22 Dekabr 2024, Bazar

2013-cü ilin 6 ayı ərzində muxtar respublikanın müəssisə və təşkilatları tərəfindən dövlət vəsaiti hesabına malların (işlərin, xidmətlərin) satın alınması zamanı qanunverici­liyin tələblərinin gözlənilməsi istiqamətində bir sıra tədbirlər görülmüş, işdə şəffaflıq prinsipi qorunmuş, müsabiqələrin qanunvericiliyə uyğun olaraq, ədalətli rəqabət şəraitində keçirilməsinə nəzarət gücləndirilmişdir.
Muxtar respublikada sosial-iqtisadi sahədə davamlı inkişafın təmin olunması Ümumi Daxili Məhsulun həcminin də artmasına səbəb olmuşdur. Həyata keçirilən səmərəli iqtisadi siyasətin nəticəsidir ki, özəl sektorun Ümumi Daxili Məhsuldakı payı ildən-ilə artır. Muxtar respublikada sahibkarlığa göstərilən diqqət və qayğı dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə iddiaçılar arasında yerli məhsul istehsalçılarının daha fəal iştirakını təmin etmişdir. Belə ki, satın alınan ərzaq, bərk və yumşaq inventarların və sair məhsulların böyük hissəsi yerli istehsal hesabına ödənilir, aparılan tikinti, təmir-bərpa işlərinin əksər hissəsi yerli şirkətlər tərəfindən icra olunur.
2013-cü ilin 6 ayı ərzində muxtar respublikada keçirilmiş 109 satınalma müsabiqəsi nəticəsində 1 milyon 384 min 410 manat dövlət vəsaitinə qənaət olunmuşdur.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirlərinin mühüm istiqamətlərindən biri də regionda ekoloji problemlərin həllinin, ətraf mühitin qorunmasının, təbiətin zənginləşdirilməsinin diqqət mərkəzində saxlanılmasıdır. Son 18 ildə diyarımızda yaşıllıq sahələrinin həcminin dəfələrlə artması, yurdumuzun yaşıllıqlar məskəninə çevrilməsi məhz belə tədbirlərin nəticəsidir. Bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, mövcud problemlərin həlli istiqamətində görülən tədbirlər davamlı xarakter almış, yeni əkilən ağacların suvarılmasında damcı üsulunun tətbiqi genişləndirilmiş, xeyli meyvə bağları, yaşıllıq zolaqları salınmış, ekoloji tarazlığın qorunmasında müstəsna rola malik olan belə tədbirlərin həyata keçirilməsi prioritet vəzifəyə çevrilmişdir.

Cari ildə də bu tədbirlər mütəşəkkilliklə davam etdirilməkdə, meyvə bağlarının, yaşıllıq zolaqlarının, gülkarlıq sahələrinin həcmi genişləndirilməkdədir.
İyulun 20-də keçirilən iməciliklər də yüksək səviyyədə təşkil olunmuşdu.
Naxçıvan şəhərinin sakinləri Naxçıvan-Sədərək magistral yolunun “Şorsu” adlanan hissəsindəki 2 hektarlıq meyvə bağına və şəhərin müxtəlif ərazilərindəki yaşıllıqlara aqrotexniki qulluq göstərmiş, həmin ərazilər suvarılmış və alaq otlarından təmizlənmişdir.

Ardını oxu...

Üçrəngli, aylı-ulduzlu Azərbaycan bayrağı! Xalqımızın, bütün dünya azərbaycanlılarının azadlığının, şərəf və ləyaqətinin, milli birliyinin simvolu. Azərbaycan dövlətinin hörmət və ehtiramının tək ünvanı. Hər zaman ucalarda tutulacaq və heç vaxt enməyəcək milli dəyərimiz. Azərbaycan əsgəri vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən Dövlət bayrağına and içir. Dövlət bayrağı dövlət qurumlarının və diplomatik nümayəndəliklərin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir, hər bir azərbaycanlının qəlbini qürur hissi ilə doldurur. Üçrəngli bayrağımızı sevmək, onu qorumaq şərəf məsələsidir.

Ardını oxu...

Naxçıvan şəhərinin Cəlil Məmmədquluzadə küçəsində Gənclər Mərkəzinin tikintisi davam etdirilir. 625 kvadratmetr sahəni əhatə edən bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Tikinti işləri Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsi tərəfindən aparılır. İş icraçısı Rəşid Tağıyevin verdiyi məlumata görə, inşaat işlərinə bu ilin aprel ayından başlanılıb. Hazırda binada hörgü işləri başa çatdırılıb, dam örtüyü vurulub. Binanın daxilində suvaq işləri aparılır, birinci mərtəbədə isə fasadın üzlənməsinə başlanılıb. Bina hazır olduqdan sonra zirzəmi hissədə qazanxana, təsərrüfat otağı, akt zalı yerləşəcək. Birinci mərtəbədə rəsm qalereyası, kafe və anbarlar, ikinci mərtəbədə kitabxana, kompyuter zalı, dəftərxana və müxtəlif iş otaqları, üçüncü mərtəbədə isə konfrans zalı və xarici dil kursları fəaliyyət göstərəcək.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikasında aparılan geniş tikinti-quruculuq işlərindən onun hər bölgəsinə pay düşüb. Belə bölgələrimizdən biri də xalq qəhrəmanı Babəkin adını daşıyan Babək qəsəbəsidir. Qəsəbə hazırda əsl tikinti meydançasını xatırladır. Tikintisinə 2011-ci ilin iyun ayından başlanılan rayon Mərkəzi Xəstəxanasının binası qəsəbəyə xüsusi yaraşıq verməklə bərabər, vətəndaşların sağlamlığının qorunmasında da mühüm rol oynayacaq. Xəstəxana binası zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Binanın zirzəmi hissəsində yeməkxana, izolyasiya otağı, fizioterapiya şöbəsi, laboratoriya, morq və sair yerləşəcək. Doğum, Rentgen, Dializ, Stomatoloq və Təcili yardım şöbələrinin fəaliyyətindən yararlanmaq istəyənlər birinci mərtəbəyə üz tutmalı olacaq. Əməliyyat otağı və Reanimasiya şöbəsinin yerləşdiyi ikinci mərtəbədə həm də palatalar yerləşəcək. Binanın üçüncü mərtəbəsində isə iş otaqları ilə bərabər akt zalı, palatalar və Stasionar şöbə fəaliyyət göstərəcək. Binada işlər yekunlaşıb, ətraf ərazidə abadlıq işləri görülüb. Hazırda burada müxtəlif tibbi avadanlıqların quraşdırılması işləri aparılır.

Ardını oxu...

Şərur şəhərindəki kənd təsərrüfatı məhsullarının satış-yarmarkalarına yolu düşənlər bu qənaətdədir

İlin bu vədəsini hamımız səbirsizliklə gözləyirik. Muxtar respublikamızın digər bölgələrində olduğu kimi, Şərur rayonunun da bərəkətli torpaq sahələrində yetişdirilən bol məhsul üzə gülür, xoş yaşayışdan soraq verir. Bölgənin torpaq mülkiyyətçiləri yetişdirdikləri kənd təsərrüfatı məhsullarını şənbə və bazar günləri təkcə Naxçıvan şəhərində təşkil olunan satış-yarmarkalarına çıxarmaqla kifayətlənmirlər. Hər həftənin çərşənbə günü satış-yarmarkası Şərur şəhərindəki Ticarət Mərkəzində də təşkil edilir. 

Builki bərəkət təbiətin qisməti, kəndlinin ağır zəhmətinin bəhrəsi olsa da, çox mühüm bir amili də unutmaq olmaz. Bu da dövlətin kəndliyə, fermerə, sahibkara dəstəyidir. Bütün bunlar öz nəticəsini göstərir. Kəndli yetişdirdiyi məhsulundan özü istifadə etməklə yanaşı, həm də onu satıb gəlir əldə edir. Şəhərli isə münasib qiymətə məhsul ala bilir. Onun üçün meyvə-tərəvəz almaqda seçim də çoxdur.
Kəndlinin məhsul yetişdirilməsi müddəti bəhrələndiyi dövlət qayğısı həmin məhsulun satışının təşkil edilməsi ilə davam edir. Naxçıvan şəhərində və rayon mərkəzlərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış-yarmarkaları bu baxımdan kəndli və fermerlərə dövlətin daha bir dəstəyidir.

Ardını oxu...

Rəvayətə görə, Nuh Peyğəmbərin əyyamında insanlar azar-bezarın nə olduğunu bilməyiblər, hamı uzunömürlü olub, insanlar 900 ildən çox yaşayıblar. İnsanın uzun­ömürlü olması təkcə fərziyə deyil, dünyanın şöhrətli naturopat alimləri Herbert Şelton, Pol Breqq, Norman Uoker, Katsudzo Nişi, Abram Zalmanov və başqaları da dərin elmi əsaslara söykənərək belə bir yekdil qənaətə gəliblər ki, insan sağlam həyat tərzi keçirsə, xüsusilə də qidalanma prinsiplərinə düzgün əməl etsə, uzun illər gümrah yaşaya bilər. Bu halda körpə dünyaya sağlam gələr və heç vaxt xəstələnməz.

Nuh ruhunu yaşadan diyar

Bu sağlam düşüncə – Nuh ruhu qədim tarixə malik olan Naxçıvanda çoxdan möhkəm kök salıb, indi daha da güclənir. Deyə bilmərəm: bu məsələdə Nuh Peyğəmbərin gəmisinin Naxçıvandakı təpələrdən birinin üstündə qərar tutması öz rolunu oynayıb, yoxsa sərt, kontinental iqlim şəraiti, mikroelementlərlə zəngin olan torpaq və su insanları belə formalaşdırıb? Fakt budur ki, Azərbaycana memar Əcəmi, Mirzə Cəlil, M.S.Ordubadi, Hüseyn Cavid, Yusif Məmməd­əliyev, Heydər Əliyev kimi böyük şəxsiyyətlər bəxş etmiş Naxçıvan bu gün də öz mütərəqqi düşüncəsi və böyük uğurları ilə dostlarını sevindirir, düşmənlərini isə məyus edir. Xəstə xislətli qonşularımızın təcavüzü nəticəsində ağır blokada şəraitində yaşamaq məcburiyyətində qalan bu qədim diyar nəinki ayaq üstə qala bilib, hətta bütün bölgələrimiz üçün örnək ola biləcək bir model yaradıb – “Naxçıvan modeli”.

Ardını oxu...

Ölkəmizdə mülkiyyət hüququ və mülki münasibətlərin tənzimlənməsi istiqamətində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. Naxçıvan Muxtar Respublikasında da daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının təkmilləşdirilməsi, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin fəaliyyətinin müasir tələblər səviyyəsində aparılması üçün hərtərəfli şərait yaradılıb.
Cari ilin ilk 6 ayı ərzində xidmətdə daşınmaz əmlakın dövlət reyestrinin bütün bölmələri üzrə 2582 əmlak üzərində yaranan hüquqların qeydiyyatı aparılıb. Bundan 1054-ü torpaq sahələri, 1-i çoxmərtəbəli yaşayış binası, 14-ü qeyri-yaşayış binaları, 24-ü qeyri-yaşayış sahələri, 527-si mənzillər, 957-si fərdi yaşayış evləri, 5-i isə əmlak kompleksi kimi müəssisə bölmələrindən ibarətdir. Qeyd olunan dövrdə xidmət üzrə 918 texniki sənəd hazırlanıb ki, bunlardan 584-ü müxtəlif əmlaklar üzrə texniki, 334-ü isə torpaq sahələri üzrə plan-ölçü pasportlarıdır.
Ümumilikdə, yanvar-iyun aylarında xidmətə 6021 müraciət daxil olub. Vətəndaşlara göstərilən müxtəlif növ xidmətlər müqabilində 115 min 97 manat vəsait qəbul edilib, 139 min 724 manat dövlət rüsumu isə büdcəyə ödənilib.

Xəbərlər şöbəsi

Cari ildə Naxçıvan şəhərində həyata keçirilən tikinti-quruculuq tədbirlərindən daha çox pay düşən sahələrdən biri də təhsildir. Bu strateji sahəyə böyük qayğının ifadəsidir ki, bir neçə ünvanda təhsil müəssisələri üçün bina inşa olunur.
Növbəti tədris ilində Naxçıvan şəhərindəki 11 nömrəli tam orta məktəb fəaliyyətini yenidən qurulan binada davam etdirəcək. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq məktəb binasına iki korpus əlavə olunmuşdur. 1100 şagird yerlik nəzərdə tutulmuş məktəbin zirzəmi hissəsində kitabxana, 3 laboratoriya, müəllim və şagirdlər üçün yeməkxana və idman zalı yerləşəcək. Binanın birinci mərtəbəsində müəllimlər otağı, müxtəlif iş otaqları, ikinci və üçüncü mərtəbələrin hər birində isə 2 kompyuter otağı, 1 elektron lövhəli sinif, fənn kabinələri və sinif otaqları olacaq. Tikinti işləri “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılır. İnşaatçılar məktəb binasını vaxtında təhvil vermək üçün səylə çalışırlar.
Qeyd edək ki, yenidən qurulan binalar sırasında 220 yerlik uşaq bağçasının və 3 nömrəli Uşaq Musiqi Məktəbinin binası da var.

Xəbərlər şöbəsi

Ordubad Rayon Vergilər Şöbəsində nəzarət-kassa aparatlarından istifadə ilə əlaqədar istehlakçılarla və vergi ödəyiciləri ilə görüş keçirilib.
Görüşü rayon Vergilər Şöbəsinin rəisi Məhəmməd İbadov açaraq bildirib ki, malları, işləri, xidmətləri təqdim edən şəxs üçün sahibkarın satıcılarına nəzarətinin gücləndirilməsi, mədaxil və məxaric edilmiş malların, işlərin, xidmətlərin uçotunun rahat və dəqiq aparılması, malların, işlərin, xidmətlərin dövriyyəsi üzrə istər operativ, istərsə də müəyyən tarixlərə görə hesabatların əldə edilməsi imkanının olması, istehlakçıların əsassız müdaxiləsinin qarşısının alınması nəzarət-kassa aparatlarının tətbiqinin müsbət tərəfləridir. Bundan başqa, malları, işləri, xidmətləri alan şəxs üçün alınmış mallar keyfiyyətsiz və ya standartlara uyğun olmadıqda onun geri qaytarılmasının tələb edilməsi imkanının olması, satıcı malları, işləri, xidmətləri təqdim edərkən alıcının aldadılması hallarının qarşısının alınması nəzarət-kassa aparatlarından istifadə edilməsi ilə mümkündür. Təbii ki, istər vergi ödəyicisinin, istərsə də istehlakçıların fərdi maraqlarının təmin olunmasından başqa, nəzarət-kassa aparatlarının tətbiqi ümumən cəmiyyətin maraqlarına xidmət edir. Tərəflər arasında aparılan bütün əməliyyatların qeydə alınması kölgə iqtisadiyyatının qarşısının alınmasına və vergilərin tam həcmdə dövlət büdcəsinə yığılmasına, nəticədə isə dövlətin qüdrəti və əhalinin rifah səviyyəsinin artmasına zəmanət verir.
Sonra şöbənin əməkdaşlarından Həsən Məmmədovun, Malik Məmmədovun, Səttar İsmayılovun çıxışları olub, istehlakçıların və vergi ödəyicilərinin sualları cavablandırılıb.

Xəbərlər şöbəsi

Naxçıvanın tarixinin öyrənilməsi, tədqiqi və təbliği haqqında danışarkən, ilk növbədə, Naxçıvan şəhərinin, indiyə qədər qorunub saxlanılmış Naxçıvanqalanın tarixinin öyrənilməsi, maddi mədəniyyətimizin şah əsərlərindən biri olan bu qalanın qorunması və təbliği xüsusi əhəmiyyət kəsb edir. Bu mənada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında” 5 iyun 2013-cü il tarixli Sərəncamı təkcə tariximizin qorunması və təbliğinə deyil, həm də gələcəkdə milli kimliyimizin, bir millət kimi bu torpaqların əzəli və əbədi sakinləri olduğumuzun elmi dəlillərlə sübutuna xidmət edən mühüm dövlət sənədidir.

Ardını oxu...

Muxtar respublikamızın hər guşəsi, hər qarışı özünün görünməmiş abadlıq və quruculuq mərhələsini yaşayır. Naxçıvan şəhərindən yola çıxaraq Günəşin doğduğu dağlara doğru irəliləyib gözoxşayan mənzərələrə tamaşa etməyə dəyər: möhtəşəm təbiət abidəsi Haçadağın ətəklərindəki yamyaşıl kəndlər, İpək Yolu standartlarında tikilmiş müasir yolların kənarındakı taxıl zəmiləri və Naxçıvanda heç zaman bu qədər cazibədar olmamış yaşıllıq zolaqları. 25-30 dəqiqəlik rahat bir yolun ardından təkcə muxtar respublikamızın deyil, ölkə­mizin mühüm strateji yaşayış məntəqələrindən biri olan Culfa şəhərinə çatırıq. Culfa bizi özünün təsərrüfat qayğılarının aşıb-daşdığı, hər küçədə quruculuq işlərinin vüsət aldığı bir gündə qarşıladı.

Ardını oxu...

Dünya təcrübəsi göstərir ki, iqtisadi inkişafın təməl prinsipləri özəl sektorda formalaşır. Buna görə də ölkəmizdə bu sektorun inkişafı diqqət mərkəzində saxlanılır. Bunu muxtar respublikamızın bugünkü inkişafında da görmək mümkündür. Sahibkarlara dövlət tərəfindən hərtərəfli dəstəyin göstərilməsi, onlar üçün münasib şəraitin yaradılması, rast gəlinən problemlərin həll olunması regionda güclü sahibkarlar təbəqəsinin formalaşması ilə bərabər, yeni istehsal müəssisələrinin yaradılmasına da geniş imkanlar açmışdır. Belə dəstəkdən bəhrələnərək yaradılan müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Zümrüd” Kiçik Müəssisəsidir.
“Zümrüd” Kiçik Müəssisəsi muxtar respublikada yaradılmış ilk özəl müəssisələrdən biridir. Müəssisə 1997-ci ildə yaradılıb. İlk illərdə sovet istehsallı avadanlıqlarla fəaliyyətə başlayan müəssisə muxtar respublikada sahibkarlığın inkişafına yaradılmış hərtərəfli şəraitdən bəhrələnərək müasir tələblər səviyyəsində işini qura bilmişdir. Belə ki, müəssisəyə Sahibkarlığa Kömək Fondu tərəfindən 560 min manat kredit verilmiş, fəaliyyəti üçün lazımi dövlət dəstəyi göstərilmişdir. İldən-ilə fəaliyyətini genişləndirən müəssisənin 2011-ci ilin sentyabr ayında yeni binasının açılışı olmuş, yeni istehsal sahəsi istifadəyə verilmişdir.

Ardını oxu...

Bu gün muxtar respublikada xüsusi diqqət yetirilən sahələrdən biri də ərzaq təhlükəsizliyinin təmin olunmasıdır. Muxtar respublikada qəbul olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı 2009-2013-cü illəri əhatə edən ikinci Dövlət Proqramı və “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası digər məsələlərlə yanaşı, yerlərdə sahibkarlıq fəaliyyətinin gücləndirilməsinə hesablanıb.

Bu il fevralın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “2012-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bu sahəyə xüsusi diqqətin göstərilməsinin vacibliyini vurğulayaraq bildirib ki, muxtar respublika İqtisadi İnkişaf Nazirliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə rayon mərkəzlərində və kəndlərdə kiçik fərdi təsərrüfatların və istehsal sahələrinin yaradılması, onların fəaliyyətinə lazımi dövlət dəstəyinin göstərilməsi istiqamətində səylərini artırmalıdırlar. Bəs ayrılan kreditlərin aidiyyəti üzrə xərclənməsinə, layihələrin icra müddəti ərzində reallaşdırılmasına necə diqqət yetirilir?

Ardını oxu...

Torpaq ümidini ona bağlayanları heç zaman əliboş qoymayıb. Torpaq halal dünyamızın xeyir-bərəkəti, tükənmək bilməyən ruzi mənbəyidir.
Haqqında söhbət açacağım İsa Salmanov uşaqlıq çağlarından zəhmətə, torpağa bağlı olub. O, Şərur rayonunun Xanlıqlar kəndində yaşayan, torpağın dilini bilən zəhmətkeş insanlardan biridir. Torpağı əkib-becərməyi özünün alın yazısı bilib və bununla qürur duyub. Torpağa əyildikcə torpaq da onun başını uca edib.
Fermer İsa Salmanov Şərurun qabaqcıl taxılçılarından biri sayılır. İndi onun ən narahat günləri başlayıb. İsa kartof sahəsindən çıxıb birbaşa taxıl zəmisinə gəldi. O, avtomobildən düşüb kombayna tərəf addımladı. Kombaynçı İlham İbrahimov, köməkçi Sahil Sultanov, taxıldaşıyan maşının sürücüsü birlikdə kombaynı nəzərdən keçirərək onun sazlığını yoxlayırdılar.
Onlar bir anlığa işdən ayrılıb: “Salam, İsa dayı, sabahın xeyir”, – dedilər. İsa gülümsünərək:

Ardını oxu...

Bu qədim yurd yeri müasir Azərbaycan kəndinə çevrilməkdədir

Xoklular torpağa bağlı insanlardır

Naxçıvan ilin bütün fəsillərində öz füsunkar gözəllikləri ilə buraya gələn qonaqları ovsunlayır. Yayın isə bu fəsillər içərisində yeri bambaşqadır. Çünki bu fəsil həm də bolluq, ruzi-bərəkət fəslidir. Torpaq təəssüblü, yurd qədrini bilən insanlarımızın ilin bu fəslində qayğıları bir qədər də artır. Erkən yazdan sahələrdə əkib-becərdikləri məhsulu toplamaq, bazara çıxarmaq, digər təsərrüfat işlərini həyata keçirmək kimi vacib tədbirlər onlara günün necə başa çatdığını belə, unutdurur. Torpaq mülkiyyətçiləri belə yorğunluqdan heç də şikayətlənmirlər. Çünki görülən işin nəticəsinin özlərinin yaxşı yaşamaları üçün olduğunu bilirlər. Kəngərli rayonunun ən böyük yaşayış məntəqələrindən biri olan Xok kəndinə yolumuz belə günlərin birində düşdü. Rayon ərazisində yol kənarlarında görünən taxıl zəmiləri uzaqdan diqqəti cəlb edirdi. Bəzi sahələrdə taxıl tədarük olunur, taxılı biçilmiş zəmilərdə kip vurulur, digər əkinçilik sahələrində aqrotexniki tədbirlər görülür, məhsul yığılırdı. Hələ rayon İcra Hakimiyyətində öyrənmişdik ki, bölgədə ən çox taxıl əkilən kənd­lərdən biri Xokdur. Hər il bu yaşayış məntəqəsində bol məhsul yetişdirilir. Bu sahə ilə məşğul olan kənd adamları yaxşı təcrübə sahibidirlər.

Ardını oxu...

Naxçıvan Şəhər Vergilər İdarəsindən aldığımız məlumata görə, Naxçıvan şəhəri ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 13 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb. Həyata keçirilən operativ nəzarət tədbirləri zamanı 5 vergi ödəyicisi tərəfindən əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 3 vergi ödəyicisi tərəfindən xarici valyuta məbləğlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkarlanıb.
Operativ vergi nəzarəti tədbirləri zamanı 3 vergi ödəyicisinin xüsusi razılıq tələb olunan fəaliyyət növləri ilə belə razılıq olmadan məşğul olması, 2 vergi ödəyicisində isə aksiz markası olmadan alkoqollu içki və tütün məmulatlarının satışı faktları aşkar edilib. Qeyd olunan nöqsanların baş verməməsi məqsədilə vergi ödəyicilərinin vergi qanunvericiliyinə əməl etmələri istiqamətində mütəmadi olaraq vergi ödəyicilərinin iştirakı ilə seminar-məşğələlər keçirilib.
Naxçıvan Şəhər Vergilər İdarəsinin rəisi Azər Nağıyevin bildirdiyinə görə, bəhs olunan dövrdə vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 4 vergi ödəyicisində xronometraj metodu ilə müşahidələr aparılıb və müşahidəyədək olan dövriyyələrlə müqayisədə 4583,4 manat dövriyyə artımına nail olunub. Cari ilin qeyd olunan dövrü ərzində təkcə ticarət, iaşə və xidmət sahələrində fəaliyyət göstərən 46 işəgötürən tərəfindən işçilərlə bağlanmış 77 əmək müqaviləsində müvafiq düzəlişlər aparılaraq əməkhaqlarının real şəkildə göstərilməsinə nail olunub.

Xəbərlər şöbəsi

Muxtar respublikada meyvə-tərəvəzin istehsalı və istehlakı arasındakı mövsümilik probleminin həll olunması daxili bazarda qiymət tənzimlənməsinin vacib şərti kimi qarşıda durur. Buna görə də son dövrlərdə istehsal olunmuş meyvə-tərəvəz məhsullarının soyuducu anbarlara tədarük olunması və ilin soyuq aylarında istixana komplekslərinin işinin genişləndirilməsi öz əhəmiyyətini göstərməkdədir.
Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyindən aldığımız məlumata görə, 1 avqust 2012-ci il tarixdən ötən 11 ay ərzində muxtar respublikanın mövcud meyvə-tərəvəz saxlanma anbarlarına istehsalçılar tərəfindən tələbatdan artıq istehsal olunmuş 4658 ton məhsul tədarük edilmişdir ki, bunun da 2878 tonu kartof, 586 tonu soğan, 1179 tonu alma, 2,5 tonu sarımsaq və digər məhsullar olmuşdur.
Muxtar respublikada istixana komplekslərinin fəaliyyətinin genişləndirilməsi də öz bəhrəsini verməkdədir. Həmin dövrə dair verilən məlumatda muxtar respublikanın istixanalarından təqribən 31 ton pomidor, 46 ton xiyar, 2,2 ton lobya, 200 kiloqram göbələk olmaqla, cəmi 80 tona yaxın tərəvəz istehsal edilmişdir.
Görülən bu işlərin muxtar respublikamızda daxili bazarda qiymət tənzimlənməsinə təsiri böyükdür və gələcəkdə də öz əhəmiyyətini göstərəcəkdir.

Xəbərlər şöbəsi

Şahbulaq kəndi Şərur rayonunun ucqar dağ kəndlərindən biridir. Cari ildə bu sərhəd kəndi də kompleks quruculuq tədbirlərinin həyata keçirildiyi tikinti meydançasına çevrilib. Belə ki, hazırda kənddə məktəb binası, kənd və xidmət mərkəzləri tikilir.
İş icraçısı Əli Məmmədovun verdiyi məlumata görə, zirzəmi ilə birlikdə üçmərtəbəli 110 şagird yerlik məktəb binasında əsas tikinti işləri yekunlaşıb, daxildə kommunikasiya xətləri çəkilib, fasad hissə suvanıb. Bundan başqa, obyektin dam örtüyü vurulur, daxildə suvaq işləri aparılır.
Məktəb binasının yaxınlığında yerləşən ikimərtəbəli kənd mərkəzində də inşaat işləri əsasən başa çatdırılıb. İnşaatçılar hazırda interyerin dizaynı, fasad hissənin suvanması ilə məşğuldurlar. Yaxın günlərdə qapı-pəncərələrin də salınmasına başlanılacaq.
Ucqar dağ kəndinin sakinləri üçün tikilən daha bir obyekt xidmət mərkəzidir. Burada da tikinti işləri başa çatdırılıb.
Kəndə gedən yolda da yenidənqurma işləri aparılır.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şərur Rayon İdarəsinin kollektivi obyektləri vaxtında təhvil vermək üçün səylə çalışır.

Xəbərlər şöbəsi

Son illər muxtar respublikada həyata vəsiqə alan ixracyönümlü müəssisələrdən biri də Babək rayonunun Araz kəndi ərazisində fəаliyyət göstərən Naxçıvan “Təchizat” Açıq Səhmdar Cəmiyyətinin dəri emalı və yumurta taraları istehsalı müəssisəsidir. Müəssisəyə Sаhibkаrlığа Kömək Fоndundаn 2010-cu ilin iyun ayında 150 min mаnаt dövlət mаliyyə dəstəyi göstərilmiş və layihəyə uyğun istеhsаl sahələri, хаmmаl və hаzır məhsullаrın sахlаnılmаsı üçün аnbаr, sоyunub-gеyinmə оtаqları, yеməkхаnа, inzibаti binа və digər yardımçı otaqlar tikilib istifadəyə verilmişdir. Dəri emalı, yumurta taraları istehsalı sahələrində müasir texnoloji avadanlıqlar quraşdırılmışdır.

2011-ci ilin yanvar ayından fəaliyyətə başlayan müəssisədə yüksək keyfiyyətli məhsul istehsalı üçün hərtərəfli şərait yaradılmış, xammal ehtiyatı yaradılması məqsədilə 2012-ci ilin mart ayında Sаhibkаrlığа Kömək Fоndundаn əlavə olaraq 50 min mаnаt dövlət mаliyyə dəstəyi göstərilmişdir. Müəssisənin daha müasir texnoloji avadanlıqlarla təmin olunması cari ildə də diqqət mərkəzində saxlanılmış, İtaliya istehsalı, gündəlik istehsal gücü 5 ton olan müasir texnoloji avadanlıqlar quraşdırılmışdır. Beləliklə, dəri emalı prosesində daha bir mərhələnin müəssisədə həyata keçirilməsinə başlanılmışdır.

Ardını oxu...

Babək rayonunun Cəhri kəndi muxtar respublikamızda ilk kompleks quruculuq tədbirləri həyata keçirilən böyük yaşayış məntəqələrimizdən biridir. Belə ki, ötən illərdə kəndin yollarına asfalt salınıb, kənd mərkəzi, uşaq musiqi məktəbi üçün bina inşa olunub, eləcə də 2 nömrəli kənd tam orta məktəbi üçün yeni bina ucaldılıb. Ancaq kəndə göstərilən qayğı bununla bitməyib. Hazırda bu yaşayış məntəqəsində üç obyektdə inşaat işləri aparılır.
Məlumat üçün bildirək ki, quruculuq tədbirlərinə cari ilin mart ayının əvvəlindən başlanılıb. 1 nömrəli kənd tam orta məktəbinin binasında əsaslı təmir və yenidənqurma işlərinə start verilib. Ötən müddət ərzində 828 yerlik, iki korpuslu məktəbdə xeyli iş görülüb. Binanın birinci korpusunda əlavə olaraq 12 sinif otağı, 3 fənn kabinəsi, ikinci korpusda isə zal və 6 sinif otağı tikilib.
İnşaatçılar məktəb binasının yenidən qurulmasını yeni dərs ilinə qədər başa çatdırmaq əzmi ilə çalışırlar.
Kənddəki digər quruculuq ünvanı kənd sahə xəstəxanasının binasıdır.
Cari ildə cəhrililər xidmət mərkəzinin fəaliyyətindən də istifadə etmək imkanı qazanacaqlar. Xidmət mərkəzi üçün inşa olunan binanın tikintisi sürətlə davam etdirilir. Burada 3 mağaza, ət satışı dükanı, bərbərxana və qadın gözəllik salonu fəaliyyət göstərəcək. Binanın inşası əsasən başa çatdırılıb. Hazırda binanın fasadında üzləmə işləri görülür.

Xəbərlər şöbəsi

Dövlət mülkiyyətində olan daşınmaz əmlakın və torpaq sahələrinin səmərəli istifadə olunmasının təmin edilməsi və mövcud vəziyyəti ilə bağlı müvafiq informasiya bazasının formalaşdırılması məqsədilə müəssisə və obyektlərin texniki pasportlarının hazırlanması istiqamətində işlər cari ilin ilk altı ayı ərzində də uğurla davam etdirilmişdir.
Belə ki, Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin Texniki inventarlaşdırma şöbəsi tərəfindən cari ilin birinci yarısında dövlət müəssisə və təşkilatlarının əmlaklarının və istifadəsində olan torpaq sahələrinin texniki inventarlaşdırılması həyata keçirilərək 30 texniki pasportun tərtib edilməsi təmin olunmuşdur.
Bununla da, muxtar respublikanın bütün bölgələrində bu istiqamətdə aparılan işlərin yekunu olaraq, indiyə kimi daşınmaz əmlakın və torpaq sahələrinin texniki parametrlərini, əmlakın ünvanı, mülkiyyətçisi, texniki göstəricilərin təsnifatı, obyektin istifadəsində olan torpaq sahəsinin hüdudları barədə məlumatı özündə əks etdirən 1708 texniki pasport hazırlanmışdır.
Qeyd edək ki, texniki pasportun tərtib edilməsində əsas məqsəd daşınmaz əmlakın və torpaq sahələrinin mövcud vəziyyətini və hüdudlarını müəyyən etmək, torpaq sahələrindən səmərəli və təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək, habelə daşınmaz əmlak və torpaq sahələri haqqında məlumat bankının təkmilləşdirilməsidir.
Dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi texniki pasportda göstərilmiş hüdudlar daxilində müəssisə və obyektin istifadəsində olan torpaq sahələrini nəzərdə tutur. Mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərə hüquqların əldə edilməsini təsdiq edən şəhadətnamələr verilərkən texniki pasport təqdim edilməlidir.

Naxçıvan Muxtar Respublikası
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti

Ölkə iqtisadiyyatının gücləndirilməsində özəl sektor mühüm rol oynayır. Buna görə də respublikamızda bu sahənin inkişafı diqqət mərkəzində saxlanılır. Bunu muxtar respublikamızın timsalında da görmək olar. Sahibkarlara uzunmüddətli kreditlərin verilməsi, onlarla görüşlərin keçirilməsi, rastlaşdıqları problemlərin həllinə həssaslıqla yanaşılması regionda güclü sahibkarlar təbəqəsinin formalaşmasına imkan vermişdir.
Kəngərli rayonunda da sahibkar­lar göstərilən dövlət qayğısından yetərincə bəhrələnərək öz uğurlarını getdikcə artırır, istehsal sahələrini genişləndirir, muxtar respublikamızın iqtisadi inkişafına töhfələrini verirlər. Son illər rayonda balıq yetişdirilməsinə də maraq artıb. Belə sahibkarlıq subyektlərindən biri də Qarabağlar kəndində fəaliyyət göstərən “Asnı” forel balıqyetişdirmə təsərrüfatıdır. Təsərrüfatın rəhbəri İnşallah Abbasovdur. O, Sahibkarlığa Kömək Fondundan aldığı 217 min manat kredit hesabına 2008-ci ilin may ayında geniş təsərrüfat yaradaraq sahibkarlıq fəaliyyətinə başlamışdır. İnşallah Abbasov söhbət zamanı bildirdi ki, kənddə çağlayan saf və bol sulu Asnı çayının hövzəsinə yaxın – suyun mənbəyindən təxminən 150 metr aşağıda münasib yer müəyyənləşdirdikdən sonra ərazidə əvvəlcə müxtəlif tutuma malik 18 hovuz tikiblər. Çayın suyunun borularla davamlı olaraq hovuzlara axıdılması təmin edilib. Su hovuzlarda lazımi səviyyəni aldıqdan sonra öz axarı ilə hovuzların aşağı tərəfində qoyulmuş çıxıntılardan birbaşa arxa tökülür. Beləliklə, hovuzlarda suyun səviyyəsi daim sabit qalır. Digər tərəfdən, hovuzlardakı su davamlı olaraq təzələnir ki, bu da balıqların bəslənilməsi üçün zəruri amillərdən biridir. Hovuzları qidalandıran çayın suyu da itkiyə məruz qalmır, çayın bol suyundan kənddəki əkin sahələrinin suvarılmasında istifadə olunur.

Ardını oxu...

Aprel ayından inşasına başlanılan Şərur Rayon Texniki Təlim və Peşə Məktəbinin və məktəbin yataqxana binasında tikinti işlərini “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları həyata keçirirlər.
Binaların hər biri zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq.
Üçkorpuslu məktəbin 2 korpusunda qəlib-beton işləri başa çatdırılıb, 3-cü korpusda isə bu işlər davam etdirilir. Binanın zirzəmi divarları yüksək keyfiyyətli materialla rütubətə qarşı izolyasiya edilib. Hazırda zirzəmi və birinci mərtəbədə hörgü və suvaq işlərinə başlanılıb. Binanın zirzəmisində hərbi kabinə, paltardəyişmə və idman müəllimi üçün otaqlar, beş emalatxana, elektrik və təsərrüfat otaqları, qarderob yerləşəcək.
İkinci və üçüncü mərtəbələrdə isə psixoloq, mühasib və müəllimlər otaqları, 15 sinif, 2 laboratoriya, 3 kompyuter sinfi, 2 elektron lövhəli sinif, 5 emalatxana və iclas zalı fəaliyyət göstərəcək. 270 şagird yerlik texniki təlim və peşə məktəbində inşaat işlərinin bu ilin oktyabr ayında yekunlaşdırılması nəzərdə tutulub.
40 otaqlı, 91 çarpayılıq yataqxana binasında da tikinti işləri sürətlə aparılır. Burada da üç mərtəbədə ar­tıq qəlib-beton işləri tamamlanıb, dördüncü mərtəbədə isə qəlib-beton işləri yekunlaşmaq üzrədir.
Qeyd edək ki, Şərur şəhərində inşa olunan bu obyektlərə kifayət qədər işçi qüvvəsi və texnika cəlb edilib, inşaatçılara hərtərəfli şərait yaradılıb. Bu da onlara tapşırılan vəzifəni keyfiyyətlə həyata keçirməyə imkan verir.

Xəbərlər şöbəsi

Şahbuz rayonunun ucqar yaşayış məntəqələrində quruculuq tədbirləri sürətlə davam etdirilir

Ulu Tanrı səxavətini bu yurd yerindən zərrə qədər də əsirgəməyib. Əsrarəngiz gözəllikləri, füsunkar təbiəti və təbiət abidələri, möhtəşəmlik rəmzi olan “səngərdən qalalı” dağları, suyu dişgöynədən bulaqları şair qələminin, rəssam fırçasının ilham mənbəyidir. Bir də ki, səmimi, qonaqpərvər, yurd sevgisini, torpaq təəssübünü hər şeydən uca tutan insanları var Şahbuzun.

Yolumuz bu yurd yerinədir

Naxçıvan şəhərindən çıxanda yenə də təbiətin şıltaqlığı tutmuş, yayın bu çağında yağış yağmağa başlamışdı. Aydınlıqdır, – deyə düşündüm, öz yerinə, öz yurduna yağır. Ancaq bir anda yadıma əkin-biçin mövsümünü yaşamağımız düşdü. Həmçinin gedəcəyimiz ünvanları – dağlıq bölgənin Ayrınc, Güney Qışlaq, Qızıl Qışlaq və Kükü kənd­lərini gözlərim önünə gətirdim...

Ardını oxu...

Ötən ilin payızında və cari ilin yazında muxtar respublikamızda 35 min 324 hektar sahədə taxıl əkini keçirilib. Zəmilərə aqrotexniki qaydada vaxtlı-vaxtında qulluq göstərilib. Bunun üçün taxılçılar dövlətin müəyyən etdiyi bütün yardımlardan təyinatı üzrə istifadə ediblər. Çəkilən zəhmət hədər getməyib. Sahələrdə bol məhsul yetişib. İyun ayının 10-dan taxıl tədarükünə başlanılıb. Məlumat üçün bildirək ki, taxıl biçini kampaniyası başlananadək bütün hazırlıq tədbirləri həyata keçirilib. Bu isə torpaq mülkiyyətçilərinin minbir zəhmətlə hasilə gətirdikləri məhsulun itkisiz tədarükünə və daşınmasına imkan verib.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, iyul ayının 8-dək 18 min 423 hektar sahədən 53 min 470 ton məhsul tədarük edilib. Bu da orta hesabla hər hektardan 29 sentner məhsul deməkdir.
Taxıl tədarükündə Şərur rayonu irəlidə gedir. Belə ki, bu bölgədə 5105 hektar sahədən 15 min 340 ton məhsul tədarük olunub. Babək rayonunda da taxıl biçini sürətlə davam etdirilir. Bölgədə 5100 hektar sahənin məhsulu yığılıb. Taxılçılar 15 min 110 ton məhsula sahib olublar. Culfa rayonunda da taxıl biçini mütəşəkkil qaydada təşkil edilib. Rayonda 3550 hektar sahədə taxıl biçini yekunlaşdırılıb. Zəmilərdən 9970 ton məhsul götürülüb. Ordubadlıların da sevinci hədsizdir. Qeyd edək ki, muxtar respublikada taxıl biçininə ilk onlar başlayıblar. Bu günədək rayonda 1770 hektar sahədən 4870 ton məhsul tədarük edilib. Kəngərli rayonunun taxılçıları 1485 hektar sahədən 4140 ton məhsul götürüblər. Sərhəd bölgəmiz olan Sədərək rayonunun taxılçıları 920 hektar sahədə taxıl biçinini başa çatdıraraq 2726 ton məhsula sahib olublar. Naxçıvan şəhərinin torpaq mülkiyyətçiləri 460 hektar sahədən 1225, şahbuzlular 33 hektar sahədən 89 ton məhsul yığıblar.
Taxıl biçini davam edir.

Xəbərlər şöbəsi

Muxtar respublikada əhaliyə göstərilən rabitə xidmətinin səviyyəsini yüksəltmək məqsədilə həyata keçirilən tədbirlər bu sahədə yüksək nəticələrə nail olunmasına imkan vermişdir. Həmin tədbirlərdən Culfa rayonuna da xeyli pay düşmüşdür. Rayon Rabitə İdarəsindən aldığımız məlumata görə, bu gün bölgə sakinləri ikisi Culfa şəhərində, 12-si kənd yaşayış məntəqələrində olmaqla, 14 avtomat telefon stansiyasının xidmətindən istifadə edir. Müntəzəm olaraq rabitəçilər ATS-lərdə reydlər aparır, texniki göstəricilərin normativlərə uyğun olub-olmadığı yoxlanılır, sıradan çıxmış akkumulyatorlar yeniləri ilə əvəz olunur. Rayonda son 6 ayda 61 yeni telefon xətti çəkilərək, ümumilikdə, abonentlərin sayı 5491-ə çatdırılmışdır. Xətt təsərrüfatında müntəzəm olaraq təmir işləri aparılır, əhalinin keyfiyyətli rabitə xidmətindən istifadəsi yaxşılaşdırılır.
Qeyd olunmalıdır ki, muxtar respublikanın digər bölgələrində olduğu kimi, bu rayonda da genişzolaqlı internet istifadəçilərinin sayı artıb. Rayonda internet istifadəçilərinin sayı 800-ə çatıb. Göydərə, Saltaq, Xanəgah və başqa kəndlərdə əhalinin bu rabitə növündən istifadəsinin reallaşdırılması sakinlər tərəfindən razılıqla qarşılanır.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikasında əlverişli sahibkarlıq və biznes mühitinin formalaşması xarici iş adamlarının da bölgəmizə investisiya  yatırmaqla yeni istehsal sahələri yaratmasına səbəb olmuşdur. Belə müəssisələrdən biri də Naxçıvan şəhərindəki Şəhriyar 1 ünvanında fəaliyyətə başlayan “Nuhçıxan” Məhdud Məsuliyyətli Cəmiyyətidir. 

“Nuhçıxan” MMC-nin əməkdaşı Onur Qaraxan söhbətində qeyd etdi ki, əvvəllər Naxçıvana, sadəcə, turist kimi səfərlər edərdik. Bu bölgədə özəl bölməyə, sahibkarlıq fəaliyyətinə yaradılan şəraiti görüb biz də investisiya qoymaqla yeni bir istehsal sahəsi yaratmaq qərarına gəldik. 2012-ci ilin may ayında müəssisə üçün ayrılmış binada əsaslı təmir və yenidənqurma işlərinə başlanıldı. Təqribən, bir il müddətində inşaat işləri başa çatdırıldı. Layihəyə uyğun tikilən üçmərtəbəli binada istehsal sexləri, xammal və hazır məhsulların saxlanılması üçün anbar, laboratoriya, yeməkxana, inzibati və digər yardımçı otaqlar istifadəyə verilmişdir. Ümumilikdə, müəssisə üçün ayrılmış binanın yenidən qurulmasına və müasir texnoloji avadanlıqların alınmasına 2 milyon manat vəsait sərf olunmuşdur.

Ardını oxu...

Şərurda meyvə bağlarının sahəsi genişlənir

Düzgün ekoloji siyasətin bəhrələri muxtar respublikamızda da qabarıq hiss olunur. Son illərdə doğma diyarımızda 100 hektardan artıq yeni meyvə bağları, meşə massivləri, yaşıllıq zolaqlarının yaradılması, yüz hektarlarla sahədə meşəbərpa işlərinin aparılması bunun parlaq təzahürüdür. Bu yaşıllıqların fonunda muxtar respublikamızda həyata keçirilən misilsiz tikinti-quruculuq işləri daha füsunkar və diqqətçəkici görünür. Təqdirəlayiq haldır ki, tikilib istifadəyə verilən hər bir obyektin həyətində, ətrafında geniş abadlıq və yaşıllaşdırma tədbirləri görülür. Bu isə regionumuzda yaşıllaşdırma işlərini quruculuq tədbirlərinin tərkib hissəsi kimi səciyyələndirməyə əsas verir.

Deməli, bunun üçün də dövlətimiz böyük vəsait sərf edir. Əsas məqsəd isə insanların sağlamlığını təmin etmək, ekoloji cəhətdən saf və təmiz mühitdə yaşam tərzinə nail olmaqdır. Bunun əhəmiyyətini dərk edən insanlar da yaşıllaşdırma tədbirlərində fəal iştirak edir, bu sahədə qüvvələrini əsirgəmirlər. Muxtar respublikamızda artıq neçə illərdir ki, ənənəvi qaydada keçirilən iməciliklərdə insanların mütəşəkkillik nümayiş etdirməsi, əsl vətəndaşlıq fəallığı göstərməsi onların bu xeyirxah işə necə önəm verdiklərinin göstəricisidir.

Ardını oxu...

Cari ildə Naxçıvan şəhərində aparılan işlər, sözün həqiqi mənasında, göz oxşayır.Tikilən binalar, salınan gülkarlıqlar şəhərimizin gözəlliyinə gözəllik qatır. İctimai yaşayış və inzibati binaların tikintisi, təmiri və yenidən qurulması ilə yanaşı, meydan və parklarda da abadlıq işləri aparılır.
Cari ilin yanvar ayının əvvəllərindən şəhərimizin yeni simvoluna çevriləcək saat qülləsi inşa olunur. Hazırda saat qülləsində işlər yekunlaşmaq üzrədir. Milli və müasir memarlıq ənənələrinin sintezi əsasında qurulan qüllənin ətrafında, təxminən 1200 kvadratmetr ərazidə park salınıb. Qüllənin yerləşdiyi ərazinin hər iki girişində tağvari giriş qapıları inşa olunub, ərazidə müasir işıqlandırma sistemləri və oturacaqlar quraşdırılıb, daş döşənilməsi işi başa çatdırılıb. Hazırda yaşıllaşdırma işləri aparılır. İnşa olunan yeni qüllənin hündürlüyü 21 metrdən çoxdur. Qüllənin üzlərində dörd böyük saat yerləşdiriləcək. Hər bir saat uzaq məsafələrdən aydın görünəcək.
Məlumat üçün bildirək ki, saat qülləsinin aşağı hissəsində hədiyyə mağazası fəaliyyət göstərəcək.

Xəbərlər şöbəsi

Müasir dövrdə nağdsız formada həyata keçirilən ödənişlərin əhəmiyyəti artmaqdadır. Muxtar respublikamızda da bu iş uğurla davam etdirilərək iqtisadi fəaliyyət sahələrində mümkün olan maliyyə əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsilə aparılması mühüm vəzifələrdən biri kimi qarşıya qoyulmuşdur. Bu sahədə əsas məsələlərdən biri də POS-terminalların quraşdırılmasıdır. Muxtar respublikada POS-terminallar, əsasən, ictimai iaşə obyektlərində, ərzaq, inşaat və tikinti materiallarının satışı mağazalarında, restoranlarda, əczaxanalarda, yanacaqdoldurma məntəqələrində, Dövlət Yol Polisi maşınlarında və digər xidmət müəssisələrində quraşdırılmışdır.
POS-terminallar vasitəsilə ödəniş kartı sahibləri gündəlik ərzaq və təsərrüfat mallarının, tikinti materiallarının, mebel avadanlıqlarının, benzin və dizel yanacaqlarının, otel və ictimai iaşə xidmətlərinin, Naxçıvan-Bakı-Naxçıvan aviareysinə uçuş biletlərinin dəyərini, gömrük rüsumlarını, Dövlət Yol Polisinə ödənilən cərimə və ya rüsumları öz ödəniş kartları ilə asanlıqla ödəyə bilərlər. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumata görə, cari ilin ilk altı ayı ərzində quraşdırılmış POS-terminalların sayı 187-yə çatdırılmışdır. Xatırladaq ki, 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə POS-terminalların sayı 97 ədəd artmışdır.

Xəbərlər şöbəsi

Muxtar respublikamızın qədim tarixi, zəngin mədəniyyəti, yeraltı və yerüstü sərvətlərindən onun hər bölgəsinə, hər kəndinə pay düşüb. Bəlkə də, buna görədir ki, hər bir kənd fərqli coğrafiyanı, özünəməxsus tarixi və etimologiyanı əks etdirir. Ancaq elə kəndlərimiz də var ki, sadəcə, regionda deyil, ümumilikdə, ölkəmizin hər yerində tanınır. Kiçikdən-böyüyə, demək olar ki, tez-tez adını səsləndirdiyimiz Sirab kəndi də məhz belə kənd­lərdəndir. Budəfəki səfərimiz sirli sular məskəni olan Sirab kəndinədir.
Sirab kəndi Babək rayonunun inzibati ərazisinə aid olub, rayon mərkəzindən 14 kilometr uzaqlıqda, dağətəyi bir ərazidə yerləşir. Kənd qədim tarixə malik yurd yerlərindən biridir. Muxtar respublikanın əksər kəndlərində olduğu kimi, burada da nekropollar aşkarlanıb. Kəndin cənub hissəsində təxminən 5 hektara yaxın ərazidə yerləşən nekropolda üzərində qədim yazıları olan qəbirüstü daşlara indi də rast gəlmək mümkündür. Aparılan tədqiqatlar Sirab kəndində bir zamanlar mövcud olmuş mis mədənlərinin qalıqlarını üzə çıxarıb. Xalxaldan Quyuludağa doğru uzanan torpaq yolun sol tərəfində yerləşən bu mədən qalıqlarından tapılmış maddi sübutlar Tunc və Dəmir dövrlərinə aiddir. Bu, bir zamanlar burada, indiki dillə desək, mis istehsalı müəssisələrinin olduğunu göstərir. Sirab kəndindən 3 kilometr şimal-qərb istiqamətində yüksək cilalanma qabiliyyətinə malik və əsasən, dekorativ daş kimi bəzək məmulatlarının hazırlanmasında istifadə olunan araqonit yatağı var. “Kəlbəağıl” deyilən vadidəki yaşı bilinməyən, keçmişdən sonu görünməyən, gələcəyə axan məşhur mineral su yatağı “Sirab” məhz bu kənddə yerləşir.

Ardını oxu...

Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti üçün yeni binanın inşası davam etdirilir. Binanın inşasına ötən ilin noyabr ayından başlanılıb. Altı mərtəbədən ibarət binada qəlib-beton işləri başa çatdırılıb. Binanın son mərtəbəsi mansard tiplidir. 
Hazırda binada kommunikasiya xətlərinin çəkilişi aparılır. Binanın tikintisində yerli inşaat materiallarından istifadə olunur.
Məlumat üçün bildirək ki, obyektə çox sayda texnika və işçi qüvvəsi cəlb edilib. Tikinti işlərini “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları həyata keçirirlər. İnşaatçılar obyektin vaxtında təhvil verilməsinə səy göstərirlər.

Xəbərlər şöbəsi

Muxtar respublika ərazisində yaşıllıq zolaqlarının salınması ekoloji vəziyyətin dəyişməsinə xidmət edir. Ağac əkmək qədər onlara qulluq etmək də günün vacib tələblərindən biridir. Ötən həftə muxtar respublika ərazisində keçirilən iməciliklərdə də yaşıllıq zolaqları yaradılan ərazilərdə, park və xiyabanlarda ağaclara, bəzək kolları və gülkarlıqlara qulluq göstərilib.
Şənbə iməciliyi çərçivəsində Naxçıvan şəhərində keçirilən iməciliklərdə 5000 nəfərə yaxın sakin iştirak edib. İməciliklərə Şərur rayonundan 4150, Babək rayonundan 3900, Ordubaddan 2850, Culfadan 2600, Kəngərlidən 1300, Şahbuz rayonundan 2348, Sədərək rayonundan 751 nəfər qatılmışdı. Ümumilikdə, muxtar respublika ərazisində keçirilən iməci­liklərdə 22900-ə yaxın sakin iştirak edirdi.

Ardını oxu...

Muxtar respublikamızda geniş vüsət alan quruculuq işləri daha da genişləndikcə yurdumuzun yaşayış məntəqələri öz simasını dəyişərək abadlaşır, gözəlləşir. Gərgin zəhmətlə ərsəyə gələn hər yeni bina, hər geniş yol sayəsində həyat daha da keyfiyyətli hala gəlir, torpağa bağlılıq dərinləşir. Bu baxımdan Şahbuz rayonunda da həyata keçirilən quruculuq işləri bu rayonun ən ucqar kəndlərinə qədər uzanıb gedərək quruculuğun sərhəd tanımadığını bir daha göstərməkdədir.
Əgər Şahbuz istiqamətinə çox deyil, cəmi bir il bundan əvvəl yolu düşənlər indi ilin bu gözəl çağında bir də təşrif buyursalar, dediklərimizə özləri şahid olarlar. Naxçıvan şəhərindən başlayan Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun hələ ilk kilometrindən insan əli ilə yaradılan möcüzələrin təəssüratı altına düşürsən. Doğrudan da, çox uzaq olmayan keçmişdə inşası illərlə uzanıb gedən yol, körpü tikintisi işlərinin indi bir neçə ay müddətində belə keyfiyyətlə yerinə yetirilməsi inandırıcı gəlmir. Deməli, dəyişən çox şeylər vardır. Dəyişən təkcə görülən işlərdə istifadə olunan yeni texnika deyil, həm də onlardan istifadə texnologiyası və işə yaradıcı, doğma münasibətdir. Tikilən, qurulan nə varsa, bizim və bizim övladlarımız üçündür. İlin bu gözəl çağında Şahbuzun təkcə füsunkar təbiəti ilə deyil, həm də müasir sosial-iqtisadi inkişafı ilə tanış olmaq üçün bu rayona yollandıq.

Ardını oxu...

Hələ keçmiş zamanlardan yol çəkdirənləri, körpü saldıranları ata-babalarımız minnətdarlıqla xatırlayıb, onların adını hörmətlə anıblar. Yolda bir daş, kəsək görüblərsə, kənara atıblar, təmizləyiblər. Dünya yaranandan bu tərəfə insan oğlunun rahat yola ehtiyacı olduğu kimi, yolların da insanlara, onların qayğısına ehtiyacı olub. Rahat yol uzaq məsafələri qısa edib, gediş-gəlişi asanlaşdırıb. Nahamar yol isə əksinə. Üzərindən o qədər də uzun vaxt keçməyib. Sovet dövründə ucqar kəndlərdə ara-sıra məktəb, mədəniyyət evi, klub və sair tikilərkən belə, həmin ünvanlara gedən yolların rahatlığı “unudular” və ya çox səthi olaraq öz həllini tapardı. Bu da kəndlə şəhər arasındakı fərqi ortaya qoymaq üçün sanki bir sübut rolunu oynayardı. Ədəbi nümunələrimizin də canına hopmuş bu kənd yollarının son dayanacağı hamımız üçün xəyal və müəmmadan başqa bir şey olmazdı. Daşlı-kəsəkli, tozlu-torpaqlı kənd yollarından şəhərə məsafə çox uzaq və yorucu görünərdi. Ancaq zaman keçdikcə bu uzaq və yorucu yollar bizə daha yaxın olmağa başladı.

Ardını oxu...

Muxtar respublikamızda aparılan quruculuq tədbirlərində yахın­dаn iştirаk еdən “Gəmiqаyа Dаş Məhsullаrı Sənаyе Kоmplеksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan şəhərində, Babək rayonunun Araz və Kəngərli rayonunun Qarabağlar kəndlərində istehsal müəssisələri, Kəngərli rayonunun Qarabağlar və Çalxanqala kəndlərinin ərazilərində isə daş karxanaları fəaliyyət göstərir. Daş karxanalarının yerləşdiyi dağlıq əraziyə avtomobil yolu, elektrik və su xətləri çəkilmiş, iaşə xidməti üçün əlverişli şərait yaradılmışdır. Daş karxanalarında əvvəlcə kəşfiyyat xarakterli qazıntı işləri aparılır və daş kəsilərək nümunə götürülüb keyfiyyəti yoxlanılır. Sonra isə blok şəklində kəsilən daşlar ağırtonnajlı maşınlarla Şahtaxtı stansiyasına daşınıb yük vaqonları ilə istehsal müəssisələrinə göndərilir. Kiçik daş parçaları isə Qarabağlar daş karxanasının yaxınlığında 2011-ci ilin əvvəlində istifadəyə verilmiş istehsal müəssisəsinə daşınıb müxtəlif çeşiddə tikinti materialları istehsal edilir.

Ardını oxu...

“Naxçıvanqaz” İstehsalat Birliyindən aldığımız məlumata görə, “Etimad-Naxçıvan” Məhdud Məsuliyyətli Cəmiyyətinin təcrübəli mütəxəssisləri tərəfindən tikintisi həyata keçirilən Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz xəttində son tamamlama işləri görülür. Layihəyə uyğun olaraq, uzunluğu 81,6 kilometr olan Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz kəmərinin tikintisində Türkiyə istehsalı olan izolyasiyalı metal borulardan istifadə edilib, diametri 559 millimetr, divarının qalınlığı 8 millimetr olan borular 1,8 metr dərinlikdən çəkilib. Yüksək keyfiyyətli qoruma sistemi ilə təchiz edilmiş örtük metal boruları korroziyadan qoruyaraq onun istismar müddətini xeyli artıracaqdır. Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz boru xəttinin Xok, Qıvraq, Tənənəm, Dizə, Maxta və Sədərək ərazisindən keçən hissələrində 6 ədəd qazpaylayıcı stansiya quraşdırılıb. Kəmərin 530 millimetrlik Culfa-Naxçıvan xətti ilə birləşmə və Sədərək rayonu ərazisindəki son nöqtələrində xəttin təmizlənməsi məqsədilə 2 ədəd xüsusi avadanlıq quraşdırılıb. Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz kəməri vasitəsilə yay aylarında gündəlik 80 min kubmetr, qış aylarında isə gündəlik 360 min kubmetr mavi yanacaq nəql olunacaqdır.

Xəbərlər şöbəsi

Sədərəkdə taxıl biçini ahəngdar gedir

Yay gəlib, günlər uzanıb. Kənd adamlarının işi-gücü, qayğıları da birə-on qat artıb yayın gəlişi ilə. Onlar qızmar Günəşi tarlada qarşılamaq üçün indi səhərlər daha erkən durub işə tələsirlər.
Sədərək rayonunda taxıl zəmiləri, kartof, bostan-tərəvəz tarlaları, biçənəklər göz işlədikcə uzanıb gedir. Torpağı bərəkətli, insanları zəhmətkeşdir bu yurdun. Cari ilin məhsulu üçün keçən ilin payızında 1146 hektara buğda, 571 hektara isə arpa toxumu səpilmişdir. Yaz əkinləri də müvəffəqiyyətlə başa çatdırılmışdır. 411 hektara arpa, 34 hektara paxlalı bitkilər, 104 hektara dən üçün qarğıdalı, 19 hektara günəbaxan, 95 hektara kartof, 412 hektara tərəvəz, 185 hektara bostan, 162 hektara yonca bitkiləri əkilmişdir.
Keçən il taxıl zəmilərindən 6120 ton məhsul toplanmışdır. Taxılçılar deyirlər ki, bu, dövlətin qayğı və köməyi sayəsindədir.
Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılmasına dair müvafiq qərara uyğun olaraq, Sədərəkdə 752 nəfər torpaq mülkiyyətçisinə 117 min 160 manat yardım verilmişdir.
Ötən ilin payızında rayonda keçirilən bir müşavirədə istifadəsi “unudulmuş” torpaqlarda taxılçılığı genişləndirmək və beləliklə də, ərzaq bolluğuna nail olmaq qərara alınmışdır. İndi Sədərək “kəhrəba dənizi”nə dönüb. Zəmilər bərəkətdən soraq verir. Artıq 705 hektar sahənin taxılı biçilmişdir. Hektarın orta məhsuldarlığı isə hələlik 29,2 sentnerdir.
İyunun əvvəlində Sədərək Rayon İcra Hakimiyyətində keçirilən iclasda taxıl tədarükü üçün texnikanın hazırlanması, məhsulun vaxtında və itkisiz yığılmasına köməklik göstərilməsi ilə bağlı məsələ müzakirə edilmişdir.

Ardını oxu...

Regionumuzun təbii resurslarından səmərəli istifadə yeni elektrik stansiyalarının tikintisinə geniş imkanlar açmış, 2011-ci ilin fevral ayında Şərur rayonu ərazisindəki Arpaçay üzərində gücü 20,5 meqavat olan Arpaçay və noyabr ayında Ordubad rayonu ərazisində Araz çayı üzərində gücü 36 meqavat, illik elektrik enerjisi istehsalı 190 milyon kilovat-saat olacaq derivasiyatipli Ordubad Su Elektrik stansiyalarının, 2012-ci ildə Arpaçayın aşağı gölü üzərində 1,4 meqavat güclü “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisinə başlanılmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyindən aldığımız məlumata görə, tikintisinə 2011-ci ilin fevral ayından başlanılan Arpaçay Su Elektrik Stansiyasında 3 turbin və 3 generator quraşdırılmış, stansiya binasının tikintisi başa çatdırılmışdır. Ərazidə yeni elektrik yarımstansiyası qurulmuş, istehsal olunan elektrik enerjisinin şəbəkəyə ötürülməsi məqsədilə 14 kilometr uzunluğunda 110 kilovoltluq elektrik verilişi xətti çəkilmişdir. Arpaçay Su Anbarından stansiyaya qədər 1100 metr uzunluğunda tunel çəkilmiş, 45 metr dərinliyində havaboşaldıcı və su anbarından tunelə suyun ötürülməsi məqsədilə su­ötürücü dəmir-beton qurğu inşa edilmişdir.
Elektrik stansiyasının gücü 20,5 meqavat, illik istehsalı isə 60 milyon kilovat-saatdır. Hazırda elektrik stansiyası 17 meqavat güc ilə sınaq rejimində işləyir. İdarəetmə otağında quraşdırılan müasir avadanlıqlar və kompyuter dəstləri stansiyanın iş rejimini daim nəzarətdə saxlamağa imkan verir.

Ardını oxu...

Ölkəmizdə, eləcə də muxtar respublikamızda digər sahələrlə yanaşı, iqtisadiyyatın lokomotivi rolunu oynayan sənaye sahəsinin də hərtərəfli inkişafına geniş imkanlar açılmışdır. Muxtar respublikada bu istiqamətdə həyata keçirilən islahatların başlıca məqsədi mövcud sənaye müəssisələrinin fəaliyyətinin bərpası və yenidən qurulmasından, yeni müəssisələrin yaradılmasından, sənaye məhsulları istehsalının təşkilindən, təbii sərvətləri və əmək resurslarını səfərbər etməklə dayanıqlı və davamlı inkişafın təmin edilməsindən ibarətdir. Sənaye sahəsində həyata keçirilən islahatların uğurlu nəticəsidir ki, muxtar respublikada yeni sənaye müəssisələri işə başlamış, müxtəlif adda sənaye məhsulları istehsalına əlverişli şərait yaradılmışdır. Son illər həyata vəsiqə alan “Gəmiqaya Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Gəmiqaya Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətində də müasir texnoloji avadanlıqlar quraşdırılmışdır.
“Gəmiqaya Sənaye Kompleksi” MMC ilə “Gəmiqaya Nəqliyyat” MMC tərəfindən ötən ilin sonunda universal avtomaşın istehsalı üçün müştərək layihə hazırlanmışdır. 2013-cü ilin mart ayında bu layihə uğurla başa çatdırılmış, Naxçıvanda universal avtomaşının ilk nümunəsi istehsal edilmişdir. Dünya bazarında 150 min avro dəyərində qiymətləndirilən universal avtomaşının analoqunun Naxçıvanda istehsal edilməsi mühüm hadisədir və sənaye sahəsində əldə edilən yüksək nailiyyətlərdəndir. Uzunluğu 4 metr 90 santimetr, eni və hündürlüyü 2 metr 80 santimetr olan avtomaşının ümumi ağırlığı 2 ton 850 kiloqramdır. 100 HB at gücü olan və 3000 CC turbo mühərriklə təmin olunmuş avtomaşın dizel yanacağı ilə işləyir. Yanacaq çəninin tutumu 148 litr, yanacaq sərfi 100 kilometr-saatda 10 litr olan yeni universal avtomaşın yaz və qış mövsümlərində tırtılları dəyişdirilməklə müxtəlif hava şəraitində yüksək manevr etmək imkanlarına malikdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyindən aldığımız məlumata görə, bu ilin ilk altı ayında nazirlik və onun yerli vergi orqanları tərəfindən operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 54 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib. Operativ nəzarət tədbirləri zamanı 17 vergi ödəyicisi tərəfindən əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 16 vergi ödəyicisi tərəfindən isə xarici valyutanın ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkarlanıb.
Məlumatda o da bildirilib ki, 4 vergi ödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 11 vergi ödəyicisinin xüsusi razı­lıq tələb olunan fəaliyyət növləri ilə belə razılıq olmadan məşğul olmaları, 3 vergi ödəyicisində aksiz markası olmadan alkoqollu içki və tütün məmulatlarının satışı faktları qeydə alınıb. Vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərən şəxslərin aşkar edilməsi ilə bağlı həyata keçirilən nəzarət tədbirləri zamanı 3 belə hal aşkara çıxarılıb və müvafiq tədbirlər görülüb. Bundan başqa, vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 16 vergi ödəyicisində xronometraj metodu ilə müşahidələr aparılıb və müşahidələr zamanı müşahidəyədək olan dövrlərlə müqayisədə 21 min 939 manat dövriyyə artımına nail olunub.

Xəbərlər şöbəsi

... Abad, gözəl görkəmdə görərsən hər birini.
Ordubad rayonunun Gəmiqaya qolu üzərində yerləşən kəndlərində aparılan kompleks quruculuq tədbirlərindən yazı hazırlamalı idik. Ucqar dağ kəndlərinə gedəcəyimizi nəzərə alaraq, Naxçıvan şəhərindən vaxtlı çıxmağı planlaşdırmışdıq. Redaksiyadan rayona yola düşərkən səhər tezdən idi. Naxçıvan-Ordubad magistralının Aza kəndi istiqamətindən sola ayrılan yerdə avtomobili saxladıq. Bu an yolda inşaat materialları ilə dolu olan maşın karvanı göründü. Adətən, bu istiqamətdə gedən maşınlar burada dayanır, sürücülər maşının sazlığını yoxlayır, sonra yola düşürlər. Yük maşınlarının sürücüləri də dayanıb maşınların sazlığını yoxlamağa başladılar. Onlarla elə iş başında həmsöhbət olmaq istədik. Özünü Surxay Kazımov kimi təqdim edən ortayaşlı sürücü bildirdi ki, Nürgüt kəndinə gedirlər.
Bir qədər söhbətdən sonra sürücülər də, biz də yola düzəlirik. Təkcə bağlar diyarının deyil, muxtar respublikanın ən füsunkar ünvanlarından olan, Gəmiqayayadək uzanan bu yol ilk andan sərnişinlərə xoş təəssüratlar bağışlayır. Minbir zümzümə ilə axan Gilançaydan qalxan xəfif meh insanın ruhunu təzələyir. Xüsusilə də ilin bu vaxtı. Budur, bu təəssüratları ilk olaraq Sabirkənd yaşayış məntəqəsində alırıq. Bu kənddə də quruculuq tədbiri həyata keçirilir. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları bu yaşayış məntəqəsində 4 mərtəbədən ibarət yeni məktəb binasının tikintisində çalışırlar. Evi məktəb binasına yaxın olan kənd sakini Şahvələd Məmmədov Sabirkəndə göstərilən qayğıya görə dövlətimizə minnətdarlığını bildirir. Vurğulayır ki, ötən illərdə Sabirkənddə kənd və xidmət mərkəzləri, məscid binası, həkim ambulatoriyası istifadəyə verilib. Kəndin yoluna qara örtük salınıb. Bu gün Sabirkənd müasir Azərbaycan kəndinin nümunəsidir. Kənd adamları da onlara göstərilən diqqət və qayğıdan ruhlanaraq qurub-yaradır, iqtisadi inkişafımıza öz töhfələrini verməyə çalışırlar. Yaşayış məntəqəsində bir qarış torpaq belə, əkilməmiş qalmır. Bu gün bu qiymətli sərvət kənd adamının halal qazanc mənbəyinə çevrilib. Bunu yol kənarlarındakı əkin sahələrində də görürük. Sabirkənddə, əsasən, meyvəçilik, əkinçilik və tərəvəzçilik inkişaf etdirilir. Göz işlədikcə uzanan münbit torpaqlarda yeni salınmış meyvə bağları, taxılı biçilməkdə olan zəmilər, məhsulu toplanılan tərəvəz əkini sahələri qaynar həyatdan soraq verir. Bu yerlərə yaxşı bələd olduğumdan yaşayış məntəqəsinin neçə illər əvvəlki görkəmini xatırlayıram. Yadıma elə bu kəndin sakini, ixtisasca aqronom olan İsrafil Məmmədovun söhbəti düşür:

Ardını oxu...

Cari ildə Şahbuz rayonunun bir neçə ucqar dağ kəndi kompleks qurucu­luq tədbirləri həyata keçirilən tikinti meydançasına çevrilib. Rayonun Qızıl Qışlaq və Güney Qışlaq kəndlərinə də bu tədbirlərdən pay düşüb. Öncə onu qeyd edək ki, Şahbuz şəhərinin bu istiqamətə çıxacağından başlayaraq yolların təmirinə başlanılıb. Ötən müddət ərzində inşaatçılar yolların genişləndirilməsini başa çatdırıb, hamarlama işləri aparıb, adıçəkilən yaşayış məntəqələrinə müxtəlif istiqamətlərdə 6 körpü salıb, 9 su keçidi inşa ediblər.  Hər iki kənddə quruculuq tədbirlərini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şahbuz Rayon İdarəsinin kollektivi həyata keçirir. Qızıl Qışlaq kəndində 3 bina inşa olunur. Binalardan biri kənd tam orta məktəbi üçün nəzərdə tutulub. İş icraçısı Qaçay Paşazadədən aldığımız məlumata görə, 110 şagird yerlik məktəb binası zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Burada tikinti işləri əsasən başa çatdırılıb, çardaq hissə qurulub. Hazırda qapı-pəncərələr salınır, digər tikinti tədbirləri həyata keçirilir. 
Məktəb binasının yaxınlığında kənd mərkəzi inşa olunur. İki mərtəbədən ibarət olacaq binanın birinci mərtəbəsində inşaat işləri yekunlaşdırılıb, hazırda ikinci mərtəbədə qəlib işləri görülür.
Ucqar dağ kəndinin sakinlərinə daha bir dövlət qayğısı isə bu yaşayış məntəqəsində xidmət mərkəzinin tikintisidir. Burada tikinti işləri başa çatdırılıb, binaya suvaq çəkilir, çardaq qurulur.
Quruculuq tədbirləri Güney Qışlaq kəndini də əhatə edir. Burada hazırda iki mərtəbədən ibarət kənd mərkəzi inşa olunur. Kənd mərkəzinin birinci mərtəbəsində poçt, ATS, tibb və polis sahə məntəqələri, ikinci mərtəbədə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, klub və zal yerləşəcək. Qeyd edək ki, yaxın günlərdə Güney Qışlaqda xidmət mərkəzinin də tikintisinə başlanılacaq. Bütün obyektlərdə inşaatçılar üçün normal iş şəraiti yaradılıb.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, muxtar respublikanın taxıl əkilən ərazilərində biçin kampaniyası mütəşəkkil şəkildə davam etdirilir.
Nazirlikdən bildirilib ki, 3 iyul tarixə muxtar respublikanın 6 min 396 hektarlıq taxıl əkini sahəsində biçin həyata keçirilib. 2 min 725 hektar buğda, 3 min 671 hektar arpa əkilən sahələrdən, ümumilikdə, 16 min 512 ton məhsul əldə edilib. Buğda sahələrindən 6 min 800 ton, arpa sahələrindən 9 min 712 ton məhsul toplanıb. Hektarın orta məhsuldar­lığı 25,9 sentner olub. Buğda sahələrinin orta məhsuldarlığı 24,9, arpa əkilən sahələrin orta məhsuldarlığı 26,4 sentner təşkil edib. Hazırda biçin kampaniyasına 74 taxılbiçən kombayn, habelə xeyli sayda nəqliyyat vasitəsi, qoşqu və digər texnika cəlb olunub.
Qeyd edək ki, aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi sayəsində zəmilərdə bol məhsul yetişib. Ümumilikdə, biçin kampaniyası dövründə 35 min 324 hektar sahənin taxılı biçiləcək.

Xəbərlər şöbəsi

Naxçıvan şəhərinə respublikamızın digər bölgələrindən, xarici ölkələrdən gələn qonaqlarla dəfələrlə həmsöhbət olmuş, onların qədim, qədim olduğu qədər də müasirliyə qovuşmuş şəhərimiz haqqında təəssüratlarını dinləmiş, müsahibələr almışıq. Qürur hissi duymuşuq ki, diyarımız haqqında belə xoş sözlər eşidirik. Sirr deyil ki, son illər Naxçıvan şəhəri öz gözəl siması ilə, doğrudan da, vəsf olunmağa layiq bir ünvana çevrilmişdir. Bunun kökündə duran amilləri axtarsaq, öncə ümummilli liderimiz Heydər Əliyevin yoluna sədaqəti, dahi rəhbərin uzun illər üçün müəyyənləşdirdiyi yenilikçi strategiyanı, ulu öndərin ölkəmizin gələcəyinə hesablanmış siyasətinin uğurlu davamını, naxçıvanlıların yurd yerinə bağlılıqlarını görərik.

Bu bağlılığın ifadəsidir ki, diyarımızın bütün bölgələri kimi, paytaxt Naxçıvan şəhəri də bu gün öz inkişafının yeni mərhələsindədir. Sözümün bu yerində bir haşiyə çıxmaq istəyirəm. Ötən həftə Bakı şəhərinə gedərkən paytaxta yaxın bir neçə rayonda oldum. Naxçıvana qayıdarkən keçdiyim şəhərlərə də diqqət yetirdim. Bu ünvanlarda da quruculuq tədbirlərinin aparıldığını gördüm. Ancaq, sözün həqiqi mənasında, bir daha inandım ki, belə tədbirlərdə Naxçıvan öndə gedir və bu qədim yurd yerinə gələn qonaqların da bunu etiraf etmələri bu günün reallığının ifadəsidir. Bir məsələni də xüsusi vurğulamaq istəyirəm. Bu, Naxçıvan şəhərində quruculuq tədbirləri həyata keçirilərkən, hər şeydən əvvəl, qədimliklə müasirliyin vəhdətinin qorunmasına diqqətlə yanaşılmasıdır. Daha dəqiq desək, müasirlik qədimlikdən qaynaqlanır ki, bu da ulu keçmişə, o dövrlərdə yaradılmışlara ehtiramın ifadəsi kimi diqqəti çəkir. 

Ardını oxu...

Redaksiyadan muxtar respublikamızda taxıl biçininin gedişi ilə bağlı reportaj hazırlamaq tapşırığı alanda ilk olaraq hansı bölgəyə getməyi soruşdum. Bildirdilər ki, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları ilə Kəngərli rayonuna gedirsiniz.
Redaksiyadan çıxanda saat 10 radələri idi. Nazirliyin əməkdaşı Xaliq Abbasov bildirdi ki, vaxtında çatacağıq. Çox tez getməyin xeyri yoxdur. Çünki səhər çağlarında zəmilərə şeh gəldiyindən biçinə başlamaq olmaz. Ona görə mexanizatorlar gecə saatlarında da məhsul tədarük edirlər. Səhər saat 11-ə qədər kombaynlara texniki baxış keçirilir ki, işin qızğın çağında dayanma halları baş verməsin.
Nazirliyin digər əməkdaşı Zərrab Əfəndiyev söhbətə qoşulur:

Ardını oxu...

“Naxçıvan Muxtar Respublikası Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti bu mövsümdə də məhsulu yüksək qiymətə qəbul edir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 sentyabr 2008-ci il tarixli Sərəncamla təsdiq etdiyi “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq, muxtar respublikamızda ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Muxtar respublikamızda taxılçılığın inkişafı, istehsalın artırılması belə məhsulların saxlanılması üçün anbarların qurulması zərurətini yaratmış, 2009-cu ilin iyul ayında “Naxçıvan Muxtar Respublikası Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində 18 min ton tutuma malik uzunmüddətli və 20 min ton tutuma malik qısamüddətli taxıl ehtiyatı anbarları istifadəyə verilmişdir. 

Uzunmüddətli taxıl anbarı hər biri 3 min ton tutumu olan 6 bunkerdən ibarətdir ki, burada da ABŞ istehsalı olan yüksək texniki göstəricilərə malik müasir texnoloji avadanlıqlar quraşdırılmışdır. Həmçinin burada işçilərə normal iş şəraiti yaradılmış, 8 iş otağı, yeməkxana, laboratoriya və digər yardımçı otaqlardan ibarət inzibati bina tikilib istifadəyə verilmişdir. Müəssisə strateji əhəmiyyət daşıdığından burada ildırımötürücü qurğu və yanğından mühafizə sistemi quraşdırılmışdır. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir ki, torpaq mülkiyyətçilərinin istehsal etdiyi taxılın alıcı sarıdan heç bir problemi yoxdur. Muxtar respublikada taxılçılıqla məşğul olan sahibkarlardan buğdanın hər kiloqramı 30, qarğıda­lının hər kiloqramı isə 35 qəpikdən alınır. Bu, taxılçılığa olan marağın daha da artmasına səbəb olur. Taxıl ehtiyatı anbarında mövsümə hazırlıqla əlaqədar kompleks tədbirlər həyata keçirilmiş, havalandırma sistemində, ayrı-ayrı anbarlarda cari təmir işləri aparılmış, rəqəmsal tərəzi mütəxəssislər tərəfindən yoxlanılmış, laboratoriyaya baxış keçirilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişafı sürətləndirən mühüm amillərdən biri real sektora kredit dəstəyidir. Muxtar respublikanın sənaye, tikinti, kənd təsərrüfatı, nəqliyyat və rabitə, ticarət, xidmət və digər sahələrində işlərin genişləndirilməsi üçün cari ilin ilk beş ayı ərzində bank və qeyri-bank kredit təşkilatları tərəfindən 20 milyon 207 min manat kredit verilmişdir. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumata görə, verilmiş kreditlər arasında öz xüsusi çəkisinə görə kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi və istehlak kreditləri 33,6 faizlə ilk sıranı tutur. İkinci yerdə isə 28,4 faiz göstərici ilə kənd təsərrüfatını qeyd etmək olar. Bunları sırası ilə tikinti və maliyyə fəaliyyəti sahələrinə yönəldilən kreditlər izləyir. Ötən ildən başlayaraq ipoteka kreditlərində yaranan artım bu il də davam etmiş, təkcə cari ilin ilk beş ayı ərzində 330 min manat ipoteka krediti verilmişdir ki, bu da ötən ilin müvafiq dövründən 13,8 faiz çoxdur.

 Əli CABBAROV

Naxçıvan şəhərinin Heydər Əliyev prospektində bir neçə obyektdə aparılan quruculuq işləri davam etdirilir. Onlardan biri də 44 nömrəli üçmərtəbəli yaşayış binasıdır. 27 mənzilli binanın əsaslı təmirinə bu ilin aprel ayından başlanılıb.
Binanın eni 4 metr 70 santimetr artırılaraq 18 mənzil əlavə olunub. İş icraçısı İlqar Fərəcovun verdiyi məlumata görə, hazırda binada qapı və pəncərələr dəyişdirilir, üçüncü mərtəbədə isə hörgü işləri gedir.
Binanın birinci mərtəbəsinə üzlük travertin döşənib, dam örtüyünün vurulmasına başlanılıb. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları yaşayış binasını vaxtında təhvil vermək üçün səylə çalışırlar.

*    *    *

Muxtar respublikamızda müxtəlif təyinatlar üzrə aparılan tikinti-quruculuq işlərindən Əli­abad qəsəbəsindəki 16 nömrəli tam orta məktəbə də pay düşüb. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılan yenidənqurma işlərinə cari ilin aprel ayından başlanılıb. İş icraçısı Namiq İsmayılovun verdiyi məlumata görə, 869 şagird yerlik olacaq məktəb binasına bir mərtəbə və iki korpus əlavə olunub.
Üç mərtəbədən ibarət olacaq məktəb binasının birinci mərtəbəsində müəllimlər otağı, kitabxana və sinif otaqları, ikinci mərtəbədə fənn kabinələri və siniflər, elektron lövhəli sinif, kompyuter otağı, üçüncü mərtəbədə isə 2 elektron lövhəli sinif, 2 kompyuter otağı və digər sinif otaqları yerləşəcək.
Binanın zirzəmi hissəsində isə qazanxana, 3 fənn laboratoriyası, müəllim və şagirdlər üçün ayrı-ayrı yeməkxanalar olacaq. Hazırda yeni korpuslarda hörgü və suvaq işləri aparılır. Tikintidə təhlükəsiz­lik qaydalarına ciddi əməl edilir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR