümumi Daxili Məhsulun həcmi 2013-cü illə müqayisədə 1,3 faiz artaraq 2 milyard 388 milyon manatdan çox olmuşdur. 2014-cü ildə muxtar respublika üzrə Ümumi Daxili Məhsulun həcmində özəl bölmənin xüsusi çəkisi 87 faizə çatmışdır.
Əldə olunmuş müsbət nəticələr muxtar respublikanın xarici ticarət əməliyyatlarının həcmini də artırmış, 2014-cü ildə bu əməliyyatların həcmi 515 milyon 194 min ABŞ dolları təşkil etmişdir. Ticarət əməliyyatlarının 408 milyon 640 mini ixracın, 106 milyon 554 mini isə idxalın payına düşür. Artıq bir neçə ildir ki, davam edən ixracın idxalı üstələmə tendensiyası 2014-cü ildə də qorunmuş, 302 milyon 86 min ABŞ dolları həcmində müsbət saldo yaranmışdır.

Xəbərlər şöbəsi

2014-cü il ərzində muxtar respublikanın müəssisə və təşkilatları tərəfindən dövlət vəsaiti hesabına malların (işlərin, xidmətlərin) satın alınması zamanı qanunvericiliyin tələblərinin gözlənilməsi istiqamətində ardıcıl tədbirlər görülmüş, işdə şəffaflıq prinsipi qorunmuş, müsabiqələrin ədalətli rəqabət şəraitində keçirilməsinə nəzarət gücləndirilmişdir.
Muxtar respublikada sosial-iqtisadi sahədə davamlı inkişafın təmin olunması Ümumi Daxili Məhsulun həcminin də artmasına səbəb olmuşdur. Həyata keçirilən səmərəli iqtisadi siyasətin nəticəsidir ki, özəl sektorun Ümumi Daxili Məhsuldakı payı ildən-ilə artır. Muxtar respublikada sahibkarlığa göstərilən diqqət və qayğı dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə iddiaçılar arasında yerli məhsul istehsalçılarının daha fəal iştirakını təmin etmişdir. Belə ki, satın alınan ərzaq, bərk və yumşaq inventarlar, eləcə də digər məhsulların böyük qismi yerli istehsalçıların payına düşmüş, aparılan tikinti və təmir-bərpa işlərinin əksər hissəsi yerli şirkətlər tərəfindən icra olunmuşdur.
2014-cü il ərzində muxtar respublikada keçirilmiş 129 satınalma müsabiqəsi nəticəsində 1 milyon 576 min 587 manat dövlət vəsaitinə qənaət olunmuşdur.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikasında nəzərəçarpan iqtisadi yüksəliş, infrastrukturun müasir dövrün tələbləri səviyyəsində yenidən qurulması, yeni iş yerlərinin yaradılması, əhəmiyyətli iqtisadi, sosial layihələrin həyata keçirilməsi qədim diyarın uğurlarını daha da artırır. Bu gün reallaşdırılan mühüm layihələr nəticəsində muxtar respublikada makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyatın şaxələnməsi uğurla təmin olunur, özəl bölmənin inkişafı üçün daha əlverişli biznes və investisiya mühiti formalaşdırılır.

Dövlət başçısının “Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır” prinsipinə uyğun olaraq, Naxçıvanda sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilib. Buna görə də muxtar respublikada özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir.

Ardını oxu...

Yanvarın 8-də Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq lisenziyası əsasında “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan şəhər filialı fəaliyyətə başlamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iqtisadi məsələlər üzrə müşaviri Müslüm Cabbarzadə, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov və Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov filialla tanış olmuşlar. Filial Naxçıvan şəhəri, Babək və Şahbuz rayonlarından olan müştərilərə xidmət göstərəcək. Əsas məqsəd “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən vətəndaşlara təklif olunan bank xidməti və məhsullarının istehlakçılara birbaşa onlar üçün daha yaxın xidmət mərkəzində çatdırılması, işin daha effektiv aparılması və bank işinin səmərəli təşkilindən ibarətdir. Filialın yeni inzibati binasında qurulmuş infrastruktur istehlakçıların bank xidmətlərindən daha rahat şəkildə istifadəsinə imkan verəcək.
Filialla tanışlıq zamanı Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov bildirmişdir ki, Naxçıvan şəhərindəki “İstiqlal” küçəsində fəaliyyət göstərəcək bank filialında müasir avadanlıqlar quraşdırılmış, müştərilərə yüksəksəviyyəli bank xidmətlərindən istifadə etmələri üçün hərtərəfli şərait yaradılmışdır. Bütün bank xidmətlərinin göstəriləcəyi filialda əhali, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarlar onlara təklif olunan kiçik maliyyə resurslarından yararlana biləcək, plastik kartlar, müxtəlif pul köçürmələri, vergi və rüsumların ödənişləri və digər bu kimi maliyyə əməliyyatlarından istifadə etmək imkanı əldə edəcəklər.

Ardını oxu...

Tikinti sektorunun əsas istiqamətlərindən birini də əhalinin yeni mənzillərə olan tələbatını ödəmək təşkil edir. Son 20 il ərzində Naxçıvan şəhəri də daxil olmaqla, digər rayon mərkəzlərində yüzlərlə yaşayış binası əsaslı təmir olunub, mənzillərin sahəsi genişləndirilib, binaların əksəriyyətinin təməli möhkəmləndirilərək əlavə mərtəbələr artırılıb, binalar müasir kommunikasiya xətləri ilə təmin edilib. Təbii ki, yaradılan şərait bina sakinlərinin rahatlığının təmin olunması, onların yaşayış şəraitinin daha da yaxşılaşdırılması məqsədini daşıyır.

Naxçıvanda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan bu addımlar son illərdə daimi yaşayış üçün muxtar respublikaya qayıdanların da sayının artmasına səbəb olub. Bundan əlavə, il ərzində muxtar respublikada, orta hesabla, 4 mindən çox gəncin ailə qurduğunu da nəzərə alsaq, mənzil bazarında mövcud tələbin ildən-ilə yüksəldiyini proqnozlaşdırmaq mümkündür. Gənc ailələrin bir qismi fərdi ev inşa etməyə, digər böyük bir hissəsi isə hazır mənzil almağa üstünlük verir. İl ərzində Naxçıvan Muxtar Respublikası üzrə əhalinin şəxsi vəsaiti hesabına tikilən, orta hesabla, 300 min kvadratmetr yaşayış sahəsinin də məhz böyük bir hissəsi belə ailələrin payına düşür. Təbii ki, Naxçıvanı yaşayış yeri seçənlər üçün burada qaz, elektrik, su təminatının yüksək səviyyədə olması, məhəllədaxili abadlıq və təmizlik işlərinin aparılması mühüm əhəmiyyətə malikdir.

Ardını oxu...

Son illər muxtar respublika iqtisadiyyatında yüksək templə inkişaf edən sahələrdən birinə çevrilən və yerli istehsalın stimullaşdırılmasında mühüm əhəmiyyətə malik olan sənaye sektorunda həyata keçirilən tədbirlər Naxçıvanın aqrar regiondan sənaye regionuna çevrilməsinə şərait yaradıb, nəticədə, muxtar respublikada müxtəlif çeşidlərdə yüksəkkeyfiyyətli məhsullar istehsal edən rəqabətqabiliyyətli müəssisələr fəaliyyətə başlayıb.     

Belə müəssisələrdən biri də “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Mühəndis Rövşən Mehdiyev bizimlə söhbətində qeyd etdi ki, müəssisədə Almaniya, İtaliya və Türkiyə respublikalarından alınmış müasir texnoloji avadanlıqlar quraşdırılıb, müxtəlif çeşiddə keyfiyyətli məhsul istehsalı üçün geniş imkanlar yaradılıb. Mebel fabrikində divan, kreslo və yumşaq oturacaqlı stullar, döşəmə, həmçinin ofis, mətbəx, yataq mebelləri, qapı-pəncərə, dekorasiya və qapı-pəncərələrin boyanması üçün boyaqxana sexləri fəaliyyət göstərir. Burada ağac profilli qapı və pəncərələr, modern və klassik üslubda dizayn edilmiş mebellər, sosial və inzibati binalar üçün müxtəlif avadanlıqlar istehsal edilməklə yanaşı, dizayn-dekorasiya xidmətləri də göstərilir.

Ardını oxu...

XXI əsrin on dördüncü ili muxtar respublikanın tarixinə “Muxtariyyət ili” kimi yazıldı. Ölkə və beynəlxalq səviyyəli konfranslar, simpoziumlar, möhtəşəm idman yarışları, sərgilər, kitab təqdimatları ilə zəngin olan 2014-cü il hər bir naxçıvanlının taleyinə öz izlərini nəqş etdi. Tarix üçün çox da böyük müddət olmayan bir ilin də necə gəlib keçdiyinin fərqinə vara bilməsək də, bu gün diyarımızın salnaməsinə ötən il həkk olunan saysız-hesabsız genişmiqyaslı quruculuq ərməğanları, unuda bilməyəcəyimiz xoş xatirələr bizimlə qalır. Ona görə də 2014-cü il də ömür kitablarımızda yaşayacaq, tariximizdə vərəqlənəcək, tariximizi yaşadacaq. Bizdən sonrakı nəsillər də tariximizin bu səhifəsini ən qiymətli salnamə kimi dəyərləndirəcəklər. Çünki “Muxtariyyət ili”ndə Naxçıvanın taleyi üçün çox qiymətli sərvət olan muxtariyyətin bu qədim diyara bəxş etdiklərini gələcək nəsillərə olduğu kimi çatdırmaq üçün həyata keçirilən məqsədyönlü tədbirlər saya-hesaba gələn deyil. Muxtar respublika sakinləri 2014-cü ildə də bir daha gördülər və yəqin etdilər ki, bu qədim diyarda insan amilinə, onun layiq olduğu səviyyədə yaşamasına qayğı və diqqət günümüzün reallığına çevrilib. Bu reallığı hər addımda, ilin ilk günündən sonuncu gününə qədər gördük. Qurub-yaratmaq istəyimizi gücləndirən başlıca amil də məhz bu reallığı yaşamağımızdır. Kimlərəsə bu, təəccüblü görünə bilər. Əsl həqiqətdə də belədir. Muxtar respublikaya ölkəmizin digər bölgələrindən, xarici ölkələrdən gələn qonaqlar qədim diyarın belə intibaha qovuşmasına inana bilmirlər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublika İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbiri Vergilər nazirinin müavini Nurlan Əliyev açmışdır.

Bildirilmişdir ki, “2013-cü ilin yekunları və qarşıda duran vəzifələr”lə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2014-cü il yanvarın 30-da keçirilmiş müşavirədə və dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2014-cü il 28 iyun tarixdə keçirilmiş doqquzuncu sessiyasında Vergilər Nazirliyi qarşısında mühüm vəzifələr qoyulmuşdur. Belə ki, həyata keçirilən maliyyə əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsilə aparılması və açılmış bank hesablarının fəaliyyət göstərmələrinə nəzarətin gücləndirilməsi, nağdsız ödənişlərin həcminin əhəmiyyətli şəkildə artırılması, POS-terminallardan səmərəli istifadənin təmin edilməsi, xidmət və ticarət obyektlərinin böyük əksəriyyətində POS-terminalların quraşdırılmasının qısa müddətdə başa çatdırılması, əhalinin bu xidmətdən istifadə etməsi üçün müxtəlif həvəsləndirici təkliflərin təqdim olunması tapşırılmışdır.

Ardını oxu...

Bütün tarixi boyu şərəfli yol keçmiş qədim Naxçıvan özünün muxtariyyət illərində də iqtisadi inkişaf ilə nəyə qadir olduğunu bir daha sübut edərək doğma Azərbaycanın tərkibində yeni intibahına qovuşmuşdur. “Bütün uğurlar iqtisadiyyatdan başlayır və bütün gələcək planlar onunla yaranır” deyənlərin nə qədər haqlı olduğunu sübut etmək üçün Şərqlə Qərbin astanasında Azərbaycanın Naxçıvan Muxtar Respublikası timsalından daha tutarlı tezis irəli sürmək çətindir. 

Ardını oxu...

“2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram” uğurla həyata keçirilir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 31 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə ikiillik proqram təsdiqləndi. “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram” 90 illik muxtariyyətin ictimai, siyasi, mədəni mərkəzi olmuş Naxçıvan şəhərinin iki il ərzində inkişaf xəttini müəyyənləşdirdi. Bir zamanlar bütün Yaxın və Orta Şərqin əsas siyasi və mədəni mərkəzlərindən biri olmuş, hazırda isə yerləşdiyi Cənubi Qafqaz regionunda ictimai-siyasi fikrin formalaşdığı əsas mərkəzlərdən biri olan Naxçıvan şəhərinin infra­strukturunun inkişaf etdirilməsi və genişləndirilməsi ilə yanaşı, qədim şəhər mədəniyyətinə malik Naxçıvanın tarixiliyinin qorunması da proqramda öz əksini tapıb.

Yeni proqramda inzibati binaların tikintisi və təmiri, rabitə sahəsinin inkişafı, şəhərin istilik, su təchizatı və kanalizasiya sisteminin yeniləşdirilməsi, elektrik enerjisi və qaz təchizatının daha yüksək səviyyədə təmin olunması, yol təsərrüfatı və nəqliyyat sahəsinin müasir standartlara uyğunlaşdırılması, yaşıllaşdırma və abadlıq işlərinin davam etdirilməsi, gənclər və idman, təhsil, səhiyyə, mədəniyyət sahələrinin maddi-texniki bazalarının daha da gücləndirilməsi, yaşayış sahələrinin tikintisi və təmiri, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, kənd təsərrüfatının infrastruktur təminatı sahəsində konkret vəzifələr müəyyənləşdirilib.

Ardını oxu...

Son illər muxtar respublikamızda həyata keçirilən irimiqyaslı layihələrdən biri olan Naxçıvan Avtomobil Zavodunda 2010-cu ilin yanvar ayından avtomobil istehsalına başlanılıb. İstehsal sahəsi, satış salonu, anbar və inzibati binadan ibarət olan zavodun 2472 kvadratmetrlik ərazisində Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb. Bütün bunlar üçün, ümumilikdə, 3 milyon 800 min manat sərf olunub ki, bunun 1 milyon manatı Sahibkarlığa Kömək Fondundan ödənilib.
Müəssisədə ilk dövrdə “NAZ-Lifan” markası ilə baqaj hissəsi salonda olan (xetçbek) “320” və “520İ”, baqaj bölməsi salondan kənarda yerləşən (sedan) “520” və “620” modellərində avtomobillər istehsal edilib. 2011-ci ildə yeni “NAZ-Lifan-X-60” modelinin istehsalı üçün konveyer xəttində müəyyən dəyişikliklər aparılıb, 2012-ci ilin yanvar ayından etibarən isə “NAZ-Lifan-X-60” modelinin istehsalına başlanılıb. Həmçinin müəssisəyə təcrübə-sınaq məqsədilə 2012-ci ilin sonunda kiçik partiyada 6 nəfərlik mikroavtobus və 800 kiloqram yükgötürən avtomobillərin hissələri idxal olunub. Artıq “NAZ-Lifan” markalı 6 nəfərlik mikroavtobusun “LF-6401” modeli, 800 kiloqram yükgötürən furqonlu avtomobilin “LF-5028” modeli və 800 kiloqram yükgötürən bortlu yük avtomobilinin “LF-1022” modeli satışa çıxarılıb.

Ardını oxu...

Muxtar respublikada fəaliyyət göstərən bankların son vaxtlar yaratdıqları imic etibarlı müştəri auditoriyasının daha da genişlənməsinə səbəb olub. Belə ki, 2014-cü ilin 11 ayı ərzində yeni açılmış bank hesablarının sayı 100-ü hüquqi, 17 min 135-i fiziki şəxs olmaqla, 17 min 235-ə çatıb. Bu, ötən ilin müvafiq dövründəki göstəricidən 9485 ədəd çox olub, son beş ildə müvafiq dövrlərdəki ən yüksək göstəricidir.
Ümumilikdə, 1 dekabr 2014-cü il tarixə bank hesablarının sayı 37 min 520 ədəd təşkil edib ki, bunlardan 34 min 292-si aktiv hesab olub. Bank hesablarının 2238-i hüquqi, 35 min 282-si fiziki şəxslər üçün açılıb. Xidmət olunan bank hesablarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 min 499 ədəd artıb. Bu artım aktiv hesablarda da müşahidə olunub və 13 min 522 ədəd təşkil edib.

Ardını oxu...

Azərbaycan Respublikası ilə Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən və 2008-ci ildən həyata keçirilən “Naxçıvan Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” çərçivəsində işlər Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin nəzdində yaradılmış layihə idarəetmə qrupu tərəfindən uğurla davam etdirilməkdədir.
Komitədən aldığımız məlumata görə, 2014-cü ilin ötən dövrü ərzində “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində 116,13 kilometr daxili kanalizasiya şəbəkəsi, 181,6 kilometr daxili su şəbəkəsi çəkilib və 5390 ev birləşməsi aparılaraq sayğac quraşdırılıb.
Hazırda Araz çayı kənarında bioreoktor membrantipli çirkab sutəmizləyici qurğunun tikintisi həyata keçirilir.

Ardını oxu...

Muxtar respublikada cari ilin on bir ayı ərzində 2 milyard 81 milyon 307 min 500 manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da 2013-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 1,2 faiz çoxdur.
Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2013-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 0,8 faiz artaraq 4758,4 manata (6067,1 ABŞ dollarına) çatmışdır.

Ardını oxu...

Muxtar respublikamızda rabitə sisteminin müasirləşdirilməsi və yeni texnologiyaların tətbiqi diqqət mərkəzində saxlanılır. Son illər rabitə və informasiya sistemlərinin, informasiya-kommunikasiya texnologiyalarının inkişafını təmin etmək məqsədilə reallaşdırılmış məqsədyönlü tədbirlər sosial-iqtisadi inkişafda bu sahənin rolunu xeyli artırmışdır. Ona görə də Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi və onun strukturuna daxil olan idarə və müəssisələr qarşıya qoyulan vəzifələrin icrası istiqamətində səylə çalışırlar.

Muxtar respublikada yaşayış məntəqələrinin yeni informasiya-kommunikasiya texnologiyaları ilə tətbiqi əsas diqqət yetirilən məsələlərdəndir. Həyata keçirilən genişmiqyaslı quruculuq işləri rayon mərkəzləri ilə yanaşı, qəsəbə və kəndlərin simasını xeyli dəyişmiş, yeni texnologiyaların tətbiqinə geniş imkanlar açmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi tərəfindən tələbatçıların elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlər payız-qış mövsümündə də muxtar respublikanın bütün yaşayış məntəqələrinin dayanıqlı elektrik enerjisi təminatına imkan verir.
Noyabr ayında da Dövlət Energetika Agent­liyinin kollektivi qarşıya qoyulan vəzifələrin icrasını diqqətdə saxlamışdır. Belə ki, Naxçıvan Modul Elektrik Stansiyasının 9 aqreqatı əsaslı təmir olunmuş, Araz Su Anbarında hidrotexniki müayinələr aparılmış, beton plitələrin altında yuyulmuş torpaq qatı bərpa edilmişdir. Ötən ay “Qıvraq” yarımstansiyasında 10 və 25 meqavolt-amper gücündə iki transformator quraşdırılmışdır. Hazırda Kəngərli Rayon Elektrik Şəbəkəsinin inzibati binası və 110/35/10 kilovoltluq “Qıvraq” yarımstansiyasında tikinti işləri davam etdirilir.

Ardını oxu...

Blokada şəraitində yaşayan Naxçıvan üçün hava nəqliyyatı mühüm əhəmiyyət daşıyır. Buna görə də muxtar respublikada bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Son illər Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti üçün kompleks quruculuq işləri görülmüş, maddi-texniki baza gücləndirilmiş, ölkə və beynəlxalq uçuşların təhlükəsiz təşkili təmin olunmuşdur.

Bu istiqamətdə işlər noyabr ayında da davam etdirilmiş, hava limanının səmərəli fəaliyyəti diqqətdə saxlanılmışdır. Xidmətin müasir tələblər səviyyəsində təşkili üçün quruculuq tədbirləri davam etdirilmiş, işçilər üçün yeni bina istifadəyə verilmişdir.

Rəsmi qonaq evi və VIP binasının ətrafına yeni asfalt örtük verilmiş, abadlıq işləri görülmüşdür. Bundan əlavə, aerovağzal binasında aparılan yenidənqurma və dayanacaqların genişləndirilməsi işləri davam etdirilir. Aerodromun qış mövsümünə hazır olması üçün lazımi tədbirlər görülmüş, uçuş-enmə zolağında, perronda cari təmir işləri aparılmışdır. Həmçinin bu sahədə çalışan əməkdaşlarla məşğələlər aparılmış, uçuş-enmə zolağının ilişmə əmsalını ölçən skidometr cihazı saz vəziyyətə gətirilmişdir.

Ardını oxu...

Muxtar respublikada dəmir yolu nəqliyyatı infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması, sərnişin və yükdaşımalarının keyfiyyətinin artırılması və təhlükəsizliyinin təmin edilməsi diqqət mərkəzində saxlanılır. Bu sahədə yaradılan şərait xidmətin səviyyəsinin yüksəldilməsinə və nəticədə, nəqliyyatın bu növündən istifadə edənlərin sayının artmasına səbəb olmuşdur. Digər tərəfdən böyükhəcmli və ağırçəkili yüklərin daşınmasında dəmir yolu nəqliyyatından geniş istifadə olunur.
Bu ilin noyabr ayında muxtar respublika üzrə dəmir yolu nəqliyyatından 10 min 492 sərnişin istifadə etmiş, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən muxtar respublika ərazisində 11 min 330 ton müxtəliftəyinatlı yük daşınmışdır.

Ardını oxu...

Muxtar respublikada müasir və etibarlı yol-nəqliyyat infrastrukturu yaradılmış, bu sahənin davamlı inkişafı təmin olunmuşdur. Son illər şəhər mərkəzləri ilə yanaşı, ən ucqar kəndlərdə belə, müasir standartlar səviyyəsində yollar tikilərək istifadəyə verilmişdir.
Yol-nəqliyyat şəbəkəsinin inkişafı istiqamətində müəyyənləşdirilən tədbirlər 2014-cü ilin noyabr ayında da davam etdirilmişdir. Noyabrın 12-13-də Naxçıvan Avtobus Parkında muxtar respublikada sərnişindaşımalarını yerinə yetirən sahibkarların və sürücülərin iştirakı ilə seminar-müşavirə keçirilmiş, “Naxçıvan Muxtar Respublikasında avtomobil nəqliyyatı ilə sərnişindaşımalarını yerinə yetirən sürücü­lərin intizam qaydaları” müzakirə edilmiş, sahibkarlarla birlikdə payız-qış mövsümünə hazırlığın vəziyyəti təhlil olunmuşdur.

Ardını oxu...

Əhalinin, eləcə də istehsal və xidmət sahələrinin normal və təhlükəsiz qaz təchizatının təmin olunması, yaşayış məntəqələrinin qazlaşdırılması, qaz təchizatı şəbəkəsinin əsaslı təmiri istiqamətində işlər noyabr ayında da davam etdirilmiş, bu sahədə xidmətin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər görülmüşdür. Ötən ay ərzində muxtar respublikanın şəhər və rayonlarında təbii qaz istehlakçıları tərəfindən daxil olan müraciətlərə əsasən qazlaşdırılan yeni mənzillərin, fərdi evlərin və müxtəliftəyinatlı obyektlərin sayı 195 olmuşdur ki, onlardan 191-i əhali, 4-ü isə qeyri-əhali olmuşdur. Naxçıvan Muxtar Respublikasında fərdi və ümumi yaşayış evlərinin qazlaşdırılması, korroziyaya uğramış boruların dəyişdirilməsi, yol-tikinti işlərinin aparılması, su-kanalizasiya xətlərinin çəkilməsi və abadlaşdırma işləri ilə əlaqədar olaraq 20 min 478 paqonometr qaz kəmərlərinin yeri dəyişdirilmiş və ya yenilənmişdir.

Ardını oxu...

Muxtar respublikamızda aparılan tikinti-quruculuq işlərinin geniş vüsət alması paytaxt Naxçıvan şəhərinin də simasını xeyli dərəcədə dəyişdirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Pro­qram”da qarşıya qoyulan vəzifələr uğurla icra olunur. Sənəddə nəzərdə tutulmuş yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, təhsil, səhiyyə və mədəniyyət infra­strukturunun inkişafı, habelə yeni inzibati və yaşayış binalarının tikintisi, eləcə də mövcud olanların yenidən qurulması işləri davam etdirilir.
Hazırda “Gəmiqaya Yol, Su, Enerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən Əziz Əliyev küçəsindən Naxçıvan Şəhər Avtovağzal Kompleksi istiqamətində, eyni zamanda avtovağzal kompleksindən başlayaraq İslam Səfərli və Nizami küçələri boyunca uzanan avtomobil yollarının yenidən qurulması davam etdirilir.

Ardını oxu...

 “Yol mədəniyyət, iqtisadiyyat, bir sözlə, həyat deməkdir”, – deyən ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra yaradılan sabitlik və iqtisadi inkişaf ölkə iqtisadiyyatının tərəqqisində mühüm rol oynayan avtomobil yollarının bərpası və yenidən qurulmasına əlverişli şərait yaradıb. Bu istiqamətdə işlər ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. 

“Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı”na uyğun olaraq, ölkəmizdə, o cümlədən muxtar respublikamızda yol-nəqliyyat kompleksinin yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. 88 kilometrlik Naxçıvan-Sədərək, 34 kilometrlik Naxçıvan-Culfa və 88,8 kilometrlik Naxçıvan-Şahbuz-Batabat magistralı, 8 kilometrdən artıq uzunluğa malik Naxçıvan dairəvi avtomobil yolu, uzunluğu 39 kilometr olan Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu, uzunluğu 57 kilometr olan Çeşməbasar-Boyəhməd və uzunluğu 25,6 kilometr olan Hacıvar-Sirab-Vayxır avtomobil yolu yenidən qurularaq istifadəyə verilib. Təkcə bir faktı qeyd edək ki, son 19 ildə muxtar respublikamızda 3221 kilometr uzunluğunda yeni avtomobil yolu salınıb ki, bu da 1924-1995-ci illər ərzində salınmış 1320 kilometr uzunluğunda avtomobil yollarından 2,4 dəfə çoxdur. Cari ildə də yol infrastrukturunun yenidən qurulması mühüm əhəmiyyətli sahə kimi diqqət mərkəzində saxlanılıb.

Ardını oxu...

Enerji təminatı məsələləri bəşəriyyətin qlobal problemlərindən biridir. Bu problemlərin həlli hər bir regionun özünəməxsus xüsusiyyətlərindən asılıdır.
1992-ci ildə Braziliyanın Rio de Janeyro şəhərində dünya ölkə­lərinin ekoloji təmiz enerji ilə təchiz edilmələrinin inkişafı haqqında qəbul edilmiş qərarın müddəalarından birinin əsasını “tədricən ənənəvi yanacaqların yandırılmasından alınan enerjidən alternativ (bərpa olunan) enerji mənbələrinin (Günəş, su, külək, biokütlə, yeraltı istilik və sair) enerjiyə keçilməsi” təşkil edir.
Dünyada sərf olunan enerjinin 90 faizdən çoxu ənənəvi yanacaqların payına düşür. Ənənəvi yanacaq ehtiyatlarının azalması, xammalın səmərəsiz işlədilməsi və eləcə də ətraf mühitin çirklənməsi vəziyyəti daha da ağırlaşdırır.

Ardını oxu...

Qarabağlar kəndi Kəngərli rayonunun qədim və ən böyük yaşayış məntəqələrindən biridir. Son illər burada həyata keçirilən quruculuq tədbirləri kəndin simasını tamamilə dəyişib.
2009-cu ildə 2 nömrəli kənd tam orta məktəbin, kənd mərkəzinin, həkim ambulatoriyasının istifadəyə verilməsi, kəndarası yollara qara örtük salınması bu sahələrdə olan mövcud problemlərin aradan qaldırılmasını təmin edib. “Muxtariyyət ili”ndə yeni quruculuq tədbirlərinə start verilib. Belə ki, hazırda bir neçə ünvanda tikinti işləri aparılır. Onlardan biri 1 nömrəli tam orta məktəb üçün inşa olunan yeni binadır. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan məktəb binasının yerləşdiyi ərazi 8 hektara yaxın sahəni əhatə edir. Binada son tamamlama işləri, məktəbin yerləşdiyi ərazidə abadlıq tədbirləri həyata keçirilir.
Qarabağlarda inşa olunan daha bir obyekt isə xidmət mərkəzinin binasıdır. Burada sənaye və təsərrüfat malları mağazaları, ət satışı dükanı, bərbərxana və qadın gözəllik salonu fəaliyyət göstərəcək.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kəngərli Rayon İdarəsinin inşaatçıları öhdələrinə götürdükləri obyektlərin tikintisini keyfiyyətlə və vaxtında başa çatdırmaq üçün əzmkarlıq göstərirlər.

Xəbərlər şöbəsi

İnkişaf etməkdə olan ölkələrin təcrübəsi göstərir ki, iqtisadi təhlükəsizliyə tam nail olunması bütün iqtisadi resursları dövriyyəyə cəlb edə bilən və bununla onların səmərəli istifadəsinə şərait yaradan sənaye məhsulu istehsalından keçir. Sənaye həm də regional inkişafda mühüm rol oynayır. Keçmiş dövrə məxsus mülahizələrin əksinə olaraq, sənaye müəssisələrinin regionlarda təşkili əhalinin məşğulluq problemlərinin həllindən əlavə ucuz xammal ehtiyatlarından səmərəli istifadə olunmasına, iri şəhərlərdə yol-nəqliyyat problemlərinin yaranmamasına, ekoloji vəziyyətin böhran səviyyəsinə çatmadan nəzarətdə saxlanmasına şərait yaradır.

Ardını oxu...

Naxçıvanda enerji təhlükəsizliyi məsələlərinin həll olunmasında növbəti mərhələ kimi bərpaolunan alternativ enerji mənbələrindən istifadəyə geniş yer verilir. Hazırda dünyada Günəş, külək və bioqaz enerji mənbələrindən istifadə həm ekoloji təmizliyi, həm də tükənməzliyi ilə diqqəti cəlb edir. Muxtar respublikamızın da enerji ehtiyaclarının tamamilə yerli imkanlar hesabına ödənilməsi üçün belə layihələrin tətbiqi gələcəkdə böyük perspektivlər vəd edir. Qeyd edək ki, Naxçıvandakı küləkli və günəşli günlərin enerji potensialından istifadə olunması mühüm dövlət proqramlarında da öz əksini tapıb.
Noyabrın 24-də Naxçıvan Biznes Mərkəzində Günəş enerjisindən istifadə olunması məsələləri üzrə Naxçıvana dəvət olunmuş belçikalı qonaqlar – “Soltehc” şirkətinin baş meneceri Mişel Kallerami, şirkətin mühəndisi Jerome Alba və Belçikanın Lommel şəhəri merinin məsləhətçisi Elnur Əliyevlə muxtar respublikamızın bu sahə üzrə mütəxəssisləri arasında müzakirələr aparılaraq perspektivlər nəzərdən keçirilib, Naxçıvanda Günəş enerjisindən istifadə üzrə yeni innovativ layihələrin imkanları qiymətləndirilib.
Həmin gün qonaqlar Naxçıvan Biznes Mərkəzində yerli məhsulların sərgisi, Naxçıvanın gəzməli, görməli yerləri, tarixi abidələri, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olublar.

Xəbərlər şöbəsi

İqtisadi inkişafın əsas göstəricisi kimi 1 milyard 808 milyon 616 min 500 manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da 2013-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 1,1 faiz çoxdur.
Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2013-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 0,7 faiz artaraq 4134,9 manata (5272,1 ABŞ dollarına) çatmışdır.

* * *

Muxtar respublikada yaradılan Ümumi Daxili Məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 743 milyon 886 min manat həcmində məhsul istehsal edilmişdir ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricini 1,5 faiz üstələmişdir.

Ardını oxu...

Son illər muxtar respublika iqtisadiyyatında yüksək templə inkişaf edən sahələrdən birinə çevrilən və yerli istehsalın stimullaşdırılmasında mühüm əhəmiyyətə malik olan sənaye sektorunda həyata keçirilən tədbirlər nəticəsində Naxçıvanda idxaləvəzləyici və ixracyönümlü məhsullar istehsal edən rəqabətqabiliyyətli müəssisələr həyata vəsiqə alıb.
Belə müəssisələrdən biri də “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının Panel-Radiator və Dam Örtükləri Zavodudur. Müəssisə muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri nəticəsində inşaat materiallarına artan tələbatın yerli istehsal hesabına ödənilməsi zərurətindən yaranıb. Ümumi ərazisi 10 min 330 kvadratmetr olan zavodda Almaniya və Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb. Müxtəlif çeşiddə keyfiyyətli məhsul istehsalı üçün geniş imkanlar yaradılan zavodda illik istehsal gücü 90 min metr olan panel-radiator istehsalı sahəsində 60x50 və 50x50 santimetrdən 3 metrə qədər ölçülərdə panel-radiator istehsal edilir. Gündəlik istehsal gücü 4800 kvadratmetr olan dam örtükləri istehsalı sahəsində isə uzunluq ölçüsü sifarişçi tərəfindən verilən, 105 santimetr enində rəngli və rəngsiz dam örtükləri istehsal olunur. Əvvəllər bu inşaat materiallarına olan tələbat xaricdən idxal olunan məhsullar hesabına ödənilir, əlavə daşınma xərci çəkilirdisə, hazırda bu problem aradan qaldırılıb.

Ardını oxu...

Yollar zirvəyə gedir...

Hər şeyi bildiyini güman edən insanlar həmişə təbiətlə ünsiyyətdə olanda çoxsaylı etiraflarla üz-üzə qalırlar. “Görünür, hələ çox öyrənməliyəm”, “Görəsən, təbiət bu məsələni niyə məhz bu şəkildə həll edir?” kimi fikirlər məhz adam tək olanda, öz düşüncələri ilə baş-başa qalanda yaranır. Belə bir anı mən də yaşadım. Özü də təbiətin əsrarəngiz məkanında – Sədərəkdə.

...Dostumla vədələşdik ki, axşamüstü saat 5-də Heydər Parkında görüşək. Bura indi Heydərabad qəsəbəsində görüş yeri təyin edənlərin ən tez yadlarına düşən ünvanlarındandır. Hava yaxşı olduğuna görə vədələşdiyimiz yerə bir az tez gəlmişdim və hələ solmaq istəməyən gül-çiçəyin arasında bir qədər gəzişirdim. Hər gün qayğı göstərilən və yayın axır günlərində əkilmiş gül-çiçək hələ tam solmasa da, cavan, qollu-budaqlı ağacların yarpaqları artıq xeyli müddətdir ki, tökülür. Yerə tökülmüş yarpaqlara yazığı gəlirmiş kimi boylandım və... heç zaman fərqinə varmadığım qəribə bir lövhənin şahidi oldum. Bütün yarpaqlar yerə üzü üstdə düşmüşdü. Yəni ağacda olduğu kimi yox, tərsinə qərar tutmuşdu. Ən maraqlısı o idi ki, bütün yarpaqların saplağı yuxarı – ağaca doğru uzanmışdı. Bu, nə idi? Yarpağın hələ yaşamaq istəyi, yoxsa ağacdan ayrılmaq istəmədiyinin ifadəsi? Nə bilmək olardı? Fakt o idi ki, yarpaqların hamısı ağaca doğru “dartınırdı”. “Yaratdığına şükür, İlahi!” – deyib yuxarı baxanda gördüm ki, dağın ətəyində kol-kosdan qalxan yarpaqlar da yuxarıya doğru uzanır. Lap yuxarıda – qarlı dağların başına dolanan buludlar da öz yerində. Bir anda mənə elə gəldi ki, Sədərəkdə sanki hamı, hər şey üzü zirvəyə, yüksəkliyə doğru can atır.

Ardını oxu...

Əhalinin banklarla qarşılıqlı etibarlılığa əsaslanan partnyorluğu bank xidmətlərindən istifadə məqsədilə edilən müraciətlərin kəmiyyət baxımından da artımına səbəb olub. Bu, bank hesablarının artımında da özünü büruzə verib.
Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin mətbuat xidmətindən aldığımız məlumata görə, banklar tərəfindən 2014-cü il noyabr ayının 1-i tarixinə 2 min 233 hüquqi, 33 min 945 fiziki şəxs olmaqla, 36 min 178 müştəriyə xidmət göstərilibdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 min 199 ədəd çoxdur. Xidmət olunan hesabların 33 min 145-i aktiv hesab olub ki, onların 1312-si hüquqi, 31 min 836-sı fiziki şəxsdir.

Ardını oxu...

Ulu öndər Heydər Əliyevin ideyalarının ardıcıl və mükəmməl səviyyədə həyata keçirilməsi sayəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası sosial, iqtisadi və mədəni həyatın bütün sahələrində misilsiz uğurlar qazanmış, blokada şəraitinin yaratdığı çoxsaylı çətinlikləri mətanətlə dəf edərək əsaslı yüksəlişə nail olmuşdur. Ötən illər ərzində doğma diyarımızın hərtərəfli və sürətlə inkişaf edərək əsl intibaha qovuşması məhz ulu öndər Heydər Əliyevin əbədiyaşar ideyalarının, mükəmməl siyasi kursunun yüksək səviyyədə həyata keçirilməsinin nəticəsidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında aparılan quruculuq tədbirləri çərçivəsində təhsil müəssisələri üçün yeni binaların tikilməsi və ya mövcud olanların əsaslı şəkildə yenidən qurulması diqqət mərkəzində saxlanılır.
Görülən işlərdən regionun ən böyük təhsil ocağı olan Naxçıvan Dövlət Universitetinə də xeyli pay düşüb. Son illər bu təhsil ocağında yataqxana binası, məişət evi, müxtəlif tədris korpuslarının tikilməsi və ya əsaslı şəkildə yenidən qurulması tədrisin keyfiyyətinin artan xətt üzrə yüksəlməsinə geniş imkanlar açmaqla təhsilə göstərilən diqqət və qayğının nəticəsi kimi dəyərləndirilir.
2013-cü ilin may ayından universitetin “baytarlıq” ixtisası üçün tədris binasının əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. Görülən işlər nəticəsində 2 mərtəbəli binaya 1 mərtəbə əlavə olunub. İş icraçısı Akif Quliyevin dediklərinə görə, burada işlər yekunlaşıb, binanın həyətində abadlıq işləri başa çatıb.

Ardını oxu...

Naxçıvan şəhərinin Qaraçuq kəndində bir neçə obyektin tikintisi aparılır. Obyektlərdən biri kənd tam orta məktəbi üçün müasirtipli layihə əsasında inşa olunan binadır. Yeni bina 630 şagird yerlikdir. Müəllim və şagirdlərin ixtiyarına 38 sinif otağı, 4 elektron lövhəli sinif və 4 kompüter sinfi, hərbi kabinə, kitabxana, fizika, kimya, biologiya laboratoriyaları, idman zalı veriləcək.
Orta məktəb binası ilə yanaşı, inşa edilən digər obyekt musiqi məktəbi üçün nəzərdə tutulub. Bu təhsil ocağında 18 sinif otağı, iclas zalı, solfecio sinfi, musiqi ədəbiyyatı otağı, kitabxana və digər yardımçı otaqlar olacaq.

Ardını oxu...

Ordubadlı sahibkarlar istehsal etdikləri məhsullarla həm də özünəməxsusluğu təbliğ edirlər

İstənilən regionun tərəqqisi həmin regionda sahibkarlığın inkişafı ilə birbaşa bağlıdır. Buna görə də sahibkarlıq subyektlərinin yaradılması inkişaf edən hər bir dövlət üçün prioritet məsələlərdən biridir. Bazar iqtisadiyyatına keçidin uğurla başa çatdırılması ölkəmizdə bu subyektlərin sayının daha da artmasına gətirib çıxarıb, nəticədə, milli iqtisadiyyatda özəl sektorun payı xeyli yüksəlib. Bu yüksəlişi təmin edən əsas meyarlardan biri də dövlətin özəl sektorun inkişaf etdirilməsinə göstərdiyi diqqət və işgüzar mühitin yaradılmasıdır. 

Ardını oxu...

Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı təmin olunub, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması və genişləndirilməsinə dövlət maliyyə dəstəyi göstərilib, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılıb, yeni istehsal və xidmət sahələri, idxaləvəzləyici və ixracyönümlü məhsullar istehsal edən emal və sənaye müəssisələri yaradılıb.
Aparılan uğurlu islahatlar nəticəsində sənaye məhsulunun həcmi ilbəil artıb, muxtar respublikada istehsal olunan sənaye məhsulunun 93,2 faizi özəl sektorun payına düşüb.
Son illər yaradılan müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Müəssisənin direktoru Ələddin Allahverdiyev bildirdi ki, özəl bölməyə, sahibkarlıq fəaliyyətinə göstərilən dövlət qayğısından bu müəssisə də bəhrələnib. Xammal və hazır məhsulların ağırtonnajlı yük avtomobilləri ilə daşınması üçün daha əlverişli yerdə – Naxçıvan dairəvi avtomobil yolunun kənarında müəssisə üçün 15 min kvadratmetr torpaq sahəsi ayrılıb. 2013-cü ilin may ayından inşaat işlərinə başlanılıb, əraziyə elektrik, qaz, su və kanalizasiya xətləri çəkilib.

Ardını oxu...

Digər bölgələrimiz kimi, “Muxtariyyət ili”ndə Şahbuz rayonunda da quruculuq tədbirlərinin həcmi artıb, coğrafiyası xeyli genişlənib.
Ötən həftə rayon mərkəzində 2 yeni obyektin – Şahbuz şəhər 2 nömrəli tam orta məktəbi və şəhər mərkəzi binalarının açılış mərasimləri olub. Hazırda quruculuq tədbirləri daha bir neçə ünvanda davam etdirilir. Belə ünvanlardan biri Nursu kəndidir. Bu yaşayış məntəqəsində kənd məktəbinin binası yenidən qurulan obyektlər sırasındadır. İki mərtəbədən ibarət olan məktəb binası 234 şagird yerlikdir. Məktəbə 1 əlavə korpus artırılıb. Buraya kifayət qədər texnika və işçi qüvvəsi cəlb edilib. Bu isə inşaat işlərinin sürətlə və keyfiyyətlə aparılmasına imkan verib. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şahbuz Rayon İdarəsinin bir qrup inşaatçısı öhdəsinə götürdüyü quruculuq tədbirini vaxtında başa çatdırmaq üçün səyini əsirgəmir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən uğurlu iqtisadi siyasət, nail olunan iqtisadi inkişaf bütün göstəriciləri ilə yanaşı, özünü əhali gəlirlərinin artırılmasında da göstərməkdədir. Stabil iqtisadi artım tempinin əldə olunması mühüm iqtisadi göstəricilər kimi, məşğulluq və əhali gəlirlərinin daim artırılmasına imkan verir. 

Muxtar respublikada azad sa­hibkarlığın dəstəklənməsi, kiçik biznesə göstərilən hərtərəfli dəstək məşğulluğun səviyyəsinin artırılmasına və əhali gəlirlərinə də öz təsirini göstərib. İqtisadi aktivliyin yüksəldilməsi məqsədilə sahibkarlara güzəştli şərtlərlə maliyyə dəstəyinin göstərilməsi ötən dövr ərzində də davam etdirilib, nəticədə, 2014-cü ilin yanvar-sentyabr ayları ərzində bank və kredit təşkilatları tərəfindən sahibkarlara verilmiş kreditlərin həcmi 2013-cü ilin müvafiq dövrünə nisbətən 25,4 faiz artaraq 41 milyon 636 min 471 manat təşkil edib. Bu isə, öz növbəsində, muxtar respublikada yeni biznes subyektlərinin yaranmasına stimul olub. Belə ki, 2014-cü ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada 19 hüquqi və 1963 fiziki şəxs qeydiyyata alınıb.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Fərmanı ilə hər il noyabrın 1-i ölkəmizdə “Kənd Təsərrüfatı İşçiləri Günü” kimi qeyd olunur.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə XX əsrin 70-80-ci illərində ölkəmizdə digər sahələrlə yanaşı, kənd təsərrüfatının inkişafının da əsası qoyulmuşdur. Bu sahənin inkişafına yönəlmiş tədbirlər nəticəsində Azərbaycan ittifaq respublikaları sırasında kənd təsərrüfatının inkişaf göstəricilərinə görə qabaqcıl yerlərdən birini tutmuşdur. Lakin 90-cı illərin məlum hadisələri, bütövlükdə, ölkə iqtisadiyyatını, o cümlədən kənd təsərrüfatını da iflic vəziyyətinə salmış, infrastruktur tamamilə dağıdılmışdır. Belə bir dövrdə ulu öndərin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtması ilə ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsi başlanmış, uğurlu aqrar islahatlar həyata keçirilmişdir. Ötən əsrin 90-cı illərində ilk dəfə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən bu islahatlar sonrakı dövrdə Azərbaycanın bütün ərazisində davam etdirilmiş, kənd təsərrüfatının inkişafı yeni modeldə, özəl təsərrüfatların yaradılması yolu ilə aparılmışdır. Bu dövrdə ulu öndərin rəhbərliyi ilə aqrar sahənin qanunvericilik bazasının yaradılmasına başlanılmış, “Aqrar islahatların əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında”, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının qanunları, Torpaq, Meşə və Su məcəllələri qəbul edilmiş, bir sıra digər normativ-hüquqi aktlar imzalanmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin əsas mərkəzi Ordubad rayonu hesab edilir. Tarixən Ordubad meyvələri yalnız Naxçıvanda deyil, bütün Cənubi Qafqazda şöhrət tapıb. Bölgədə, demək olar ki, bütün evlərin həyətlərində meyvə ağacları əkilib. Onlara xüsusi qayğı da göstərilib. Ordubadlı bağbanlar da adı ilə deyilib. Onların yetişdirdikləri şaftalı, ərik, albalı, gilənar, gavalı, cəviz, tut və sair meyvələr yüksək keyfiyyəti ilə seçilib. 

Burada yetişdirilən meyvələrin şöhrəti dünyanın bir çox ölkələrinə yayılıb. Elə bu amil də dünya səyyahlarının Ordubada marağını artırıb. Onlar həmin meyvələr haqqında məxəzlərdə ətraflı məlumatlar veriblər. Məsələn, Ordubad bağlarından böyük heyranlıqla danışan səyyah İ.Şopen yazır ki, burada almanın, armudun, şaftalının və gavalının çoxlu növləri yetişdirilir. Onun yazdığına görə, Ordubadın “gülabi” adlı armudu öz dadına və xüsusilə böyüklüyünə görə seçilirdi. Bu armudlar tam yetişərkən o qədər böyük olurdular ki, onların ikisini bir boşqaba yerləşdirmək mümkün olmurdu. Ordubad həm də mənbələrin əksəriyyətinin “albuxara” adlandırdığı alça və gavalılarla məşhur idi. Səyyahların bir çoxu yerli ərik sortlarının müalicəvi xüsusiyyətləri, bu meyvə sortlarının yayılma arealı barədə ətraflı məlumatlar veriblər.

Ardını oxu...

Böyükdüz istixana kompleksində son tamamlama işləri görülür

Muxtar respublikamızda özəl bölməyə göstərilən dövlət qayğısı öz bəhrəsini vermiş, sahibkarlığın inkişafında ciddi nailiyyətlər qazanılmış, aqrar bölmədə yüzlərlə yeni istehsal müəssisəsi, kiçik fərdi təsərrüfatlar yaradılmışdır. Özəl sektorun inkişafı daxili bazarın qorunmasında, idxaldan asılılığın aradan qaldırılmasında, əhalinin tələbatının yerli istehsal hesabına dolğun ödənilməsində və ərzaq təhlükəsizliyi proqramının uğurla icra edilməsində əhəmiyyətli rola malikdir.   Hazırda muxtar respublikada Ümumi Daxili Məhsul istehsalında özəl bölmənin payı 87 faiz təşkil edir.

“2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, sahibkarlara dövlət maliyyə dəstəyi göstərilir, yeni meyvə bağları salınır, istixana kompleksləri yaradılır. Tərəvəz məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi istiqamətində həyata keçirilən tədbirlər ötən il də uğurla davam etdirilmiş, Naxçıvan şəhərində yeni istixana kompleksi fəaliyyətə başlamışdır.

Ardını oxu...

XX əsrin sonunda Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatının bütün sahələrində xüsusi əhəmiyyət kəsb edən köklü dəyişiklik baş vermiş və Azərbaycan öz dövlət müstəqilliyini əldə etmişdir. Müstəqil Azərbaycanın qarşısında duran ilk vəzifə bütün ölkənin maraqlarına cavab verən iqtisadi inkişaf istiqamətlərini müəyyənləşdirməkdən ibarət idi. Ölkənin malik olduğu imkanlardan və təbii sərvətlərdən səmərəli istifadə etməklə iqtisadiyyatın sahə strukturunun təkmilləşdirilməsi, istehsal olunan məhsulların rəqabətədavamlı son məhsul kimi dünya bazarına çıxarılması, idxalı əvəz edən məhsul istehsalının artırılması, regionlar arasında yaranmış fərqlərin aradan qaldırılması məqsədilə regional inkişafın tarazlaşdırılması dövlət siyasətinin əsasını təşkil edirdi.

Ardını oxu...

Davamlı xarakter alan tikinti-quruculuq və yenidənqurma tədbirləri Ordubad rayonunda 2014-cü ilin ilk 9 ayı ərzində də davam etdirilib.
Bu dövrdə bir neçə obyektin tikintisi və ya yenidən qurulması başa çatdırılıb. Aşağı Əylis kəndində məktəb və kənd mərkəzi, Yuxarı Əylis kəndində məscid binası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Ordubad Rayon Şöbəsi cari ilin aprel ayından fəaliyyətini yeni binada davam etdirməyə başlayıb. Rayon mərkəzindən keçən Dübəndi çayı üzərində salınmış şəhər parkında bənd və şəlalə inşa olunub. İndi bu ünvan ordubadlıların asudə vaxtlarının səmərəli keçirilməsi üçün ən çox üz tutulan ünvanlardan birinə çevrilib. Əvvəlki illərdə olduğu kimi, cari ildə də muzeylərin və tarixi-memarlıq abidələrinin əsaslı təmiri diqqət mərkəzində saxlanılıb. Belə ki, akademik Yusif Məmməd­əliyevin və yazıçı Məmməd Səid Ordubadinin ev-muzeyləri, Buzxana tarixi-memarlıq abidəsi təmirdən sonra istifadəyə verilib. Ordubad şəhər internat məktəbinin binası da təmir olunmuş obyektlər sırasındadır.
Rayonda tikintisi və təmir-bərpa işləri aparılan obyektlər də az deyil. Ucqar dağ kəndi Nürgütdə kənd mərkəzi, Ordubad şəhərindəki 3 nömrəli tam orta məktəb, aviakassa, Ordubad Rayon Suvarma Sistemləri İdarəsi üçün yeni binalar və Məhəmməd Tağı Sidqinin ev-muzeyi inşa olunur.
Quruculuq tədbirləri çərçivəsində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması qayğısına da qalınıb. Belə ki, rayon mərkəzindəki biri 50, digəri 36 mənzilli olan iki 5 mərtəbəli binada təmir işləri aparılır.
Tikintisi və yenidən qurulması davam etdirilən obyektlərdə çalışan inşaatçılara yaradılan hərtərəfli şərait görülən işlərin keyfiyyətinə öz müsbət təsirini göstərir.

Xəbərlər şöbəsi

Muxtar respublikada fəaliyyət göstərən bank və digər kredit təşkilatları tərəfindən iqtisadiyyatın kreditləşdirilməsi vəziyyəti diqqəti xüsusən cəlb edir. Belə ki, cari ilin yanvar-sentyabr aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə bankların iqtisadiyyatı kreditləşdirməsi 25,4 faiz artaraq 41 milyon 637 min manata çatıb ki, bu da eyni dövr ərzində muxtar respublikada istehsal olunmuş Ümumi Daxili Məhsulun 2,5 faizini təşkil edir. Ümumiyyətlə, 1 oktyabr 2014-ci il tarixə muxtar respublikada cəmi kredit qoyuluşunun həcmi 98 milyon 92 min manat olub, ötən ilin müvafiq dövründə isə bu göstərici 81 milyon 464 min manat təşkil edib.

Ardını oxu...

Oktyabrın 24-də Naxçıvan şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Biznes Forumu və Türkdilli Dövlətlərin Biznes Şurasının 3-cü Toplantısı keçirilmişdir.
Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat və Sənaye nazirlikləri, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPROMO) və digər müvafiq dövlət qurumlarının dəstəyi ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən təşkil edilmiş tədbir Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuşdu.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Biznes Forumunda Türkiyə, Qazaxıstan, Qırğızıstandan olan ticarət-sənaye palatalarının, sahibkarlar birliklərinin rəhbərləri, 75 xarici şirkətin təmsilçisi və özəl sektorun nümayəndələri, eləcə də Azərbaycanın dövlət rəsmiləri və 120-dən çox yerli sahibkar iştirak edirdi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun adından Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Biznes Forumunun iştirakçılarını salamlayan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iqtisadi məsələlər üzrə müşaviri Müslüm Cabbarzadə çıxış edərək forumun işinə uğurlar arzulamışdır.
Bildirmişdir ki, türkdilli dövlətlərin müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində keçirilən görüşlər artıq ənənə halını almışdır. Təqdirəlayiq haldır ki, bugünkü forum Naxçıvanda bu istiqamətdə keçirilən sayca üçüncü mühüm tədbirdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında aparılan genişhəcmli tikinti-quruculuq işlərinin bir hissəsini əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər təşkil edir. Bu sahədə görülən işlərin nəticəsidir ki, son illər xeyli ailə yeni, hər cür şəraitə malik mənzillərlə təmin olunub. Yeni yaşayış binalarının tikilməsi, təmirə ehtiyac olan binaların əsaslı şəkildə yenidən qurulması insanların rahatlığının təmin olunmasına xidmət edir. Bu istiqamətdə həyata keçirilən tədbirlər Naxçıvan şəhəri daxil olmaqla rayon mərkəzlərini də əhatə edir. Hazırda Babək rayon mərkəzi olan Babək qəsəbəsində 5 mərtəbəli yaşayış binasında əsaslı təmir işləri aparılır. Belə ki, qəsəbənin Heydər Əliyev prospektində yerləşən 60 mənzilli yaşayış binasında təmir işlərinə cari ilin iyul ayından başlanılıb. “Cahan İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən yaşayış binasının dam örtüyü vurulub, pəncərələri dəyişdirilib, su xətləri yenilənib. İş icraçısı Salman Abdullayevin verdiyi məlumata görə, hazırda daxildə suvaq işləri aparılır, döşəmə və pilləkənlərə yeni örtük vurulur. Yaxın günlərdə binanın girişlərinə yeni qapılar salınacaq. Eyni zamanda yaşayış binasının aşağı fasad hissəsinin 3 metr hündürlüyədək üzlük daşla üzlənməsi davam etdirilir.
Yerli tikinti materiallarından istifadəyə üstünlük verilən yaşayış binasında təhlükəsizlik qaydalarına da ciddi əməl olunur. Bina hazır olduqdan sonra burada yaradılmış şərait sakinlərə rahatlıq, binanın müasir görkəmi isə qəsəbəyə gözəllik bəxş edəcək.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR