22 Dekabr 2024, Bazar

Muxtar respublikanın bütün bölgələri kimi, Sədərək rayonunda da 2013-cü il bu qədim yurd yerinin tarixinə öz izlərini yazmışdır. Bütün sahələrdə böyük uğurlara nail olunmuşdur. Əvvəlki illərdə olduğu kimi, ötən il də tikinti-quruculuq tədbirləri uğurla davam etdirilmiş, Heydərabad qəsəbəsində 144 yerlik uşaq bağçası və seysmoloji stansiya, Sədərək kənd 1 nömrəli tam orta məktəb binalarının tikintisi, həmin kənddə rabitə evinin təmiri başa çatdırılmışdır. Adıçəkilən yaşayış məntəqəsində pendir istehsalı sahəsinin yaradılması işləri, ümumilikdə, 15 subartezian quyusunun tikintisi davam etdirilmişdir. Müxtəlif gücə malik olan 7 transformator stansiyası quraşdırılmış, 10 kilometr uzunluğunda elektrik verilişi xətləri yenilənmişdir.
Bu dövrdə müxtəlif istehsal sahələri öz fəaliyyətini genişləndirmiş, bol məhsul istehsalına nail olmaq üçün yaradılmış imkanlardan səmərəli istifadə edərək daxili bazara öz töhfələrini vermişdir. Rayon üzrə 4015,4 min manatlıq sənaye məhsulları istehsal olunmuşdur. 

Ardını oxu...

Naxçıvan Avtomobil Zavodunun tikintisinə 2008-ci ilin avqust ayında başlanılıb. İstehsal sahəsi, satış salonu, anbar və inzibati binadan ibarət olan zavodun 2472 kvadratmetrlik ərazisində Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb.
Müəssisədə yığım sexi, anbar, yük boşaldılması üçün platforma, sınaq yolu və sınaq avadanlıqları quraşdırılıb.
İstehsal prosesi konveyer üsulu ilə təşkil edilən müəssisədə “NAZ-Lifan” markası ilə istehsal olunan avtomobillər baqaj hissəsi salonda olan (xetçbek) “320” və “520İ”, baqaj bölməsi salondan kənarda yerləşən (sedan) “520” və “620” modellərindən ibarətdir. Bu avtomobillər ayrı-ayrı hissələrdən yığılıb sınaq meydançasına çıxarılır. Burada 2011-ci ildə yeni “NAZ-Lifan X-60” modelinin istehsalı üçün konveyer xəttində müəyyən dəyişikliklər aparılıb, 2012-ci ilin yanvar ayından etibarən isə “NAZ-Lifan X-60” modelinin kütləvi istehsalına başlanılıb. Həmçinin müəssisəyə təcrübə-sınaq məqsədilə 2012-ci ilin sonunda kiçik partiyada 6 nəfərlik mikroavtobus və 800 kiloqram yükgötürən avtomobillərin hissələri idxal olunub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafında son illərdə əldə edilmiş müsbət nəticələrin bir hissəsini də sənayeləşmə tutur. Yerli xammaldan səmərəli istifadəyə əsaslanan yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması və bu müəssisələrin ildən-ilə sayının artırılması Ümumi Daxili Məhsul istehsalında da müsbət nəticələrin artan xətt üzrə dinamikasını təmin etmişdir. 2013-cü ildə sənaye 29 faizlik payla Ümumi Daxili Məhsulun tərkibində ilk yerə sahib olmuş, istehsalın həcmi 2012-ci illə müqayisədə artaraq 863 milyon manata çatmışdır. Bunun da 93 faizə qədəri, yaxud 799 milyon manatdan çoxu özəl bölmənin payına düşür. Yeni sənaye müəssisələrinin yaradılmasında müasir texnologiyaların tətbiqi daxili tələbatı yüksəkkeyfiyyətli məhsullarla təchiz etməklə yanaşı, onların ixrac potensialını da artırmışdır. Bunun nəticəsidir ki, 2013-cü ildə 241 milyon manatlıq sənaye məhsulu ixrac edilmişdir.
Naxçıvan Muxtar Respublikasında əlverişli investisiya mühitinin formalaşması, sənaye məhsulu istehsalına yönəlmiş kiçik və orta sahibkarlıq subyektlərinin dövlət qayğısı ilə hərtərəfli təmin olunması 2014-cü ilə – ölkəmizdə elan edilmiş “Sənaye ili”nə daha böyük töhfələr verəcək.

Səbuhi HƏSƏNOV

Daxili bazarda quş əti və yumurtaya olan tələbatın tam şəkildə yerli istehsal hesabına ödənilməsi tədbirlərinə uyğun olaraq, ötən il 13 yeni quşçuluq təsərrüfatı yaradılıb. Beləliklə, quşçuluq təsərrüfatlarının ümumi sayı 59-a çatdırılıb.
Xatırladaq ki, muxtar respublikada quşçuluq təsərrüfatlarının fəaliyyətini əlaqələndirmək üçün ötən ilin noyabr ayında Naxçıvan Muxtar Respublikası Quşçuluq Birliyi yaradılıb. Birliyin tərkibinə daxil olan müəssisələr muxtar respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün öz fəaliyyətlərini genişləndirirlər. Bu məqsədlə birliyə daxil olan broyler məhsulları istehsalçıları bir araya gələrək regionda quş əti və yumurta istehsalı ilə bağlı qarşıda duran məsələləri birgə müzakirə edirlər. Belə görüşlərdə muxtar respublikada fəaliyyət göstərən quşçuluq müəssisələri qarşısında duran cari problemlərə toxunulur, istehsal olunan məhsulun maya dəyəri, satışı, reklamı ilə bağlı məsələlər haqqında fikir mübadiləsi aparılır. Muxtar respublikaya kənardan müxtəlif yollarla gətirilən broyler məhsullarının yerli istehsalçıların işinə yaratdığı çətinliklər, broyler müəssisələrinin damazlıq yumurta və ətlik cücəyə olan tələbatlarının ödənilməsi quş əti istehsalçılarının cari qayğılarından olub, gələcəkdə koordinasiya əlaqələrinin genişləndirilməsi və istehsal olunmuş məhsulların ixracı məsələləri də müzakirə olunan mövzulardandır.

Xəbərlər şöbəsi

Meyvə-tərəvəzçilik iqtisadi səmərəlilik baxımından mühüm əhəmiyyətə malikdir. Muxtar respublikamızın torpaq-iqlim şəraiti bol meyvə və tərəvəz yetişdirilməsi üçün olduqca əlverişlidir. Bu gün də muxtar respublikada bu sahə diqqət mərkəzində saxlanılır, məhsul istehsalını artırmaq üçün kompleks tədbirlər görülür. Bu məqsədlə indiyə qədər mühüm qərarlar qəbul olunaraq onların icrası təmin edilib. İnsanlarda xüsusi mülkiyyətə münasibətin köklü dəyişməsi, fərdi sahibkarlıq fəaliyyətinin üstün istiqamət alması, öz növbəsində, muxtar respublikada il ərzində istehsal olunan kənd təsərrüfatı məhsullarının həcminin artmasına da təsir edib.

Əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatının daha dolğun ödənilməsi məqsədilə muхtar rеspublikada soyuducu anbarlar qurularaq istifadəyə vеrilib, meyvə-tərəvəz və digər ərzaq məhsullarının istehsalında artıma nail olunması üçün emal sənayesinin inkişafı ilə bağlı tədbirlər müəyyənləşdirilib. Qeyd olunanlarla yanaşı, kənd təsərrüfatı məhsullarının ixracını artırmaq, xarici bazarda rəqabətqabiliyyətli məhsul satmaq üçün məhsulun çeşidlənməsi, qablaşdırılması, saxlanması, istehsalı kimi ixraca stimul yaradan tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Ardını oxu...

2013-cü il həm Azərbaycana, həm də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına böyük nailiyyətlər gətirən il oldu

XXI əsrin on dördüncü ilini yaşayırıq. Təməli ötən əsrin 90-cı illərinin ortalarında qoyulan inkişaf prosesi XXI yüzilliyin arxada qalan dövründə böyük sürətlə davam etdirilib. Bir-birindən uğurla başa çatan hər bir il özünün cahanşümul nəticələri ilə tariximizə yazılır. Artıq 2013-cü il də ən yaxın tariximizə çevrilməklə böyük nailiyyətlər ili kimi xatırlanır. Bu bir il ərzində ölkəmizin hər bir regionunda nə qədər yeniliklər baş verib, möhtəşəm layihələr həyata keçirilib. Həmin layihələrin reallaşdırılması istiqamətində görülən işlər bir məqsədə xidmət edib və edir: insanların layiq olduğu səviyyədə yaşamasını təmin etmək.

Vətənini, xalqını sevən, ona ürəkdən bağlı olan hər bir kəs, təbii ki, əldə edilən bu uğurlardan fərəhlənməyə, qürur hissi keçirməyə bilməz. Çünki bu uğurlar bizim xoş və firavan həyatımızı, yaşayış tərzimizi təmin edib. Bir qədər geriyə dönüb ilin yekunlarına nəzər salmağa dəyər. Daha doğrusu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söylənilənlər birillik inkişaf tariximizi ortaya qoydu. İclasda ölkə başçısı cənab İlham Əliyevin həm giriş, həm də yekun nitqində qazanılan uğurlar peşəkar­lıqla təhlil edildi. Gələcəkdə bu uğurların daha da artırılması üçün mövcud imkanların yetərincə olduğu diqqətə çatdırıldı.

Ardını oxu...

“Bərəkət Ət Məhsulları Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti də dövlət qаyğısındаn bəhrələnmişdir. Babək rayonunun Qoşadizə kəndi ərazisində istеhsаl müəssisəsi üçün tоrpаq sаhəsi аyrılmış, 2012-ci ilin iyun ayından burаdа müasir layihə əsasında yеni ət məhsulları kompleksinin tikintisinə başlanılmış və 2013-cü ilin may ayında istifadəyə verilmişdir.
Ümumi sahəsi 20 min kvadratmetr olan kompleksdə iribuynuzlu və xırda­buynuzlu heyvanların kəsim sexləri, kolbasa və sosiska istehsalı sahələri, soyuducu kameralar, iş otaqları, hazır məhsulların satışı mağazası istifadəyə verilmiş, kəsimə hazırlanan heyvanların saxlanılması üçün hər cür şərait yaradılmışdır. Ümumilikdə, müəssisənin yaradılmasına 3 milyon 248 min manat vəsait sərf olunmuşdur ki, bunun da 1 milyon 530 min manatı Sahibkarlığa Kömək Fondu tərəfindən ayrılmış güzəştli kreditdir.

Ardını oxu...

Yəqin, çox az adam  tapılar ki, o, hədəflərinə çatmaq üçün rahat yolu bir tərəfə qoyub, daş-kəsəkli cığırları əziyyətlə keçərək macəra axtarsın. Amma yol yoldaşının tərəddüdlərinə rəğmən, özünə heç keçilməmiş yeni yol seçən, bununla da, bağlı olduğu torpağının, elinin, obasının həyatını kökündən dəyişdirən, insanların qaranlıq, buz kimi soyuq evlərində tükənmiş arzularını yenidən oyadıb geniş kölgəli xan çinarlar qədər böyüdən ürəkli insanlar da var ki, məhz onların “yoruldum” demədən xidmətləri ilə salınan həmin yolda indi hər kəs rahatlıqla öz həyatını qurur, səhər işinə, axşam da evinə tələsir.
İnsan ömrü bir ağaca bənzəyir. Ömründə heç olmasa bircə ağac əkən  də  yaxşı bilir ki, bağban öz nübarının yolunu necə səbirsizliklə gözləyir və onun üçün nə qədər cəfa çəkir. Bu, elə bir hissdir ki, o, ilbəil böyüyüb ərsəyə gələn həmin   ağacın kökləri qədər dərindir.  Amma nə qədər möcüzəli olsa da, bu arzu  həmişəyaşardır. Çünki bu hissin qidası kökün bağlı olduğu torpaqdandırsa, onun şaxələnməsi bu torpağın rişəsini cana hopduran suyun səxavətindəndir. Beləcə, harda su, torpaq varsa, orda həyat, orda həyatını bu torpağa bağlamış insan vardır. O insanın isə bir məqsədi – ona miras qoyulmuş xalqa xidmət yolunu yaşatmaq var.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyindən aldığımız məlumata görə, 2013-cü il ərzində Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və onun yerli orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, xarici valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi, işəgötürənlə işçilər arasında əmək müqavilələrinin bağlanmasına nəzarət və sair kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 136 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb.

Ardını oxu...

Muxtar respublikada nail olunmuş sosial-iqtisadi inkişaf özünü bütün sahələrdə göstərmiş və bu proses əhalinin maddi-rifah halının yüksəlməsinə səbəb olmuşdur. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü və davamlı tədbirlərin nəticəsidir ki, ötən il bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği artaraq 377 manata çatmışdır.
Əməkhaqqı artımı, öz növbəsində, əhali tərəfindən yeni istehsal və xidmət sahələrinin yaradılmasını bir qədər də sürətləndirmiş, bu isə əhali gəlirlərinin daha da artmasına stimul olmuşdur. Daha dəqiq desək, bəhs edilən dövrdə əhalinin gəlirləri 2012-ci ilə nisbətən 7 faiz artaraq 1 milyard 737 milyon manatdan çox olmuşdur.
Gəlirlərin həcminin artması özünü əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsində, istehlak bazarında əmtəə dövriyyəsinin və pullu xidmətlərin artımında da göstərmişdir. Belə ki, 2013-cü ildə əhaliyə 1 milyard 289 milyon manatdan çox istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir.

Xəbərlər şöbəsi

Babək qəsəbəsində yeni quruculuq ünvanlarından biri olan uşaq bağçası binasında isə tikinti işləri davam etdirilir. Uşaq bağçası binasının tikintisinə ötən ilin fevral ayından başlanılıb. İnşaat işləri “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılır. 220 yerlik nəzərdə tutulmuş uşaq bağçası zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. İş icraçısı İbrahim Hüseynovun dediyinə görə, ümumi ərazisi 1000 kvadratmetr olan binanın zirzəmi hissəsində  yeməkxana, qarderob, tibb xidməti otağı, yataqxana və oyun zalı yerləşəcək. Birinci mərtəbədə valideynlər otağı, müdiriyyət, 2-ci və 3-cü mərtəbələrin hər birində metodik kabinet olmaqla, bütün mərtəbələrdə yataqxana və oyun zalları fəaliyyət göstərəcək.
Binanın dam örtüyü vurulub, bütün dəhlizlərdə döşəmə işləri yekunlaşıb, hazırda pəncərələr salınır. Yaxın günlərdə otaqların döşəməsi vurulacaq, boyaq işlərinə başlanılacaq.
Adıçəkilən obyektin vaxtında istifadəyə verilməsi üçün inşaatçılar səylə çalışırlar.

Xəbərlər şöbəsi

BMT-nin ərzaq təhlükəsizliyi barədə hesabatına əsasən, 2011-2013-cü illər ərzində dünya əhalisinin 12 faizinin, yəni 842 milyon insanın xroniki aclıqdan əziyyət çəkdiyi bildirilir. Dünya əhalisinin sürətlə artdığı, təbii ehtiyatların getdikcə tükəndiyi bir səraitdə ərzaq təhlükəsizliyinin təmin edilməsi qlobal problemə çevrilməkdədir.

Qloballaşma prosesləri ərzaq məhsullarına olan tələbatın da yerli istehsal hesabına ödənilməsini zəruri etmişdir. Bu problem Azərbaycanda ərzaq təminatının maddi əsasını təşkil edən sahələrin məhz regionlar üzrə ixtisaslaşmasına səbəb olmuşdur.
İnkişaf etmiş ölkələrin təcrübəsi belə qənaətə gəlməyə əsas verir ki, ölkənin ərzaq təhlükəsizliyində idxal kanallarından asılılığın kifayət qədər zərərli nəticələri ola bilər. Çünki idxaldan asılılıq, son nəticədə, ərzaq bazarının strukturuna kifayət qədər mənfi təsir göstərir.

Ardını oxu...

Maddi nemətlər və xidmətlər istehsalı insanın rifahına təsir edən, onun həyatını dəyişdirən ən mühüm kəşflərdəndir. Bir neçə yüzillik tarixə malik sənaye inqilabının baş verdiyi Qərbi Avropadan tutmuş indiki Uzaq Şərq sənaye nəhənglərinə qədər ölkələr məhz bu yolla öz iqtisadi qüdrətlərini artırmağın və əməyin daha çox dəyərləndirilməsinin yolunu tapmış, təbii ehtiyatları və yaradıcı insan qabiliyyətini maddi nemətlər şəklində reallaşdıran güclü sənaye potensialı qurmuşlar.

Sənayenin ölkə iqtisadiyatında, onun ixrac potensialının artırılmasında hansı gücə malik olduğunu xatırlatmağa ehtiyac yoxdur. Sənaye elə bir təsərrüfat sahəsidir ki, burada cəmiyyətin bütün imkanları bir qüvvə şəklində birləşib, insan rifahına xidmət edən son məhsul istehsalına yönəldilir. Belə son məhsul isə öz çeşidinə və təyinatına görə minlərlədir. Düymədən tutmuş fəzadakı peyklərə qədər nə varsa, bunların hamısı sənayedə və sənaye sahəsində  yüzillərlə qazanılmış təcrübə sayəsində hasilə gəlir.

Ardını oxu...

Muxtar respublikada bütün infrastruktur sahələri kimi, yol-nəqliyyat infrastrukturunun inkişafı da diqqət mərkəzində saxlanılır, nəqliyyat kompleksinin yenilənməsinə xüsusi önəm verilir, beynəlxalq standartlara uyğun yeni yollar salınır. Bu səbəbdəndir ki, muxtar respublikada magistral yolların böyük əksəriyyəti yenidən qurularaq istifadəyə verilib. Bununla yanaşı, kənddaxili və kəndlərarası yolların da abadlaşdırılmasına diqqət ildən-ilə artır. 2013-cü ildə də bu istiqamətdə xeyli iş görülüb. Belə ki, ümumilikdə, 164 kilometr uzunluğunda yollar salınaraq və ya əsaslı təmir olunaraq istismara verilib. Quruculuq tədbirləri körpüləri də əhatə edib, 21 körpü tikilib, 12 körpü isə təmir olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 5 mart tarixli Sərəncamı ilə Babək rayonunun 13 yaşayış məntəqəsini əhatə edən və 6 milyon 300 min manat vəsait ayrılan 25,6 kilometr uzunluğunda Hacıvar-Vayxır-Sirab yolunun tikintisində işlər başa çatdırılıb.

Xəbərlər şöbəsi

Son illər muxtar respublikada həyata keçirilən meliorasiya-irriqasiya tədbirlərinin geniş vüsət alması bu sahədə olan çətinlikləri aradan qaldırıb, içməli və təsərrüfat suyuna olan tələbatın ödənilməsi istiqamətində yüksək göstəricilərə nail olunub. 2013-cü ildə Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, 4 nasos stansiyası, 3 sub­artezian quyusu, 11 kəhriz istifadəyə verilib. Kommunal-məişət sistemlərinin yaxşılaşdırılması əhalinin rahatlığına və yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edən tədbirlərin tərkib hissəsidir. Bunu nəzərə alaraq ötən il Naxçıvan şəhərində, rayon mərkəzlərində və ətraf kəndlərdə içməli su xətlərinin və kanalizasiya şəbəkələrinin tikintisi davam etdirilib. Belə tədbirlərin vaxtlı-vaxtında yerinə yetirilməsini təmin etmək üçün hərtərəfli qayğı ilə əhatə edilən Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır, mal-material ehtiyatı yaradılmasına ciddi önəm verilir. Komitənin Suvarma sistemlərinin istismarı şöbəsinin müdiri Mübariz Məmmədovdan aldığımız məlumata görə, həmin tədbirlərin davamı kimi, bu günlərdə komitəyə 11 yeni texnika alınıb. Yüksək texniki göstəricilərə malik olan 4 adda 6 ədəd təkərli, 3 adda 4 ədəd tırtıllı ekskavatorlar Amerika Birləşmiş Ştatları, 1 ədəd özüboşaldan ağırtonnajlı yük avtomaşını isə Almaniya istehsalıdır.
Həmin texnikalar komitənin rayonlarda fəaliyyət göstərən idarələrinə veriləcək.

Xəbərlər şöbəsi

Muxtar respublikamızda səhiyyə sahəsində həyata keçirilən quruculuq tədbirləri Babək rayonunu da əhatə etmiş, rayon Mərkəzi Xəstəxanası üçün yeni bina tikilmişdir. 30 çarpayılıq xəstəxana binası zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Burada Poliklinika, Ümumi stasionar, Ginekologiya və Doğuş, Təcili və təxirəsalınmaz yardım şöbələri, eləcə də Hemodializ bölməsi fəaliyyət göstərəcəkdir. Binanın zirzəmisində müasir laboratoriya, fizioterapiya otaqları, qazanxana, camaşırxana və yeməkxana yerləşir. Bununla yanaşı, xəstəxanada tibb işçiləri üçün otaqlar, iclas zalı və kitabxana yaradılmış, iki lift quraşdırılmışdır. Xəstəxanada quraşdırılmış müasir tibbi avadanlıqlar xəstələrin müayinə və müalicəsini yüksək səviyyədə aparmağa imkan verəcəkdir.

Ardını oxu...

Əhalinin fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilməsi, xətt təsərrüfatında baş verə biləcək hər hansı bir nasazlığın vaxtında aradan qaldırılması üçün “Naxçıvanqaz” İstehsalat Birliyi, onun tabeliyində olan şəhər və rayon Qaz İstismarı idarələri  tərəfindən kompleks tədbirlər həyata keçirilir. Birlikdən aldığımız məlumata görə, muxtar respublikada, ümumilikdə, 82 min 753 istehlakçı təbii qazdan istifadə edir ki, onlardan 1176 abonent, 121 müəssisə ötən il təbii qazla təmin olunmuşdur.
Qaz təsərrüfatında istismarda olan magistral, daşıyıcı və paylayıcı qaz kəmərlərinə, eləcə də onlar üzərindəki kranlara, siyirtmələrə və qaztənzimləyici şkaflara müntəzəm olaraq texniki baxış keçirilmiş, aşkar edilmiş nöqsanlar aradan qaldırılmışdır. İstehlakçılara verilən təbii qazın təzyiqinə hər ay texnoloji rejim tətbiq edilmiş və ölçü qovşaqlarında nəzarət işi diqqətdə saxlanılmışdır. Qaz itkisi olan istiqamətlərin müəyyən edilməsi və onları doğuran səbəblərin aradan qaldırılması üçün təmir-bərpa işləri aparılmışdır.

Ardını oxu...

“Gəmiqaya Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti yük və minik avtomobillərinə servis xidmətlərinin göstərilməsi, lazımi ehtiyat hissələrinin alınıb muxtar respublikaya gətirilməsi məqsədilə yaradılıb. Naxçıvan şəhərində yerləşən müəssisədə inzibati bina, ehtiyat hissələrinin saxlanılması anbarı, müasir avadanlıqlarla təmin olunmuş laboratoriya, müxtəlif təmir sexləri tikilib, Almaniya, Yaponiya, Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb. 2011-ci ilin fevral ayından fəaliyyətə başlayan müəssisədə keyfiyyətli servis xidmətlərinin göstərilməsi üçün hərtərəfli şərait yaradılıb.
Yük və minik avtomobillərinin təmiri sexində avtomobillərin diaqnostik müayinə mərkəzi istifadəyə verilib. Kompüterdə əks olunan göstəricilərin surətləri çıxarılıb müştəriyə təqdim edilir və həmin nasazlıqlara uyğun servis xidmətləri göstərilir.

Ardını oxu...

Muxtar respublikada abonentlərin etibarlı elektrik enerjisi ilə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər ötən il də uğurla davam etdirilmişdir. 110/35/10 kilovoltluq “Ordubad” yarımstansiyası yeni avadanlıqlarla təchiz edilməklə daha münasib yerə köçürülmüş, ümumi gücü 41 mva olan güc transformatorları, 110 kilovoltluq kommutasiya aparatları – açarlar, ayırıcılar, gərginlik və cərəyan ölçü transformatorları, 35 və 10 kilovoltluq müasir hücrələr və digər zəruri elektrik avadanlıqları quraşdırılaraq istismara verilmişdir. Eyni zamanda 39 ədəd yeni transformator yarım­stansiyası qoyulmuş, 87,5 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq elektrik verilişi xətləri çəkilmişdir. Naxçıvan, Şərur və Culfa transformator təmiri sexləri lazımi materiallarla təmin edilmiş, 112 ədəd 35/6 və 10/04 kilovoltluq transformator təmir edilərək şəbəkələrə qoşulmuşdur.

Ardını oxu...

2013-cü ildə muxtar respublikada makroiqtisadi göstəricilərin artması  sosial-iqtisadi inkişafın möhkəm amillər üzərində dayandığının göstəricisidir. Bəhs olunan dövrdə diyarımızda Ümumi Daxili Məhsul istehsalı  2012-ci ildəkindən 10 faiz artaraq 2 milyard 337 milyon manatı ötüb. Təbii ki, bu, əməkhaqlarının və əhali gəlirlərinin artmasına da təsir göstərib. Konkret olaraq, 2013-cü ildə muxtar respublikada əhalinin gəlirləri əvvəlki ilə  nisbətən 7 faiz artaraq 1 milyard 737 milyon manatdan çox olub. Bu rəqəm əhalinin alıcılıq qabiliyyətinin daha da yüksəlməsini, istehlak bazarında əmtəə dövriyyəsinin və pullu xidmətlərin artımını təmin edib. Adıçəkilən dövrdə muxtar respublikanın istehlak bazarında əhaliyə 1 milyard 289 milyon manatdan çox istehlak mallarının satılması, pullu xidmətlər göstərilməsi bunun bariz ifadəsidir və əvvəlki ilin göstəricilərindən 13 faiz çoxdur.
Digər bir önəmli fakt isə 2013-cü ildə muxtar respublika büdcəsinin gəlirlərinin artaraq 59 milyon 464 min manata çatmasıdır.
Bəhs edilən dövrdə əməliyyatların nağdsız hesablaşmalar vasitəsilə aparılması diqqət mərkəzində saxlanılıb ki, bu da dövriyyədə olan nağd pul kütləsinin həcminin azaldılmasında və vergidənyayınma hallarının qarşısının alınmasında başlıca amillərdən biridir. Bu məqsədlə bəhs olunan müddətdə ticarət və satış obyektlərində 131 POS-terminal quraşdırılmaqla fəaliyyət göstərən POS-terminalların sayı 227-yə çatdırılıb.
2013-cü il ərzində bankların da fəaliyyəti diqqətçəkicidir. Belə ki, muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən 58-i hüquqi, 7 min 702-si isə fiziki şəxs olmaqla, 7 min 760 bank hesabı açılıb. Açılmış bank hesablarından 7 min 706-sı və ya 99 faizi aktiv hesablardır.

Xəbərlər şöbəsi

Cəmiyyət yüksələn inkişafa qədəm qoyduqdan sonra inkişafın dinamikasının qorunub saxlanılması iqtisadi sabitliyin əsas şərtlərindəndir. Ölkədə və regionda əhalinin bütün təbəqələrinin, iqtisadi fəaliyyət subyektlərinin maraqlarının bərabər şəkildə qorunması və dinamik iqtisadi inkişafa nail olunması arasıkəsilmədən, daim reallaşdırılan tənzimləmə tədbirləri sayəsində mümkün olur. Məhz bunların nəticəsində əldə olunmuş mövcud iqtisadi potensial gələcək dövr üçün yeni, daha iri layihələrə zəmin yaradır.
Ölkəmizin müasir inkişafı, əldə olunmuş uğurlar xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Naxçıvan Muxtar Respublikasında da ötən dövrün ümumi mənzərəsinə baxdıqda iqtisadi-sosial həyatın bütün sahələrində ulu öndərimizin uzaqgörən siyasətinin bəhrələri görünməkdədir. Muxtar respublikada “Heydər Əliyev ili” elan olunmuş ötən 2013-cü il regional inkişaf, əhalinin rifah halının yüksəldilməsi və ümumi stabil sosial-iqtisadi yüksəliş baxımından əlamətdar olmuşdur.

Ardını oxu...

Muxtar respublikada digər sahələrlə yanaşı, kənd təsərrüfatının da inkişafına son illərdə yüksək diqqət və qayğı göstərilir. Çünki aqrar bölmənin bir tərəfdən əhalinin ərzaq məhsullarına, digər tərəfdən emal müəssisələrinin xammala olan tələbatının ödənilməsindəki rolu və əhalinin məşğulluğunun təmin olunmasındakı yeri böyük əhəmiyyətə malikdir. Ona görə də bu sahə ilə məşğul olanlar yaradılan şəraitdən səmərəli istifadə etməyə çalışır, torpaq mülkiyyətçilərinə güzəştli kreditlərin verilməsi, kənd adamlarının, sahibkarların yeni texnika və avadanlıqlarla təchiz olunmaları, müxtəlif meliorasiya tədbirlərinin aparılması, satış yarmarkalarının təşkili  yerli kənd təsərrüfatı məhsullarının xüsusi çəkisini xeyli artırmış, 2013-cü ildə muxtar respublikada 337 milyon manatdan çox kənd təsərrüfatı məhsulu istehsal edilmişdir.

Ardını oxu...

Ordubad Rayon Vergilər Şöbəsində nəzarət-kassa aparatlarından istifadə, vergi part­nyorluğu sazişinin bağlanması qaydaları haqqında maarifləndirmə işlərinin aparılması məqsədilə vergi ödəyiciləri ilə görüş keçirilib.
Tədbiri rayon Vergilər Şöbəsinin rəisi Məhəmməd İbadov açaraq bildirib ki, malları, işləri, xidmətləri təqdim edən şəxs üçün sahibkarın satıcılarına nəzarətinin gücləndirilməsi, mədaxil və məxaric edilmiş malların, işlərin, xidmətlərin uçotunun rahat və dəqiq aparılması, malların, işlərin, xidmətlərin dövriyyəsi üzrə istər operativ, istərsə də müəyyən tarixlərə görə hesabatların əldə edilməsi imkanının olması nəzarət-kassa aparatlarının tətbiqinin müsbət tərəfləridir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası iqtisadi inkişaf sahəsində əldə edilən nailiyyətlərə görə ölkənin digər regionları arasında öncüllər sırasındadır. Xüsusi vurğulamaq lazımdır ki, regionların sosial-iqtisadi inkişafına xidmət edən dövlət proqramları çərçivəsində həyata keçirilən kompleks tədbirlər muxtar respublikanın dinamik inkişafına və uğurlarına etibarlı zəmin yaradıb.  
Təkcə ötən il ərzində həyata keçirilən abadlıq-quruculuq işlərinin miqyasına nəzər salsaq, görərik ki, yola saldığımız ilin hər bir ayında muxtar respublikada müxtəliftəyinatlı obyektlər istifadəyə verilib. Həyata keçirilən tədbirlər nəticəsində insanların rahat yaşayışı üçün mənzil-kommunal xidmətlərinin səviyyəsi yüksəldilib, zəruri infrastruktur layihələri icra olunub.  Bir faktı qeyd edək ki, ötən il 592 obyekt tikilərək, əsaslı bərpa olunaraq və ya yenidən qurularaq istifadəyə verilib. Görülən işlərin əhatə dairəsinin ildən-ilə genişlənməsi hesabına tikinti-quraşdırma tədbirlərinə sərf olunan maliyyə vəsaitlərinin həcmi də artıb.  Yola saldığımız ildə əsas kapitala investisiya qoyuluşlarının 89 faizə qədəri və ya 919 milyon manatdan çoxu tikinti-quraşdırma işlərinə sərf olunub.

Ardını oxu...

Müasir biznesdə reklamın rolu haqqında çoxumuz məlumatlıyıq. Bu da hər birimizə aydındır ki, reklam insanların hər hansı bir məhsulu almalarına və ya xidmətdən istifadələrinə təsir etmək məqsədilə tətbiq olunan məlumatlandırma vasitəsidir. Məlumat üçün qeyd edək ki, reklam anlayışı ilk dəfə Amerika Birləşmiş Ştatlarında yaranmış və 150-200 illik bir tarixi əhatə etməkdədir. O vaxtlar şəhər mühitində tətbiq olunan reklamlar burjua elementi kimi qəbul edilərək kapitalizmin inkişafında çox mühüm rol oynamışdır. Ölkəmizdə reklam işinin əsaslı formada tətbiqinə müstəqilliyimizin bərpasından sonra başlanmışdır. Bu dövrdən etibarən ölkəmizdə bazar iqtisadiyyatına keçid prosesinə başlanılması digər sahələrdə olduğu kimi, reklam bazarının da Azərbaycan modelini qurmağa şərait yaratdı.

Ardını oxu...

Muxtar respublikanın təbii coğrafi və iqlim şəraiti burada müxtəlif təsərrüfat sahələrinin hərtərəfli inkişafına, əhalinin məşğulluğunun təmin edilməsinə və bol məhsul istehsalına imkan verir. Ən gəlirli sahələrdən biri kimi tarixən arıçılıqda da yüksək nəticələr qazanılması bu sahəyə marağı getdikcə artırır. Son illər arıçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, dövlət maliyyə dəstəyinin gücləndirilməsi isə daha uğurlu göstəricilər əldə edilməsinə şərait yaratmışdır. Muxtar respublikada Arıçılar İctimai Birliyinin yaradılması belə tədbirlərdən biri kimi bu sahə ilə məşğul olan sahibkarların, kənd adamlarının ürəyincə olmuşdur. Bütün bunların nəticəsidir ki,  muxtar respublikada arı ailələrinin sayı ilbəil artır, istehsal olunan məhsulun Naxçıvan Muxtar Respublikasından kənarda da satışı təşkil edilir.
Məlumat üçün bildirək ki, 2013-cü ilin əvvəlinə muxtar respublikanın arıçılıq təsərrüfatlarında 65 mindən çox arı ailəsi mövcud olmuşdur. Hərtərəfli dövlət dəstəyindən yararlanan arıçılar il ərzində  onların sayını artıraraq 69 minə çatdırmışlar. Təbii ki, arı ailələrinin artımı məhsul istehsalının həcminə də öz təsirini göstərmişdir. Daha dəqiq desək, 2013-cü ildə 1300 tondan çox bal istehsal edilmişdir ki, bu da əvvəlki illə müqayisədə 11 faiz  çoxdur.

Xəbərlər şöbəsi

“Zümrüd” Kiçik Müəssisəsi  1997-ci ildə fərdi sifarişlərə uyğun kişi və qadın geyimləri tikməklə fəaliyyətə başlamışdır. 2010-cu ilin yanvar ayında isə istehsal sahəsini genişləndirmək üçün Sahibkarlığa Kömək Fondundan 560 min manat güzəştli kredit verilmiş, Naxçıvan şəhərində zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət yeni bina inşa edilmişdir.
Müəssisədə yeni istehsal sahəsinin yaradılmasına və müasir texnoloji avadanlıqların alınmasına 810 min manat vəsait sərf olunmuşdur ki, bunun da 250 min manatı daxili imkanlar hesabına ödənilmişdir.
Ümumi ərazisi 590 kvadratmetr olan müəssisədə Almaniya, Yaponiya və Türkiyə istehsalı olan 70 adda ən müasir biçim, ölçü, ütü və tikiş avadanlıqları quraşdırılmış, istehsal prosesinə mərkəzləşdirilmiş qaydada nəzarət təmin edilmişdir. Yeni istehsal sahəsinin yaradılması daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsul istehsalı ilə yanaşı, əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynamışdır.

Ardını oxu...

İnkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün yerlərdə sahibkarlığın inkişafı və onun rolunun artırılması, müasir infrastrukturun yaradılması iqtisadi siyasətin prioritet məsələlərindən biri olmalıdır. Bu məqsədlə muхtаr rеspublikаmızdа dа sаhibkаrlıq mühitinin fоrmаlаşmаsı, iş аdаmlаrı üçün əlvеrişli şərаitin yаrаdılmаsı istiqаmətində аrdıcıl və məqsədyönlü tədbirlər həyаtа kеçirilir.

Sаhibkаrlıq subyеktlərinin fəаliyyətinin stimullаşdırılmаsı və gеnişləndirilməsi özəl sеktоrun Ümumi Dахili Məhsuldаkı pаyının ilbəil artması ilə müşahidə olunur. Bu artım, öz növbəsində, dахili bаzаrın yеrli istеhsаl hеsаbınа kеyfiyyətli məhsullаrlа təmin оlunmаsınа rəvac vermişdir. 1995-1996-cı illərdə yаlnız 4-5 növ məhsulа оlаn tələbаtın аz bir hissəsinin yеrli istеhsаl hеsаbınа ödənildiyi muхtаr rеspublikаmızdа hаzırdа yеni yаrаdılmış və ya fəаliyyəti bərpа оlunmuş müəssisələrdə 115 növdə, 459 çeşiddə ərzaq, 231 növdə, 529 çeşiddə qeyri-ərzaq olmaqla, cəmi 346 növdə, 988 çeşiddə məhsul istehsal olunur. 106 növdə ərzaq, 226 növdə qeyri-ərzaq olmaqla, cəmi 332 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.

Ardını oxu...

İnsanlarda xüsusi mülkiyyətə münasibətin köklü dəyişməsi, fərdi sahibkarlıq fəaliyyətinin üstün istiqamət alması, öz növbəsində, muxtar respublikada il ərzində istehsal olunan kənd təsərrüfatı məhsullarının həcminin artmasına da təsir edib.
Əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatının daha dolğun ödənilməsi məqsədilə muхtar rеspublikada ümumi tutumu 9720 ton olan 14 soyuducu anbar qurularaq istifadəyə vеrilib, meyvə-tərəvəz və digər ərzaq məhsullarının istehsalında artıma nail olunması üçün emal sənayesinin inkişafı ilə bağlı tədbirlər müəyyənləşdirilib. Qeyd olunanlarla yanaşı, kənd təsərrüfatı məhsullarının ixracını artırmaq, xarici bazarda rəqabətqabiliyyətli məhsul satmaq üçün məhsulun çeşidlənməsi, qablaşdırılması, saxlanması, istehsalı kimi ixraca stimul yaradan tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Meyvə-tərəvəzçilik iqtisadi səmərəlilik baxımından mühüm əhəmiyyətə malikdir. Muxtar respublikanın düzən, dağətəyi və dağlıq ərazilərində kartof, pomidor, sarımsaq, soğan, yerkökü və digər tərəvəzlərin, yerli iqlim və relyefə uyğun tezyetişən meyvə sortlarının becərilməsi, meyvə-tərəvəzçiliyin sənaye miqyasında inkişaf etdirilməsi üçün əlverişli ekoloji mühit mövcuddur.

Ardını oxu...

Ulu öndərin hifz etdiyi torpaq

Son vaxtlar kimin yolu Sədərəyə düşürsə, qəribə bir mənzərə ilə qarşılaşır: bir tərəfdə abad, yaraşıqlı tikintilər, park və xiyabanlar, səliqəli məhəllələr, digər tərəfdə torpağı qazılmış, sonradan üstü müvəqqəti örtülmüş küçə və döngələr. Kələ-kötür yollardan keçmək də çətinləşib. Amma bu mənzərədən heç kim narahat olmur, gileylənmir, alternativ küçələrdən istifadə edilir. Xüsusilə rayon sakinləri Sədərəkdə nə iş görüldüyünü bilir və bütün bunları “müvəqqəti çətinlik” adlandırır, hətta yeri gəldikdə həyət-bacanın qarşısında çalışan inşaatçı və quraşdırıcılara öz kömək əllərini uzadırlar. Bir sözlə, hamı nikbindir. Çünki Sədərəyə yeni su və kanalizasiya xətləri çəkilir! Bunun isə nə demək olduğunu dərk etmək üçün mütəxəssis olmaq gərək deyil. Adi məktəbli də bilir ki, bu quruculuq tədbiri xeyirxah bir məqsədə xidmət edir.

Ardını oxu...

Cari ildə də belə kreditlərin verilməsi davam etdirilib

Muxtar respublikamızda sahibkarlığın inkişaf etdirilməsində dövlət dəstəyi mexanizmlərinin gücləndirilməsi, sa­hibkarların işgüzar əlaqələrinin inkişafı, müxtəlif növ xidmətlərin və maliyyə dəstəyinin göstərilməsi kimi kompleks islahatların aparılması mühüm rol oynayır. Bu məqsədlə yaradılmış Sahibkarlığa Kömək Fondunun fəaliyyəti diqqətçəkicidir. Qurum cari ilin ötən dövrü ərzində də üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışmışdır. Bəhs olunan dövrdə fond tərəfindən 78 layihənin maliyyələşdirilməsinə 7 milyon 419 min 700 manat həcmində güzəştli kredit verilmişdir. Həmin vəsaitdən kənd təsərrüfatı yönümlü 48 layihənin maliyyələşdirilməsinə 1 milyon 810 min 200 manat, sənayeyönümlü 27 layihənin maliyyələşdirilməsinə 5 milyon 483 min 500 manat, xidmət sahəsinin inkişafı yönümlü 3 layihənin maliyyələşdirilməsinə 126 min manat yönəldilmişdir.
Bütün bunlar isə dövlət maliyyə dəstəyi ilə kənd yerlərində kiçik müəssisələrin yaradılmasına, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına, daxili tələbatın yerli istehsal hesabına daha dolğun və etibarlı ödənilməsinə şərait yaratmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə,  bu ilin 11 ayı ərzində ixracyönümlü müəssisələrdə müasir standartlara uyğun şəraitin yaradılması və istehsal prosesinin qabaqcıl texnologiyalar əsasında təşkili məqsədilə muxtar respublikaya idxal olunan 46 avadanlıq sertifikatlaşdırılıb, regional standartların tətbiqi məqsədilə 472 ədəd dövlətlərarası, 4415 ədəd beynəlxalq standartlara uyğun sertifikat verilib. Muxtar respublikada istehsal olunan mebellərin keyfiyyətinin nəzarətdə saxlanılması  ilə əlaqədar istehsal olunan mebellərə 33, xammal və köməkçi materiallara 77 uyğunluq sertifikatı verilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası elektrik enerjisi ilə əvvəllər Zaqafqaziyanın vahid energetika sistemi və sistemə qoşulan Araz Su Elektrik Stansiyası vasitəsilə təchiz edilirdi. Mənfur ermənilərin düşmənçilik siyasəti nəticəsində 1990-cı ildən etibarən muxtar respublikaya elektrik verilişi dayandırılmış, yalnız Araz Su Elektrik Stansiyasında istehsal edilən 15-20 meqavat gücündə elektrik enerjisi şəbəkələrə ötürülmüşdür. Həmin dövrdə Naxçıvanda yaşayıb fəaliyyət göstərən ümummilli liderimiz Heydər Əliyevin yorulmaz fəaliyyəti və şəxsi nüfuzu sayəsində qonşu dövlətlərdən elektrik enerjisi alınmasını təmin etmək üçün təcili tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə 1991-ci ilin dekabr ayında Türkiyə Respublikasının “Aralıq” yarımstansiyasından Naxçıvan Muxtar Respublikasının “Sədərək” yarımstansiyasına 31,5 kilovoltluq elektrik verilişi xətti çəkilmiş və Sədərək rayonuna 3-4 meqavat gücündə elektrik enerjisi ötürülməsinə başlanılmışdır.

Ardını oxu...

“Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı tərəfindən yaradılan, heyvandarlıq və quşçuluğun inkişafında mühüm rol oynayan qarışıq qüvvəli yem istehsalı müəssisəsinin fəaliyyətə başlaması muxtar respublikada kənd təsərrüfatının digər sahələri kimi, heyvandarlıq və quşçuluq təsərrüfatlarının da inkişafında mühüm əhəmiyyət daşıyır.
Qarışıq qüvvəli yem istehsalı sahəsində Almaniya və Türkiyədən alınmış istehsal gücü saatda 3 ton olan müasir texnoloji avadanlıqlar və hər birinin tutumu 10 ton olan 4 ədəd bunker quraşdırılmışdır. Burada müxtəlif çeşiddə ətlik-südlük mal-qara və ətlik-yumurtalıq quş yemləri istehsalına başlanılmışdır. Lakin müəssisədə istehsal edilən qarışıq qüvvəli yem muxtar respublikamızda bu məhsula olan illik tələbatın 40 faizini ödəyirdi. Həmin məhsula olan tələbatın 100 faiz yerli istehsal hesabına ödənilməsi və yeni bir müəssisənin yaradılması üçün dövlət maliyyə dəstəyi göstərilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2013-cü ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında 2 milyard 34 milyon 737 min 800 manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da 2012-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 8,6 faiz çoxdur. Ümumi Daxili Məhsulun sahə strukturunda ilk yeri sənaye sahəsi tutmaqdadır.
Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2012-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 7,4 faiz artaraq 4719,9 manata (6015,7 ABŞ dollarına) çatmışdır.

*    *    *

2013-cü ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında 794 milyon 484 min 800 manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricini 6,1 faiz üstələmişdir.

Ardını oxu...

“Sirab” mineral suyunun istehsalına ilk dəfə 1950-ci ildə primitiv üsulla kiçik bir sexdə başlanılmışdır. 1968-ci ildə tikilib istifadəyə verilən və illik istehsal gücü 6000 butulka olan Sirab Mineral Sudoldurma Zavodu bu qiymətli sərvətin istehsalına geniş imkanlar açmışdır. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə zavodun tam gücü ilə işləməsi təmin edilmişdir. 1984-cü ildə zavodda yeni texnoloji avadanlıqlar tətbiq olunmaqla əlavə iki xətt quraşdırılmış, istehsal gücü ildə 4,5 milyon butulkaya çatdırılmışdır.

Ötən əsrin 90-cı illərinin əvvəllərində zavod fəaliyyətini, demək olar ki, dayandırmışdır. 1993-cü ildən ölkəmizin ayrı-ayrı bölgələri kimi, muxtar respublikamızda da bazar iqtisadiyyatının tələblərinə uyğun sahibkarlıq mühitinin formalaşdırılması, iş adamları üçün əlverişli şəraitin yaradılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Göstərilən bu dövlət qayğısından bəhrələnməklə Sirab Mineral Sudoldurma Zavodunun bazasında yaradılan Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti əsaslı təmir və yenidənqurma işlərindən sonra 2005-ci ilin noyabr ayında istifadəyə verilmişdir. Beş hektar ərazini əhatə edən müəssisədə 2 mərtəbəli inzibati bina, işçilərə iaşə xidməti göstərilməsi üçün yeməkxana, istehsal və digər yardımçı sexlər, anbar, karbon qazı və kompressor stansiyası yerləşir.

Ardını oxu...

Dekabrın 24-də Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə yaradılması iqtisadi cəhətdən səmərəli hesab edilən layihələrin təqdimatı məqsədilə Naxçıvan Biznes Mərkəzində sahibkarlarla görüş keçirilib.
Tədbiri iqtisadi inkişaf naziri Famil Seyidov açaraq muxtar respublikada sahibkarlığın inkişafı üçün yaradılan şəraitdən danışıb. Qeyd olunub ki, iqtisadi tərəqqinin əsas təməl prinsiplərindən olan sahibkarlıq mühitinin genişləndirilməsi, sahibkarlara hərtərəfli dövlət qayğısının göstərilməsi, fəaliyyət sahəsindən asılı olmayaraq, onlara müxtəlif güzəştli kreditlərin verilməsi həyata keçirilən mühüm tədbirlərdəndir. Bunun nəticəsidir ki, muxtar respublikamızda sahibkarlar dövlət dəstəyindən lazımınca yararlanır, onların sayı ildən-ilə artır.

Ardını oxu...

Muxtar respublikanın digər bölgələri kimi, Culfa rayonunda da hər il hərtərəfli dövlət qayğısının bariz ifadəsi kimi dəyərləndirilən müxtəliftəyinatlı obyektlər istifadəyə verilir. Bu ünvanlarda müasir iş şəraiti yaradılır. Yaxşı hal həm də ondan ibarətdir ki, quruculuq tədbirləri mərkəzdən uzaq, ucqar dağ və sərhəd kəndlərində daha çox diqqəti çəkir. Bu cəhətdən cari il də istisna deyil. Mart ayından yeni sosial obyektlərin inşasına və mövcud obyektlərin yenidən qurulmasına başlanılan rayonun Kırna, Teyvaz, Əlincə, Ərəfsə, Şurud kəndlərində onların bir neçəsi artıq təhvil verilib.
Bu sırada ilk olaraq Kırna kəndinin avtomobil yolunun yenidən qurulmasını qeyd etmək yerinə düşər. Yolun uzunluğu 4 kilometr, yol yatağının eni 9, asfalt örtüklü ikizolaqlı hərəkət hissəsinin eni isə 7,2 metrdir. Yenidən qurulan yol piyadaların və avtomobillərin təhlükəsiz hərəkətini təmin edib. Quruculuq işləri aparılarkən yola suötürücülər qoyulub. Müasir tələblər səviyyəsində qurulan yol rayon mərkəzi və digər kəndlərlə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasına imkan verib.

Ardını oxu...

Hamımıza məlumdur ki, müstəqilliyimizi bərpa etdikdən sonra digər inkişaf etmiş ölkələr kimi, Azərbaycan da bazar iqtisadiyyatı yolunu tutmuş və bu yolda sürətlə irəliləməkdədir. Təbii ki, bu yol göründüyü kimi hamar deyil. Azərbaycan dövləti milli iqtisadiyyatda özəl sektorun, sahibkarlığın inkişaf etdirilməsi üçün indiyədək çoxsaylı dövlət proqramları həyata keçirmiş, hərtərəfli qanunvericilik bazasının yaradılmasına nail ola bilmişdir. Bunun da nəticəsində ölkəmizdə, həmçinin muxtar respublikamızda böyük sahibkarlar ordusu yaranmış və bu sahibkarlar dövlətimizin iqtisadi dayaqlarının gücləndirilməsində mühüm rol oynamaqdadırlar.

Qeyd olunmalıdır ki, bir ölkənin hərtərəfli inkişafı həmin ölkənin güclü və çoxsaylı sahibkarlarının fəaliyyətindən birbaşa asılıdır. Hər bir sahədə dəqiq mexanizm işlədiyi kimi, sahibkarlığın da özünəxas dəqiq, düşünülmüş mexanizm və hədəfləri var. Bu sahəyə təsadüfən gəlib düşmək nadir hallarda effektli ola bilər. Elə bu yazıda da sahibkar­lığın əsas xüsusiyyətlərinin yazılan yox, yazılmayan tərəflərindən bəhs edəcəyik. İnanırıq ki, mövzu sahibkar olmaq istəyən və ya sahibkar kimi fəaliyyətini daha da genişləndirmək istəyənlər üçün maraqlı olacaq.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizin, o cümlədən muxtar respublikamızın qazlaşdırılması istiqamətində irimiqyaslı layihələr həyata keçirilmiş, 1978-ci ildə Yevlax-Xankəndi-Laçın-Şahbuz-Naxçıvan yüksəktəzyiqli magistral qaz boru xəttinin inşasına başlanılmış və 1980-ci ildə layihə uğurla başa çatdırılmışdır. Qaz xətti 1990-cı ilə qədər istismar olunmuş, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikası blokada vəziyyətinə düşmüş, nəticədə, Naxçıvana təbii qazın verilməsi dayandırılmışdır. Ölkə başçısı cənab İlham Əliyevin qayğısı və himayəsi ilə 2005-ci ildə Naxçıvan Muxtar Respublikasına təbii qazın nəqli bərpa edilmiş, mövcud orta və yüksəktəzyiqli qaz boru xətlərindən istifadə olunmaqla əhali təbii qazla təmin olunmuşdur. Orta və yüksəktəzyiqli qaz boru xətlərinin yenilənməsi işinin isə ikinci mərhələdə həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Ardını oxu...

Şahbuz rayonu belə tədbirlər hesabına müasir rayona çevrilib. Əvvəlcə onu qeyd edək ki, cari ilin ötən dövrü ərzində rayon mərkəzi Şahbuz şəhərində Yeni Azərbaycan Partiyasının rayon təşkilatı üçün inzibati bina, rayonun ucqar kənd yaşayış məntəqələri olan Kükü və Ağbulaq kənd­lərində yeni sosial obyektlər istifadəyə verilib.
Bu yaxınlarda isə Ayrınc kəndində ikimərtəbəli kənd mərkəzi və xidmət mərkəzi qapılarını ayrınclıların üzünə açıb, kənd məktəbi yenidən qurulub.
Qızıl Qışlaq və Güney Qışlaq kəndləri də kompleks quruculuq tədbirləri hesabına müasir yaşayış məntəqəsinə çevrilib.
Qızıl Qışlaqda həyata vəsiqə alan binalardan biri kənd tam orta məktəbinin binasıdır. 110 şagird yerlik məktəb binası zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Yeni binanın maddi-texniki bazası gücləndirilib, təhsilin səviyyəsini yüksəltmək üçün imkanlar genişləndirilib. Məktəb binasının yaxınlığında istifadəyə verilən kənd mərkəzi iki mərtəbədən ibarətdir. Burada kəndin müxtəlif qurumlarının fəaliyyəti üçün nümunəvi şərait yaradılıb. Ucqar dağ kəndinin sakinlərinə daha bir dövlət qayğısı isə bu yaşayış məntəqəsində xidmət mərkəzinin istifadəyə verilməsidir. Xidmət mərkəzində mağaza və müxtəlif xidmət sahələri yaradılıb.
Quruculuq tədbirləri Güney Qışlaq kəndini də əhatə edib. Bu yaşayış məntəqəsində iki mərtəbədən ibarət kənd mərkəzi və birmərtəbəli xidmət mərkəzi istifadəyə verilib. Hər iki kənddə müxtəliftəyinatlı quruculuq tədbirlərini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şahbuz Rayon İdarəsinin inşaatçıları həyata keçiriblər.
Sələsüz kəndində məktəb binası əsaslı təmir edilib, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası təhvilə hazırlanır.

Xəbərlər şöbəsi

Məşhur fransız alimi və təbiətşünası Jan Batist Lamark deyirdi: “Sanki müasir insanın əsas məqsədi əvvəlcə Yer kürəsini yararsız hala salmaq və nəhayət, özünü məhv etməkdir”. Hələ XIX əsrin əvvəllərində sürətlə sənayeləşməkdə olan Avropada baş verən prosesləri görən, kor-koranə inkişaf və sənayeləşmənin gələcək fəsadlarını bilən Lamarkın bu fikirləri sonradan sənayeləşməkdə olan ölkələrdə özünü büruzə verdi. Dəniz və çay sahillərində, sənaye zavodlarının ətrafında yaranan ölü sahələr, çirklənmiş hava, su və torpaq – ümumilikdə, təbiət insanlardan acı intiqam almağa başladı. İnsan ömrü getdikcə qısalmağa, müxtəlif xəstəliklər sürətlə yayılmağa başladı. Beləliklə də, minilliklər boyu bəşəriyyətə qarşılıqsız olaraq qayğı göstərmiş ana təbiət bəşər övladından qayğı tələb edirdi.

Ardını oxu...

İnsanların qida rasionunda ət məhsulları mühüm yer tutur. Heyvan, balıq və quş ətinin müxtəlif qidalandırıcı maddələr, vitamin və yağlarla zəngin olması onlarla qidalanmanı müxtəlifyaşlı insanların sağlamlığı üçün zəruri edir. Bu  xüsusən qış aylarında insan orqanizminin vitamin və enerji ehtiyacının ödənilməsi üçün çox vacibdir. Zülal və mineral maddələrlə zəngin olan quş əti isə xüsusən uşaqlar üçün daha çox faydalıdır.
Naxçıvanda quş ətinə olan tələbatın ödənilməsi üçün yaradılan broyler müəssisələri əhalinin bu vacib ərzaq məhsulları ilə təmin olunmasında mühüm əhəmiyyət daşıyır. Muxtar respublikamızda bu sahədə idxaldan asılılığın azaldılması və bazarın daha keyfiyyətli yerli məhsullarla təmin olunması məqsədilə yaradılmış broyler müəssisələri qısa müddət ərzində əhali tələbatını ödəyə biləcək səviyyədə istehsal gücünə çataraq bazara lazım olan həcmdə məhsul istehsalını təmin edirlər.

Ardını oxu...

Uğurların qazanılmasında hərtərəfli dövlət qayğısı başlıca amildir

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş vəzifələrin cari ildə də uğurla davam etdirilməsinin nəticəsidir ki, bu sahədə xeyli uğurlara nail olunub. 2013-cü ilin məhsulu üçün muxtar respublikada, ümumilikdə, 60 min 120 hektar sahədə əkin işləri həyata keçirilib. Bunun 35 min 324 hektarını taxıl təşkil edib. Taxıl biçini kampaniyasının mütəşəkkil başa çatdırılması üçün 115 ədəd kombayn saz vəziyyətə gətirilib, biçin mövsümündə 101 ədəd kombaynın gücündən istifadə edilib, taxıl sahələrindən 102 min 960 ton məhsul toplanılıb. Toplanılan məhsulun 77 min 218 tonu buğda, 25 min 742 tonu isə arpa olub. Məhsuldarlıq 29,1 sentnerə çatdırılıb. Əkinçiliyin digər sahələrində də qazanılan nəticələr qənaətbəxşdir. 2957 hektar sahədə kartof əkini aparılıb, sahələrə aqrotexniki qaydalar əsasında qulluq göstərilib. Çəkilən zəhmət hədər getməyib. Torpaq mülkiyyətçiləri 41 min 296,8 tondan çox məhsula sahib olublar.
Əkinçiliyin inkişafında müstəsna rol oynayan su təsərrüfatı sahəsində görülən işlər böyük əhəmiyyət kəsb edir. Cari ildə muxtar respublikada nasos stansiyalarının, subartezian quyularının, kəhrizlərin təmir və bərpası diqqət mərkəzində saxlanılıb. Meliorasiya və su təsərrüfatı sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi bol məhsul götürülməsinə stimul olub. Son illər muxtar respublikamızda suvarma əkinçiliyində, əsasən, şırım üsulundan geniş istifadə edilir. Cari ildə fərdi və kollektiv təsərrüfatlarda taxıl, kartof, bostan məhsullarının becərilməsi zamanı bu usula üstünlük verilib.

Muxtar MƏMMƏDOV

Bunu bölgədə həyata keçirilən tikinti-quruculuq işlərindən daha aydın görmək olar

XXI əsrin on üçüncü ili ilə vidalaşmağa hazırlaşırıq. 366 günlük daha bir zaman kəsiyi də tarixə qovuşmaqdadır. 2013-cü il də bağlar diyarı Ordubad rayonunun tarixinə möhtəşəm quruculuq dövrü kimi həkk olunub.
Cari ilin yanvar-oktyabr aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 48 milyon 611,6 min manat investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunan investisiyaların həcmi 5,6 faiz artaraq 45 milyon 46,9 min manat təşkil edib. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin inzibati binasının yenidən qurulması, Ordubad şəhərində 242 yerlik uşaq bağçasının, Sabirkənd, Ələhi, Xurs, Nürgüt kənd məktəbləri binalarının, Ələhi və Xurs kəndlərində kənd və xidmət mərkəzlərinin, Nürgütdə xidmət mərkəzinin tikintisi, rayon mərkəzində 2 ictimai yaşayış binasının əsaslı təmiri başa çatdırılıb.

Ardını oxu...

Muxtar respublikanın telekommunikasiya sistemində yeni nəsil texnologiyaların tətbiqi genişzolaqlı internet xidmətlərinin əhatə dairəsini genişləndirib. Cari ilin 11 ayında Ordubad rayonunun Dizə, Unus, Babək rayonunun Sirab, Didivar, Kərimbəyli, Məzrə, Güznüt, Kültəpə, Culfa rayonunun Xanəgah, Kırna, Dizə, Şahbuz rayonunun Şahbuzkənd, Kəngərli rayonunun Çalxanqala, Qarabağlar, Şərur rayonunun Dərəkənd, Gümüşlü, Alışar, Şahbulaq kəndlərində genişzolaqlı internet xidmətlərinin göstərilməsi üçün DSLAM avadanlığı quraşdırılıb. Bu barədə qəzetimizə məlumat Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyindən aldığımız məlumata görə, 2013-cü ilin 11 ayı ərzində muxtar respublikada fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, xarici valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi, habelə işəgötürənlə işçilər arasında əmək müqavilələrinin bağlanmasına nəzarət və sair kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olunan məsələlər üzrə 127 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilərək müvafiq tədbirlər görülmüşdür.
Qeyd olunan dövr ərzində 158 obyektdə nəzarət-kassa aparatlarının quraşdırılması təmin edilmiş, vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 24 vergi ödəyicisində xronometraj metodu ilə müşahidələr aparılmış və müşahidələr zamanı müşahidəyədək olan dövriyyələrlə müqayisədə 32310,2 manat dövriyyə artımına nail olunmuşdur.

Səbuhi HÜSEYNOV

Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Mahmudovdan aldığımız məlumata görə, rayonda aqrar sahənin inkişafı diqqət mərkəzində saxlanılır. Bölgə sakinləri məhsuldar torpaq sahələrində, əsasən, əkinçiliyi və bağçılığı inkişaf etdirirlər. Rayonda taxılçılığa maraq ildən-ilə artır. Başa vurduğumuz təsərrüfat ilində Sədərəyin torpaq mülkiyyətçiləri 1146 hektarı buğda, 982 hektarı arpa olmaqla, 2128 hektar sahədən 6142 ton taxıl tədarük ediblər. Hektarın orta məhsuldarlığı 28,9 sentnerə çatdırılıb. Rayonun iqlim şəraiti burada kartofçuluğun inkişafı üçün çox əlverişlidir. Bunu nəzərə alan torpaq mülkiyyətçiləri onlara məxsus olan sahələrin böyük hissəsində kartof əkib- becərirlər. Bəhs olunan dövrdə rayon üzrə 95 hektar kartof əkini sahəsindən 1795,5 ton məhsul götürülüb. Onu da qeyd edək ki, rayonun 476 torpaq mülkiyyətçisinə 2013-cü ilin əkinləri üçün 483 min 500 manat kredit verilib.

Ardını oxu...

Bu il avqust ayının 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2013-2014-cü ilin payız-qış mövsümünə hazır­lıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə Nəqliyyat Nazirliyinə müvafiq tapşırıqlar verilmiş, mövsümdə nəqliyyat xidmətinin yüksək səviyyədə təmin edilməsi məsələləri geniş müzakirə edilmiş, şəhərdaxili və kəndlərarası nəqliyyatda olan avtobus və mikroavtobusların texniki sazlığının tam nəzarətdə saxlanılması bir vəzifə kimi qarşıya qoyulmuşdur.
Bu məqsədlə nazirlikdə daimi komissiyaların – payız-qış mövsümünə hazırlıq komissiyası və reyd komissiyasının fəaliyyəti daha da artırılmış, tədbirlər planının icrasına başlanmışdır. Plana əsasən, qış mövsümündə əhalinin fasiləsiz və təhlükəsiz nəqliyyatla təmin edilməsi, yol-nəqliyyat kompleksində baş verə biləcək hər hansı bir çatışmazlığın vaxtında aradan qaldırılması üçün Nəqliyyat Nazirliyi, habelə onun tabeliyində və strukturunda olan Naxçıvan Şəhər Nəqliyyat İdarəsi, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti, Beynəlxalq Hava Limanı, Naxçıvan Avtomobil Yolları Dövlət Şirkəti tərəfindən kompleks tədbirlər həyata keçirilmişdir.

Ardını oxu...

Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında bank qurumları qarşısında da bir sıra vəzifələr qoyulmuşdur. Bu vəzifələr, başlıca olaraq, elektron ödəniş sistemlərinin və nağdsız hesablaşmaların inkişaf etdirilməsi, iqtisadi sahədə fəaliyyət göstərən şəxslərin və əhalinin elektron ödəniş sistemlərindən daha fəal istifadə etməsi, dövriyyədə olan nağd pul kütləsinin həcminin azaldılması, ticarət, iaşə və digər xidmət müəssisələrində müştərilərlə hesablaşmaların ödəniş kartları vasitəsilə aparılması üçün POS-terminalların və bankomatların quraşdırılmasından ibarət olmuşdur. Eyni zamanda özəl sektorun inkişafı və sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin gücləndirilməsi məqsədilə bank və kredit təşkilatları tərəfindən verilən kreditlərin coğrafiyasının tələbata uyğun genişləndirilməsi, onların çoxsahəli və səmərəli olmasının təmin edilməsi, kreditlərin verilməsində daha münasib faiz dərəcələrinin tətbiq edilməsi də qarşıya qoyulan əsas vəzifələrdəndir.

Naxçıvanda fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 dekabr 2013-cü il tarixə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 81,4 milyon, o cümlədən qısamüddətli kredit qoyuluşu 14,6 milyon manat, uzunmüddətli kredit qoyuluşu isə 66,7 milyon manat təşkil etmişdir.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR