22 Dekabr 2024, Bazar

Bu mövzuda Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agent­liyi Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə birgə tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin Baş direktoru Hikmət Əs­gərov açaraq məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, bugünkü tədbirin keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikası Ali Məclisində 4 fevral 2013-cü il tarixdə keçirilmiş müşavirədə verilmiş tapşırıqlara uyğun olaraq, hüquqi və fiziki şəxslər arasında sığorta işinin canlandırılması, sığortaya olan etibarlılığı artırmaq üçün aparılan izahat, maarifləndirmə və təbliğat tədbirləri nəticəsində Naxçıvan Şəhər Dövlət Sığorta Agentliyi tərəfindən vətəndaşlara məxsus daşınmaz əmlakın icbari sığortasının aparılması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumatların verilməsindən ibarətdir. Çünki hər hansı hadisə nəticəsində zərərçəkmiş insanlar üçün bu zərərin aradan qaldırılmasında sığorta mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan muxtar respublikamızda sığorta işinin təşkili diqqət mərkəzində saxlanılır.

Bildirilmişdir ki, 24 iyun 2011-ci ildə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Bu qanuna əsasən, “Daşınmaz əmlakın icbari sığortası”, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası”, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Sərnişinlərin icbari sığortası” həyata keçirilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə ölkə Prezidentinin 15 sentyabr 2011-ci il tarixli Fərmanının 4.4-cü bəndinə əsasən, daşınmaz əmlakın icbari sığortasına nəzarət yerli icra hakimiyyəti orqanlarına tapşırılmışdır. 
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində 30 noyabr 2011-ci il tarixdə keçirilən “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr” barədə müşavirədə muxtar respublikada sığortanın bütün növlərinin inkişafının təmin edilməsi, hüquqi və fiziki şəxslərin xidmətin bu növündən faydalanmaları üçün Dövlət Baş Sığorta Agent­liyinə və digər aidiyyəti orqanlara müvafiq tapşırıqlar verilmişdir. Bu, muxtar respublikamızda bütün sığorta növlərinin inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur.
Vurğulanmışdır ki, 4 fevral 2013-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “2012-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə qarşıya qoyulan vəzifələrlə əlaqədar Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Dövlət Sığorta Agentliyi bir sıra tədbirlər həyata keçirmişdir. Belə ki, ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə Naxçıvan Şəhər Dövlət Sığorta Agentliyi tərəfindən sığorta haqlarının toplanması 23,7 faiz, sığorta müqavilələrinin sayı 21,7 faiz, vətəndaşlara məxsus daşınmaz əmlakın icbari sığortası üzrə tədiyyə toplanması 1,6 dəfə, eləcə də sığorta müqavilələrinin sayı 1,6 dəfə artmışdır.
Bildirilmişdir ki, vətəndaşlara məxsus daşınmaz əmlakın sığortasının tam həyata keçirilməsi üçün aparılan tədbirlər genişləndirilməli, hər bir işçi sığorta haqqında qanun, qərar, qayda və təlimatları öyrənməli, bilik səviyyəsini yüksəltməyə çalışmalıdır. Naxçıvan şəhərində mülkiyyətində tikintisi olan bütün vətəndaşların siyahıları bir daha dəqiqləşdirilməli, qanunla müəyyənləşdirilmiş aidiyyəti orqanlarla birlikdə sığortaya cəlbedilmə işinin effektli olması üçün maarifləndirici tədbirlər həyata keçirilməlidir.
Məruzə ətrafında müzakirələrdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Sərdar Salahovun, Naxçıvan Şəhər Dövlət Sığorta Agent­liyinin direktor əvəzi Sadiq Muradovun çıxışları olmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR