22 Dekabr 2024, Bazar

Müasir dünya iqtisadiyyatının formalaşma tarixi onu göstərir ki, ölkələr iqtisadi-mədəni inkişafın bütün mərhələlərində məhz sənaye məhsulu istehsalı göstəriciləri ilə daha yüksək nəticələr əldə etmək üçün yarışmış, xalq təsərrüfatının digər sahələrində qazanılmış dəyərin bu şəkildə son məhsula çevrilməsi yollarını axtarmışlar. Son illərdə muxtar respublikamızda da sənaye məhsulu istehsalına göstərilən diqqət regionda təsərrüfat-iqtisadi əlaqələrin daha da dərinləşdirilməsinə, sərf olunan iş qüvvəsinin dəyərinin artırılmasına və beləliklə də, insanların rifah halının onilliklər keçəndən sonra deyil, ilbəil artırılmasına gətirib çıxarmışdır. Naxçıvan aqrar sahədəki ekstensiv inkişaf göstəriciləri ilə xatırlanan ucqar bir regiondan innovativ sahibkarlığın inkişaf etdirildiyi, yüzlərlə növ sənaye məhsulu istehsalına sərmayə yatırılan bir sənaye regionuna çevrilmişdir.

Ardını oxu...

İnformasiya texnologiyalarının inkişafı poçt sahəsində ənənəvi xidmətlərlə yanaşı, yeni qeyri-ənənəvi xidmət növlərinin də yaranmasını zərurətə çevirir. Muxtar respublikada istər informasiya-kommunikasiya texnologiyaları sektorunda, istərsə də poçt sektorunda yeniliklərin tətbiqinə xüsusi diqqət göstərilir. Bu sahələr daim yenilik tələb etdiyindən insanlara daha keyfiyyətli və rahat xidmətlər təklif edilir. Poçt sahəsində tətbiq edilən yeniliklərdən biri də bank-maliyyə xidmətləridir.
“Maliyyə xidmətlərinin inkişafı” layihəsinə uyğun olaraq, muxtar respublikada 82 poçt şöbə və bölməsi avtomatlaşdırılmış, yeni sistem üçün server qurulmuş, qurulan kompyuterlər lazımi proqram təminatı ilə təchiz edilmişdir. Yeni xidmətlərin göstərilməsi üçün poçt əməliyyatçılarına, energetika, qaz və su təsərrüfatı müəssisələrinin əməliyyatçılarına Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kurslar təşkil edilmiş, kursdan müvəffəqiyyətlə keçən işçilərə sertifikatlar verilmişdir.
İyul ayının 1-dən etibarən Naxçıvan şəhər sakinləri kommunal xidmət (elektrik, qaz və su) haqlarını poçt məntəqələrində də ödəyə biləcəklər.
Yaxın vaxtlarda muxtar respublikanın rayon və kənd poçt məntəqələrində də kommunal xidmət haqlarının yığılmasına başlanılacaq.
Cari ilin sonuna kimi poçt müəssisələri bank-maliyyə xidmətləri də göstərməyə başlayacaq. Bununla bağlı nazirlik tərəfindən Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinə bank-maliyyə xidmətlərinin göstərilməsi üçün ilkin müraciət edilib.

Naxçıvan Muxtar Respublikası
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidməti

Muxtar respublikada taxıl biçininin sürəti artır

Bu günlər muxtar respublikamızın taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinin, sahibkarlarının sevincinin həddi-hüdudu yoxdur. Daha bir taxıl tədarükü mövsümü uğurla davam etdirilir. Bu isə o deməkdir ki, süfrələrimiz yenə də yerli çörəklə bol olacaq. Belə bolluğa isə asanlıqla nail olmamışıq. 

Ulu öndər Heydər Əliyevin uzaqgörən aqrar siyasətinin son 17 ildə muxtar diyarımızda uğurla davam etdirilməsi nəticəsində böyük nailiyyətlər qazanılıb. Naxçıvan ölkəmizin öndə gedən regionuna çevrilib. Digər sahələrə toxunmadan muxtar respublikanın torpaq mülkiyyətçilərinin aqrar sahədə, konkret olaraq, taxılçılıqda qazandıqları uğurları, bu sahənin inkişafı üçün göstərilən diqqət və qayğını göz önünə gətirsək, tarix üçün qısa zaman kəsiyində böyük nailiyyətlərlə üz-üzə dayanmış olarıq. Bu gün bir qarış torpağımız əkilməmiş qalmır, dövlətimiz bu qiymətli sərvətdən səmərəli istifadə olunması üçün hərtərəfli şərait yaradıb. Zəhmətdən qorxmayan, torpağa daimi iş yeri kimi baxan insanlarımız bu şəraitdən səmərəli istifadə edir, yurdumuzun iqtisadiyyatının güclənməsinə çalışır, daxili bazarda yerli çörəyin xüsusi çəkisinin artmasında, süfrələrimizin ruzi-bərəkətinin daha çox olmasında səy və bacarıqlarını əsirgəmirlər. Ölkə başçısının “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamına əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə dövlət tərəfindən hər hektar sahə üçün 40 manat, bundan başqa, buğda istehsalçılarının maddi marağının artırılması və onların stimullaşdırılması ilə əlaqədar səpilən hər hektar buğda sahəsi üçün əlavə olaraq 40 manat vəsaitin verilməsi təmin olunub, həm kreditlərdən, həm də həmin yardımlardan təyinatı üzrə istifadə edilməsi diqqət mərkəzində saxlanılıb.

Ardını oxu...

“Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqı ərzaq məhsulları, tikinti materialları istehsal edən zavod və fabriklərlə yanaşı, yeni xidmət sahələri də yaratmışdır. 2011-ci ilin oktyabr ayında istifadəyə verilən ticarət mərkəzində alıcılara nümunəvi xidmət göstərilir.
Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan ticarət mərkəzi müasir memarlıq üslubunda inşa olunmuşdur. Binanın birinci mərtəbəsində məişət avadanlıqlarının, gündəlik tələbat mallarının, santexnika avadanlıqlarının və uşaqlar üçün əyləncə qurğularının, ikinci mərtəbədə isə xalçaçılıq və mebel məmulatlarının, elektrotexnika avadanlıqlarının, məişət cihazlarının satışı bölmələri fəaliyyət göstərir. Binada eskalator və lift sistemi quraşdırılmış, iş otaqları istifadəyə verilmişdir. Zirzəmi qatından isə böyük anbar kimi istifadə olunur. Burada quraşdırılan video-nəzarət sistemi ilə ərazini və alış-veriş obyektlərini müntəzəm müşahidə etmək mümkündür.
İnşaat materiallarının satışı binasında bütün növ tikinti və təsərrüfat mallarının satışı təşkil olunmuş, anbar istifadəyə verilmişdir. Açıq satış yerində isə, əsasən, topdan və pərakəndə satış həyata keçirilir. Burada müxtəlif ağır tikinti materiallarının satışı təşkil olunmuşdur. Ticarət mərkəzinin həyətində səliqə-sahman yaradılmış, fəvvarə quraşdırılmış, kafe istifadəyə verilmişdir.

Ardını oxu...

İlbəil abadlaşan, gözəlləşən və dəyişən Naxçıvan Muxtar Respublikasının qədimliyi, özünəməxsusluğu ilə seçilən Ordubad rayonu abadlıq və quruculuq işləri sayəsində simasını dəyişir, yeni quruculuq dövrünü yaşayır. Ötən gün yolumuzu Ordubaddan saldıq. Şəhərin mərkəzi küçəsi ilə üzüyuxarı qalxdıqca ilk müşahidə etdiyimiz hal qoca çinarların dəstəsinə qoşulmaq istəyən yol kənarlarında nizamla əkilmiş yeni çinar ağacları oldu. Ordubad ta qədimdən əsrlərlə yaşı olan çinarlarıyla məşhur olub.
Dünənin və bu günün qarşılıqlı vəhdətini tikinti-quruculuq tədbirlərinin sintezində də gördük, müşahidə etdik. Dar və qədim küçələriylə, qırxpillə kəhrizləriylə, meydanlarıyla muxtar respublikanın digər rayonlarından fərqlənən Ordubadda paralel olaraq yeni küçələr salınır, yollar çəkilir, inzibati binalar tikilir.
Hazırda Ordubad şəhərində və kənd­lərdə bir çox tikinti işləri aparılır. Ordubad şəhərində və Şəhriyar qəsəbəsində içməli su və kanalizasiya sistemləri yenidən qurulur. 2011-ci ilin dekabrından bu işə başlayan “Gəmiqaya Yol, Su, Enerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi, demək olar ki, işi yekunlaşdırmaq üzrədir.
Həmin təşkilatın bir qrup inşaatçısı isə Ordubad Su Elektrik Stansiyasının tikintisini həyata keçirir. Qeyd edək ki, hazırda burada uzunluğu 10 kilometrdən çox olan su kanalının tikintisi aparılır.

Ardını oxu...

İyunun 25-də Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin muxtar respublikada fəaliyyət göstərən taxıl emalı, milli çörək və yuxa istehsalı müəssisələrinin sahibkarları ilə görüşü keçirilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov çıxış etmişdir. Qeyd olunmuşdur ki, çörəyin strateji məhsul kimi mühüm əhəmiyyəti nəzərə alınaraq, muxtar respublikamızda taxılçılıqla məşğul olan sahibkarlara dövlət dəstəyi göstərilir, onların fəaliyyətinin stimullaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bunun nəticəsidir ki, məhsulun həcmi ilbəil artmaqdadır.
Bütün bunlarla yanaşı, muxtar respublikamızda istehsal olunan unun və çörəyin keyfiyyəti və təhlükəsizliyi də diqqətdə saxlanılır. Bildirilmişdir ki, bu ilin ötən dövrü ərzində 441 halda yuxa, 68 halda milli çörək, 36 halda buğda, 7 halda kəpək, 58 halda un məhsulundan nümunələr götürülərək “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində laboratoriya analizindən keçirilmiş və bütün nümunələrin normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyənləşdirilmişdir.
Nazir taxıl emalı müəssisələrinin sahibkarlarının qarşısında duran vəzifələrdən bəhs edərək demişdir ki, bütün növ unların tərkibinə dəmir komponenti vurulmalı, kənd təsərrüfatı məhsulları istehsalçılarından buğda və arpanın hər kiloqramı 30, qarğıdalının hər kiloqramı isə 35 qəpikdən tədarük olunmalı, müəssisələr tərəfindən tədarük və istehsal olunan, anbarlardakı xammal və hazır məhsul haqda məlumat İqtisadi İnkişaf Nazirliyinə təqdim edilməlidir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi şöbəsinin müdiri Namiq Əhmədovun və ayrı-ayrı sahibkarların çıxışları olmuş, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Xəbərlər şöbəsi

Şərur rayonunda əldə edilən nəticələr daha böyük uğurlardan xəbər verir

Tərəqqinin təməli möhkəmdir

Şərur təkcə muxtar respublikamızın deyil, ümumilikdə, ölkəmizin sayılıb-seçilən rayonlarındandır. Öz əzmkarlıqları, dövlətçiliyə sədaqət prinsiplərini əsas amala çevirmələri ilə fərqlənən şərurlular həmişə zəhmətləri ilə çətin işlərin öhdəsindən layiqincə gələ bilmişlər. Bu da maraqlı məqamdır ki, rayonun bütün iqtisadi göstəriciləri həmişə diqqətlə izlənilir. Hələ sovet dönəmində Şərur əməkçilərinin qazandığı uğurlar təqdir olunur, bölgə getdikcə şöhrətlənirdi. İndi isə, necə deyərlər, dövran dəyişib – sosializmdən bazar iqtisadiyyatının mühüm rol oynadığı başqa bir ictimai formasiyaya keçilib. Ancaq şərurluların işgüzarlığı, zəhmətsevərliyi dəyişməyib. Məhz buna görədir ki, 2012-ci ili və bu ilin ötən dövrünü uğurla başa vuran rayonlar içərisində Şərurun adı ön sıralardadır.
Şərurun sosial-iqtisadi inkişafı ilə bağlı məqamlara diqqət yetirsək, ilk növbədə, görəcəyik ki, bu tərəqqinin möhkəm təməli ulu öndər Heydər Əliyevin respublikamıza birinci dəfə rəhbərlik etdiyi dövrdə qoyulmuşdur. Ötən əsrin 70-80-ci illərində Şərur iqtisadi, sosial və mədəni sahələrdə daha sürətlə inkişaf etməyə başlamışdır. Həmin dövrdə geniş üzüm plantasiyaları və meyvə bağları salınmış, istehsal olunan məhsulun ilkin emalı üçün 6 şərab zavodu, o vaxtadək keçmiş SSRİ-də analoqu olmayan konserv zavodu, həmçinin yağ-pendir, dəmir-beton konstruksiyaları, asfalt zavodları istifadəyə verilmişdir. Ümumilikdə, o illərdə Şərurda fəaliyyətə başlayan iyirmidən artıq istehsal müəssisəsi məhz görkəmli dövlət xadimi Heydər Əliyevin göstərişi ilə tikilmişdir. Ötən əsrin 70-ci illərinin ortalarında Arpaçay Su Anbarının və bu anbardan qidalanan sağ və sol sahil kanallarının istismara verilməsi ilə 40 min hektardan artıq torpaq sahəsi əkin dövriyyəsinə qatılmışdır.

Ardını oxu...

Əhalinin əsas istehlak mallarına olan tələbatının ödənilməsi və idxaldan asılılığın aradan qaldırılması məqsədilə son illər muxtar respublikamızda 450-dən çox müxtəliftəyinatlı emal və sənaye müəssisələri həyata vəsiqə almışdır. Cari ildə də bu istiqamətdə işlər diqqət mərkəzində saxlanılmış, ötən dövrdə Sahibkarlığa Kömək Fondu tərəfindən sahibkarlara 1 milyon 258 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilmiş, 41 layihə üzrə yeni istehsal və xidmət sahələrinin yaradılması davam etdirilmişdir.

“Bərəkət Ət Məhsulları Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti də dövlət qаyğısındаn bəhrələnmiş, Babək rayonunun Qoşadizə kəndi ərazisində istеhsаl müəssisəsi üçün dаhа əlvеrişli yеrdə tоrpаq sаhəsi аyrılmış, 2012-ci ilin iyun ayından burаdа müasir layihə əsasında yеni ət məhsulları kompleksinin tikintisinə başlanılmış və 2013-cü ilin may ayında istifadəyə verilmişdir. Açılış mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Keçmiş Sovetlər Birliyi dövründə muxtar respublikamızda ət məhsulları kombinatı fəaliyyət göstərmişdir. Ötən əsrin 90-cı illərinin dağıdıcılıq prosesləri bu sahənin də fəaliyyətinin dayandırılmasına səbəb olmuşdur. Lakin muxtar respublikada daxili bazarın qorunması və əhalinin keyfiyyətli heyvandarlıq məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər yeni ət məhsulları kompleksinin yaradılmasına imkan vermişdir. Müəssisənin yaradılmasına lazımi dövlət dəstəyi göstərilmiş, Sahibkarlığa Kömək Fondu tərəfindən güzəştli şərtlərlə kredit ayrılmışdır. Qısa müddətdə kompleksin fəaliyyəti təmin edilmiş, müəssisədə müasir avadanlıqlar quraşdırılmışdır”.

Ardını oxu...

Muxtar respublikamızda müxtəlif təyinatlar üzrə aparılan tikinti-quruculuq işlərindən təhsil müəssisələrinə də böyük pay düşür. Bunun nəticəsidir ki, Naxçıvan şəhərindəki 11 nömrəli tam orta məktəbin binasında da yenidənqurma işləri aparılır. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq məktəb binasına iki korpus da əlavə olunub. 1100 şagird yerlik nəzərdə tutulmuş məktəbin zirzəmi hissəsində kitabxana, 3 laboratoriya, müəllim və şagirdlər üçün yeməkxana və idman zalı yerləşəcək. Binanın birinci mərtəbəsində müəllimlər otağı, müxtəlif iş otaqları, ikinci və üçüncü mərtəbələrin hər birində isə 2 kompyuter otağı, 1 elektron lövhəli sinif və digər fənn kabinələri və sinif otaqları olacaq. Cari ilin mart ayının sonlarından başlanılan tikinti işləri “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılır. İnşaatçılar məktəb binasını vaxtında təhvil vermək üçün səylə çalışırlar.

Xəbərlər şöbəsi

Naxçıvan şəhərinin Heydər Əliyev prospektində bir neçə obyektdə aparılan quruculuq işləri uğurla davam etdirilir. Onlardan biri zirzəmi ilə birlikdə 9 mərtəbədən ibarət olan yaşayış binasıdır. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən tikintisinə ötən ilin aprel ayından başlanılmış 36 mənzilli binanın zirzəmi hissəsində avtomobil parkı, birinci mərtəbəsində isə ticarət obyektləri yerləşəcək. İş icraçısı Mehman Vəliyevdən aldığımız məlumata görə, hazırda binanın son üç mərtəbəsində arakəsmələrin hörgüsü işləri aparılır, dam örtüyü qurulur. Tikintidə yerli inşaat materiallarından istifadə olunmaqla bərabər, təhlükəsizlik qaydalarına da ciddi əməl olunur.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2013-cü ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 753 milyon 949 min manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da 2012-ci ilin yanvar-may ayları ilə müqayisədə 12,8 faiz çoxdur. Ümumi Daxili Məhsulun sahə strukturunda ilk yeri sənaye, ikinci yeri isə tikinti sahəsi tutmaqdadır. 

Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2012-ci ilin yanvar-may ayları ilə müqayisədə 11,4 faiz artaraq 1757 manata (2239,1 ABŞ dollarına) çatmışdır.

 *     *     *

2013-cü ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 366 milyon 642 min manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricini 12,1 faiz üstələmişdir.

Ardını oxu...

İyunun 21-də Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının rəhbərləri şurasının 15-ci illik toplantısı çərçivəsində biznes-forum keçirilmişdir.
Yunanıstan, İtaliya, İordaniya, Rumıniya, Bolqarıstan, Ukrayna, Türkiyə, Gürcüstan, Belarus və Sloveniyadan müxtəlif sektorları təmsil edən sahibkarların, həmçinin beynəlxalq maliyyə qurumlarının ekspert və mütəxəssislərinin iştirak etdiyi biznes-forumda regional iqtisadi əməkdaşlıq və inteqrasiya, iqtisadiyyatın diversifikasiyası və digər məsələlər müzakirə edilmiş, iki və çoxtərəfli görüşlər keçirilmişdir.
Tədbirdə “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının və “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhərindəki ofislərinin nümayəndələri, “Əlincə Qala” Məhdud Məsuliyyətli Cəmiyyətinin meneceri iştirak etmişlər.

Naxçıvan Muxtar Respublikası
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti

Muxtar respublika iqtisadiyyatında aparılan genişmiqyaslı, köklü islahatlar nəticəsində son 17 ildə ciddi iqtisadi uğurlar qazanılmış, sürətli inkişaf üçün zəngin potensial formalaşmış, azad sahibkarlığın inkişafına əlverişli şərait yaradılmışdır. Beləliklə, iqtisadiyyatın davamlı inkişafına nail olunmuşdur. Ümumi Daxili Məhsulun tərkibində ötən il 26,9 faizlik pay sahibi olmuş sənaye sahəsində aparılan uğurlu islahatlar nəticəsində bu sahədə sürətli inkişaf əldə olunmuş və bir zamanlar aqrar region kimi tanınan muxtar respublikada sənayeləşmə prosesinə start verilmişdir.

Sənayeləşmənin bu cür yüksək proseslə davam etməsinə muxtar respublikanın malik olduğu zəngin təbii ehtiyatlar geniş baza yaratdığından yeni sənaye sahələrinin yaradılması ilə keyfiyyətli məhsul istehsal etmək, müasir texnologiyalardan istifadə və məhsul çeşidlərini yeniləməklə onun rəqabət qabiliyyətini artırmaq, həmçinin xarici bazara inteqrasiyanı təşkil etmək dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Aparılan iqtisadi siyasətin davam etdirilməsi və sənayenin modernləşməsi istiqamətində islahatların həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 6 iyun tarixli Fərmanı ilə “Sənaye parkları haqqında Əsasnamə” təsdiq olunmuşdur. Təsdiq edilmiş Əsasnamə sənaye parkının yaradılması haqqında qanunvericilik bazası olub, onun idarə edilməsi və bu ərazidə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyərək muxtar respublikada sənayeləşmənin yeni mərhələsinin başlanğıcıdır.

Ardını oxu...

Nахçıvаn şəhərində fəаliyyət göstərən “Gəmiqaya Qida Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində  yüksək keyfiyyətli müxtəlif meyvə şirələri, meyvə quruları, şərab, halva istehsal olunur. İllik istehsal gücü 120 dekalitr meyvə şirələri və şərab, 180 ton şirniyyat məhsullarıdır. Burada İtaliya və Almaniya istehsalı olan müasir avadanlıqlar quraşdırılmışdır. Naxçıvanda yetişdirilən və idxal olunan meyvələrdən tam gigiyenik qaydada yüksək keyfiyyətli müxtəlif çəki və çeşidlərdə alma, ərik, şaftalı, gilənar, nar, üzüm, portağal və qarışıq tərkibli nektarlar istehsal edilir. 

Həmin məhsullar “Badamlı” əmtəə nişanı ilə satışa çıxarılır. Diyarımızın ən qədim məşğuliyyət sahələrindən biri olan üzümçülüyün inkişaf perspektivləri nəzərə alınaraq qurulan şərab emalı sahəsində istehsal prosesi tam avtomatlaşdırılmışdır. Müəssisədə istehsal olunan 4 çeşiddə kaqor, kəmşirin, ağ və qırmızı süfrə şərabları “Mirvari” və “Qızıl damla” adları ilə satışa çıxarılır. Cəmiyyət həmçinin 3 çeşiddə müxtəlif çəki və formalarda küncüdlü halva istehsalı ilə də məşğuldur. Əsasən, sadə, kakaolu və qarışıq növdə istehsal olunan halva yüksək keyfiyyətə malikdir. Çərəzqovurma və paketləmə sahəsində də texnoloji proseslərə ciddi əməl olunur, günəbaxan, qabaq, noxud, püstə və qarışıq çeşidli çərəzlər təmizlənib qovrularaq 90 və 200 qramlıq paketlərdə qablaşdırılır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli iqtisadi islahatlar iqtisadiyyatın müxtəlif sahələrində olduğu kimi, mühasibat uçotu sahəsində də beynəlxalq tələblərə cavab verməklə ənənəvi milli mühasibat uçotu sisteminin təkmilləşdirilməsi və yenidən qurulması ilə nəticələnmişdir. İslahatların məntiqi davamı kimi qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində 2004-cü il 29 iyun tarixdə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, ölkə başçısı cənab İlham Əliyev 2005-ci il 7 fevral tarixdə həmin qanunun tətbiq edilməsi barədə Fərman imzalamışdır. Bu qanuna uyğun olaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 27 iyun 2005-ci il tarixli əmri ilə mühasibat uçotunun beynəlxalq standartlara əsaslanmış “Milli Mühasibat Uçotu Standartlarının hazırlanması və qəbul edilməsi Qaydaları” təsdiq edilmişdir.

Mühasibat uçotu müəssisənin, onun əmlakının kompleks idarə edilməsini, həyata keçirilmiş təsərrüfat əməliyyatları ilə bağlı informasiyaların toplanmasını, işlənməsini, qeydiyyatı və onların istifadəçilərə çatdırılmasını təmin edən sistemdir. Uçot iqtisadiyyatın bütün sahələri üzrə müxtəlif fəaliyyət növlərini bir-birinə bağlayan halqadır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, muxtar respublikanın rayonlarında, eləcə də Naxçıvan şəhərinin taxıl əkilən ərazilərində biçin kampaniyasına start verilib. Taxıl biçininə başlayan ilk rayonumuz Ordubad olub. Sonrakı dövrdə isə Culfa, Babək, Kəngərli rayonlarının, Naxçıvan şəhərinin taxıl əkilən sahələrinə kombaynlar çıxarılıb.
Nazirlikdən o da bildirilib ki, 20 iyun tarixə 1454 hektar taxıl əkini sahəsində biçin həyata keçirilib. 230 hektar buğda, 1224 hektar arpa əkilən sahələrdən, ümumilikdə, 3 min 620 ton məhsul əldə edilib. Hektarın orta məhsuldarlığı 24,9 sentner olub. Biçin kampaniyasına 100-dən artıq taxılbiçən kombayn, habelə xeyli sayda nəqliyyat vasitəsi, qoşqu və digər texnika cəlb edilib.
Qeyd edək ki, aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi sayəsində zəmilərdə bol məhsul yetişib. Ümumilikdə, biçin kampaniyası dövründə 35 min 324 hektar sahənin taxılı biçiləcək. Biçin davam edir.

Xəbərlər şöbəsi

Muxtar respublikamızda yerli iqlim və relyefə uyğun meyvə-tərəvəz sortlarının becərilməsi, meyvə-tərəvəzçilik əsasında emal sənayesinin inkişaf etdirilməsi üçün əlverişli ekoloji mühit mövcuddur. Son illərdə davamlı xarakter alan dövlət qayğısı bu prosesdə başlıca stimula çevrilib, iqtisadi səmərəlilik baxımından kənd təsərrüfatının mühüm əhəmiyyətə malik sahələri kimi meyvəçilik və tərəvəzçiliyin inkişafına geniş imkanlar açıb.

Bu amil əsas götürülərək muxtar respublikada həyata keçirilən yaşıllaşdırma tədbirlərində meyvə ağaclarının əkininə üstünlük verilir. Ayrı-ayrı sahibkarlar da mövcud imkanlardan, yaradılan şəraitdən səmərəli istifadə edir, dövlət qayğısından bəhrələnərək meyvə bağları salır, tingçilik təsərrüfatları yaradır, tərəvəz istixanaları qururlar. Müxtəlif vaxtlarda yetişən ayrı-ayrı tumlu, çəyirdəkli, qərzəkli meyvə və digər aborigen sortlardan ibarət plantasiyaların salınması, yüksək məhsuldar, keyfiyyətli, regionumuzun təbii iqlim şəraitinə uyğun meyvə tinglərinin yetişdirilməsi, inkişaf etdirilməsi, keyfiyyətli və ucuz başa gələn yerli meyvə sortlarının əldə edilməsi muxtar respublikada bu gün daha geniş miqyasda meyvə-tingçilik təsərrüfatlarının və istixanaların yaradılmasını şərtləndirir. Buna görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı” mühüm əhəmiyyətə malik dövlət sənədidir.

Ardını oxu...

Və ya milli brendlərimizi yaratmağın vaxtıdır

Sahibkarlığın bazar iqtisadiyyatı şəraitində iqtisadi tərəqqiyə verdiyi töhfəni zamanında böyük uzaqgörənliklə dəyərləndirən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə sistemli tədbirlər həyata keçirilmiş, makroiqtisadi sabitliyə nail olunması üçün özəl sektorun formalaşması istiqamətində hüquqi baza yaradılmışdır. Bunun nəticəsidir ki, ölkəmizdə, həmçinin muxtar respublikamızda sahibkarlıq mühiti ildən-ilə genişlənir və inkişaf edir.
Təbiidir ki, sahibkarlıq fəaliyyyəti zaman-zaman yeni bazar tələbləri ortaya qoyur. Bu tələblərin düzgün dəyərləndirilməməsi gələcəkdə iqtisadi çoxşaxəliliyin təmin edilməsinə də əngəl törədir. Dinamizm, təşəbbüskarlıq, yenilik sahibkarlıq fəaliyyətində önəmli məsələlərdən hesab edilir. Biznesdə inkişafın bir çox uğurlu istiqamətləri vardır. Keyfiyyət, rəqabət, münasib qiymət, etibarlılıq və sair uğurlu biznesin əsas şərtləridir desək, yanılmarıq. Belə ki, hər bir sahibkar istehlakçının etibarını qazanmağa çalışır ki, daha böyük satış bazarı əldə etsin. Bunu isə sağlam rəqabət, keyfiyyətli istehsal, münasib qiymətləndirmə aparmaqla əldə etmək mümkündür.

Müasir biznesdə uğurlu mübarizə yollarından biri də brendinq siyasətidir. Əvvəlcə brendin nə olduğunu aydınlaşdıraq. Yazını hazırlamazdan əvvəl şəhər sakinlərinin bir neçəsi ilə həmsöhbət olduq və onlara “Brend nədir?” sualı ilə müraciət etdik. Aldığımız cavabların böyük əksəriyyəti belə oldu: “Brend hər hansı bir malın adı və ya onu bildirən ticarət nişanıdır”. İlk baxışda bu cavab çoxları üçün doğru görünə bilər. Ancaq gəlin bunu aydınlaşdıraq.

Ardını oxu...

İlk Dəmir dövrünün yadigarı

Şərur şəhərindən 11 kilometr məsafədə, Naxçıvan-Sədərək magistral yolunun sağında və solunda qərar tutan Dəmirçi kəndi qədim yaşayış məskənlərimizdən biridir.
İlk Dəmir dövründə təşəkkül tapdığı ehtimal olunan bu yurd yerindəki küp qəbiristanlığı, Naxçıvan-Sədərək magistralının 70-ci kilometrliyində yerləşən, hündürlüyü 1244 metrə çatan Vəlidağın şərq hissəsindəki təpənin üstündə olan arxeoloji abidə Dəmirçinin qədim tarixindən soraq verən sübutlardır.
Dəmirçidə qədim məhəllə adları indi də yaşayır: “Qala qapısı”, Kərimli məhəlləsi, İsmixan məhəlləsi və sair.
İlləri yola salan Ağa, Kalbakərim, Şırşır, Qafar, Səfər, Bayraməli kəhrizlərinin də yaşı bilinmir, nə vaxt qazılmasını kəndin ən yaşlı adamları belə xatırlamırlar. Bu gün də həmin kəhrizlərdən istifadə olunur.

Uzunömürlülər və onlarla söhbət

Dəmirçidə özünəməxsus adət-ənənələr bu gün də qiymətli irs kimi yaşadılır. Bu kənddə yaşayan uzunömürlülər çoxdur. Rəhim Lalayev onlardan biridir. Onunla görüşmək istədik; qapısını döydük. Qapını özü açdı. Hal-əhval tutduq. Çay süfrəsi arxasında ona ilk sualımı verdim:

Ardını oxu...

Cari ildə sərhəd bölgəsi Sədərək rayonunda daha bir məktəbəqədər müəssisə üçün yeni binanın inşasına başlanılıb. Belə ki, Heydərabad qəsəbəsində uşaq bağçası üçün yeni bina tikilir. Burada inşaat işlərini “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi həyata keçirir. Bağça layihəyə əsasən, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. 252 yerlik bağçanın zirzəmisində mətbəx, qazanxana, işçilər üçün yeməkxana, camaşırxana, ərzaq anbarı, həmçinin 2 qrup, digər 2 mərtəbədə isə 4 qrup yerləşəcək. Hər qrupda yataqxana, yeməkxana, oyun zalı, qarderob və mətbəx istifadəyə veriləcək. Uşaqların yataq otaqlarına, oyun zallarına, eləcə də dəhlizlərə onların yaşına uyğun xüsusi tərtibat veriləcək.
Artıq binada qəlib-beton işlərinin, arakəsmələrin hörgüsü başa çatdırılıb, divarların suvanması və çardaq hissənin qurulmasına başlanılıb, kommunikasiya xətlərinin çəkilişi üçün isə hazırlıq görülür.
Xatırladaq ki, bu sərhəd rayonunun Sədərək kəndində keçən il noyabr ayının 30-da yeni uşaq bağçası istifadəyə verilmişdir.

Cəfər ƏLİYEV

Müasir insan həyatında vaxt hər şeydən qiymətlidir. Bütün məsələləri sürətlə və keyfiyyətlə həll etmək üçün hər gün yeni üsul və vasitələr tətbiq olunur.  Çoxlu sayda informasiyanı alıb onu yadda saxlamaq, sonra isə lazım olandan istifadə etmək ən mühüm və eyni zamanda ən çətin iş sayılır. Bu baxımdan pul vəsaitləri ilə apardığımız əməliyyatlar, bu zaman qarşıya çıxan sürət, dəqiqlik və təhlükəsizlik məsələləri elektron ödəniş vasitəsi olan POS-terminallarla çox rahat şəkildə həll olunur. Nağd pullarla aparılan qarmaqarışıq əməliyyatlardan fərqli olaraq, POS-terminallardan istifadə ilə həyata keçirilən ödəmələr zamanı həm satıcı, həm də alıcı öz işini rahat qurur və eyni zamanda qanunazidd olan hallar baş vermədiyindən dövlət maraqları da qorunmuş olur. İqtisadi inkişafın getdikcə sürətləndiyi bir dövrdə muxtar respublikamızda POS-terminallardan istifadəni artırmaqla bu vacib məsələnin həlli   diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikasında POS-terminallardan istifadə ilə əlaqədar görülmüş işlər və nağdsız hesablaşmalar sahəsindəki vəziyyətlə əlaqədar suallarımızı Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədr müavini Elvin Axundov cavablandırır.

– Elvin müəllim, POS-terminal nədir və ondan necə istifadə olunur?

Ardını oxu...

Bu gün qaz təsərrüfatı işçilərinin peşə bayramıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 12 iyun tarixli Sərəncamına əsasən, hər il iyunun 20-si qaz təsərrüfatı işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Ölkəmizin təbii qazla təmin olunması prosesi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərindən başlayaraq dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycanın bütün regionlarına təbii qazın verilməsinə başlanılmışdır. 1980-ci ildə Naxçıvana da yüksəktəzyiqli qaz xətti çəkilmiş, yaşayış məntəqələrinin 52 faizi qazlaşdırılmışdır. Bu zaman muxtar respublikada 4 şəhər, 2 şəhərtipli qəsəbə və 91 kənd təbii qazla təmin edilmiş, təbii qazdan istifadə edən abonentlərin sayı 33 mindən artıq olmuşdur. Lakin ötən əsrin 90-cı illərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində muxtar respub­likamız blokada vəziyyətinə düşmüş, elektrik və qaz xətləri kəsilmişdi.
Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 2004-cü il avqustun 5-də “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyəti ilə İran Milli Qaz İxrac Şirkəti arasında “Təbii qaz mübadiləsi” haqqında müqavilə imzalanmış, 2005-ci ildən etibarən Naxçıvana təbii qazın verilməsinə başlanılmışdır. İki il müddətində muxtar respublikada qazlaşdırma prosesi tam başa çatdırılmışdır. Hazırda Naxçıvan Muxtar Respublikasının bütün yaşayış məntəqələri və istehsal müəssisələri fasiləsiz olaraq təbii qazla təmin edilir. Naxçıvana təbii qazın verilməsi ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə 2005-ci ildə “Naxçıvanqaz” Məhdud Məsuliyyətli Cəmiyyəti, 2010-cu ildə isə “Nax­çıvanqaz” İstehsalat Birliyi yaradılmışdır.

Ardını oxu...

Muxtar respublikada kartofçuluğun inkişafı diqqət mərkəzində saxlanılır. Artıq kartofçuluq respublikada gəlirli sahələrdən birinə çevrilib. Muxtar respublikanın münbit torpaqlarında keyfiyyətli məhsul istehsal edilir. Keyfiyyətli və bol məhsulun əsas şərtlərindən biri isə məhsulun zərərvericilərinə qarşı mübarizə tədbirlərinin aparılmasıdır. Bu məqsədlə dövlət tərəfindən sahibkarlara dərman preparatları pulsuz olaraq paylanılır. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki mühafizəsi və karantin şöbəsinin və Bitki Mühafizə Stansiyasının mütəxəssisləri Culfa rayonunun Ərəzin kəndində olmuş, sahibkarlarla görüş keçirmiş, kartof əkilmiş sahələrə baxmışlar. Kartofun əsas zərərvericisi olan kolorado böcəyinə qarşı kimyəvi mübarizə aparmaq məqsədilə 160 hektar sahəyə nəzərdə tutulan 40 litr dərman preparatı, preparatın hazırlanması və tətbiqi qaydası haqqında hazırlanan bukletlər sahibkarlara paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Dünən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar və Kənd Təsərrüfatı nazirliklərinin təşkilatçılığı ilə Ordubad rayonunun Dəstə kəndi ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə bağlı səyyar seminar-müşavirə keçirilmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Mirtaleh Seyidov açaraq seminarın mahiyyəti haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsi, tədarük olunan bu məhsulların vaxtında və təhlükəsizlik qaydalarına uyğun olaraq yığılması qarşıda duran əsas vəzifələrdən biridir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Ordubad Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi Tural Sadiq­ovun, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Ədalət Hüseynovun və nazirliyin müfəttişi Zərrab Əfəndiyevin çıxışları olmuşdur. Bildirilmişdir ki, rayon ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi və qabaqlayıcı tədbirlərin keçirilməsi diqqətdə saxlanmalı, müxtəlif taxıl məhsullarının yığılması, daşınması və emalı dövründə təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır. Bundan başqa, taxıl yığımı dövründə srateji əhəmiyyətli məhsulların yanğınlardan qorunması və biçin zamanı yanğın təhlükəsizliyi tədbirlərinin düzgün həyata keçirilməsi də əsas vəzifələrdəndir.
Çıxış edənlər biçin dövrü sahibkarların və torpaq mülkiyyətçilərinin qarşısında duran vəzifələrdən, taxıl zəmilərində işləyən kənd təsərrüfatı texnikalarının və aqreqatların saz vəziyyətdə olması zərurətindən də bəhs etmişlər.
Tədbirin sonunda iştirakçılara “Ot-taxıl biçini zamanı yanğın təhlükəsizliyi qaydaları” adlı tövsiyə xarakterli yaddaş kitabçaları paylanmışdır.

Səbuhi HƏSƏNOV

Ötən ilin noyabr ayından başlayaraq Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti üçün yeni binanın inşasına başlanılıb. Tikinti işlərinin “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən həyata keçirildiyi zirzəmi ilə birlikdə altı mərtəbədən ibarət olan binada qəlib-beton işləri başa çatdırılıb. Binanın son mərtəbəsi mansard tiplidir. Hazırda inşaatçılar binada kommunikasiya xətlərinin çəkilişi ilə məşğuldurlar. Obyektə çox sayda texnika və işçi qüvvəsi cəlb edilib. Binanın inşasında yüksək keyfiyyətli yerli inşaat materiallarından istifadə olunur, obyektin vaxtında təhvil verilməsi üçün səy göstərilir.

Xəbərlər şöbəsi

Muxtar respublikanın maye karbon qazına olan illik tələbatı 2800 tondur. İllik istehsal gücü 6300 ton maye karbon qazı və 50 ton quru buz olan “Karbon Qazı Zavodu” Açıq Səhmdar Cəmiyyətində istehsal edilən məhsul ölkəmizin digər regionlarında da satışa çıxarılır və gələcəkdə xaricə ixrac olunması planlaşdırılır. Bu məqsədlə müəssisənin balansındakı maye karbon qazını daşımaq üçün 2 ədəd 12 tonluq və 1 ədəd 6 tonluq avtosisternlərdən, eləcə də 2009-cu ildə alınmış soyuducu kameralı “Mitsubishi” markalı quru buzdaşıyan texnikadan səmərəli istifadə olunur. 2010-cu ilin mart ayında Sahibkarlığa Kömək Fondundan 350 min manat güzəştli kredit verilmişdir ki, bu vəsait yeni texnikaların alınmasına yönəldilmişdir. İsveçin “SKAYNA” firmasının istehsalı olan 2 ədəd çəkici avtomaşın və Türkiyənin “ISISAN” firmasının istehsalı olan yüksək texniki göstəricilərə malik 2 ədəd avtosistern alınıb gətirilmişdir. Bu da istehsal olunan məhsulun vaxtlı-vaxtında sifarişçilərin ünvanlarına çatdırılmasına əlverişli şərait yaradır.
“Karbon Qazı Zavodu” Açıq Səhmdar Cəmiyyətinin direktoru Elman Seyidov bildirdi ki, müəssisədə xammalın qəbulundan satışa çıxarılmasınadək bütün texnoloji proseslərə ciddi əməl olunur. Maye karbon qazı 6 kiloqramdan 25 kiloqramadək müxtəlif çəkilərdə balonlarda və çənlərdə, quru buz isə xüsusi taralarda sifarişçilərin ünvanlarına göndərilir. Müəssisədə istehsal edilən yüksək keyfiyyətli maye karbon qazı və quru buz mineral sular, sərinləşdirici içkilər istehsal edən müəssisələr, tibb ocaqları, ərzaq məhsullarının istehsalı və daşınması ilə məşğul olan şirkətlər tərəfindən rəğbətlə qarşılanır. Müqayisə üçün qeyd edək ki, “Karbon Qazı Zavodu” ASC əvvəllər ölkəmizin digər regionlarında fəaliyyət göstərən 7-8 müəssisəyə və ya şirkətə karbon qazı satırdısa, hazırda bu rəqəm 40-ı ötmüşdür.
Bazar iqtisadiyyatının tələblərinə uyğun yüksək keyfiyyətli məhsul istehsal etmək əzmi ilə çalışan kollektiv maye karbon qazı və quru buza artan tələbatın ödənilməsi üçün mövcud imkanlardan səmərəli istifadə etməyə səy göstərir. Hazırda müəssisədə tələbata uyğun olaraq, istehsal edilən məhsulun 45 faizi muxtar respublikada, 55 faizi isə Bakı şəhərində və ölkənin digər regionlarında fəaliyyət göstərən sifarişçi müəssisələrə göndərilir. Cəmiyyətin direktoru onu da bildirdi ki, Bakı və Quba şəhərlərində müəssisənin balondoldurma məntəqələri fəaliyyət göstərir. Hazırda müəssisədə 27 nəfər çalışır. Gələcəkdə müəssisənin fəaliyyətinin daha da genişləndirilməsi planlaşdırılır.

Kərəm HƏSƏNOV

Cari ildə həyata keçirilən təmir-tikinti, abadlıq-qurucu­luq tədbirlərindən Xok kəndi də bəhrələnib. Bu yaşayış məntəqəsində hazırda bir neçə ünvanda Kəngərli Rayon Tikinti-Quraşdırma İdarəsinin kollektivi tərəfindən inşaat işləri aparılır. Belə ki, burada kənd mərkəzi, həkim ambulatoriyası üçün yeni binalar inşa edilir, məktəb binası yenidən qurulur, kəndarası yollarda abadlıq işləri aparılır.
Sözügedən tikinti idarəsinin iş icraçısı İbrahim Mənsimovun bildirdiyinə görə, kənd mərkəzinin binasının ikinci mərtəbəsində qəlib-beton, hörgü işləri başa çatdırılıb. Həkim ambulatoriyasının tikintisində işlər yekunlaşmaq üzrədir. Hazır­da adıçəkilən obyektdə fasad hissənin üzlənməsi işi aparılır.
Kənd sakinləri tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanan quruculuq tədbirlərindən biri də mövcud məktəb binasının yenidən qurulmasıdır. Layihəyə əsasən, ikimərtəbəli məktəb binasına daha bir mərtəbə əlavə edilib. 1026 şagird yerlik nəzərdə tutulan binanın yan korpusunda əsas tikinti işləri başa çatdırılıb. Hazırda inşaatçılar əsas qüvvəni məktəb binasının ön korpusunun inşasına səfərbər ediblər. Obyektlərin tikintisində yerli inşaat materiallarından istifadə edilir, keyfiyyət amili diqqətdə saxlanılır.
Qeyd edək ki, son illər ərzində Kəngərli rayonunda aparılan genişmiqyaslı qu­ruculuq və abadlıq tədbirləri nəticəsində bu bölgənin siması tanınmaz dərəcədə dəyişib. Qabıllı, Şahtaxtı, Qıvraq, Yurdçu, Qarabağlar, Xok, Yeni Kərki, Böyükdüz, Xıncab, Təzəkənd və Çalxanqala kimi 11 yaşayış məskənini əhatə edən rayonda genişmiqyaslı sosial infra­struktur layihələri həyata keçirilib, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyaları, yeni məktəb binaları tikilib və ya yenidən qurulub, yollar salınıb. Xok rayonunun kompleks qu­ruculuq işləri həyata keçirilən 10-cu yaşayış məntəqəsidir.

Səbuhi HÜSEYNOV

Baytarlıq insanları ərzaq məhsulları ilə təmin edən ev heyvanları arasında xəstəliklərin qarşısının alınması, insan sağlamlığı üçün təhlükəsiz heyvandarlıq məhsullarının istehsalı, habelə əhalinin müəyyən xəstə­liklərdən mühafizəsi sahəsində elmi, praktik və təşkilati tədbirlər sistemidir. Planetdə əhalinin heyvan mənşəli ərzaq məhsullarına olan tələbatlarının artması və buna qarşı qoyulan müasir tələblər baytarlıq xidməti ilə bağlı məsələlərin əhəmiyyətini artırmaqdadır.
İnsan orqanizminə lazım olan zülal, yağ, vitamin və sair kimi bildiyimiz və bilmədiyimiz bütün qida məhsullarına olan tələbatların ödənilməsində həmişə bir zəmanətə ehtiyacımız vardır. Mühüm bir mədəni tələbat kimi də qiymətləndirə biləcəyimiz bu zəmanət isə hər cür sağlam heyvan mənşəli ərzaq məhsullarının istehsalının başlanğıc yeri olan təhlükəsiz heyvandarlıq, quşçuluq, arıçılıq və balıqçılıq təsərrüfatlarının fəaliyyətinə əsaslanır. Ona görə də qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlığın idarə edilməsi, baytarlıq nəzarəti, təbabəti və əczaçılığı sahəsində həyata keçirilən baytarlıq xidməti mühüm bir fəaliyyət növü kimi bütün əhalinin tələbatlarının ödənilməsinə xidmət edir. İstehlak zənbilimizdə özünə mühüm yer tutan ət və süd məhsulları tərkibinin təmizliyi məhz baytarların apardığı işlərin səviyyəsindən asılıdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, bu ilin ilk 5 ayı ərzində ticarət obyektlərindən 113 min 677 manat dəyərində standartın tələblərinə uyğun olmayan, yararlılıq müddəti bitmiş məhsullar aşkar edilib. Bu məhsulların satışının qarşısı alınıb. Bunlardan 3375 manat dəyərində məhsul aidiyyəti orqanın iştirakı ilə məhv edilib, 144 manat dəyərində məhsul satışdan çıxarılıb. 54 min 990 manat dəyərində spirtli içkinin satışına qadağa qoyulub, 52 min 965 manat dəyərində içki istehsalçı müəssisəyə geri göndərilib. 2 min 203 manat dəyərində spirtli içki təkrar emala verilib.
Məlumatda o da bildirilib ki, süni ət məhsullarının muxtar respublikaya idxalının və satışının qarşısının alınması məqsədilə 19 adda süni məhsullar aşkar edilib. Bunlardan 8 adda süni məhsulların siyahısı nümunələri ilə birlikdə aidiyyəti orqana göndərilib. 93 təsərrüfat subyektində istehlakçının seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə halları aşkar olunub və bu haqda tədbir görülüb. Muxtar respublikaya idxal olunan 9 kiloqram (45 manat dəyərində) “Halal” adı ilə markalanmış saxta əmtəə nişanı altında ət məhsullarının satışına qadağa qoyulub. 60 təsərrüfat subyektinə özünəməxsus əmtəə (xidmət) nişanının qeydiyyata alınması barədə məlumat xarakterli məktub göndərilib.
Bundan başqa, komitədə yaradılan işçi qrupu tərəfindən bazarlar və ticarət obyektlərində satılan məhsullardan 67 halda, bostanlardan götürülmüş 25 halda torpağın laboratoriya sınaqları aparılıb. Kənd təsərrüfatı məhsullarının topdansatışını həyata keçirən 22 təsərrüfat subyektinin rəhbərlərinin iştirakı ilə komitədə yığıncaq keçirilib, maarifləndirmə işləri aparılıb. İki adda məhsulun markalanmasında tərkibində geni dəyişdirilmiş orqanizmin qeyd olunduğu müəyyən edilərək muxtar respublikaya idxalının qarşısının alınması üçün aidiyyəti orqan məlumatlandırılıb. Tikinti sekto­runda əməyin təşkili və təhlükəsizlik qaydalarına riayət olunması, yanacaq ehtiyatının yaradılması ilə bağlı verilmiş tapşırıqların icrası məqsədilə 6 tikinti materialları satışı obyektində dövlət nəzarəti həyata keçirilib, nöqsanların aradan qaldırılması barədə iradnamə verilərək təkrar araşdırma zamanı nöqsanların aradan qaldırıldığı müəyyən olunub. İdxal olunan tikinti materiallarına 387, istehsal olunan tikinti materiallarına 117, maşın-mexanizm və avadanlıqlara 38 ədəd olmaqla, 542 uyğunluq sertifikatı verilib.

Xəbərlər şöbəsi

Kənd təsərrüfаtının inkişаfı istiqаmətində həyаtа kеçirilən kоmplеks tədbirlər Kəngərli rаyоnundа dа uğurlа dаvаm еtdirilir. Аzərbаycаn Rеspublikаsının Prеzidеnti cənаb İlhаm Əliyеvin “Kənd təsərrüfаtı məhsullаrı istеhsаlçılаrınа dövlət dəstəyi hаqqındа” 2007-ci il 23 yаnvаr tаriхli Sərəncаmı muхtаr rеspublikаmızın hər bir bölgəsində оlduğu kimi, Kəngərli rаyоnundа dа əkinçiliyin inkişаfınа yеni stimul vеrmiş, tоrpаq mülkiyyətçilərinin əkib-bеcərmək əzmini dаhа dа аrtırmışdır.

Kəngərli Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Rza Məmmədovun sözlərinə görə, əkinçiliyin inkişаfınа təsir еdən mühüm аmillərdən biri – suvаrmа suyunа оlаn tələbаtın ödənilməsi istiqаmətində məqsədyönlü tədbirlər həyаtа kеçirilmiş, rаyоn ərаzisində yеrləşən, ümumi tutumu 2 milyon 100 min kubmetr olan “Xok-1”, “Xok-2”, “Çalxanqala”, “Qarabağlar”, “Yurdçu” göllərində kifаyət qədər su еhtiyаtı yаrаdılmışdır. Həmçinin rayonun Təzəkənd, Yurdçu, Xıncab, Xok kəndlərində olan “Ağsu”, “Qasımbəy”, “Mirzəlilər-2” və “Çay” kəhrizlərindən də səmərəli istifadə olunur. Öz ахаrı ilə suvаrılmаsı mümkün оlmаyаn əkin və həyətyаnı tоrpаq sаhələri isə rаyоndа fəаliyyət göstərən “Qıvraq-1”, “Qıvraq-2”, “Azərbaycan”, “Şahtaxtı”, “Qarabağlar” nаsоs stаnsiyаlаrı və 53 subаrtеziаn quyusu vаsitəsi ilə suvаrılır. Suvаrmа suyunа оlаn tələbаtın vахtlı-vахtındа ödənilməsi üçün nаsоs stаnsiyаlаrı və sub­аrtеziаn quyulаrı lаzımi еhtiyаt hissələri ilə təmin оlunmuş, nаsоs stаnsiyаlarındа, sub­аrtеziаn quyulаrındа cаri təmir işləri аpаrılmışdır. Həyаtа kеçirilən tədbirlərin nəticəsidir ki, bu gün suvаrmа suyunа оlаn tələbаtın ödənilməsində hеç bir prоblеm yoxdur.

Ardını oxu...

Məqsəd təhsildə yüksək keyfiyyətə nail olmaqdır

Son illərdə muxtar respublikamızda həyata keçirilən quruculuq tədbirləri sırasında təhsil ocaqlarının tikintisinə xüsusi önəm verilir. Bu isə sabahın layiqli və kamil mütəxəssislərinin yetişməsinə şərait yaradır.
Muxtar respublikamızın digər bölgələrində olduğu kimi, Şərur rayonunda da məktəb tikintisi ön plandadır. Son illər Şərurda 31 yeni məktəb binası tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. Bu baxımdan ötən il də istisna deyil. Yuxarı Aralıq və Danyeri kəndlərinin hər birində 414, Dərəkənddə 216 şagird yerlik məktəb binalarının inşası başa çatdırılmış, Qarxun və Qorçulu kəndlərindəki məktəb binaları əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Yeni dərs ilində rayonun dörd kəndində təzə məktəb binası öz qapılarını müəllim və şagirdlərin üzünə açacaqdır.
Yeni obyektlərin biri ilə tanış olmaq üçün çay kənarı ilə gedən yolla dağlara doğru qalxırdıq. Şahbulaq Şərur rayonunun sərhəddə yerləşən ən qədim kəndlərindən biridir. Kənd məktəbinin də yaşı çoxdur. Lakin uzun illər baxımsızlıq üzündən yararsız hala düşmüşdü. Ona görə də Şahbulaq kəndində hər şəraiti olan təzə məktəb binası tikilir. Zirzəmi ilə birlikdə üçmərtəbəli bina kəndin ən mənzərəli guşəsində, yaşıllıqlar qoynunda ucaldılır. Məktəb binasının tikintisində son tamam­lama işləri görülür.

Ardını oxu...

Şərur rayonunda növbəti əmək yarmarkası keçirilmişdir. Yarmarkada rayon Məşğulluq Mərkəzinin direktoru Məmməd Məmmədov çıxış edərək bildirmişdir ki, son illərdə işaxtaran vətəndaşlarla işəgötürən müəssisələr arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər sırasında əmək yarmarkasının da rolu vardır. Odur ki, mərkəzin əməkdaşları mütəmadi olaraq rayondakı idarə, müəssisə və təşkilatlarda, sa­hibkarlıq subyektlərində olan boş iş yerləri haqqında məlumat toplayır, həmin boş iş yerləri əmək yarmarkalarında işaxtaran vətəndaşlara təqdim olunur.

Ardını oxu...

Naxçıvan Biznes Mərkəzində muxtar respublikada fəaliyyət göstərən istehsal müəssisələrinin menecerləri ilə görüş keçirilib. Görüşdə mərkəzin marketoloqu Arif Hüseynov çıxış edərək ştrixli kodlaşdırma haqqında məlumat verib.
Topdan və pərakəndə ticarətdə əmtəələrin identifikasiyası, ştrixkod simvolikaları, ştrixkod ölçüləri, ştrixkodun rəng palitrası, nəzarət rəqəminin hesablanması haqqında da danışan Arif Hüseynov bildirib ki, ştrixli kodlaşdırma avtomatik identifikasiya texnologiyalarının ən məşhuru və çox yayılanıdır. Hazırda GS1 sisteminin ştrixli kodları ümumdünya çoxsahəli kommunikasiya sisteminin əsasını təşkil edir. Bu sistemin qurulmasını iki nəhəng ixtisaslaşmış beynəlxalq təşkilat – GS1 və AIM Global təmin edir. Bu gün ştrixli kodlaşdırma texnologiyaları insan fəaliyyətinin bir çox sahələrində tətbiq olunur. Ən çox topdan və pərakəndə ticarətdə, maddi ehtiyatların idarə olunmasında, nəqliyyatda, logistikada və səhiyyədə geniş istifadə edilir. Ştrixli kodlaşdırma bütün dünyada malların bugünkü markalanmasının ayrılmaz hissəsinə çevrilib. Əgər ştrixkodların ilkin tətbiqi pərakəndə ticarət məntəqələri idisə, son vaxtlar yüzlərlə müəssisə uçot məqsədləri üçün maddi ehtiyatların idarə olunmasında, nəqliyyatda, logistikada və səhiyyədə ştrixkodlardan istifadə edir. Ştrixli kodlaşdırma texnologiyalarının tətbiqi üçün müvafiq avadanlıqlardan istifadə olunur. Onlara ştrixkod skanerləri, termotransfer printerlər, məlumat yığımı terminalları aiddir.
Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

 Səbuhi HÜSEYNOV

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları hər bir ölkənin sosial-iqtisadi inkişafının əsasını təşkil edir. Bu gün ölkəmizdə müasir informasiya-kommunikasiya infrastrukturunun yaradılması, rabitə xidmətinin səviyyəsinin yüksəldilməsi prioritet məsələdir. Son illər həyata keçirilən dövlət proqramları və zəruri islahatlar nəticəsində Azərbaycanın ümumdünya elektron məkanına sürətli inteqrasiyası təmin edilmiş, elektron hökumətin yaradılması, informasiya təhlükəsizliyinin həlli istiqamətində mühüm addımlar atılmışdır.

Muxtar respublikamızda da bu istiqamətdə mühüm işlər görülür, informasiya-kommunikasiya texnologiyaları sahəsi sürətlə inkişaf etdirilir. Belə ki, son illər rabitə və informasiya-kommunikasiya texnologiyalarının inkişafını təmin etmək məqsədilə həyata keçirilən məqsədyönlü tədbirlər sosial-iqtisadi inkişafda bu sahənin rolunu artırmaqdadır. Artıq muxtar respublika informasiya-kommunikasiya texnologiyaları sahəsində keçirilən beynəlxalq tədbirlərə ev sahibliyi edir.
Bu il aprelin 24-dən 26-dək Naxçıvan şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının “Beynəlxalq standartlara uyğun elektrorabitə/informasiya-kommunikasiya texnologiyaları indikatorlarının unifikasiyası” mövzusunda regional seminarı və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Rabitə Təşkilatının rabitə iqtisadiyyatı üzrə Komissiyasının 31-ci iclası keçirilmişdir. Hər iki beynəlxalq tədbirdə 11 ölkədən 50 nümayəndə iştirak etmişdir. Tədbirlərdə Regional Rabitə Təşkilatına üzv olan ölkələrin milli qanunvericiliyinin müxtəlif istiqamətləri, beynəlxalq çağırışlar üzrə operatorlararası tariflərin unifikasiyası, informasiya-kommunikasiya texnologiyaları sektorunun və informasiya cəmiyyətinin inkişafının iqtisadi aspektləri, rəqəmli yayım üzrə tətbiq edilən xidmətlərin tənzimlənməsi qaydaları, informasiya-kommunikasiya texnologiyaları üzrə statistik göstəricilərin təkmilləşdirilməsi və digər məsələlər müzakirə edilmişdir.

Ardını oxu...

Şahbuz rayonunun Kükü kəndində bu il bir neçə yeni obyekt istifadəyə veriləcək. Onlardan biri 2 mərtəbədən ibarət məktəb binasıdır. Hazırda 198 şagird yerlik kənd tam orta məktəbinin binasının ikinci mərtəbəsində yenidənqurma işləri sürətlə davam etdirilir. Binada müəllim və şagirdlər üçün yeməkxana, yardımçı və sinif otaqları ilə bərabər, 1 kompyuter otağı, 2 elektron lövhəli sinif fəaliyyət göstərəcək. Şagirdlər geniş idman zalından da istifadə edəcəklər.
Bundan başqa, kənddə həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri də tikilir. Ambulatoriya və kənd mərkəzinin binaları iki, xidmət mərkəzi isə bir mərtəbədən ibarət olacaq. İş icraçısı Nazim Əhmədov bildirdi ki, həkim ambulatoriyası üçün nəzərdə tutulan binanın artıq təməli qoyulub. Yaxın vaxtlarda monolit beton işlərinə başlanacaq. Kənd və xidmət mərkəzlərinin tikiləcəyi ərazidə isə təməlin qoyulması üçün qazıntı işləri aparılıb.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyindən aldığımız məlumata görə, cari ilin fevral ayının 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “2012-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsi məqsədilə ötən müddət ərzində bir sıra işlər görülüb. Muxtar respublikada sığorta işinin canlandırılması üçün əhali, hüquqi və fiziki şəxslər arasında sığortanın mahiyyəti və əhəmiyyəti barədə maarifləndirici tədbirlər aparılması diqqət mərkəzində saxlanılıb. Həyata keçirilən tədbirlər nəticəsiz qalmayıb. Belə ki, 2012-ci ilin ilk beş ayında sığorta haqlarının toplanması ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz artıb. Bəhs olunan dövrdə bağlanmış sığorta müqavilələri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə min ədəd çox olub.

Xəbərlər şöbəsi

Şərur rayonunun Dəmirçi kəndi bu gün tikinti meydançasını xatırladır. Belə ki, hazırda bu böyük yaşayış məntəqəsində dörd obyektin tikintisi aparılır. Kəndin simasını əsaslı surətdə dəyişəcək quruculuq tədbirlərini “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları həyata keçirirlər.
Obyektlərdən biri kənd mərkəzi üçün nəzərdə tutulub. İki mərtəbədən ibarət olan, müasirtipli layihə əsasında inşa edilən binada hörgü işləri başa çatdırılıb, dam örtüyü vurulub. Hazırda binada suvaq işləri aparılır. Burada kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, mədəniyyət evi, kitabxana, ATS, poçt bölməsi, baytarlıq məntəqəsi fəaliyyət göstərəcək.
Cari ildə kəndin həkim ambulatoriyası da yeni binada xidmətini davam etdirəcək. Bu bina da iki mərtəbədən ibarətdir. Obyektdə hörgü işləri, əsasən, başa çatdırılıb, qapı-pəncərələrin salınmasına, suvaq işlərinin görülməsinə başlanılıb. Yeni səhiyyə ocağının maddi-texniki bazası gücləndiriləcək, burada müasir tibbi avadanlıqlar quraşdırılacaq.
Daha bir obyekt 1008 şagird yerlik kənd tam orta məktəbi üçün nəzərdə tutulub. Qeyd edək ki, yaradılan şərait hesabına qısa müddət ərzində köhnə məktəb binasında bəzi yardımçı tikililər, dam örtüyü, arakəsmələr sökülüb, qapı-pəncərələr çıxarılıb, binaya bir korpus da əlavə edilib, daha bir mərtəbə ucaldılıb. Yeni məktəb binasında 55 sinif otağı, 3 laboratoriya, 3 elektron lövhəli sinif, 3 kompyuter, direktor və müəllimlər otaqları, kitabxana, idman zalı kollektivin ixtiyarına veriləcək.
Xidmət mərkəzinin binasında isə son tamamlama işləri görülür. Burada ərzaq, sənaye və tikinti materialları mağazaları, qadın gözəllik salonu, bərbərxana, dərzi sexi və ət satışı dükanı yaradılacaqdır.
Bütün obyektlər tikinti materialları ilə vaxtlı-vaxtında təmin olunur. Bu da inşaat işlərinin sürətlə və keyfiyyətlə aparılmasına imkan verir.

Xəbərlər şöbəsi

Naxçıvan şəhərində Gənclər Mərkəzinin tikintisi davam etdirilir. 625 kvadratmetr sahəni əhatə edən bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Tikinti işləri Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsi tərəfindən aparılır. İş icraçısı Rəşid Tağıyevin verdiyi məlumata görə, inşaat işlərinə bu ilin aprel ayından başlanılıb. Hazırda binanın birinci və ikinci mərtəbələrində tikinti işləri başa çatdırılıb, suvaq işləri aparılır. Üçüncü mərtəbədə isə beton-qəlib işləri yekunlaşıb, dam örtüyü vurulur. Bina hazır olduqdan sonra burada rəsm qalereyası, kitabxana, konfrans zalı və xarici dil kursları fəaliyyət göstərəcək. Tikintidə təhlükəsizlik qaydalarına ciddi əməl olunur, inşaatçılar binanı vaxtında təhvil vermək üçün səylə çalışırlar.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Sahibkar­lığa Kömək Fondundan aldığımız məlumata görə, iqtisadiyyatın bütün sahələrinə cari ilin ilk 5 ayında 1 milyon 317 min manat kredit ayrılıb. Bəhs olunan dövrdə fond tərəfindən meyvəçiliyin, istixana, o cümlədən limon istixanası, bağçılıq və üzümçülük təsərrüfatlarının yaradılmasına 17 layihə üzrə 367 min manatlıq dövlət maliyyə dəstəyi göstərilib.
Kəndlərdə kiçikhəcmli layihələrin – soyuducu anbarların, istixana komplekslərinin, kompleks arıçılıq təsərrüfatlarının, bərk pendir istehsalının, südün emalı, xama, lokum istehsalının, meyvə-tərəvəz qurutma sahələrinin yaradılmasına 32 layihə üzrə 709 min manat kredit verilib.
Məlumatda o da bildirilir ki, kreditlərin verilməsi müvəkkil kredit təşkilatları tərəfindən icra edilib, alınan vəsaitlərin aidiyyəti üzrə xərclənməsinə xüsusi diqqət yetirilib.

Xəbərlər şöbəsi

“Nağdsız ödənişlərin həcminin artırılması və POS-terminallardan istifadənin genişləndirilməsi” mövzusunda Babək rayonunda sa­hibkarlarla keçirilən görüşdə nağdsız hesablaşmaların əhəmiyyəti haqqında ətraflı söhbət açılıb.
Tədbirdə Babək Rayon Vergilər Şöbəsinin rəisi Səftər Əliyarov çıxış edərək bildirib ki, iqtisadi fəaliyyətin bütün sahələrində həyata keçirilən maliyyə əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsilə aparılmasının təmin olunması qarşıda duran əsas vəzifələrdəndir. Hazırda rayon ərazisində quraşdırılan POS-terminallardan səmərəli istifadənin təmin olunması üçün əhali və sahibkarlıq subyektləri arasında izahat işlərinin gücləndirilməsinə xüsusi diqqət yetirilir, nağdsız əməliyyatların aparılması istiqamətində əməkdaşların məsuliyyəti artırılır.
Sonra rayon Vergilər Şöbəsinin əməkdaşlarından Ataxan Nuriyevin, Faiq Hümbətovun çıxışları olub. Çıxışlarda plastik kartlardan istifadənin, elektron ödənişlərin və nağdsız ödənişlərin həcminin artırılmasının vacibliyindən söhbət açılıb.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

Naxçıvanda kartofçuluğun inkişafı məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tədbirlər keçirir. Kartofçuluqla məşğul olan sahibkarlara yardım etmək üçün onlar bu dəfə Şahbuz rayonunda olublar. Nazirliyin Bitki mühafizəsi və karantin şöbəsinin əməkdaşları bu mövsümdə fəallaşan zərərvericilərə qarşı mübarizə məqsədilə Bakıdan gətirilən dərman preparatlarını rayonun fermerlərinə və fərdi təsərrüfatların rəhbərlərinə paylayıblar. Sahibkarlarla keçirilən görüşdə 21 kəndin nümayəndəsi və fərdi təsərrüfat sahiblərinə kartof üçün təhlükəli sayılan kolorado böcəyinə qarşı tətbiq edilən 40 litr dərman preparatı pulsuz olaraq paylanıb. Bu miqdarda dərman preparatı 160 hektar sahəyə nəzərdə tutulub. Muxtar respublika Bitki Mühafizə Stansiyasının mütəxəssislərinin də qatıldığı tədbirdə sahibkarları maraqlandıran suallar cavablandırılıb və zərərvericilərə qarşı mübarizə tədbirlərinin düzgün aparılması məqsədilə bukletlər verilib. Bundan əvvəl mütəxəssislər eyni məqsədlə Şərur, Sədərək, Kəngərli və Ordubad rayonlarında olublar.

Xəbərlər şöbəsi

2011-ci ilin mart ayından etibarən “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi tərəfindən Naxçıvan şəhərinin Pişəvəri küçəsində inşa olunan Dövlət Bayrağı Meydanında və Fəxri Xiyabanda tikinti işləri davam etdirilir. Bayraq Meydanında 5 hektardan artıq əraziyə daş düzülür, işıqlandırma sistemləri quraşdırılır. 270 kvadratmetr ərazidə salınan səkkiz guşədən ibarət Bayraq Muzeyi binasında da işlər davam edir. Binanın ətrafındakı sahənin üzlənməsində qranit lövhələrdən və yerli üzlük daşlardan istifadə olunub.
İş icraçısı Səyavuş Qasımovun bildirdiyinə görə, Bayraq Meydanının aşağı hissəsində 8 hektara yaxın sahəni əhatə edən Fəxri Xiyabanın ərazisində də inşaat işləri aparılır. Bu ərazidə yaradılan terraslarda üzlük daşların döşənməsi, suaxıdıcı arxların, süni yaşıl örtüyün salınması, müasir işıqlandırma sistemlərinin quraşdırılması işləri gedir. Xiyabanın giriş qapısında inşaat işləri, əsasən, başa çatıb, ətrafında abadlıq işləri aparılır. Ərazidə yerləşən 4 otaqlı inzibati binada da işlər yekunlaşıb. İnşaatçılar öhdələrinə düşən işi vaxtında və yüksək keyfiyyətlə başa vurmaq üçün səylə çalışırlar.

Xəbərlər şöbəsi

Muxtar respublikamızın ayrılmaz həyat ritminə çevrilən tikinti-quruculuq işlərindən Şahbuz rayonunun Qızıl Qışlaq kəndinə də pay düşüb. Burada 110 şagird yerlik yeni məktəb binası tikilir. Layihəyə əsasən, bina zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaq. Binanın zirzəmisində və birinci mərtəbəsində arakəsmələr işlənir, ikinci mərtəbədə beton-qəlib işləri başa çatdırılaraq çardaq hissəsinin qurulmasına hazırlıq görülür. Yeni məktəb binasında sinif otaqları, kitabxana, elektron lövhəli sinif və bir kompyuter sinfi, laboratoriya müəllim və şagirdlərin ixtiyarına veriləcək. Bina üçün fərdi qazanxana da yaradılacaq.
Kənddə inşa edilən digər bir bina kənd mərkəzi üçün nəzərdə tutulub. Bina iki mərtəbədən ibarət olacaq.
Qızıl qışlaqlılar yeni bir obyektdən isə xidmət mərkəzi kimi istifadə edəcəklər. Burada sənaye və ərzaq malları mağazaları, ət satışı dükanı, bərbərxana, məişət cihazlarının təmiri sexləri fəaliyyət göstərəcək. Adıçəkilən hər üç tikinti obyektinin inşasını Şahbuz Rayon Tikinti-Quraşdırma İdarəsi aparır.
Lazım olan tikinti materialları ilə təmin edilən obyektlərin vaxtında təhvil verilməsi üçün bütün tikintilərdə çalışan inşaatçılara, müxtəlif peşə sahiblərinə hərtərəfli şərait yaradılıb. Obyektlərdə yerli inşaat materiallarından istifadəyə üstünlük verilir, keyfiyyət amili diqqət mərkəzində saxlanılır.

Xəbərlər şöbəsi

Son illərdə bölgələrimizdə aparılan quruculuq tədbirlərindən Culfa rayonunun Kırna kəndi də bəhrələnib. Belə ki, bu yaşayış məntəqəsində 4 obyektdə inşaat işləri gedir. Bunlardan biri 306 şagird yerlik kənd tam orta məktəbi üçün nəzərdə tutulan binadır. Bu quruculuq tədbirinin həyata keçirilməsinə cari ilin mart ayından start verilib. Yenidən qurulan bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Yaşayış məntəqəsində inşa edilən daha bir bina isə kənd mərkəzi üçün nəzərdə tutulub. İki mərtəbədən ibarət olacaq binanın birinci mərtəbəsində rabitə evi, baytarlıq və polis sahə məntəqələri, kitabxana, arxiv, ikinci mərtəbədə isə bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kənd inzibati ərazi dairəsi üzrə nümayəndə­lik yerləşəcək. Kənddə həkim ambulatoriyasının da tikintisi sürətlə aparılır. Binanın birinci mərtəbəsinin tikintisi başa çatdırılıb, ikinci mərtəbədə qəlib işləri görülür. Daha bir tikinti obyekti olan xidmət mərkəzi üçün nəzərdə tutulan binanın inşasında da sürətli iş prosesi hökm sürür. Sözügedən obyektlərdə inşaat işlərini Culfa Rayon Tikinti-Quraşdırma İdarəsinin inşaatçıları həyata keçirirlər.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə elmi-praktik konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə muxtar respublikanın flora və fauna nümunələrindən ibarət sərgiyə baxıblar.
Konfransda Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov məruzə edərək bildirib ki, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1972-ci il 15 dekabr tarixli Qərarına əsasən, iyun ayının 5-i Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü elan edilib. Bu gün dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da hər il qeyd olunur.
Vurğulanıb ki, ekoloji problemlərin həlli, ətraf mühitin qorunması, təbiətin zənginləşdirilməsi Naxçıvan Muxtar Respublikasında da diqqət mərkəzində saxlanılır. Muxtar respublikanın coğrafi mövqeyi, relyefi, təbii iqlim və torpaq xüsusiyyətləri, təbii su potensialı nəzərə alınaraq, ən mühüm ekoloji tədbir kimi yaşıllaşdırma, meşəsalma və meşəbərpa tədbirlərinə xüsusi diqqət yetirilir, xüsusi mühafizə olunan təbiət obyektləri yaradılır. Hazırda muxtar respublikada böyük əraziləri əhatə edən 1 milli park, 1 təbiət qoruğu və 3 yasaqlıq mövcuddur.

Ardını oxu...

Əvəlik kosmopolit bitki olub, Yer kürəsinin hər yerində yayılmışdır. Bu bitkinin əksər növlərinə şimal yarımkürəsinin mülayim iqlim zonalarında rast gəlmək olar. Ən çox çəmənliklərdə, meşə kənarlarında, dağ yamaclarında, göl, dəniz vadilərində alaq otu  kimi yayılmışdır. 

Qafqazda 25, Azərbaycanda isə 17 növü bitir. Xalq arasında tərəvəz bitkisi kimi geniş istifadə edilən adi və yumrukök növləridir. Bu növlər Azərbaycanın aşağı və orta dağ qurşaqlarında bitir. Naxçıvan Muxtar Respublikasının ərazisinin əksər yerlərində bu bitkiyə rast gəlmək olar. Şahbuz, Sədərək və Ordubad rayonlarında bitən və istifadə olunan əvəlik növləri əvəzolunmazdır. Aqrar sahədə xüsusi təcrübəsi olan yaşlı insanlar deyirlər ki, İkinci Dünya müharibəsi illərində yerli əhali tərəfindən Şahbuz və Ordubad rayonlarının ərazilərindən kütləvi şəkildə əvəlik və ələyəz pencərləri yığılaraq çörək əvəzinə qida tələbatının ödənilməsində istifadə olunmuşdur.
Botaniki xüsusiyyətlərindən danışarkən qeyd olunmalıdır ki, əvəlik bitkisi qırxbuğum fəsiləsinə aid olub, çoxillik ot bitkisidir. Əvəlik toxum, kök pöhrələri ilə çoxalır. Toxumları yazda və payızda səpilir. İkinci ildən başlayaraq qida üçün istifadə olunacaq yaşıl kütləsi alınır. Uzunömürlü, çoxillik bitkidir.
Əvəlik bitkisi müalicəvi əhəmiyyətə malikdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında quşçuluq təsərrüfatlarının sayı 46-ya çatıb. Muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına nail olmaq, yumurta və quş ətinə olan tələbatı yerli məhsullar hesabına ödəmək məqsədilə dövlət tərəfindən bu sahəyə göstərilən qayğıdan sonra həmin rəqəm əldə edilib.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri və Dövlət Baytarlıq Xidmətinin əməkdaşları Kəngərli rayonunda sahibkarlarla görüşüblər. Fərdi quşçuluq təsərrüfatlarının sahibkarları ilə görüşən mütəxəssislər son illər bu sahədə qazanılan təcrübələri onlarla bölüşüblər. “Bu sahənin inkişafı dövlət səviyyəsində dəstəklənir və sahibkarlara bunun üçün lazımi şərait yaradılır. Elə bunun nəticəsidir ki, son illər muxtar respublikadakı təsərrüfatlarda quşların baş sayı 1 milyon 56 min 600 başa çatıb. Halbuki aqrar islahatlardan öncə bu rəqəm 209 min 435 baş olub”. Bu faktları mütəxəssislər görüş zamanı sahibkarların diqqətinə çatdırıblar. O da qeyd edilib ki, sağlam inkubasiya üçün yararlı yumurtaların seçilməsinə, cücələrin saxlanma şəraitinə və yemləmə qaydalarına xüsusi diqqət yetirməklə bu sahədə uğur qazanmaq olar. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb, onlara profilaktik tədbirlərin aparılması qaydaları haqqında hazırlanan bukletlər paylanıb.

Xəbərlər şöbəsi

Tarix sübut etmişdir ki, tarazlı iqtisadi inkişaf istənilən cəmiyyətdə sosial-siyasi sabitliyin və mədəni yüksəlişin əsas səbəblərindən biridir. Buna nail olmaq, daha sonra isə onu qoruyub saxlamaq inkişafın bütün mərhələlərində tənzimləmə tədbirlərinin gündəmdə olmasını tələb edir. İnsan tələbatlarının sonsuz olması, təbii və istehsal resurslarının isə məhdudluğu sabit inkişafa maraqlı olan hər bir idarəetmə sistemi qarşısında bir sıra vəzifələr qoyur. 

Hər kəsin fərdi rifahına, mədəni səviyyəsinə təsir edən tarazlı inkişaf kifayət qədər mürəkkəb məsələdir və dövlətlər vaxtaşırı olaraq bu problemin həllində çətin sınaqlar qarşısında qalırlar. Əslində isə bazar tarazlığı ilə hər birimiz öz gündəlik həyatımızda rastlaşır, bəzən özümüz də bilmədən bu münasibətlərin iştirakçısına çevrilirik. Misal üçün, ticarət köşkündən bir qutu şəkər aldığımızda bu, həmin anda yaranmış ticari razılaşmanın, yaxud tarazlığın nəticəsidir. Belə razılaşmalar isə hər gün milyonlarla və daha çoxdur. Ancaq unutmaq olmaz ki, iqtisadi həyatda ideal formul hesab olunan “satan razı, alan razı” prinsipi həmişə özünü doğrulda bilmir. Yəni iqtisadi münasibətlərə girən bir tərəf üçün işlərin yaxşı getməsi heç də hamının kefinin kök olması demək deyildir. Qeyd edək ki, belə məsələlər iqtisadi maraqlara birtərəfli, yəni yalnız şəxsi mənafeləri baxımından yanaşanlar üçün həmişə qaranlıq qalmış, belə yanaşmalar gec-tez öz mənfi nəticəsini göstərmişdir. Çünki qısa müddətdə görülən işin nəticəsi nə qədər qazanclı olsa da, dövlət və cəmiyyət maraqları ilə üst-üstə düşmədiyindən o, kökündən qopmuş çürük bir ağac kimi səs-küylə aşıb yerə düşəcək, bu zaman bir çox sosial və hətta siyasi fəsadlar da törədəcəkdir.

Ardını oxu...

Ordubad Rayon Vergilər Şöbəsində vergi ödəyiciləri ilə keçirilən görüşü giriş sözü ilə şöbənin rəisi Məhəmməd İbadov açıb. Şöbə rəisi bildirib ki, nağdsız ödənişlərin genişləndirilməsi dövlətimizin maliyyə-iqtisadi siyasətinin əsas hədəflərindən biri olaraq qalır. Ölkədə nağdsız ödənişlərin inkişafını, o cümlədən POS-terminalların tətbiqini təmin edən 10-a yaxın normativ hüquqi akt qəbul olunub. Nağdsız ödənişlərin genişləndirilməsi üçün elektron ödəniş vasitələrinin tətbiqi heç də problemsiz deyil. Hələ də bəzi təsərrüfat subyektlərinin POS-terminalların tətbiqinə az maraq göstərməsi və əhalinin nağd ödənişlərin aparılmasına daha meyilli olması müşahidə edilir.
Tədbirdə şöbənin əməkdaşlarından Elnur Bağırovun, Malik Məmmədovun çıxışları olub. Çıxışlarda qeyd edilib ki, istənilən ödəmə prosesində, o cümlədən nağdsız ödəmələrdə iki əsas tərəf iştirak edir. Nağdsız ödənişlərin həcminin daha da artırılmasının ən optimal yollarından biri hər iki tərəfin marağını təmin etməkdir. Bu gün pul hesablaşmalarının aparılmasında nağdsız ödəniş formasının üstünlükləri heç kəsdə şübhə doğura bilməz. Dünya təcrübəsi göstərir ki, nağdsız ödənişlər hesablaşmalarda operativliyin, rahatlığın, təhlükəsizliyin və şəffaflığın təmin olunması deməkdir.
Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

Xəbərlər şöbəsi

Muxtar respublikamızda yerli xammaldan səmərəli istifadə etməklə daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsullar istehsal edən müxtəliftəyinatlı yeni istehsal müəssisələri yaradılır və ya mütərəqqi texnologiyalar tətbiq olunmaqla fəaliyyəti dayanmış müəssisələrin işi bərpa edilir. Tikinti materiallarına olan tələbatın ödənilməsi istiqamətində də mühüm işlər görülür, tikinti materialları istehsal edən müəssisələr fəaliyyətə başlayır. Təbii ki, bu da tikinti-quraşdırma işlərinin sürətlə aparılmasına rəvac verir.
“Gəmiqaya Kərpic Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti də son illər Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri nəticəsində yerli tikinti materiallarına olan tələbatın ödənilməsi zərurətindən yaradılmışdır.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR