22 Dekabr 2024, Bazar

“Mineral suların təbii muzeyi” adlandırılan Naxçıvan Muxtar Respublikasında 200-dən çox mineral su mənbəyi mövcuddur. Onlardan biri də Şahbuz rayonunun Badamlı qəsəbəsi ərazisində çağlayan eyniadlı mineral sudur ki, bu təbiət möcüzəsi bir çox xüsusiyyətləri ilə qiymətlidir. İlk növbədə, əvəzsiz süfrə suyu olan “Badamlı” həm də müalicəvi əhəmiyyətə malikdir. Belə ki, ateros­kleroz, ürək, xərçəng, diabet, mədə yarası, bronxial-astma, pnevmoniya, brusellyoz xəstəlikləri, eyni zamanda immunitetin zəifləməsi, infeksiyalara yoluxma, müxtəlif orqanların, o cümlədən dərinin iltihabı zamanı müalicə məqsədilə istifadə edilir.
Naxçıvan şəhərində 2,1 hektar ərazini əhatə edən və ümumi sahəsi 9590, istehsal sahəsi isə 3600 kvadratmetr olan yeni istehsal müəssisəsi ölkə başçısı cənab İlham Əliyevin 2009-cu ilin 3-4 avqust tarixlərində muxtar respublikaya səfəri zamanı istifadəyə verilmişdir. Burada ikimərtəbəli inzibati bina tikilmiş, yeməkxana, istehsal və digər yardımçı sexlər, anbar, karbon qazı və kompressor stansiyası yaradılmışdır. Müasir texnoloji avadanlıqlarla təchiz olunmuş zavod daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsul istehsal edərək rəqabətqabiliyyətli müəssisəyə çevrilmişdir.
Mineral suyun butulkalara doldurulması üçün istehsal sahəsində Fransanın “SİDEL” şirkətinin istehsalı olan avadanlıqlar quraşdırılmışdır. Müəssisənin sexlərində müxtəlifhəcmli plastik və şüşə butulkalarda olmaqla, 12 çeşiddə mineral su istehsal olunur.

Ardını oxu...

Şərur rayonundakı Kürkənddə kompleks quruculuq tədbirləri həyata keçirilir. Bu tədbirlərdən biri təhsilin səviyyəsini yüksəltmək üçün mövcud tam orta məktəb binasının yenidən qurulmasıdır. Qeyd edək ki, yeni təhsil ocağı kəndin gələcək perspektivi nəzərə alınaraq 216 şagird yerlik nəzərdə tutulub. Qısa müddət ərzində ikimərtəbəli köhnə məktəb binasında bəzi yardımçı tikililər sökülüb, əvvəlki bina daha bir mərtəbə ucaldılaraq üçmərtəbəli olub.

Məktəb 11 sinif otağından, kimya, biologiya laboratoriyalarından, hərbi kabinədən, elektron lövhəli sinifdən, şahmat, kompüter otaqlarından, kitabxana və idman zalından ibarətdir.
Yeni obyektlərdən biri kənd mərkəzi üçün nəzərdə tutulub. İkimərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üçün nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, poçt, ATS, klub, kitabxana, iclas zalı yerləşəcək. Yeni ucaldılan kənd mərkəzinin binasında feldşer-mama məntəqəsi üçün də 3 otaq ayrılıb. Obyektdə son tamamlama işləri görülür.
Birmərtəbəli, yaraşıqlı xidmət mərkəzində kənd sakinləri ərzaq və sənaye malları mağazalarının, ət satışı dükanının, gözəllik salonunun və bərbərxananın xidmətindən yararlanacaqlar.

Ardını oxu...

Muxtar respublikamızda yeni iş yerlərinin yaradılması, əmək bazarının tənzimlənməsi və səmərəli məşğulluğun təmin olunması sahəsində aparılan dövlət siyasəti nəticəsində əhali gəlirləri artmaqdadır.
Aparılan təhlillər göstərir ki, bu istiqamətdə görülən tədbirlərin nəticəsində cari ilin yanvar-iyul aylarında muxtar respublikada əhalinin gəlirləri 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz artaraq 927 milyon 951 min manata yaxın olub, onun hər bir nəfərə düşən həcmi isə 1,4 faiz yüksələrək 2125 manat təşkil edib. Əhali gəlirlərinin belə yüksələn dinamikasını təkcə cari ilin ilk altı ayının yekunları ilə müqayisə etdikdə isə 172 milyon 935 min manat artım müşahidə olunmaqdadır. Əhali gəlirlərinin dinamikasını müəyyən edən digər mühüm bir göstərici olan onun hər bir nəfərə düşən hissəsində də bu artım qorunub saxlanılıb. Belə ki, bəhs olunan dövrdə əldə olunmuş 2125 manatlıq gəlir səviyyəsi bundan bir ay əvvəlki dövrə nisbətən 394 manat çoxdur.
Qeyd edək ki, iyul ayının yekunlarına əsasən, muxtar respublikada orta aylıq əməkhaqqının məbləği 382,5 manata çatıb ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricidən 2,1 faiz çoxdur.

Xəbərlər şöbəsi

Muxtar respublikada kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısı mövcud imkanlardan səmərəli istifadə edilməsinə, əkin dövriyyəsinin genişləndirilməsinə şərait yaradıb. Regionun mürəkkəb iqlim şəraitində əkin-biçin kampaniyasının mütəşəkkil keçirilməsində, yetişdirilən məhsulun vaxtında və itkisiz toplanılmasında müasir kənd təsərrüfatı texnikalarından səmərəli istifadə mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 28 yanvar tarixli Sərəncamı ilə yaradılmış “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti (ASC) kənd təsərrüfatının müasir texnikalarla təchizatını, müxtəlif servis xidmətlərinin göstərilməsini, torpaq mülkiyyətçilərinə güzəştli qiymətlərlə mineral gübrələrin satışını həyata keçirir, cins mal-qaranın alınaraq muxtar respublikaya gətirilməsini və lizinq yolu ilə fermerlərə verilməsini təmin edir.

Ardını oxu...

Culfa rayonunun quruculuq xəritəsi hərtərəfli dövlət qayğısı hesabına ildən-ilə genişlənir. Öncə onu qeyd edək ki, ötən illər ərzində rayonun müxtəlif yaşayış məntəqələrində bir sıra yeni obyektlər istifadəyə verilib. Bu da həmin məntəqələrdə olan problemləri aradan qaldırmaqla kəndlərin simasını da dəyişdirib. Quruculuq tədbirləri “Muxtariyyət ili”ndə də bölgənin bir neçə kəndində davam etdirilir. Belə yaşayış məntəqələrindən biri Bənəniyar kəndidir. Rayonun ən böyük kəndlərindən biri olan Bənəniyarda aparılan kompleks quruculuq tədbirlərinə mart ayında start verilib.

Burada kənd tam orta məktəbi, uşaq musiqi məktəbi və xidmət mərkəzi üçün binalar inşa olunur, kənd mərkəzi və həkim ambulatoriyası binaları yenidən qurulur. Quruculuq tədbirlərini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinin inşaatçıları həyata keçirirlər. Onlara hərtərəfli şərait yaradılıb.

Ardını oxu...

Müasir dövrdə davamlı inkişafın təmin edilməsində əhalinin sağlamlığı, yüksək həyat şəraitinin təmin edilməsi, düzgün məşğulluq siyasətinin həyata keçirilməsi nəticəsində yoxsulluq və işsizlik səviyyəsinin minimuma endirilməsi vacib məsələlərdən hesab olunur. Bazar iqtisadiyyatında məşğulluğun tənzimlənməsi səmərəli iqtisadi fəaliyyətin nizamlanmasına mühüm təsir etməklə yanaşı, həm də daim artan ehtiyacların ödənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ona görə də müasir iqtisadi şəraitdə dövlətimizin makroiqtisadi siyasətinin əsas hədəflərindən biri əmək qabiliyyətli əhalinin məşğulluğunu yüksək səviyyədə təmin etməkdən ibarətdir.

Məşğulluq siyasəti ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi inkişaf strategiyasının ən mühüm tərkib hissələrindən biri olmuşdur. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu bu istiqamətdə dövlət siyasətini müəyyən etmişdir. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”, 2007-ci il 15 may tarixli Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)” və 2011-ci il 15 noyabr tarixli Sərəncamla təsdiq olunmuş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2011-2015-ci illər)” ölkədə məşğulluq səviyyəsinin yüksəldilməsinə real imkanlar yaratmaqdadır. Azərbaycan Respublikası regionlarının 2004-2008-ci və 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı dövlət pro­qramlarının, 2008-ci il 15 sentyabr tarixli Sərəncamla təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın icrası nəticəsində əhalinin sosial rifahının gücləndirilməsi, yoxsulluğun azaldılması, məşğulluğun artırılması, ümumilikdə, ölkədə insan potensialının qorunması və inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş və bu tədbirlər hazırda da davam etdirilir.

Ardını oxu...

İnkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün yerlərdə sahibkarlığın inkişafı və onun rolunun artırılması, müasir infrastrukturun yaradılması iqtisadi siyasətin prioritet məsələlərindən biri olmalıdır. Bu məqsədlə muхtаr rеspublikаmızdа dа sаhibkаrlıq mühitinin fоrmаlаşmаsı, iş аdаmlаrı üçün əlvеrişli şərаitin yаrаdılmаsı istiqаmətində аrdıcıl və məqsədyönlü tədbirlər həyаtа kеçirilir. 

Sаhibkаrlıq subyеktlərinin fəаliyyətinin stimullаşdırılmаsı və gеnişləndirilməsi özəl sеktоrun Ümumi Dахili Məhsuldаkı pаyının ilbəil artması ilə müşahidə olunur. Bu artım, öz növbəsində, dахili bаzаrın yеrli istеhsаl hеsаbınа kеyfiyyətli məhsullаrlа təmin оlunmаsınа rəvac vermişdir. 1995-1996-cı illərdə yаlnız 4-5 növ məhsulа оlаn tələbаtın аz bir hissəsinin yеrli istеhsаl hеsаbınа ödənildiyi muхtаr rеspublikаmızdа hаzırdа yеni yаrаdılmış və ya fəаliyyəti bərpа оlunmuş müəssisələrdə 116 növdə ərzaq, 233 növdə qeyri-ərzaq olmaqla, cəmi 349 növdə məhsul istehsal olunur. 107 növdə ərzaq, 227 növdə qeyri-ərzaq olmaqla, cəmi 334 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.

Ardını oxu...

Regionumuzun ən ucqar dağ və sərhəd kəndləri də daxil olmaqla, qədim diyarımızın hər bir guşəsi bu gün müasir yaşayış məntəqəsi timsalındadır. Davamlı xarakter alan hərtərəfli dövlət qayğısı hesabına Ordubad rayonu da bu gün muxtar respublikanın yeni inkişaf mərhələsinin ön sıralarındadır.
Bölgədə elə bir yaşayış məntəqəsi tapmaq olmaz ki, orada quruculuq nəfəsi duyulmasın. Onu da xüsusi vurğulamaq lazımdır ki, rayonun relyefinin mürəkkəbliyi burada aparılan quruculuq işlərində çalışanları müəyyən çətinliklər qarşısında qoysa da, qurub-yaratmaq əzmi həmin çətinliklərə qalib gəlir. Görülən işlər isə, təbii ki, mövcud problemləri həll etməklə yanaşı, insanların məşğulluğunun təmin edilməsinə də müsbət təsirini göstərir, onların qurub-yaratmaq əzmini daha da gücləndirir. Əvvəlki illərdə olduğu kimi, cari ildə də rayonda bir neçə ünvanda belə tədbirlər davam etdirilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında ərzaq təhlükəsizliyinin təmin olunması üçün kənd təsərrüfatının inkişaf etdirilməsi və yeni istehsal sahələrinin yaradılması istiqamətindəki işlər davam etdirilməkdədir. Kənd təsərrüfatı sahəsinə dövlət qayğısının artırılması bu vacib məsələnin davamlı həllinə imkan yaradıb. Belə ki, cari ilin ilk 7 ayının yekunlarına əsasən, muxtar respublikada 185 milyon 207 min manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunub, ki, bu da iyun ayının yekunları ilə müqayisədə 84 milyon 953 min manat çoxdur. Həyata keçirilən tədbirlər, habelə “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Pro­qramı” çərçivəsində görülən işlər bu sahənin inkişafında mühüm rol oynayıb. Qeyd edək ki, adıçəkilən dövlət pro­qramında 2015-ci ilədək dənli bitkilərin əkin sahələrinin 38 min hektara çatdırılması, 150 min ton dənli bitkilər istehsal edilməsi nəzərdə tutulub, ət istehsalının 25 min tona, süd və süd məhsulları istehsalının 100 min tona, sənaye üsulu ilə quş əti istehsalı həcminin 3 min tona, yumurta istehsalının isə 70 milyon ədədə çatdırılması qarşıya vəzifə kimi qoyulub.

Ardını oxu...

Naxçıvanda quruculuq ünvanları bir-birini əvəz etməkdədir. Muxtar respublikamızda hər il yeni-yeni inzibati və çoxmərtəbəli binalar, fərdi evlər, istehsal və xidmət oybektləri, geniş rahat yollar və körpülər, universitet, orta məktəb, səhiyyə və sağlamlıq ocaqları, kənd mərkəzləri, turizm və xidmət obyektləri tikilməkdədir. Naxçıvan şəhərindən tutmuş ən ucqar yaşayış məntəqəsinədək müasir memarlıq üslubunda tikilib istifadəyə verilən bütün obyektlərdə istifadə olunan ən mühüm inşaat materiallarından biri isə, heç şübhəsiz, Naxçıvan sementidir. Bu, elə bir vacib inşaat materialıdır ki, onsuz nə uca binalar tikilər, nə rahat yollar salınar, nə də gözəl park və xiyabanlar yaradılar.
Naxçıvan təbii sərvətlərlə zəngindir və onlardan səmərəli istifadə olunması muxtar respublika iqtisadiyyatının inkişafı baxımından çox mühüm məsələdir. Bu həm əhalinin artan tələbatının ödənilməsi, həm daxili bazarın yerli imkanlar hesabına ödənilməsi, həm də regionun təbii resursları hesabına yeni iş yerləri yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Ona görə də günbəgün artan tikinti-quruculuq işlərində yerli inşaat materiallarından istifadənin təmin olunmasını Naxçıvanda həyata keçirilən ən uğurlu layihələr sırasında göstərmək olar.

Ardını oxu...

Bununla, son illərdə inşa olunan və əsaslı təmir edilən binaların sayı qırxı ötəcək

Şərur Rayon Təhsil Şöbəsinin tabeliyində 54 tam orta, 5 ümumi orta, 6 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Ən önəmli cəhət ondan ibarətdir ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının bölgələrə ən böyük töhfələrindən biri də yeni məktəb binalarının inşası ilə bağlıdır. Son illər Şərur rayonunda 40-dan çox məktəb binası tikilərək, yaxud yenidən qurularaq istifadəyə verilib.
Təkcə ötən il 234 şagird yerlik Sərxanlı, 110 şagird yerlik Şahbulaq kənd tam orta məktəbləri üçün yeni binalar tikilib, 1026 şagird yerlik Dəmirçi, 396 şagird yerlik Xanlıqlar, 132 şagird yerlik Gümüşlü kənd tam orta məktəblərinin binaları isə əsaslı şəkildə yenidən qurulduqdan sonra öz qapılarını müəllim və şagirdlərin üzünə açıb. Yeni məktəb binaları müasir tələblərə cavab verən avadanlıqlarla və təlimin texniki vasitələri ilə təmin olunublar.

Ardını oxu...

Xarici iqtisadi əlaqələr iqtisadi potensialın mühüm göstəricilərindən biri hesab olunur.
Naxçıvan Muxtar Respublikası özünün müasir iqtisadi inkişaf mərhələsində sıx əlaqədə olduğu region ölkələri ilə xarici iqtisadi əlaqələrini genişləndirməkdədir. Yerli istehsal hesabına ərzaq və enerji təhlükəsizliyinin təmin olunduğu regionda dünyanın yüksək texnologiya istehsal edən aparıcı ölkələri ilə əməkdaşlıq edilir, qiymətli istehsal avadanlıqları və lüks istehlak malları alınıb gətirilir, naxçıvanlıların xarici ölkələrə turizm səfərləri artır. Eyni zamanda həyata keçirilən uğurlu layihələr hesabına Naxçıvan Muxtar Respublikasında istehsal olunmuş malların xarici bazarlara göndərilməsində, xaricdən gələn turistlərin sayında yüksək artım dinamikası davam etməkdədir. İndi Naxçıvandan başda elektrik enerjisi, mineral sular, daş məhsulları olmaqla, çoxlu sayda satışahazır sənaye və kənd təsərrüfatı məhsulları ixrac edilməkdədir. Bu isə muxtar respublikanın xarici ticarət həcminin artması ilə yanaşı, idxal-ixrac balansında da müsbət saldo yaranmasına imkan verir. Təkcə cari ilin ilk 7 ayının nəticələrinə görə, muxtar respublikada 270 milyon 821 min Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi olub ki, bu da bir il öncəki göstəricini 0,6 faiz üstələyib. İxracın həcmi son bir il ərzində 5,1 faiz artaraq 201 milyon ABŞ dollarını ötüb və xarici ticarət üzrə 132 milyon ABŞ dollarına yaxın həcmdə müsbət saldo yaranıb. Cari ilin iyun ayının yekunları ilə müqayisədə isə xarici ticarət həcmində 38 milyon 400 min ABŞ dollarından çox artım müşahidə olunub. Bu, bir ay ərzində 16,5 faiz artım deməkdir. Belə yüksələn dinamika ilin sonuna qədər ötənilki xarici ticarət dövriyyəsini üstələyəcəkdir.

Xəbərlər şöbəsi

“Muxtariyyət ili”ndə Şahbuz rayonunda quruculuq tədbirlərinin həcmi artıb, coğrafiyası genişlənib. Hazır­da belə tədbirlər Nursu kəndində də davam etdirilir.
Quruculuq obyektlərindən biri kənd məktəbinin binasının yenidən qurulmasıdır. İki mərtəbədən ibarət olan məktəb binası 234 şagird yerlikdir. Məktəb binasına əlavə bir korpus artırılıb. Burada idman zalı, 2 laboratoriya, 2 elektron lövhəli sinif yerləşəcək. İnşaatçılara hərtərəfli şərait yaradılıb. Buraya kifayət qədər texnika və işçi qüvvəsi cəlb edilib. Bu isə inşaat işlərinin sürətlə və keyfiyyətlə aparılmasına imkan verib. Burada çalışan Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şahbuz Rayon İdarəsinin bir qrup inşaatçısı öhdələrinə götürdükləri quruculuq tədbirini vaxtında başa çatdırmaq üçün səylərini əsirgəmirlər.

Ardını oxu...

“Gəmiqаyа Dаş Məhsullаrı Sənаyе Kоmplеksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan şəhərində, Babək rayonunun Araz və Kəngərli rayonunun Qarabağlar kəndlərində istehsal müəssisələri, Kəngərli rayonunun Qarabağlar və Çalxanqala kəndlərinin ərazilərində isə daş karxanaları fəaliyyət göstərir.
Daş karxanalarında əvvəlcə kəşfiyyat xarakterli qazıntı işləri aparılır və daşın keyfiyyəti yoxlanılır. Sonra isə blok şəklində kəsilən daşlar ağırtonnajlı maşınlarla Şahtaxtı stansiyasına daşınıb yük vaqonları ilə istehsal müəssisələrinə göndərilir.
Bаbək rаyоnunun Аrаz kəndi yахınlığındа yеrləşən istehsal müəssisəsi sоn illər muхtаr rеspublikаmızdа həyаtа kеçirilən gеnişmiqyаslı quruculuq tədbirləri nəticəsində yеrli tikinti mаtеriаllаrınа оlаn tələbаtın ödənilməsi zərurətindən yаrаdılıb. İstеhsаl sаhəsi üçün zəruri аvаdаnlıqlаrın аlınmаsı və tikinti-qurаşdırmа işlərinin аpаrılmаsı məqsədilə Sаhibkаrlığа Kömək Fоndundаn dövlət mаliyyə dəstəyi göstərilib. İtaliya və Türkiyədən alınmış müаsir tехnоlоji аvаdаnlıqlаrın qurаşdırıldığı və 5000 kvаdrаtmеtr tikili ərаzisi оlаn istеhsаl müəssisəsi 2005-ci ildə fəaliyyətə başlayıb. Gündəlik istеhsаl gücü 1000 kvаdrаtmеtr оlаn müəssisədə kеyfiyyətli trаvеrtin istеhsаl olunur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, iqtisadi inkişafın əsas göstəricisi kimi 1 milyard 203 milyon 308 min 900 manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da 2013-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 0,8 faiz çoxdur.
Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2013-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 0,3 faiz artaraq 2755,5 manata (3513,3 ABŞ dollarına) çatmışdır.

*   *   *

Muxtar respublikada yaradılan Ümumi Daxili Məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 545 milyon 226 min manat həcmində məhsul istehsal edilmişdir ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricini 1,3 faiz üstələmişdir.

*   *   *

İnfrastruktur quruculuğu çərçivəsində əsas kapitala 554 milyon 565 min manat həcmində investisiya yönəldilmişdir ki, bunun da 492 milyon 811 min manatı və ya 88,9 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

Ardını oxu...

Ölkəmizin ayrı-ayrı regionlarında olduğu kimi, muxtar respublikamızda da irimiqyaslı layihələr reallaşdırılır, genişmiqyaslı quruculuq tədbirləri həyata keçirilir. Təbii ki, bu da tikinti-quruculuq işlərinin sürətlə aparılmasına rəvac verir. İnşaat işlərinin vaxtında və keyfiyyətlə aparılmasında beton qarışığı istehsal edən müəssisələr mühüm rol oynayır. Odur ki, muxtar respublikada beton qarışığı istehsal edən müəssisələrin yaradılması da diqqət mərkəzində saxlanılır.
Daxili bazarı tələbata uyğun keyfiyyətli tikinti materialları ilə təmin edən belə müəssisələrdən biri də 2005-ci ildən fəaliyyətə başlayan “Gəmiqaya Beton Məmulatları” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Babək rayonunun Qoşadizə kəndi yaxınlığında, Naxçıvançayın sahilində yerləşən müəssisə son illər muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri nəticəsində yerli tikinti materiallarına olan tələbatın ödənilməsi zərurətindən yaradılmışdır. Müəssisə istifadəyə verilənədək muxtar respublikamızda aparılan tikinti işləri üçün lazım olan inşaat materiallarından beton primitiv üsullarla hazır­lanır, qum istehsalı kortəbii şəraitdə həyata keçirilirdi. Həmçinin obyektlərdə istifadə olunan kilid daş, dekorativ kərpic və digər beton məmulatları qonşu ölkələrdən gətirilirdi. Bu müəssisənin işə salınması ilə həmin problemlər aradan qaldırılmışdır. Müəssisədə Türkiyədən alınmış müasir texnoloji avadanlıqlar quraşdırılmış, istehsal gücü saatda 50 kubmetr olan qum-çınqıl karxanası, 60 kubmetr olan beton zavodu və 35 kvadratmetr olan dekorativ daşlar istehsalı sexi fəaliyyətə başlamışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı bütün sahələri əhatə edir. Son 18 ildə muxtar respublikada məqsədyönlü şəkildə atılan uğurlu addımlar bu inkişafın əsasını təşkil etməklə bərabər, demoqrafik vəziyyətin nizamlanmasında da mühüm rol oynayır. Muxtar respublikanın paytaxtı Naxçıvan şəhəri də daxil olmaqla, bütün bölgələrimizdə aparılan kompleks quruculuq işləri, şəhər, qəsəbə və kəndlərin sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən tədbirlər indi öz bəhrəsini verməkdədir. Əldə olunmuş nəticələri görmək üçün heç də bələdçiyə ehtiyac yoxdur. Təkcə elə Naxçıvan şəhərinin ilbəil deyil, aybaay dəyişməsi dediklərimizin sübutudur. Nəzərəçarpan əsas də­yişikliklərdən biri də şəhərimizdəki yaşayış binalarının əsaslı təmiri və yeni yaşayış komplekslərinin yaradılmasıdır.

Ardını oxu...

İqtisadiyyatda qeyri-nağd ödənişlərin həcminin artırılmasında və pul dövriyyəsinin sürətləndirilməsində POS-terminalların rolu böyükdür. Naxçıvan Muxtar Respublikasında nağdsız ödənişlərin sürətləndirilməsi istiqamətində görülən tədbirlər bu sahənin də inkişaf etdirilməsinə şərait yaradır. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən 2014-cü ilin ilk 7 ayının yekunları üzrə aldığımız məlumata əsasən, muxtar respublikanın ticarət və digər xidmət sahələrində nağdsız ödənişlərin həyata keçirilməsi üçün quraşdırılan POS-terminalların sayı xeyli artmışdır. Təkcə cari ilin iyun ayının yekunlarına görə, muxtar respublikada 33 yeni POS-terminal quraşdırılmışdır. 2014-cü ilin əvvəli ilə müqayisədə isə bu rəqəm 2,7 dəfə artaraq 679-a çatmışdır. Qeyd edək ki, belə artımın böyük bir hissəsi muxtar respublikanın rayon mərkəzlərinin payına düşür.

Xəbərlər şöbəsi

İqtisadiyyatın real sektorunun inkişafı sahələrarası balansın tənzimlənməsi istiqamətində görülən işlərdən çox asılıdır. Sahənin fəaliyyətinin canlandırılması üçün kredit qoyuluşları həmişə öz əhəmiyyətini qorumaqdadır.
Muxtar respublika iqtisadiyyatının əsas sahələri olan sənaye, inşaat, nəqliyyat və rabitə ilə yanaşı, kənd təsərrüfatına da kredit qoyuluşlarının artımı bu sahənin əhəmiyyətindən xəbər verir. Muxtar respublikamızda ərzaq təhlükəsizliyi istiqamətində görülən işlər, kənd təsərrüfatı məhsulları istehsalı və emalı sahəsinə göstərilən dövlət qayğısı bu sahənin kreditləşdirilməsində də görünməkdədir. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən 2014-cü ilin ilk 7 ayının yekunları üzrə aldığımız məlumata əsasən, kənd təsərrüfatına verilmiş kreditlərin həcmi ümumi kredit qoyuluşlarının 30,1 faizini əhatə etməklə, 9 milyon 879 min manata yaxın olmuşdur. Bu sahəyə ayrılan kredit məbləği isə, ümumən, digər sahələrlə müqayisədə ilk yeri tutmaqdadır. Ötən ilin müvafiq dövrünə baxdıqda kənd təsərrüfatına qoyulan kredit qoyuluşlarının həcmində 0,9 faiz müsbət artım görünməkdədir. Qeyd edək ki, kənd təsərrüfatı sahələri arasında kreditlə yüklənmə əmsalına görə ilk yeri 70,1 faizlə heyvandarlıq, ikinci yeri 25,7 faizlik göstərici ilə bitkiçilik, üçüncü yeri isə 3,5 faizlə arıçılıq tutur.

Xəbərlər şöbəsi

Naxçıvan Şəhər Vergilər İdarəsindən qəzetimizə verilən məlumata görə, Naxçıvan şəhərində vergi ödəyicilərinin məlumatlandırılması və vergilərin vaxtında ödənilməsi məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Cari ilin ilk 7 ayı ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan 17 hüquqi və 178 fiziki şəxs olmaqla, ümumilikdə, 195 vergi ödəyicisi qeydiyyata alınıb.
Məlumatda bildirilir ki, ayrı-ayrı sahibkarların müraciətləri qanunamüvafiq qaydada cavablandırılıb, bəyannamələrin düzgün tərtib edilməsinə köməklik edilib, elektron bəyannamə xidməti göstərilib. Həmçinin vergi ödəyicilərinin vergi orqanlarına gəlmədən internet vasitəsilə bəyannamələrinin təqdim olunması, özlərinin şəxsi vərəqələrinə nəzarət etmək, elektron əməliyyatlar aparmaq imkanının yaradılması məqsədilə bu il avqustun 1-dək sahibkarlıq fəaliyyəti ilə məşğul olan 227 vergi ödəyicisi ilə “Vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında” müqavilə bağlanaraq onlara şifrələr verilib. Şifrə verilmiş vergi ödəyicilərinin hamısının bəyannamələri elektron poçt vasitəsilə Naxçıvan Şəhər Vergilər İdarəsinə təqdim edilib. Cari ilin ilk 7 ayında 496 hüquqi və fiziki şəxsə bank hesabı açılıb ki, bu da ödəmələrin köçürmə yolu ilə aparılmasına əlverişli şərait yaradıb.

Ardını oxu...

Şərur rayonunun kompleks quruculuq tədbirləri həyata keçirilən yaşayış məntəqələrindən biri də Püsyan kəndidir. Hazırda kənddə 4 bina inşa olunur.
Quruculuq tədbirlərindən kənddə fəaliyyət göstərən tam orta məktəb binasına da pay düşüb. Belə ki, mövcud məktəb binası yenidən qurulur.
Qeyd edək ki, 330 şagirdin təhsil aldığı məktəbin yeni binasının layihəsində kəndin gələcək perspektivi nəzərə alınıb. Yeni bina 720 şagird yerlik nəzərdə tutulub. Qısa müddət ərzində köhnə məktəb binasında bəzi yardımçı tikililər sökülüb, əvvəlki binaya daha bir korpus əlavə edilib. Artıq binanın dam örtüyü vurulub, suvaq işləri başa çatdırılıb, pəncərələr salınıb, kommunikasiya xətlərinin çəkilişi yekunlaşdırılıb. Zirzəmi ilə birlikdə dörd mərtəbədən ibarət olan məktəb binasında 40 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, 3 elektron lövhəli sinif, 3 kompüter otağı, hərbi kabinə, idman zalı, direktor, psixoloq və müəllimlər otaqları, yeməkxana yerləşəcək. Tikinti işləri, demək olar ki, yekunlaşmaq üzrədir.

Ardını oxu...

Ölkəmizdə, eləcə də muxtar respublikamızda makroiqtisadi sabitliyin qorunub saxlanması, ərzaq təhlükəsizliyinin təminatı, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, yerli istehsalın inkişafı məqsədyönlü siyasətin əsas istiqamətlərindəndir. Bu gün ümumi sosial-iqtisadi yüksəliş kənd təsərrüfatının xüsusi çəkisini davamlı surətdə artırmaqdadır. Kənd təsərrüfatı sahəsinə dövlətin qayğısının artırılması, aqrolizinq xidmətinin genişləndirilməsi, eləcə də kreditlərin verilməsinin sürətləndirilməsi aqrar sahənin inkişafına öz müsbət təsirini göstərib.

Məlum olduğu kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Məhz bu amil cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsini zəruri edir. Xüsusilə son bir neçə ildə enerji daşıyıcılarının qiymətinin kəskin artması, aparıcı ölkə­lərin maliyyə bazarında baş verən neqativ meyillər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu və digər bu kimi hallar bəzi ölkələrdə ərzaq qıtlığını real təhlükəyə çevirib. Bu baxımdan muxtar respublikada əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. 

Ardını oxu...

“Cahan Holdinq” Şirkətlər İttifaqı ərzaq məhsulları, tikinti materialları istehsal edən zavod və fabriklərlə yanaşı, artıq yeni xidmət sahəsinin yaradılmasına da nail olub, 2011-ci ilin oktyabr ayında istifadəyə verilən ticarət mərkəzində alıcılara nümunəvi xidmət göstərilməsi üçün hərtərəfli şərait yaradılıb. Ümumi sahəsi 10 min kvadratmetr olan ticarət mərkəzində Almaniya, Yaponiya, Cənubi Koreya və Türkiyə istehsalı olan texniki avadanlıqlar quraşdırılıb.

Ardını oxu...

Şahbuz rayonunun Gömür kəndinə də muxtar respublikamızın ayrılmaz həyat ritminə çevrilən tikinti-quruculuq işlərindən pay düşüb. 2007-ci ildə bu yaşayış məntəqəsində bir neçə quruculuq tədbiri həyata keçirilib.
Həmin tədbirlərin davamı kimi cari ildə də kənddə inşaat işləri aparılır. Belə ki, 2007-ci ildə inşa edilən məktəb binası yenidən qurulur. Yeni bina 110 şagird yerlik nəzərdə tutulub. İnşaatçılara hərtərəfli şərait yaradılıb. Buraya kifayət qədər texnika və işçi qüvvəsi cəlb edilib. Bu isə inşaat işlərinin sürətlə və keyfiyyətlə aparılmasına imkan verir.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin belə bir fikri var: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Müasir günümüzdə bu fikrin təsdiqini ölkəmizin dinamik sosial-iqtisadi inkişafında daha aydın görürük. Hamımıza məlumdur ki, iqtisadi inkişafa nail olmadan heç bir sahədə uğur qazanmaq mümkün deyil. Təbii ki, müasir iqtisadiyyatın inkişafı iqtisadi idarəetmənin əsasları üzərində qurulur. Bu əsaslar isə müasir istehlakçıların tələb və maraqlarının tam ödəndiyi zaman düzgün istiqamətə yönəlir və bu yanaşmada “marketinq” dediyimiz fəaliyyət növü önə çıxır. “Bu gün bütün sahələrin inkişafı marketinq fəaliyyəti üzərində qurulub”, – deyən iqtisadçı-ekspertlərin yanılmadığının elə bu kiçik yazıda bir daha şahidi olacağıq. Ancaq əvvəlcə gəlin marketinqin nə olduğunu aydınlaşdıraq, ölkəmizdə marketinq fəaliyyətinin bugünkü mənzərəsinə nəzər yetirək.

Ardını oxu...

Bu isə firavan həyatdan, xoş güzərandan soraq verir

Ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da əhalinin torpağa bağlılığını artırmaq, iqtisadiyyatımızın əsasını təşkil edən kənd təsərrüfatını inkişaf etdirmək üçün həyata keçirilən ardıcıl tədbirlər öz bəhrəsini verir. Bunu Şərur rayonunun timsalında da görmək mümkündür. Belə ki, rayonda Arpaçay dəryaçasının hesabına su probleminin həll edilməsi və Araz çayı boyunca nasos stansiyalarının işə salınması bölgədə əkinçiliyə marağı xeyli artırıb, kənd təsərrüfatının inkişafında yüksəlişə nail olunub.
Təqdirəlayiq hal isə digər bölgələrimiz kimi, Şərur rayonunda da taxılçılığın aparıcı sahəyə çevrilməsidir. Bunu şərurluların bu sahədə əldə etdikləri nailiyyətlərin göstəricisi olan statistik rəqəmlər də təsdiqləyir. Təkcə cari ildə rayonda 9184,1 hektar sahədən 28 min 249 ton yüksəkkeyfiyyətli taxıl istehsal olunub. Bu ilin payızında daha çox sahədə taxıl əkininin keçirilməsi planlaşdırılıb. Ümumiyyətlə, Şərurda bu mühüm strateji ərzaq məhsulunun istehsalına maraq ilbəil artır. Bunun başlıca səbəblərindən biri rayonda un dəyirmanlarının tikilib istifadəyə verilməsidir. Hazırda burada 4 müasirtipli un dəyirmanı fəaliyyət göstərir. Odur ki, şərurlular da yetişdirdikləri buğdanı una çevirmək üçün heç bir çətinlik çəkmirlər.

Ardını oxu...

Muxtar respublikamızda yerli xammaldan səmərəli istifadə etməklə daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsullar istehsal edən müxtəliftəyinatlı yeni istehsal müəssisələri yaradılır və ya mütərəqqi texnologiyalar tətbiq olunmaqla fəaliyyəti dayanmış müəssisələrin işi bərpa edilir. Tikinti materiallarına olan tələbatın ödənilməsi istiqamətində də mühüm işlər görülür, tikinti materialları istehsal edən müəssisələr fəaliyyətə başlayır. Təbii ki, bu da tikinti-quraşdırma işlərinin sürətlə aparılmasına rəvac verir.
“Gəmiqaya Kərpic Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti də son illər Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri nəticəsində yerli tikinti materiallarına olan tələbatın ödənilməsi zərurətindən yaradılmışdır.

Ardını oxu...

Taxılçılıq muxtar respublikada kənd təsərrüfatının ən vacib sahələrindən biridir. Ərazinin torpaq-iqlim şəraiti bu vacib sahənin inkişafı üçün çox əlverişlidir. Odur ki, intensiv texnologiyalara üstünlük verilməklə taxıl əkini sahələri ilbəil genişləndirilir. Dövlətimizin aqrar sahənin, xüsusilə taxılçılığın inkişafı üçün gördüyü tədbirlərlə yanaşı, məhsuldar toxum sortlarından istifadə olunması, şırım üsulundan istifadəyə üstünlük verilməsi, suvarma şəbəkələrinin genişləndirilməsi və kənd təsərrüfatı texnikalarının lizinq yolu ilə torpaq mülkiyyətçilərinə verilməsi taxıl istehsalını xeyli artırmışdır.

Bol və keyfiyyətli məhsul əldə etmək məqsədilə yerinə yetirilən kompleks aqrotexniki tədbirlər içərisində ərazinin torpaq-iqlim şəraitinə uyğun taxıl sortlarının seçilməsi, rayonlaşdırılmış keyfiyyətli səpin materialından istifadə edilməsi və toxumun səpin üçün düzgün hazırlanması xüsusi əhəmiyyət kəsb edir.
Bioloji xüsusiyyətlərinə görə torpaq-iqlim şəraitinə uyğun rayonlaşdırılmış taxıl sortlarından istifadə məhsuldarlığı xeyli artırır. Ona görə də taxıl əkininin yerli torpaq-iqlim şəraitinə uyğun sortlarla keçirilməsi daha məqsədəuyğundur. Əkiləcək torpaq sahələrinin təsnifatına, həmçinin sələfinə görə düzgün seçilməsi də məhsuldarlığın artmasına təsir göstərən amillərdəndir.

Ardını oxu...

Ölkəmizin müasir sosial-iqtisadi inkişaf mənzərəsində regionların özünəməxsus yeri vardır. Bu da təbiidir. Çünki uzun bir müddətdən sonra yaradılan müasir infrastruktur şəraiti, əhalinin məşğulluğunun təmini sahəsində görülən işlər hər bir regionun sahib olduğu təbii və əmək resurslarının iqtisadi dövriyyəyə cəlb olunmasına güclü təsir göstərmişdir. Həyata keçirilən regional inkişaf proqramları öz müsbət nəticəsini verməyə başlamışdır. Artıq ölkəmizin iri şəhərləri ilə onun regionları arasında əhalinin həyat səviyyəsi fərqləri minimuma enmiş, kəndlərimiz sürətlə müasirləşdirilmişdir. Bütün bunları muxtar respublikamızın şəhər və kəndlərinin simasında da aydın görmək mümkündür. Şahbuz rayonunun müasir sosial-iqtisadi mənzərəsi Naxçıvan Muxtar Respublikasını bürümüş intibah ab-havası fonunda özünəməxsus rəngləri ilə seçilməkdədir.

Son illər Naxçıvan Muxtar Respublikasının hər yerində olduğu kimi, Şahbuz rayonunda da geniş tikinti-quruculuq və abadlıq tədbirləri həyata keçirilməkdədir. Şahbuz şəhəri ərazisində fəaliyyət göstərən ticarət və məişət obyektləri, bir sıra inzibati binalar yeni üslubda təmir edilmiş, müasir şəhərsalma tələblərinə uyğunlaşdırılmışdır. Buna rayonun hamar örtüklü yollarına ilk qədəm basdıqda şahid olmaq mümkündür. Rahat yolların kənarındakı gözoxşayan səkilər, yaşıllıq zolaqları şəhərə xüsusi yaraşıq verir.

Ardını oxu...

Muxtar respublikamızın təbii sərvətlərindən səmərəli istifadə olunmaqla yeni emal və sənaye müəssisələri həyata vəsiqə alır, daxili bazarın tələbatına uyğun yüksəkkeyfiyyətli yerli məhsullar istehsal edilir, əhalinin məşğulluğu təmin olunur, maddi rifahı daha da yaxşılaşır. Belə istehsal müəssisələrindən biri də Babək rayonunun Sirab kəndində fəаliyyət göstərən “Savalan-S” Kiçik Müəssisəsidir.
1997-ci ildən fəaliyyətə başlayan müəssisədə Rusiyаdan alınmış, gündə­lik istehsal gücü 2000 şərti butulka olan yarımavtomatlaşdırılmış istehsal xətti quraşdırılmış, Sirab mənşəli mineral su istehsalına başlanmışdır. Mineral su müəssisəyə “Kalbayağıl” adlanan yerdəki bulaqlardan yeraltı paslanmayan borularla çəkilmişdir. Su mənbəyinin təhlükəsizliyini təmin etmək məqsədilə bulağın ətrafı hasara alınmış, burada bina tikilmişdir. Məlumat üçün qeyd edək ki, mineral su yatağı 3 yeraltı mineral su hövzəsindən ibarətdir və Naxçıvan şəhərindən 14,6 kilometr şimal-şərqdə, Babək rayonunun Sirab kəndi ərazisində, dağ ətəyində yerləşir. Mineral su əvəzsiz süfrə suyu olmaqla bərabər, yüksək müalicəvi əhəmiyyətə malikdir. Belə ki, ağciyər, öd kisəsi, həzm yolları və böyrək xəstəlikləri, mübadilə pozğunluqları zamanı istifadə edilir. Həmçinin qan dövranını, tənəffüsü, regenerasiyanı, ürək fəaliyyətini yaxşılaşdırır, mədə-bağırsaq xəstəlikləri zamanı şirəqovucu kimi əhəmiyyətlidir, dilin dad reseptorlarının həssaslığını yüksəldir, aerozol şəklində tənəffüs yolları xəstəliklərinə və allergiyaya müsbət təsir edir.

Ardını oxu...

“Şərur rayonunda vergi ödəyicilərinin məlumatlandırılması və vergilərin vaxtında ödənilməsi məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Cari ilin 7 ayı ərzində sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan fiziki şəxs kimi həyata keçirən 384 vergi ödəyicisi qeydiyyata alınıb”. Bunu Şərur Rayon Vergilər Şöbəsinin rəis əvəzi Əbülfəz Baxşıyev qəzetimizə müsahibəsində deyib.
Bildirib ki, ayrı-ayrı sahibkarların müraciətləri qanunamüvafiq cavablandırılıb, bəyannamələrin düzgün tərtib edilməsinə köməklik edilib, elektron bəyannamə xidməti göstərilib. Həmçinin vergi ödəyicilərinin vergi orqanlarına gəlmədən internet vasitəsilə bəyannamələrinin təqdim olunması, özlərinin şəxsi vərəqələrinə nəzarət etmək, elektron əməliyyatlar aparmaq imkanının yaradılması məqsədilə bu il avqustun 1-dək sahibkarlıq fəaliyyəti ilə məşğul olan 1467 vergi ödəyicisi ilə “Vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında” müqavilə bağlanaraq onlara parol-şifrələr verilib. Parol-şifrə verilmiş vergi ödəyicilərinin hamısının bəyannamələri elektron poçt vasitəsilə rayon Vergilər Şöbəsinə təqdim edilib. Cari ilin 7 ayında 485, ümumilikdə isə 1876 hüquqi və fiziki şəxsə bank hesabı açılıb ki, bu da ödəmələrin köçürmə yolu ilə aparılmasına əlverişli şərait yaradıb. Bu sahə diqqət mərkəzində saxlanılmaqla nağdsız hesablaşmaların tətbiqi sahəsi genişləndirilir.

Ardını oxu...

Muxtar respublikamızda sosial-iqtisadi inkişafın bəhrələri olan yeni quruculuq ünvanlarının sayı getdikcə artır. Bu, region sakinlərinə göstərilən qayğının ifadəsi kimi diqqəti çəkir. Qədim diyarımızın ən böyük bölgələrindən biri olan Babək rayonunun quruculuq xəritəsi də hərtərəfli dövlət qayğısı hesabına ildən-ilə genişlənir. “Muxtariyyət ili”ndə quruculuq tədbirləri həm rayon mərkəzində, həm də bölgənin bir neçə kənd yaşayış məntəqəsində davam etdirilir. 

Cari ilin birinci yarısında 13 yaşayış məntəqəsini əhatə edən Hacıvar-Vayxır-Sirab avtomobil yolu yüksək keyfiyyətlə yenidən qurularaq istifadəyə verilib. Babək qəsəbəsində rayon Mərkəzi Xəstəxanası və uşaq bağçası üçün yeni binalar tikilib. Həmin obyektlər müasir avadanlıqlarla təmin olunub, onların yerləşdikləri ərazilər abadlaşdırılıb. Rayon Tarix-Diyarşünaslıq Muzeyinin binası yenidən qurularaq müasir görkəmə gətirilib.

Ardını oxu...

“Müasir məkan” ət və ət məhsulları müəssisəsində “Nахçıvаn”, “Hаlаl” və “Dоğmа tаm” çеşidlərdə hisə vеrilmiş və bişirilmiş kоlbаsа məmulаtlаrı, eləcə də sоsiskа istеhsаl оlunur. Müəssisə fəaliyyətə başlayan zaman 2-3 çeşiddə ət və ət məhsulları istehsal olunurdusa, hazırda burada 22 çeşiddə məhsul istehsal olunur.
Burada хаmmаlın qəbulundаn tutmuş sаtışа çıхаrılmаsınаdək texnoloji proseslərə ciddi əməl оlunur: ət və hazır məhsul lаbоrаtоr аnаlizdən keçirildikdən sonra istеhsаlа və satışa burахılır. Хаmmаl sоyuducu аnbаrdа mənfi 18 dərəcədə, hаzır məhsul isə müsbət 8-10 dərəcədə хüsusi kаmеrаlаrdа sахlаnılır.
“MM” əmtəə nişanı ilə satışa çıxarılan məhsullar аlıcılаr tərəfindən rəğbətlə qаrşılаnır. Ayrı-аyrı ticаrət şirkətlərindən аlınаn sifаrişlər də dаdı-tаmı ilə sеçilən bu yеrli məhsulа tələbаtın çох оlduğunu göstərir. Müəssisədə istehsal olunan məhsulların ölkəmizin digər regionlarında satışını təşkil etmək məqsədilə Bakı şəhərində satış mərkəzi yaradılmış və mərkəz əlavə işçi qüvvəsi cəlb edilməklə soyuducu kamerası olan avtomaşınla təmin olunmuşdur. Gələcəkdə müəssisədə istеhsаl edilən məhsullаrın xarici bazarlara çıхаrılmаsı da plаnlаşdırılır. İqtisadi əlaqələri genişlənən müəssisədə daxili bazarın tələbatına uyğun yeni istehsal sahələrinin yaradılması məqsədilə tara və ətin qovrulması istehsalı sahələrinin biznes-planı hazırlanıb Sahibkarlığa Kömək Fonduna təqdim olunmuşdur.

Ardını oxu...

Sürətli inkişaf Ordubadla yol yoldaşıdır

Füsunkar gözəlliklərə malik olan Ordubad haqqında tarixi mənbələrdə oxuduğumuz, coğrafiyaşünasların, səyyahların və digər görkəmli şəxsiyyətlərin verdiyi qiymət heç də təsadüfi deyil. Ordubadla bağlı təşbehlər də saysız-hesabsızdır – qədim yurd yeri, tarixi abidələr diyarı, yeraltı və yerüstü sərvətlərlə zəngin olan bölgə, alimlər yetirən torpaq. Ancaq bunlar içərisində Ordubada ulu öndərimiz Heydər Əliyevin verdiyi qiymət daha dəqiqdir: Azərbaycanın incisi. Fikrimizcə, bu qiymət digər təşbehlərin hamısını əhatə edir.
Bu gün sürətli inkişaf Ordubadla yol yoldaşıdır. Muxtar respublikanın digər bölgələri kimi, tikinti-quruculuq tədbirləri Ordubadı da əhatə edib. Rayonda gündəlik müşahidə olunan dövlət qayğısı daimi xarakter daşımaqdadır. Bir şəhər, 3 qəsəbə, 43 kənd yaşayış məntəqəsi olan rayonun özünəməxsus gözəllikləri Ordubadı qonaqlı-qaralı bir bölgəyə çevirib. Muxtar respublikanın ən yüksək zirvəsi hesab olunan Qapıcıq dağı (3904 metr), “Gəmiqaya” Tarixi-Bədii Qoruğu, Ordubad Rayon Tarixi-Memarlıq Qoruğu, 4 muzey rayonun yeraltı və yerüstü sərvətləri, tarixi-memarlıq və təbii abidələri haqqında ətraflı bilgilər verir. Söhbətimiz rayonun 2014-cü ilin ilk 6 ayında keçdiyi yol barədədir.

Ardını oxu...

Sədərəklilər bu il 2 min tondan artıq kartof yetişdiriblər

Muxtar respublikamızın hər yerində olduğu kimi, sərhəd bölgəsi Sədərək rayonunda da aqrar sahə sürətlə inkişaf edir. Rayon üzrə təkcə keçən il 12 milyon 141,2 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2012-ci ilin göstəricisini 5,6 faiz üstələmişdir. Rayon bir sıra kənd təsərrüfatı məhsulları ilə özünü təmin edir və Naxçıvan şəhərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkasına bölgədən xeyli kartof, bostan-tərəvəz, meyvə və heyvandarlıq məhsulları çıxarılır.
“2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” istehsalçıları daha da ruhlandırmış, hər sahədə məhsuldarlığın yüksəldilməsinə etibarlı zəmin yaratmışdır. Fermerlərə və torpaq mülkiyyətçilərinə kifayət qədər yardım göstərilməklə yanaşı, əkin-biçin sahəsində onlara tam sərbəstlik verilmişdir. Torpaq sahibi harada nə əkir bu, onun öz işidir. Lakin, ilk növbədə, ərzaq təhlükəsizliyi proqramı nəzərə alınır. Dövlətin tələbi belədir ki, bölgələr üzrə ixtisaslaşma aparılmalıdır. Ölkə Prezidenti cənab İlham Əliyevin “Mən bu barədə dəfələrlə öz təkliflərimi bildirmişəm: müəyyən işlər görülübdür, ancaq daha da konkret və ciddi təkliflər verilmişdir ki, biz bu ixtisaslaşmanı formalaşdıraq və yetişdirilən hər bir məhsul üzrə xüsusi stimullaşdırma amilləri də olmalıdır. Yəni bir bölgə üzrə, yetişdirilən hər bir kənd təsərrüfatı məhsulu üzrə xüsusi bir yanaşma tərzi olmalıdır” tövsiyəsinin mahiyyətini sədərəklilər dərindən dərk edirlər. Onlar keçən il 95 hektar sahədə kartof əkini keçirmiş, 1795,5 ton məhsul götürmüşlər ki, bu da əvvəlki illə müqayisədə 94,5 ton çoxdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyindən aldığımız məlumata görə, 2014-cü ilin ilk 7 ayı ərzində nazirlik və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, xarici valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi, işəgötürənlə işçilər arasında əmək müqavilələrinin bağlanmasına nəzarət və sair kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 60 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb. Həyata keçirilən operativ nəzarət tədbirləri zamanı 12 vergi ödəyicisi tərəfindən əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 17 vergi ödəyicisi tərəfindən xarici valyuta məbləğlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkarlanıb.

Ardını oxu...

Muxtar respublikamızda mövcud su ehtiyatlarından səmərəli istifadə edilməsinə, su təminatının yüksəldilməsinə böyük əhəmiyyət verilir. Suya olan tələbatı ödəmədən xalq təsərrüfatı sahələrinin inkişafını və istehsalın iqtisadi səmərəliliyini təmin etmək mümkün deyildir. Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin kollektivinə bu vəzifələri yerinə yetirmək üçün hərtərəfli şərait yaradılıb. Bu şəraitdən səmərəli istifadə etməyə səy göstərən su təsərrüfatı işçiləri 2014-cü ilin ilk 6 ayını bir sıra nailiyyətlərlə başa vurublar.
Komitədən bildirdilər ki, qarşıya qoyulan başlıca məsələ muxtar respublikanın su ilə təminatına nail olmaqdır. Ona görə də mövcud su mənbələrindən səmərəli istifadə edilməsinə nail olmaq, bu qiymətli sərvəti torpaq mülkiyyətçilərinə vaxtında çatdırmaq üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Kanal və arxların lildən təmizlənməsi, suvarma boru xətlərinin təmiri və yenilərinin çəkilməsi ilin ilk 6 ayında da davam etdirilib. Belə ki, 49,4 kilometr beton və torpaq kanallar, 38,5 kilometr kollektorlar, 270 kilometr ara arxları lildən təmizlənərək işlək vəziyyətə gətirilib. 1,2 kilometr kaptaj tikilib, 650 metr kaptaj təmir olunub. 17 kilometr uzunluğunda içməli su xətti çəkilib, 18,6 kilometr içməli su xəttində, 8,78 kilometr suvarma boru xəttində təmir işləri aparılıb. 40,12 kilometr yeni suvarma boru xətti, 0,6 kilometr yeni təzyiqli boru xətti çəkilib. Üç kilometr təzyiqli boru xətti təmir olunub. Çaylarda və selovlarda 43,9 kilometr sahilbərkitmə işləri aparılıb. Həmin tədbirlər rayonlarda da həyata keçirilib.

Ardını oxu...

İqtisadiyyatın inkişaf etdirilməsi üçün kredit dəstəyinin mühüm əhəmiyyəti vardır. Bu elə bir mexanizmdir ki, onun vasitəsilə bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın bütün sahələrinin bərabər inkişaf səviyyəsi təmin olunur və son nəticədə, cəmiyyətin bütün təbəqələrinin maraqlarını ödəyə bilən bir iqtisadi sistem formalaşır. Məhz pul-kredit sisteminin köməyi ilə çoxşaxəli iqtisadiyyatın formalaşdırılması mümkün olur ki, burada da kredit qoyuluşlarının sahələr üzrə paylanılmasının əhəmiyyəti böyükdür.
Kredit alıb müəyyən iş görmək, fərdi tələbatları ödəmək bir iqtisadi davranış və mədəniyyət kimi çoxdan məlumdur. Cəmiyyət inkişaf etdikcə iqtisadi həyatın müxtəlif sahələrində kredit münasibətləri genişlənməyə başlayır. Yetər ki, bu kreditlər vaxtında qaytarılsın. Kreditlər əsaslandırılmış istiqamətdə olduqda və onlar real iqtisadiyyatın tələblərinə uyğun istifadə olunduqda istənilən sahə üzrə öz müsbət səmərəsini verəcəkdir. Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişaf prioritetləri arasında kiçik və orta sahibkarlığın inkişafına verilən diqqət də kredit qoyuluşlarının sahələr üzrə şaxələndirilməsində özünü göstərir. Burada məqsəd, ilk növbədə, iqtisadi fəallığın regionun bütün bölgələrinə doğru yönəldilməsi, işgüzar təbəqənin maraqlarının təmin olunmasıdır. Muxtar respublikanın kommunikasiya imkanları və müasir inkişaf səviyyəsi onu da tələb edir ki, burada yerli imkanlar hesabına daha çox məhsul və xidmətlər istehsal olunsun və daha çox yerli əmək resursları buna cəlb edilsin. Ona görə də regional inkişafın prioritetləri arasında kredit qoyuluşlarının sahələr üzrə strukturunun təhlili maraq doğuran məsələlər arasında öz əhəmiyyətini qorumaqdadır.

Ardını oxu...

Uca Tanrı bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri cardaqlarda özünə pətək hör”. (“Qurani-Kərim”in “Nəhl” surəsi, 68-ci ayə).
Zərqanadlı bu kiçik canlılar ətraf mühitdən bal hasilatı üçün topladıqları çiçək tozu, nektar, şirə və biofəal maddələrin tədarükündən bir an belə, qalmırlar. İş mövsümündə ömrü 28-30 gün olan bal arıları 1 kiloqram bal üçün azı 20 milyonadək çiçəyə qonurlar. Bal, mum, bərəmum, arı südü, arı zəhəri əksər xəstəliklərin əlacı olan arı məhsullarıdır.
Misirin Qahirə Universitetində belə qənaətə gəliblər ki, şəffaf materialdan arı pətəyi hazır­lasınlar, arıların iş prinsipini kənardan müşahidə etsinlər. Qutu hazırlanır, arı ailəsi oraya köçürülür. Lakin 2-3 günün içərisində arılar şəffaf qutunu içəridən bərəmumla elə suvayırlar ki, içərini görmək mümkün olmur. Sözün əsl mənasında, sirri-xuda olan arının iş prinsipi, balın kimyəvi tərkibi, müalicə təsiri dörd min ildir, öyrənilsə də, hələ bu sirli arılar tamamilə öyrənilməyib.
Ulu Naxçıvan torpağında arıçılığın tarixi çox qədimdir. Bu yerlər arıçılıq üçün çox əlverişlidir. Naxçıvanın zəngin bitki örtüyü arı qisminin zəngin ruzi-bərəkət mənbəyidir. Ta qədimdən bu yurdun dağ kəndlərində gərməşov adlı kəskin, spesifik iyli bir kol bitkisinin hər il pöhrələyən cavan şivlərindən arı səbəti toxunardı. Elə indinin özündə də bəzi dağ kənd­lərində belə arı səbətlərinə rast gəlmək olur. İndiki taxta qutu arı pətəkləri olsa-olsa, 70-80 ilin nümunələridir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən quruculuq tədbirləri sırasında dövlət qurumlarında çalışan işçilərin iş şəraitinin yaxşılaşdırılması mühüm yer tutur. Son illərdə bu istiqamətdə atılan addımlar müxtəlif sahələri əhatə edən yeni iş yerlərinin yaradılması ilə yanaşı, işçilər üçün rahat və müasir tələblərə cavab verən iş şəraitinin təmin olunması baxımından da təqdirəlayiqdir. Rahat iş şəraiti yaradılan təşkilatlar arasında Naxçıvan şəhərində fəaliyyət göstərən banklar da vardır. Tikilən və ya əsaslı şəkildə yenidən qurulan bank binalarının sırasına Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublika İdarəsinin inzibati binası da qoşulub.
Cari ilin mart ayından başlayaraq binanın təməl hissəsi 3 metr hündürlüyündə yenidən qazılaraq qurunt sularından yarana biləcək nəmliyə qarşı qoruyucu izolyasiya təbəqəsi ilə təmin olunub. Sonra isə zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət olan binaya 1 mərtəbə əlavə edilib. İş icraçısı İntiqam Hüseynovun verdiyi məlumata görə, bu mərtəbədə beton-qəlib işləri yekunlaşıb, dam örtüyünün vurulması isə davam edir. Yaxın günlərdə arakəsmələrin hörülməsinə başlanılacaq. Bina hazır olduqdan sonra sonuncu mərtəbədə foye, 4 iş otağı, iclas zalı yerləşəcək.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Həyata keçirilən tədbirlərin mühüm bir hissəsini muxtar respublikanın daxili avtomobil yollarının yenidən qurulması təşkil edir. Bu sahəyə göstərilən qayğının nəticəsidir ki, muxtar respublikada müasir avtomobil yollarının çəkilişində istifadə olunması məqsədilə cari ilin ilk yarısında 2 ədəd yük avtomobili, 2 ədəd ekskavator, 1 ədəd qreyder və 1 ədəd vərdənə alınmışdır. Yaradılan şərait muxtar respublikada avtomobil yollarının yenidən qurulmasına imkan vermiş, cari ilin yanvar-iyun ayları ərzində 88,8 kilometr uzunluğunda Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun tikintisi başa çatdırılmış, Qıvraq-Püsyan-Xanlıqlar, Yarımca-Qahab-Naxış­nərgiz və Şəkərabad-Hacıvar avtomobil yollarının yenidən qurulması, Naxçıvan, Şərur və Ordubad şəhərlərində daxili avtomobil yollarının təmiri davam etdirilmişdir. Habelə qeyd olunan dövrdə Şahbuz rayonunun Badamlı kəndində 9 paqonometr uzunluğunda körpünün tikintisi, Ordubad rayonunun Yuxarı Əylis kəndində 1,1 kilometr uzunluğunda avtomobil yolunun yenidən qurulması başa çatdırılmış, Şahbuz rayonunun Yuxarı Qışlaq kəndində istinad divarının tikintisi, Naxçıvan şəhərinin “İstiqlal” küçəsində, Babək rayonunun Babək qəsəbəsində, Şərur rayonunun Püsyan, Kürkənd və Dizə, Babək rayonunun Vayxır kənd­lərində avtomobil yollarının yenidən qurulması davam etdirilmişdir.
2014-cü ilin ilk 6 ayı ərzində muxtar respublikanın nəqliyyat sektorunda yük daşınması 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz, sərnişin daşınması isə 2,1 faiz artmışdır. Yük və sərnişin daşınmasından, bütövlükdə, 22 milyon 54 min manat gəlir əldə edilmişdir ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricidən 2,4 faiz çoxdur.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən aldığımız məlumata görə, muxtar respublikada istismar olunan avtomat telefon stansiyalarının 94 faizi optik arabağlantılarla təmin olunub. Bu gün muxtar respublikanın sabit telefon şəbəkəsinin Yeni Nəsil Telekommunikasiya Sistemi ilə əvəz olunması uğurla həyata keçirilir.
Bu işlərin davamı kimi, Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrası xüsusi qeyd olunmalıdır. Layihə GPON (Gigabit Passive Optical Network) avadanlığı vasitəsi ilə reallaşdırılır. GPON avadanlıqlarının abunəçi şəbəkəsinə tətbiqi bir optik lif vasitəsi ilə telefon, yüksəksürətli internet, videotelefon və İP televiziya adlanan rəqəmli televiziya xidmətinin yüksək keyfiyyətlə istifadəçiyə çatdırılmasını təmin edir. GPON avadanlığının tətbiqi mövcud şəbəkə infrastrukturunun veriliş məsafəsini, buraxılış qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq. Avadanlığın köməyi ilə optik lifli kabeli birbaşa abunəçinin evinə çəkmək və beləliklə də, ona mis məftilin imkanlığından 100 dəfə yüksək olan 2,5 Gbit/s-lik buraxma zolağı təqdim etmək mümkündür. GPON avadanlığı ilə bir binaya gələn tək bir optik xətt splitterlər (ayırıcılar) vasitəsilə 256 abonentə xidmət göstərəcək.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, 2014-cü ilin məhsulu üçün 35749,7 hektar sahədə taxıl əkilib. Bunun da 29697,7 hektarı payızlıq, 6052 hektarı isə yazlıq taxıldır. Bir il öncəyə nisbətdə taxıl əkini sahələrinin həcmi 425,7 hektar çoxdur. Taxıl zəmilərinin 26274,1 hektarında buğda, 9475,6 hektarında isə arpa əkilib. Sahələrdə bol məhsul yetişdirilib. Əvvəlcədən həyata keçirilən tədbirlər taxıl tədarükünü optimal müddətdə başa çatdırmağa və məhsulu itkisiz toplamağa imkan verib. Taxıl tədarükündə ilk yerdə Şərur rayonu gedir. Bu bölgədə məhsuldarlıq 30,8 sentner olub. Rayonun taxılçıları 9184,1 hektar sahədən 28 min 249 ton məhsul toplayıblar.

Ardını oxu...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf strategiyası muxtar respublikamızın bugünkü parlaq inkişafının əsas qarantıdır. Son 19 il ərzində bu siyasi xəttin uğurla davam etdirilməsi regionun inkişaf mənzərəsini xeyli dəyişmiş, nəticədə, muxtar respublikamız inkişaf parametrlərinə görə ölkəmizin ən öndə gedən bölgələrindən birinə çevrilmişdir. Sosial, iqtisadi, elmi, mədəni və digər sahələrin inkişafı ilə özünün ən böyük intibah çağını yaşayan Naxçıvanın indi hər bölgəsində Heydər Əliyev siyasətinin izlərinə rast gəlirik. Belə bölgələrimizdən biri də Culfa rayonudur. 

Culfa rayonunun yerləşmə parametrləri muxtar respublikanın strateji ərazilərini əhatə edir. Sahəsi 995 kvadratkilometrə bərabər olan rayon şimaldan Zəngəzur dağları, şərqdən Ordubad rayonu, qərbdən Şahbuz və Babək rayonları ilə əhatələnir. Rayonun cənub əraziləri isə Araz çayı boyunca İran İslam Respublikası ilə həmsərhəddir. Buna görə də muxtar respublikanın ən böyük gömrük məntəqələrindən biri burada yerləşir. Məhz buna görə də Culfanı həm də gündən-günə inkişaf edən Naxçıvanın uğurlarına açılan qapı da adlandırmaq olar.
Culfa rayonu tarixi baxımdan muxtar respublikamızın əhəmiyyətli bölgələrindən hesab olunur. Adı müqəddəs “Qurani-Kərim”də çəkilən Əshabi-Kəhf mağarası, Naxçıvanın mübarizlik simvoluna çevrilmiş məşhur Əlincə qalası, XIII əsrin yadigarı olan Gülüstan türbəsi, Nəiminin məzarının yerləşdiyi Xanəgah türbəsi, muxtar respublikamızın rəmzinə çevrilmiş əsrarəngiz Haçadağ məhz Culfa rayonunda yerləşir.

Ardını oxu...

Naxçıvan şəhərinin İslam Səfərli küçəsində 400 yerlik avtomobil dayanacağı tikilir. Burada inşaat işlərini “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi həyata keçirir. Obyektin iş icraçısı Nəsir Nəsirovun bildirdiyinə görə, avtomobil dayanacağı zirzəmi ilə birlikdə beş mərtəbədən ibarət olacaq. Üç korpusdan ibarət olan dayanacaq binasında hazırda I korpusun sonuncu mərtəbəsində metal konstruksiya inşa edilir, II korpusun III mərtəbəsində və III korpusun zirzəmi hissəsində beton-qəlib işləri görülür. Binada beton-qəlib işləri başa çatdırıldıqdan sonra məhdud ölçüdə hörgü işləri həyata keçiriləcək, fasad hissədə daha estetik görüntü əldə etmək üçün, əsasən, şüşə konstruksiyalardan istifadə ediləcək. Bina hazır olduqdan sonra ümumi həcmi 5570 kvadratmetr olan avtomobil dayanacağının bütün mərtəbələrində maşınyuma xidməti ilə bərabər, servis xidməti də göstəriləcək.
Qeyd edək ki, yeni avtomobil dayanacağı yüksəksəviyyəli parkinq xidmətini həyata keçirmək üçün hərtərəfli şərait yaradacaq.

Xəbərlər şöbəsi

Ölkəmizdə, o cümlədən muxtar respublikamızda həyata keçirilən uğurlu islahatlar iqtisadiyyatın gücləndirilməsinə əsaslı stimul olmuş, nəticədə, insanların sosial-rifah halı yüksəlmişdir. Yaradılan şəraitin, artan iqtisadi imkanların nəticəsidir ki, bu gün muxtar respublikada insanlar yüksək texniki göstəricilərə malik rahat avtomobillərə, irimiqyaslı layihələri və genişmiqyaslı quruculuq tədbirlərini həyata keçirən ayrı-ayrı şirkətlər isə yaxşı manevr etmək imkanlarına malik maşın-mexanizmlərə və ağırtonnajlı yük avtomobillərinə daha çox üstünlük verirlər. Bu səbəbdən də muxtar respublikada xaricdə istehsal olunmuş müxtəlif markalı minik və yük avtomobillərinin, maşın-mexanizmlərin sayı xeyli artıb.
Həmin texnikalara keyfiyyətli servis xidmətləri göstərilməsi ciddi önəm verilən məsələlərdən biridir. Bu cəhətdən “Gəmiqaya Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti diqqətçəkicidir. Müəssisə bütün avtomobillərə, o cümlədən xaricdə istehsal edilmiş “Hyundai”, “Mitsubishi”, “KİA”, “Opel”, “Mercedes-Benz”, “Mazda”, “Toyota”, “Nissan”, “BMW”, “Ford” və digər markalardan olan yük və minik avtomobillərinə servis xidmətlərinin göstərilməsi, lazımi ehtiyat hissələrinin alınıb muxtar respublikaya gətirilməsi məqsədilə yaradılıb. Naxçıvan şəhərində yaradılan müəssisənin ərazisi 6827,5 kvadratmetrdir. Burada inzibati bina, ehtiyat hissələrinin saxlanılması anbarı, müasir avadanlıqlarla təmin olunmuş laboratoriya, müxtəlif təmir sexləri tikilib, Almaniya, Yaponiya, Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb. 2011-ci ilin fevral ayından fəaliyyətə başlayan müəssisədə keyfiyyətli servis xidmətlərinin göstərilməsi üçün hərtərəfli şərait yaradılıb.

Ardını oxu...

Cəmiyyətin ən böyük sərvəti insanların sağlamlığıdır. Yalnız sağlam olanlar cəmiyyətə xeyir verə, dövlətin və xalqın xeyrinə qurub-yaratmaq imkanlarından tam istifadə edə bilərlər. Odur ki, Naxçıvan Muxtar Respublikasında insanların sağlamlığının qorunmasına, səhiyyənin inkişafına daim diqqət göstərilir. Səhiyyə sistemində aparılan islahatlar tibb ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə, xidmətin keyfiyyətcə yaxşılaşmasına zəmin yaradıb.
Son 19 il ərzində regionda 200-dən çox səhiyyə müəssisəsi tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq sakinlərin istifadəsinə verilib. Muxtar respublikanın ən böyük tibb ocağı olan Naxçıvan Muxtar Respublika Xəstəxanası binasının yenidən qurulması səhiyyə quruculuğu istiqamətində atılan növbəti addımlardandır.
2012-ci ilin avqust ayından başlayaraq “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yenidən qurulan binada ilkin mərhələdə binanın təməl hissəsinin daha da möhkəmləndirilməsi məqsədilə ətraf xüsusi beton örtüyü ilə əhatələnib, zirzəmidə üçmərhələli izolyasiya işləri aparılıb. Zirzəmi ilə birlikdə 8 mərtəbədən ibarət olan binada tikinti işləri yekunlaşıb, dam örtüyünün vurulmasına başlanılıb. Hazırda daxildə suvaq işləri aparılır, döşəmə vurulur, I, II, III mərtəbələrdə isə tavan qurulur. Binada yerləşən 109 palatanın hər birinə məxsus hamam kompleksində fayans işləri davam etdirilir, su və elektrik xətlərinin çəkilişi isə başa çatdırılıb.

Ardını oxu...

Muxtar respublika iqtisadiyyatı inkişafına görə yeni keyfiyyət mərhələsindədir. Yeni mərhələnin əsas hədəfi iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinə nail olmaqla muxtar respublikanın dinamik sosial-iqtisadi inkişafının davamlılığını təmin etməkdən ibarətdir. Bu hədəfin reallaşması istiqamətində icrasıvacib vəzifələr müəyyənləşdirilmişdir. Artıq regionda hədəflənən məqsədlərə nail olunmaqdadır.

Ardını oxu...

Böyükdüz ərazisində yeni istixana kompleksinin tikintisi vaxtında başa çatdırılacaq

“2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, sahibkarlara dövlət maliyyə dəstəyi göstərilir, yeni meyvə bağları salınır, istixana kompleksləri yaradılır. Tərəvəz məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi istiqamətində həyata keçirilən tədbirlər ötən il də uğurla davam etdirilmiş, Naxçıvan şəhərində yeni istixana kompleksi fəaliyyətə başlamışdır. 

Sahibkar Elçin Bağırovun dediyinə görə, Sahibkarlığa Kömək Fondundan 1 milyon 500 min manat güzəştli kredit ayrılmışdır. 2013-cü ilin mart ayında 10 min kvadratmetr, may ayında isə 1500 kvadratmetr sahəsi olan yeni istixana kompleksi fəaliyyətə başlamışdır. Burada Hollandiya və Türkiyə istehsalı olan müasir avadanlıqlar quraşdırılmış, anbarlar, qazanxana, yeməkxana və işçilər üçün otaqlar yaradılmış, istixana üçün yeni kənd təsərrüfatı texnikaları alınmışdır. Ümumilikdə, yeni istixana kompleksinin tikintisinə və müasir texnoloji avadanlıqların alınmasına 2 milyon 100 min manat vəsait sərf olunmuşdur ki, bunun 600 min manatı daxili imkanlar hesabına ödənilmişdir.

Ardını oxu...

Neçə illərdir ki, həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq tədbirləri hesabına regionumuzun ən ucqar dağ və sərhəd kəndləri də müasir yaşayış məntəqəsinə çevrilməkdədir. Bağlar diyarı Ordubad rayonunda da belə tədbirlərin həcmi getdikcə artır.
Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan bölgədə elə bir yaşayış məntəqəsi tapmaq olmaz ki, orada quruculuq nəfəsi duyulmasın. Onu da xüsusi vurğulamaq lazımdır ki, rayonun relyefi mürəkkəbdir. Bu amil burada aparılan quruculuq işlərində çalışanları müəyyən çətinliklər qarşısında qoysa da, qurub-yaratmaq əzmi həmin çətinliklərə qalib gəlir. Görülən işlər isə, təbii ki, mövcud problemləri həll etməklə yanaşı, insanların məşğulluğunun təmin edilməsinə də müsbət təsirini göstərir, onların qurub-yaratmaq əzmini daha da artırır. Əvvəlki illərdə olduğu kimi, cari ildə də rayonda bir neçə ünvanda quruculuq tədbirləri davam etdirilir. Məlumat üçün bildirək ki, 2014-cü ilin ilk 6 ayı ərzində iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 28 milyon manatdan çox və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çox investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 1,9 faiz artaraq 26 milyon 324 min 700 manat təşkil edib.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR