Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, 2014-cü ilin məhsulu üçün 35749,7 hektar sahədə taxıl əkilib. Bunun da 29697,7 hektarı payızlıq, 6052 hektarı isə yazlıq taxıldır. Bir il öncəyə nisbətdə taxıl əkini sahələrinin həcmi 425,7 hektar çoxdur. Taxıl zəmilərinin 26274,1 hektarında buğda, 9475,6 hektarında isə arpa əkilib. Sahələrdə bol məhsul yetişdirilib. Əvvəlcədən həyata keçirilən tədbirlər taxıl tədarükünü optimal müddətdə başa çatdırmağa və məhsulu itkisiz toplamağa imkan verib. Taxıl tədarükündə ilk yerdə Şərur rayonu gedir. Bu bölgədə məhsuldarlıq 30,8 sentner olub. Rayonun taxılçıları 9184,1 hektar sahədən 28 min 249 ton məhsul toplayıblar.
Babək rayonu 30,6 sentnerlə ikinci yerdədir. Rayonun taxılçıları 10 min 364,8 hektar sahənin məhsulunu tədarük edərək 31 min 725 ton məhsula sahib olublar. Sərhəd bölgəsi Sədərək rayonunda 2130,2 hektar sahədən 6146 ton məhsul əldə ediblər. Məhsuldarlıq 28,9 sentnerdir. Dağlıq bölgə sayılan Şahbuzda 1331 hektar sahədən 3707 ton məhsul toplanılıb. Məhsuldarlıq 27,9 sentner təşkil edib. Ordubad rayonunda məhsuldarlıq 26,9 sentner olub. Bölgənin taxılçıları 2147,9 hektar sahədən 5772 ton məhsul tədarük ediblər. Naxçıvan şəhərinin kəndlərində məhsuldarlıq 26,8 sentnerə çatdırılıb. 1229,1 hektar taxıl zəmisindən 3290 ton məhsul tədarük olunub. Culfa rayonunda taxıl üçün ayrılmış 5085,6 hektar sahədən məhsuldarlıq 26 sentner olmaqla, 13209 ton məhsul götürülüb. Kəngərli rayonunda isə məhsuldarlıq 25,7 sentner olub. Bölgənin taxılçıları 4277 hektar sahədən 10972 ton məhsula sahib olublar. Ümumilikdə, muxtar respublikada 103 min 70 ton məhsul tədarük edilib. Bunun 77 min 288 tonu buğda, 25 min 782 tonu arpadır. Məhsuldarlıq 28,8 sentnerdir.
2014-cü ildə Naxçıvan Muxtar Respublikası üzrə taxıl yığımı haqqında məlumat