22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasında müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Həyata keçirilən tədbirlərin mühüm bir hissəsini muxtar respublikanın daxili avtomobil yollarının yenidən qurulması təşkil edir. Bu sahəyə göstərilən qayğının nəticəsidir ki, muxtar respublikada müasir avtomobil yollarının çəkilişində istifadə olunması məqsədilə cari ilin ilk yarısında 2 ədəd yük avtomobili, 2 ədəd ekskavator, 1 ədəd qreyder və 1 ədəd vərdənə alınmışdır. Yaradılan şərait muxtar respublikada avtomobil yollarının yenidən qurulmasına imkan vermiş, cari ilin yanvar-iyun ayları ərzində 88,8 kilometr uzunluğunda Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun tikintisi başa çatdırılmış, Qıvraq-Püsyan-Xanlıqlar, Yarımca-Qahab-Naxış­nərgiz və Şəkərabad-Hacıvar avtomobil yollarının yenidən qurulması, Naxçıvan, Şərur və Ordubad şəhərlərində daxili avtomobil yollarının təmiri davam etdirilmişdir. Habelə qeyd olunan dövrdə Şahbuz rayonunun Badamlı kəndində 9 paqonometr uzunluğunda körpünün tikintisi, Ordubad rayonunun Yuxarı Əylis kəndində 1,1 kilometr uzunluğunda avtomobil yolunun yenidən qurulması başa çatdırılmış, Şahbuz rayonunun Yuxarı Qışlaq kəndində istinad divarının tikintisi, Naxçıvan şəhərinin “İstiqlal” küçəsində, Babək rayonunun Babək qəsəbəsində, Şərur rayonunun Püsyan, Kürkənd və Dizə, Babək rayonunun Vayxır kənd­lərində avtomobil yollarının yenidən qurulması davam etdirilmişdir.
2014-cü ilin ilk 6 ayı ərzində muxtar respublikanın nəqliyyat sektorunda yük daşınması 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz, sərnişin daşınması isə 2,1 faiz artmışdır. Yük və sərnişin daşınmasından, bütövlükdə, 22 milyon 54 min manat gəlir əldə edilmişdir ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricidən 2,4 faiz çoxdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR