22 Dekabr 2024, Bazar

“Gəmiqaya Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti yük və minik avtomobillərinə servis xidmətlərinin göstərilməsi, lazımi ehtiyat hissələrinin alınıb muxtar respublikaya gətirilməsi məqsədilə yaradılıb. Naxçıvan şəhərində yerləşən müəssisədə inzibati bina, ehtiyat hissələrinin saxlanılması anbarı, müasir avadanlıqlarla təmin olunmuş laboratoriya, müxtəlif təmir sexləri tikilib, Almaniya, Yaponiya, Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb. 2011-ci ilin fevral ayından fəaliyyətə başlayan müəssisədə keyfiyyətli servis xidmətlərinin göstərilməsi üçün hərtərəfli şərait yaradılıb.
Yük və minik avtomobillərinin təmiri sexində avtomobillərin diaqnostik müayinə mərkəzi istifadəyə verilib. Kompüterdə əks olunan göstəricilərin surətləri çıxarılıb müştəriyə təqdim edilir və həmin nasazlıqlara uyğun servis xidmətləri göstərilir.

Boya sexində yük və minik avtomobillərinin qismən və ya tam şəkildə boyanması üçün havalandırma və istilik sistemi ilə təmin olunan, kompüterlə idarə edilən xüsusi qurğu quraşdırılıb. İlkin olaraq avtomobillərdən nümunələr götürülüb laboratoriyada analizdən keçirilir. Boyanın növü, tərkibi və rəngi müəyyənləşdirildikdən sonra laboratoriyanın göstəricilərinə uyğun boya hazırlanır. Boyanın vurulması və qurudulması xüsusi kabinədə aparılır ki, bu da görülən işin keyfiyyətində mühüm amildir.
Müəssisədə fəaliyyət göstərən səyyar servis xidmətinin yüksək səviyyədə aparılması üçün ixtisaslı mütəxəssislər cəlb olunub, xüsusi avtomobillər ayrılıb. Bu da iş prosesində avtomobillərdə yaranan nasazlıqların yerindəcə aradan qaldırılmasına, lazım olduqda evakuatorla müəssisəyə gətirilməsinə imkan verir.
Müəssisədə bütün markalardan olan yük və minik avtomobillərinin mühərriklərinin yenilənməsi üçün xidmət sahəsi tikilib istifadəyə verilib. Burada Türkiyə Respublikasının istehsalı olan və kompüterlə idarəetmə mərkəzi ilə təmin edilən 20-yə yaxın müasir texnoloji avadanlıq quraşdırılıb. Qeyd edək ki, “Gəmiqaya Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti ölkəmizdə mühərriklərin yenilənməsini kompleks formada həyata keçirən yeganə müəssisədir.

Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR