22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2013-cü ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 753 milyon 949 min manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da 2012-ci ilin yanvar-may ayları ilə müqayisədə 12,8 faiz çoxdur. Ümumi Daxili Məhsulun sahə strukturunda ilk yeri sənaye, ikinci yeri isə tikinti sahəsi tutmaqdadır. 

Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2012-ci ilin yanvar-may ayları ilə müqayisədə 11,4 faiz artaraq 1757 manata (2239,1 ABŞ dollarına) çatmışdır.

 *     *     *

2013-cü ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 366 milyon 642 min manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricini 12,1 faiz üstələmişdir.

 

*     *     *

Cari ilin yanvar-may aylarında muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 407 milyon 208 min manat həcmində investisiya yönəldilmişdir. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə istifadə edilmiş investisiyanın həcmi 9,9 faiz artmışdır.

*     *     *

Qeyd olunan dövrdə informasiya və rabitə xidmətlərinin həcmi 18 milyon 380 min manat olmuşdur ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 15 milyon 588 min manat olmaqla, bir il öncəki göstəricini 6 faiz üstələmişdir.

*     *     *

2013-cü ilin yanvar-may aylarında muxtar respublikada 37 milyon 257 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricini 4,7 faiz üstələmişdir. Cari ilin yanvar-may aylarında muxtar respublikada 7,4 min ton ət (diri çəkidə), 33,5 min ton süd, 40 milyon 843 min ədəd yumurta istehsal edilmiş, 2012-ci ilin yanvar-may ayları ilə müqayisədə ət istehsalı 5,1 faiz, süd istehsalı 1,6 faiz, yumurta istehsalı 1,2 faiz artmışdır.

*     *     *

Cari ilin yanvar-may aylarında muxtar respublikada əhalinin gəlirləri 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz artaraq 594 milyon 314 min manat, onun hər bir nəfərə düşən həcmi isə 4,3 faiz yüksələrək 1385 manat təşkil etmişdir.

*     *     *

Aparılan məqsədyönlü iqtisadi siyasət muxtar respublikada əhali rifahının davamlı yüksəlişinə əsaslı zəmin yaratmışdır. 2013-cü ilin yanvar-may aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 374,1 manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,5 faiz artmışdır.

*     *     *

1 iyun 2013-cü il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 20654-ə çatmışdır ki, bunun da 17675-i və ya 85,6 faizi aktiv hesablardır. 2013-cü ilin yanvar-may ayları ərzində açılmış 3754 bank hesabının 3703-ü və ya 98,6 faizi aktiv hesablardır.

*     *     *

2013-cü ilin yanvar-may aylarında muxtar respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlar, fiziki şəxslər tərəfindən xarici dövlətlərlə aparılan ticarət əməliyyatları nəticəsində 165 milyon 971 min Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi yaranmışdır. İxracın həcmi son bir il ərzində 6,5 faiz artaraq 103 milyon 980 min ABŞ dollarından çox olmuş və xarici ticarət üzrə 41 milyon 989 min ABŞ dollarından artıq həcmdə müsbət saldo yaranmışdır.

*     *     *

Qeyd olunan dövrdə muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 20 milyon 207 min manat həcmində kreditlər verilmişdir.

*     *     *

1 iyun 2013-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 8746 nəfər və ya 2,1 faiz artaraq 430871 nəfər təşkil etmişdir. 2013-cü ilin yanvar-may aylarında 4360 körpə doğulmuşdur ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 6 nəfər çoxdur.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR