Bu mövzuda Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə birgə tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin Baş direktoru Hikmət Əsgərov açaraq məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, bugünkü tədbirin keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikası Ali Məclisində 4 fevral 2013-cü il tarixdə keçirilmiş müşavirədə verilmiş tapşırıqlara uyğun olaraq, hüquqi və fiziki şəxslər arasında sığorta işinin canlandırılması, sığortaya olan etibarlılığı artırmaq üçün aparılan izahat, maarifləndirmə və təbliğat tədbirləri nəticəsində Naxçıvan Şəhər Dövlət Sığorta Agentliyi tərəfindən vətəndaşlara məxsus daşınmaz əmlakın icbari sığortasının aparılması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumatların verilməsindən ibarətdir. Çünki hər hansı hadisə nəticəsində zərərçəkmiş insanlar üçün bu zərərin aradan qaldırılmasında sığorta mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan muxtar respublikamızda sığorta işinin təşkili diqqət mərkəzində saxlanılır.