22 Dekabr 2024, Bazar

Muxtar respublikanın bütün ehtiyatlarından səmərəli istifadə olunmaqla daxili bazarın tənzimlənməsində, tələbatın yerli istehsal hesabına ödənilməsində və idxaldan asılılığın azaldılmasında, xaricə valyuta axınının qarşısının alınmasında, əhali tələbatının daha dolğun ödənilməsində yerli istehsalın əvəzsiz rolunu nəzərə alaraq regionda kompleks tədbirlər həyata keçirilmiş, yeni istehsal və xidmət sahələri yaradılmışdır. Belə istehsal sahələrindən biri də 2011-ci il fevral ayında istifadəyə verilmiş “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının plastmas kapsul və qapaq istehsalı müəssisəsidir.

Ardını oxu...

Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında bank sektoru qarşısında da bir sıra vəzifələr qoyulmuşdur. Bu vəzifələrdən irəli gələn ən mühüm məsələlərdən biri də müasir iqtisadiyyatımızda nağdsız hesablaşmaların artırılması məqsədilə yeni POS-terminalların və bankomatların quraşdırılmasıdır.

Nağdsız ödəniş üçün etibarlı əməliyyat sistemi, geniş texniki imkanlar və subyektlər arasında inam olmalıdır. Bu sistem hesablaşmaların elastikliyi ilə fərqlənib, əməliyyatların daha dəqiq aparılmasına və təhlükəsizliyinə xidmət edir, nağd ödənişlərdəki kimi pulların bir və ya bir neçə dəfə təkrar hesablanmasını tələb etmir. Bunlarla yanaşı, nağdsız hesablaşma həm də vergidənyayınma hallarının qarşısının alınmasını, əhaliyə göstərilən kommunal və sair digər xidmət haqlarının rahat şəkildə ödənilməsini, canlı ünsiyyətin azalmasını təmin edir.

Ardını oxu...

və ya sahibkar-işçi münasibətləri haqqında bir neçə söz...

Ötən yazılarımızdan birində kiçik biznesin maraqlı və əhəmiyyətli tərəflərindən bəhs etmiş, uğurlu biznesin əsas faktorlarından biri kimi sahibkar-işçi münasibətləri haqqında məlumat verəcəyimizi qeyd etmişdik. Sahibkar-işçi münasibətləri tək ölkəmizdə deyil, bütün dünyada biznesin ən aktual məsələlərindən biridir. Artıq dünya biznes məkanındakı təcrübə göstərir ki, yaxşı məhsul heç də yaxşı qazanc demək deyil. Yaxşı qazanc yalnız işə motivə olunmuş – motivasiyalı kadrların sayəsində mümkün ola bilər. İstənilən sahibkarlıq subyektində ən dəyərli resurs işçilər, yəni komandadır. Bu fikir sadə səslənsə də, belə kadrları toplamaq sahibkardan böyük bacarıq və zəhmət tələb edir. Mövzu ilə bağlı fikirlərimizi bizim üçün daha sadə görünən sahibkar-satıcı münasibətləri zəminində nəzərdən keçirək, ancaq aşağıdakı haşiyəyə çıxmaq şərti ilə.

Bu fikri çoxlarından eşitmişik: “Filan məbləğdə pulum olsa, filan bir işi qurardım və yaxşı da pul qazanardım”.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq reallaşdırılan iqtisadi siyasət nəticəsində muxtar respublika iqtisadiyyatının potensial imkanları daha da yüksəlmiş, dayanıqlı iqtisadi sistem formalaşmışdır. Muxtar respublika iqtisadiyyatının dinamik inkişaf templəri ulu öndərimizin 90 illiyi ilə əlaqədar“Heydər Əliyev ili” elan edilmiş 2013-cü ilin ilk doqquz ayı ərzində də qorunub saxlanmışdır.
İlin əvvəlindən muxtar respublikada 1 milyard 586 milyon 996 min manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricini 10,6 faiz üstələyir. Ümumi Daxili Məhsulun tərkibində ilk yeri 30,1 faizlik payla sənaye, ikinci yeri isə 22,5 faizlik payla tikinti sahəsi tutmuşdur. 2013-cü ilin yanvar-sentyabr aylarında hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi ötən ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artaraq 3685,5 manat (4697,3 ABŞ dolları) səviyyəsində olmuşdur. Ümumi Daxili Məhsulun 63,6 faizi maddi istehsal sektorunun payına düşmüşdür. 

Ardını oxu...

Muxtar respublikada enerji təhlükəsizliyi təmin olunmuşdur

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə hər il oktyabrın 20-si ölkəmizdə energetiklərin peşə bayramı kimi qeyd edilir.
Məqsədyönlü enerji siyasəti dövlətin milli təhlükəsizliyinin təmin edilməsində və iqtisadi inkişafında çox mühüm əhəmiyyətə malikdir. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın energetika kompleksinin, o cümlədən elektrik enerjisi sisteminin inkişafına xüsusi diqqət yetirmiş, bu sahədə əsaslı quruculuq işləri görülmüşdür. Təsadüfi deyil ki, Azərbaycanda müstəqil enerji sisteminin formalaşması, dövlətimizin enerji təhlükəsizliyinin təmin olunması ulu öndərimizin adı ilə bağlıdır. Məhz dahi şəxsiyyətin bilavasitə rəhbərliyi ilə ötən əsrin 70-ci illərində ölkəmizin energetika sisteminin real imkanları iki dəfədən çox artırılmışdır. Bu dövrə qədər Azərbaycan Respublikası elektrik enerjisi ilə qonşu respublikaların enerji sistemlərindən təchiz edilirdi. Ulu öndərin rəhbərliyi ilə ümumi gücü 2400 meqavat olan Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası, İran İslam Respublikası ilə birgə  tikilən 22 meqavat gücündə Araz Su Elektrik Stansiyası tikilmiş, 330 kilovoltluq Mingəçevir-Abşeron elektrik verilişi xətti çəkilmiş, yeni transformator yarımstansiyaları istifadəyə verilmişdir. Müstəqillik illərində də ümummilli liderimiz ölkə­mizdə enerji təhlükəsizliyinin təmin olunmasını diqqət mərkəzində saxlamış, bu sahənin maddi-texniki təchizatı xeyli gücləndirilmişdir.

Ardını oxu...

“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin illər əvvəl dediyi bu sözlərin təsdiqini indi daha yaxşı görürük. Bazar iqtisadiyyatı yolunu seçən Azərbaycan inkişaf etdikcə dövlətimizin də gücü artır və bu güc bütün sahələri əhatə edir. Təbiidir ki, bütün dünyanın mütərəqqi ölkələrində olduğu kimi, ölkəmizdə də sahibkarlığın inkişaf etdirilməsi müasir biznesin təməl prinsipləri kimi qəbul olunur.

Təcrübə göstərir ki, inkişaf etmiş dünya ölkələrində iqtisadiyyatın əsası kiçik biznes sahələri üzərində qurulub. Bəs nəyə görə kiçik biznesin? Birinci ona görə ki, kiçik biznes gələcək sahibkar üçün gözəl seçim imkanları yaratmaqla bərabər, həm də özündə o qədər də böyük riskləri daşımır. İkincisi, kiçik biznesdə istehsal edilən məhsul, göstərilən xidmət və sair geniş müştəri kütləsinə hesablanıb. Üçüncüsü isə bu kiçik sahə sahibkara böyük təcrübə qazandırır və ona daha böyük sahələrə gedən yollar üçün imkanlar açır. İqtisadçı olmasam da, son aylarda inkişaf etmiş və etməkdə olan ölkələrdə biznesin inkişafı ilə bağlı apardığım araşdırmalar mühüm və maraqlı nəticələr əldə etməyimə səbəb oldu. Əldə olunan məlumatları təhlil etdikcə onun da fərqinə vardım ki, ölkəmizin, həmçinin muxtar respublikamızın  iqtisadi inkişafı getdikcə artır, ancaq iqtisadiyyatda yeni üsulların, dünya biznes məkanında gedən proseslərin uğurlu tərəflərinin tətbiqi bizə də lazımdır və bu yalnız xeyir gətirə bilər. Düşündük ki, bu nəticələr haqqında fikirlərimizi oxucularımızla bölüşək.

Ardını oxu...

Naxçıvan Dövlət Texniki Kollecində “Nağdsız hesablaşmaların üstünlükləri” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə kollecin direktoru Məhəmməd Qəribov açıb.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin əməkdaşı Rəşad Əliyev çıxış edərək bildirib ki, nağdsız ödənişlər nağd pulların çapı, daşınması, saxlanması və təsərrüfat əməliyyatları xərclərinin azalmasında, nəticədə isə iqtisadiyyatın inkişafında əhəmiyyətli rol oynayır. Nağdsız hesablaşmaların ödəniş kartları, bank köçürmələri, çeklər və sair kimi müxtəlif növləri mövcuddur. Onlardan ödəniş kartlarını xüsusilə qeyd etmək lazımdır.
Bildirilib ki, nağd hesablaşma ilə müqayisədə ödəniş kartı vasitəsilə aparılan əməliyyatların çoxsaylı üstünlükləri vardır. İnkişaf etmiş ölkələrdə ödəniş kartları gündəlik həyatda  əvəzedilməz alətdir və öz sahibləri üçün rahatlıq, səmərəlilik, eyni zamanda təhlükəsizlik simvoluna çevrilib. Muxtar respublikada ödəniş kartlarından istifadə göstəriciləri gündən-günə artmaqdadır. Muxtar respublika iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatların əsas məqsədlərinə ictimaiyyətin müasir elektron ödəniş alətlərinin üstünlükləri və imkanları barədə maarifləndirilməsi, alğı-satqı əməliyyatları üzrə hesablaşmalarda kartlardan istifadənin miqyasının genişləndirilməsi üçün geniş təbliğat kampaniyasının həyata keçirilməsi də daxildir.
Sonra elektron lövhə vasitəsilə nağdsız hesablaşmaların üstünlüklərindən  bəhs edən reklam çarxı nümayiş etdirilib, iştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərlər şöbəsi

Meliorasiya tədbirləri qazanılan uğurlarda başlıca amillərdən biridir

Şərurun coğrafi vəziyyətinə, torpaq və iqlim şəraitinə bələd olanlar yaxşı bilirlər: bölgənin münbit, məhsuldar torpaqları var. Ancaq yayı çox isti, qışı sərt, qarlı-çovğunlu keçən bir ərazidə bol məhsul yetişdirmək, sözün əsl mənasında, ikiqat, üçqat zəhmət, səy və bacarıq tələb edir. Doğrudur, həmişə torpaqla təmasda olan, ruzisini torpaqdan çıxaran şərurlular işin azından, çoxundan, havanın isti-soyuğundan qorxmurlar.

Lakin məsələnin başqa tərəfləri də var. Yeri gəlmişkən, mən burada iki misal çəkməklə fikrimi bildirmək istəyirəm. Ötən əsrin 70-ci illərində təsərrüfat suyuna tələbatın ödənilməsi məqsədilə 150 milyon kubmetr su tutumuna malik olan Arpaçay dəryaçasının yaradılması rayonun bərəkətli torpaqlarını cana gətirmiş, gülüstana döndərmişdi. O illərdə Şərur respublikamızın ən qabaqcıl kənd təsərrüfatı rayonlarından biri hesab olunurdu. Üzüm istehsalı yüz min tonu ötmüş, digər kənd təsərrüfatı məhsulları – taxıl, bostan-tərəvəz, barama istehsalı da rekord həddə çatmışdı. Bayaqkı fikrimin üstünə qayıdıram. Bəli, iqlim şəraitindən asılı olmayaraq, Arpaçay Su Anbarının istifadəyə verilməsi, vaxtında həyata keçirilən yüksək aqrotexniki tədbirlər, gərgin səy və zəhmət, nəticə etibarı ilə, indi də bol məhsul götürməyə imkan verir.

Ardını oxu...

Standartlaşdırma müasir iqtisadiyyatın açarıdır

14 oktyabr – Beynəlxalq Standartlaşdırma Təşkilatının yarandığı gün hər il Azərbaycanda da “Ümumdünya Standartlaşdırma Günü” kimi qeyd edilir.
Standartlaşdırma iqtisadiyyatın idarə olunmasının başlıca vasitələrindən biridir. O, bilavasitə ictimai istehsalın səmərəliliyini və istehsal olunan məhsulun keyfiyyətini nizamlayır. Azərbaycanda istehlakçı hüquqlarının qorunması, əhalinin standartların tələbinə uyğun keyfiyyətli mal və məhsullarla təminatı ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən iqtisadi inkişaf strategiyasının əsasını təşkil edir. Ümummilli liderimizin     2001-ci il 27 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi fəaliyyətə başlamış, sonrakı dövrlərdə “Standartlaşdırma haqqında”, “Ölçmələrin vəhdətinin təmin olunması haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Yeyinti məhsulları haqqında” qanunlar və digər hüquqi sənədlər qəbul edilmişdir. Bu gün Azərbaycan Beynəlxalq Standartlaşdırma Təşkilatının, Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Avrasiya Standartlaşdırma Təşkilatının və Türkdilli Ölkələrin Bölgələrarası Standartlaşdırma Birliyinin üzvüdür.

Ardını oxu...

Təbiəti bütün gözəllikləri ilə görmək, kəndlərimizin mənzərəsi ilə yaxından tanış olmaq işimizlə əlaqədar olaraq bizə tez-tez nəsib olur. Kəndlərimizin təbii gözəlliyi, oradakı yeniliklər  həmişə diqqətimizi cəlb edir.  Kənd deyiləndə ilk olaraq göz işlədikcə uzanan yaşıllıqlar içində görünən çay daşlarından hörülmüş evlər, qoyun-quzu sürüləri, bağ-bağatlar, göz yaşı kimi bulaqlar gözümüzün önündə canlanır. Təbii ki, bir də yöndəmsiz, nizamsız yolları, insanların çətin məişət şəraitində yaşamasını xatırlayırıq. Ancaq indi kəndlərimizin mənzərəsinə yeni rənglər, çalarlar əlavə edilib, kəndlinin zaman- zaman qarşılaşdığı çətinliklər arxada qalıb.

Ölkəmiz qüdrətləndikcə kənd­lərimizin də mənzərəsi dəyişilib, bu yaşayış məntəqələrinə yeni həyat bəxş edilib. Qara çıraqları par-par yanan neon lampaları, hisli-tüstülü odun sobalarını mavi alovla şölələnən ocaqlar əvəz edib. Bütün bu inkişafın ötən günlərdə yolumuz düşdüyü Çalxanqala kəndində də şahidi olduq, kənddən çox müasir qəsəbəyə bənzəyən bu yaşayış məntəqəsinin xeyli dərəcədə dəyişməsindən haqlı qürur hissi keçirdik. Gördük ki, insan zəkası, insan amilinə diqqət mümkünsüzü mümkün edib.

Ardını oxu...

“Cahan Holdinq” Şirkətlər İttifaqı ərzaq məhsulları, tikinti materialları istehsal edən zavod və fabriklərlə yanaşı, yeni xidmət sahələrinin yaradılmasına da nail olmuş, 2011-ci ilin oktyabr ayında istifadəyə verilən ticarət mərkəzində alıcılara nümunəvi xidmət göstərilməsi üçün hərtərəfli şərait yaradılmışdır. Ümumi sahəsi 10 min kvadratmetr olan ticarət mərkəzində Almaniya, Yaponiya, Cənubi Koreya və Türkiyə istehsalı olan texniki avadanlıqlar quraşdırılmışdır.
Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan ticarət mərkəzi müasir memarlıq üslubunda inşa olunmuşdur. Binanın birinci mərtəbəsində məişət avadanlıqlarının, gündəlik tələbat mallarının, santexnika avadanlıqlarının və uşaqlar üçün əyləncə qurğularının, ikinci mərtəbəsində isə xalçaçılıq və mebel məmulatlarının, elektrotexnika avadanlıqlarının, məişət cihazlarının satışı bölmələri fəaliyyət göstərir. Binada eskalator və lift sistemi quraşdırılmış, iş otaqları istifadəyə verilmişdir. Zirzəmi qatından isə böyük anbar kimi istifadə olunur. Burada quraşdırılan videonəzarət sistemləri ilə ərazini və alış-veriş obyektlərini müntəzəm müşahidə etmək mümkündür.

Ardını oxu...

Culfa gömrük sərhəd-buraxılış məntəqəsinin gömrük nəzarəti zonasında Naxçıvan Muxtar Respublikasında ilk rüsumsuz ticarət mağazası xüsusi lisenziya əsasında “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqı tərəfindən təsis edilib. Bu fəaliyyət növünün qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməsini təmin etməkdən ötrü Culfa gömrük sərhəd-buraxılış məntəqəsinin gömrük nəzarəti zonasında xüsusi bina inşa olunub. Rüsumsuz ticarət mağazası dinamik sosial-iqtisadi inkişafı, sabitliyi, iqtisadi əlaqələrin genişləndiyini, yeni ticarət sahələrinin formalaşdığını göstərir.
Muxtar respublikada rüsumsuz ticarət mağazasının fəaliyyət göstərməsi burada eyniadlı gömrük prosedurunun tətbiqinə şərait yaradır. Bu isə, öz növbəsində, sosial-iqtisadi, ticarət və mədəni sahədə daha bir yenilikdir.

Ardını oxu...

İndi Şərur rayonunun bir çox kəndlərində bu mənzərəyə rast gəlmək olar: bir yanda tikinti işləri gedir, bir yanda yol çəkilir, başqa tərəfdə isə içməli su xəttinin çəkilişinə və ya dəyişdirilməsinə, kanalizasiya şəbəkəsinin qurulmasına başlanılıb. Bir sözlə, dövlətin yüksək qayğısı sayəsində Şərurun da abadlığı, daha müasir görkəm alması, insanların daha rahat, firavan yaşaması üçün bütün gərəkli tədbirlər həyata keçirilir.

Muxtar respublikamızı, Şəruru əhatə edən quruculuq, yeniləşmə Xanlıqlar kəndini də ağuşuna alıb. Hazırda bu yaşayış məntəqəsi geniş tikinti meydançasını xatırladır.
Rayonun iri təhsil ocaqlarından biri Xanlıqlarda yerləşir. Məktəbin yaşı çoxdur. Binasının şəraiti heç də yaxşı deyildi. Zirzəmi ilə birlikdə üçmərtəbəli köhnə bina  yenidən qurulur. Təhsil ocağına daha bir korpus da artırılıb. 396 şagird yerlik məktəb binası bu ərazinin ən iri məktəblərindən biri olacaq.

Ardını oxu...

Ölkəmizin ayrı-ayrı regionlarında olduğu kimi, muxtar respublikamızda da genişmiqyaslı quruculuq tədbirləri həyata keçirilir, Naxçıvan şəhərindən, rayon mərkəzlərindən tutmuş ucqar dağ və sərhəd kənd­lərinədək bütün yaşayış məntəqələrində inzibati və sosial obyektlər tikilib istifadəyə verilir. Təbii ki, tikinti-quraşdırma işlərinin sürətlə aparılmasında, inşaat işlərinin vaxtında və keyfiyyətlə başa çatdırılmasında mühüm rol oynayan beton qarışığı və beton məmulatları istehsal edən müəssisələrin yaradılması da diqqət mərkəzində saxlanılmış, müasir texnoloji avadanlıqlar tətbiq olunmaqla müxtəlif gücə malik zavodlar tikilib istifadəyə verilmişdir. Beton məmulatları istehsal edən müəssisələr istifadəyə verilənədək muxtar respublikamızda aparılan tikinti işləri üçün lazım olan əsas inşaat materialları – beton primitiv üsullarla hazırlanır, qum istehsalı ekologiyaya zərərli, kortəbii şəraitdə həyata keçirilirdi.  Obyektlərdə istifadə olunan digər beton məmulatları isə qonşu ölkələrdən gətirilirdi. Bu müəssisələrin işə salınması ilə həmin problemlər aradan qaldırılmış, yerli xammaldan səmərəli istifadə olunmaqla yüksəkkeyfiyyətli beton və beton məmulatları istehsalına  başlanılmışdır.

Ardını oxu...

Söhbətə giriş
Culfa şəhəri. Qədim Naxçıvanın Şərqə açılan qapısı. Bəzən düşünürəm ki, şəhərlər də insanlar kimidir. Yaşlaşsalar da, qayğı gördükcə cavanlaşırlar. Elə Culfa şəhəri kimi. Sözümün bu yerində bir qədər geriyə qayıtmaq istəyirəm. O vaxta ki, bu şəhəri hərbçilər və dəmiryolçular şəhəri kimi tanıyırdılar. Qonaq-qaralı bir şəhər kimi. Buraya SSRİ-nin ən ucqar nöqtələrindən gəlib-gedənlər olurdu. Bu şəhərə, təəssüf ki, o vaxt şəhər deməyə adamın dili gəlmirdi. Baxmayaraq ki, ölkəmizin inzibati ərazi bölgüsündə Culfa da rayon mərkəzi idi. Onu da deyim ki, kənd orta məktəbində təhsil alarkən Culfa Rayon Uşaq Musiqi Məktəbində də oxuyurdum. Bu səbəbdən hər həftə 3-4 dəfə Culfaya getməli olurdum. O vaxtdan yadımda darısqal və tozlu-torpaqlı küçələri ilə qalıb bu şəhər. Qayğı görməyən, gözdənuzaq, könüldən iraq bir yurd yeri. Şəhərin mərkəzi ilə kənarları bir-birindən seçilmirdi. İndi də yolum tez-tez Culfaya düşür. O illəri xatırlayıram. Gözlərimə inana bilmirəm. Hər gəlişimdə bir yeniliyin şahidi oluram. O illərdən Culfada, demək olar ki, heç nə qalmayıb...

Ardını oxu...

Onlar bugünkü yaşayış tərzindən xeyli razılıq edirlər

İnkişaf kəndlərdən başlanır
Sentyabr ayının 16-da Şərur rayonunun Dəmirçi kəndində yeni sosial obyektlərin açılışında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatların regionların inkişafına, insanların rifah halının yaxşılaşdırılmasına xidmət etdiyini bildirərək demişdir: “Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın siyasi və iqtisadi qüdrətini getdikcə artırır. Bu gün Dəmirçi kəndində istifadəyə verilən yeni sosial obyektlər də bu siyasətin davamıdır. Çünki inkişaf kəndlərdən başlanır. Muxtar respublikamızda kəndlərin kompleks inkişafı, insanların rahatlığının təmin edilməsi diqqət mərkəzindədir”.

Ardını oxu...

Hazırkı dünya təcrübəsində inzibati ərazilərdə insanların məskunlaşma səviyyəsinin  müəyyənləşdirilməsi, miqrasiya və əhali gəlirləri dinamikasının aşkarlanması məqsədilə müxtəlif metodlardan, o cümlədən mənzil bazarı üzrə mövcud qiymətlərin monitorinqindən istifadə olunur. Bu, ilkin və əsas şərtdir. Belə ki, əgər inzibati ərazidə ailələrin dayanıqlı məskunlaşmaya meyli güclüdürsə, bir qayda olaraq, mənzil bazarında tələb təklifi üstələyərək qiymətlərin yüksəlməsini şərtləndirəcəkdir. Qısacası, əhali məskunlaşması aktivləşdikcə həmin ərazidə mənzillərin qiymətinin bahalaşması qaçılmazdır. Bu gün Naxçıvanda bu prosesin normal gedişi əhali gəlirlərinin dinamik artımı fonunda baş verməkdədir.

Ardını oxu...

İnkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün yerlərdə sahibkarlığın inkişafı və onun rolunun artırılması, müasir infra­strukturun yaradılması iqtisadi siyasətin prioritet məsələlərindən biri olmalıdır. Bu məqsədlə muхtаr rеspublikаmızdа dа sаhibkаrlıq mühitinin fоrmаlаşmаsına, sаhibkаrlıq subyеktlərinin fəаliyyətinin stimullаşdırılmаsı və gеnişləndirilməsinə dövlət maliyyə dəstəyi göstərilir, idxaləvəzləyici və ixracyönümlü məhsullar istehsal edən emal və sənaye müəssisələri yaradılır.
Nахçıvаn şəhərində fəаliyyət göstərən “Ləzzət Biskvit və Şokolad Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti də özəl bölmənin, sаhibkаrlıq fəаliyyətinin inkişаfınа yаrаdılаn şərаitdən, göstərilən dövlət qаyğısındаn bəhrələnmişdir. İstehsal sahəsinin yaradılmasına 1 milyon 716 min 960 manat vəsait sərf olunmuşdur ki, bunun 1 milyon 12 min manatı Sahibkarlığa Kömək Fondu tərəfindən, 704 min 960 manatı isə daxili imkanlar hesabına ödənilmişdir.  

Ardını oxu...

Şərur rayonunun Xanlıqlar kəndində kompleks quruculuq tədbirləri həyata keçirilir. Bu tədbirlərdən biri təhsilin səviyyəsini yüksəltmək üçün 200 şagirdin oxuduğu mövcud məktəb binasının yenidən qurulmasıdır. Binaya daha bir korpus artırılıb. Yeni məktəb binası 396 şagird yerlik olacaq.
Məktəb 23 sinif otağından, 3 laboratoriyadan, hərbi kabinədən, kompüter otağından, elektron lövhəli siniflərdən, kitabxana və idman zalından ibarətdir.
İnsanın sağlamlığı cəmiyyətin sağlamlığıdır. Yalnız sağlam olanlar xalqın xeyrinə qurub-yaratmaq üçün özünün yaradıcı imkanlarından tam istifadə edə bilərlər. Xanlıqlarda ucaldılan ikimərtəbəli, 14 otaqlı həkim ambulatoriyası da bu məqsədə xidmət edir. Burada əczaxana, uşaq həkimi, stomatoloq, ginekoloq, doğuş, müayinə, manipulyasiya otaqları var. Yeni səhiyyə ocağında əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək üçün hər cür şərait yaradılacaq.

Ardını oxu...

Muxtar respublikamızda qədim yurd yerləri kifayət qədərdir. Bu ərazilərin əksəriyyəti əcdadlarımız üçün mühüm əhəmiyyət daşımış, zaman keçdikcə mövcud təbii şərait həmin yerlərin kənd yaşayış yerlərinə çevrilməsində böyük rol oynamışdır. Təbii ki, müasir dövrdə yaşamaq üçün, sadəcə, təbii şərait yetərli deyil. Müasir dövrdə insanların elə müasir də tələbatları olur. Bu tələbatların ödənilməsi isə böyük zəhmət, əzmkarlıq və mütərəqqi ideyaların tətbiqini tələb edir. Muxtar respublikamızın kənd yaşayış yerləri ildən-ilə insanların daha çox bağlandığı, yaşamaq, işləmək, istirahət etmək istədiyi ünvanlara çevrilir. Belə kəndlərdən biri də Culfa rayonunun Kırna kəndidir.
Kırna kəndi rayon mərkəzindən 30 kilometr şimalda, Haça dağın ətəyində yerləşir. Əhalisi 1541 nəfər olan kənddə təsərrüfat sayı 447-yə çatır. Kəndin təbii-coğrafi mövqeyi burada əkinçilik və heyvandarlığın inkişafı üçün gözəl şərait yaradır. Elə buna görə də kənd camaatı uzaq keçmişdən günümüzədək bu sahələri inkişaf etdirməyə çalışıblar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2013-cü ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 389 milyon 789 min manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da 2012-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 9,9 faiz çoxdur. Ümumi Daxili Məhsulun sahə strukturunda ilk yeri sənaye, ikinci yeri isə tikinti sahəsi tutmaqdadır.
Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2012-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 8,7 faiz artaraq 3233,6 manata (4121,3 ABŞ dollarına) çatmışdır.

*    *    *

2013-cü ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 623 milyon 211 min 300 manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricini 12,8 faiz üstələmişdir.

Ardını oxu...

Ordubad rayonunda son illər həyata vəsiqə alan yeni obyektlər sırasında daha çox diqqəti cəlb edən məktəb binalarıdır. Cari ildə də rayonun bir neçə kəndində bu istiqamətdə tədbirlər davam etdirilir. Yeni inşa olunan belə obyektlərdən biri Sabirkənd tam orta məktəbi üçün nəzərdə tutulan binadır. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçılarına həvalə olunmuş obyektin tikintisinə mart ayında başlanılıb. İnşaatçılara hərtərəfli iş şəraiti yaradılmasının nəticəsidir ki, məktəb binasında bütün tikinti işləri əsasən başa çatdırılıb. Çardaq hissə qurulub, qapı-pəncərələr salınıb, döşəmə və tavan işlənilib. 378 şagird yerlik məktəb binası 4 mərtəbədən ibarətdir. Burada işıqlı sinif otaqları, müxtəlif laboratoriyalar, elektron lövhəli sinif, kompüter sinfi, zəngin kitabxana müəllim və şagirdlərin ixtiyarına veriləcək. Şagirdlər fiziki hazır­lıq dərslərinin keçilməsi üçün yaradılan və müasir qurğularla təchiz olunmuş idman zalından istifadə etmək imkanı qazanacaqlar. Hazırda inşaatçılar binada son tamamlama işləri və təhsil ocağının yerləşdiyi ərazinin abadlaşdırılması ilə məşğuldurlar.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikasında ödəniş sistemlərinin təkmilləşdirilməsi, nağdsız ödəmələrin azaldılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Bu tədbirlərin yüksək sürətlə həyata keçirildiyi bölgələrimizdən biri də Babək rayonudur.
Rayon Vergilər Şöbəsindən aldığımız məlumata görə, 24 sentyabr tarixə rayonda 17 POS-terminal, 86 nəzarət-kassa aparatı fəaliyyət göstərir. Ciddi hesabat blankları tətbiq edilmiş obyektlərin sayı isə 33-ə çatdırılıb. Əhali arasında nağdsız ödənişlərin üstünlükləri barədə məlumatlandırma işləri sürətləndirilib, nağd puldan istifadə edən zaman pul itkisi ilə üzləşmə hallarının qaçılmaz olduğu vətəndaşların diqqətinə çatdırılıb. Əhalidə yüksək ödəniş mədəniyyətinin formalaşdırılması, insanlara elektron ödəniş xidmətlərindən və nağdsız ödəniş alətlərindən istifadə vərdişlərinin aşılanması, ödəniş kartlarının üstünlükləri və imkanları, habelə kredit təşkilatlarının, pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrinin və kart sahiblərinin hüquq və öhdəlikləri haqqında ictimaiyyətə daha ətraflı məlumatın təqdim edilməsi keçirilən görüşlərin əsas məqsədlərindən olub.
Məlumatda o da bildirilir ki, dövlət və özəl müəssisələrdən 1629 vergi ödəyicisinin qeydə alındığı rayonda aparılan operativ vergi nəzarəti tədbirləri zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması ilə bağlı 4 vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilib. Vergi orqanlarında uçotda durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir şəxs aşkar edilib. Fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını həyata keçirən 3 vətəndaşa cərimə tətbiq olunub. Cari ildə rayon Vergilər Şöbəsi tərəfindən valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkar edilməyib. Vergi nəzarəti tədbirləri davam etdirilir.

Xəbərlər şöbəsi

Cari ilin taxıl tədarükü mövsümünü uğurla başa çatdıran muxtar respublikanın torpaq mülkiyyətçiləri, sahibkar və fermerlər havaların əlverişli keçməsindən səmərəli istifadə etməyə səy göstərirlər. Onlar 2014-cü ilin bol məhsulunun əsasını qoymaq üçün şum qaldırılmasını sürətlə davam etdirirlər. Bunun üçün əvvəlcədən görülən hazırlıq tədbirləri bəhrələrini verir. Yanacaq tədarükü, texnika üçün zəruri ehtiyat hissələrinin əldə olunması diqqət mərkəzində saxlanıldığından şum qaldırılmasında ciddi problemlərlə üzləşilmir. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız operativ məlumata görə, muxtar respublikada sentyabr ayının 23-dək 7 min 680 hektar sahədə şum qaldırılıb. Şum qaldırılmasında keyfiyyət amilinə ciddi diqqət yetirilir. Çünki məhsuldarlığın artırılmasında keyfiyyətli şum xüsusi əhəmiyyətə malikdir.
Babək rayonunun taxılçıları 2840 hektar sahəni əkinəyararlı vəziyyətə gətiriblər. Şum qaldırılmasında babəklilərdən sonra şərurlular irəlidə gedir. Bu bölgədə 1695 hektar sahə şumlanıb. Kəngərli rayonunda isə hələlik 1200 hektar sahədə şum qaldırılması başa çatdırılıb. Culfalılar 805 hektar sahədə şum qaldırılmasını yekunlaşdırıblar. Ordubad rayonunda 407, Şahbuzda 358, Sədərək rayonunda 240, Naxçıvan şəhərində isə 135 hektar sahə şumlanıb.
Şum qaldırılması sürətlə davam etdirilir.

Xəbərlər şöbəsi

Muxtar respublikamızda həyata keçirilən iqtisadi inkişaf strategiyasının mühüm bir istiqaməti də əhalinin ilin bütün fəsillərində yüksəkkeyfiyyətli ərzaq məhsullarına olan tələbatının ödənilməsidir. Bu məqsədlə idxaldan asılılığın tədricən azaldılaraq aradan qaldırılması üçün geniş soyuducu anbar və istixana kompleksləri yaradılmaq­­da, onların gücündən istifa­də olunmaqdadır. Naxçıvan Mux­­­­­tar Respublikası İqtisadi İnkişaf Nazirliyindən bu barədə redaksiyamıza daxil olan son məlumatda bu ilin 1 iyul tarixindən 23 sentyabradək muxtar respublikada fəaliyyət göstərən soyuducu anbarlara tədarük edilən meyvə-tərəvəzin həcminin 650 tona çatdığı bildirilir. Builki payızda yetişdirilmiş bol məhsulun anbarlara tədarükü qarşıdakı qış fəslində muxtar respublika əhalisinin keyfiyyətli yerli məhsullarla təmin olunacağından xəbər verir. Xatırladaq ki, hazırda muxtar respublikada ümumi tutumu 11 min 770 ton olan 14 soyuducu anbar fəaliyyət göstərir.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikasında əhaliyə yüksəkkeyfiyyətli məhsullar təklif olunmaqla nümunəvi xidmət etmək imkanlarına malik müasir ticarət mərkəzləri tikilib istifadəyə verilir. Belə müəssisələrdən biri də “Cahan” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan şəhərindəki Ə.Əliyev küçəsində fəaliyyət göstərən “Cahan” Ticarət Mərkəzidir.
Ticarət kompleksinin ikimərtəbəli əsas binasında və kompleksə daxil olan tikililərdə 228 standart ölçüyə malik ticarət obyekti və kənd təsərrüfatı məhsulları bazarı fəaliyyət göstərir.
“Cahan” Ticarət Mərkəzi fəaliyyətə başladığı dövrdən ötən müddət ərzində ticarət mərkəzinə istər alıcı, istərsə də satıcı qismində müraciət edənlərin sayı qat-qat artmış, kompleksin yenidən qurulması və yeni korpusun inşa olunması zərurəti yaranmışdır. Digər sahibkarlıq subyektləri kimi, “Cahan” Məhdud Məsuliyyətli Cəmiyyəti də göstərilən dövlət qayğısından bəhrələnmiş, təqdim olunmuş layihəyə uyğun Sahibkarlığa Kömək Fondundan dövlət maliyyə dəstəyi göstərilmişdir. Cari ilin aprel ayından kompleksin ərazisində 8750 kvadratmetr torpaq sahəsi ayrılmış, 350 mağazanın və digər xidmət sahələrinin fəaliyyət göstərəcəyi ikimərtəbəli yeni korpusun inşasına, cari ilin iyun ayından isə “Cahan” Ticarət Mərkəzinin əsas binasında yenidənqurma işlərinə başlanılmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən quruculuq tədbirlərinin böyük bir hissəsini təhsil müəssisələrinin tikintisi təşkil edir. Son 18 il ərzində regionda 200-ə yaxın məktəb binası tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq şagird və müəllimlərin istifadəsinə verilib. Ali təhsil müəssisələrinin də yenidən qurulmasına, maddi-texniki bazalarının təkmilləşdirilməsinə böyük diqqət yetirilib. Son illərdə Naxçıvan Dövlət Universitetində tədris korpuslarının, Tələbə evinin, Tələbə Sosial Xidmət Mərkəzinin inşası və ya müasir səviyyədə yenidən qurulması, eyni zamanda muxtar respublikanın pedaqoji kadrlara ehtiyacını ödəyən Naxçıvan Müəllimlər İnstitutu binasının əsaslı təmir-bərpa işlərindən sonra istifadəyə verilməsi təhsilə göstərilən böyük diqqətin nəticəsidir. Görülən işlərdən bu il muxtar respublikanın özəl ali təhsil müəssisəsi olan Naxçıvan Özəl Universitetinə də pay düşüb.

Ardını oxu...

Babək rayonunda 50-dən çox emal və istehsal müəssisəsi fəaliyyət göstərir

Sahibkarlıq elə bir fəaliyyət sahəsidir ki, inkişaf etmiş ölkələrdə bu sahəyə qayğı ciddi önəm verilən vəzifəyə çevrilib. Çünki ölkə iqtisadiyyatını bunsuz təsəvvür etmək mümkün deyil. Bu sahəyə daim qayğı ilə yanaşan, respublikamızın sosial-iqtisadi inkişafını sahibkarlıq fəaliyyəti ilə çox sıx şəkildə əlaqələndirən ulu öndərimiz Heydər Əliyev deyirdi: “Azərbaycanda bazar iqtisadiyyatının həyata keçirilməsi və onun bir hissəsi olan sahibkarlıq prosesinin yaranması və inkişaf etdirilməsi asan bir şey deyildir. Bizim hamımız birlikdə on illərlə mərkəzləşmiş dövlət iqtisadiyyatı şəraitində yaşamışıq. O dövrdə heç bir sahibkarlığa imkan verilmirdi. Və insanlar nəsildən-nəslə sahibkarlığın nə olduğunu unudurdular. İndi sahibkarlığı yenidən bərpa etmək, insanları buna alışdırmaq, onlarda sahibkarlıq keyfiyyəti yaratmaq, insanlarda sahibkarlıq xüsusiyyətləri tərbiyə etmək, yüksəksəviyyəli sahibkarlar hazırlamaq, milli sahibkarlar yaratmaq – bunlar vaxt tələb edir. Bunlar eyni zamanda dövlətin qayğısını tələb edir”.

Ardını oxu...

Payızlıq taxıl və yonca əkini kampaniyasını mütəşəkkil qaydada və optimal müddətdə başa çatdırmaq məqsədilə Babək Rayon İcra Hakimiyyətində maarifləndirici tədbir keçirilib. Tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Əliyev açaraq onun mahiyyətindən danışıb.
“Taxıl sahələrinin əkinə hazırlanması, toxumun seçilməsi, səpilməsi, sahələrin şırımlanması və suvarılmasının əkin texnologiyasına uyğun aparılması haqqında” İcra Hakimiyyəti başçısının müavini Əbdülhüseyn Zaman­ovun məruzəsi dinlənilib. Qeyd olunub ki, göstərilən hərtərəfli dövlət qayğısı hesabına ölkəmizdə aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında kompleks şəkildə aparılan tikinti-qurucu­luq işlərinin bir hissəsini də ictimai yaşayış binalarının təmiri və yenidən qurulması təşkil edir. Hazırda Naxçıvan şəhərindəki bir çox yaşayış binalarının fasadı yenilənir, kommunikasiya xətləri dəyişdirilir, sakinlər üçün rahat yaşayış şəraiti yaradılır.
Əliabad qəsəbəsində yerləşən yaşayış binalarına da bu işlərdən xeyli pay düşüb. Belə ki, təmirinə bu ilin mart ayından başlanılmış Əcəmi küçəsindəki 1-ci və 2-ci binalarda işlər başa çatdırılıb, 3-cü binada isə təmir işləri davam etdirilir. Sonuncu yaşayış binasında dam örtüyü dəyişdirilib, pəncərələr yeniləri ilə əvəz edilib. Binanın fasad hissəsinin üzlənməsi yekunlaşıb, dəhlizlər təmir olunub. Təmirinə ötən ayın əvvəllərindən başlanan adıçəkilən binada, digərlərində olduğu kimi, mərkəzi antenna sistemi quraşdırılıb. Hazırda su təchizatının yenilənməsi işləri görülür. “Cahan İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılan təmir işləri yaxın vaxtlarda başa çatdırılacaqdır.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikasında əlverişli sahibkarlıq və biznes mühitinin formalaşması xarici iş adamlarının da Naxçıvana investisiya yatırmaqla yeni istehsal sahələri yaratmasına səbəb olmuşdur. Belə müəssisələrdən biri də Naxçıvan şəhərindəki Şəhriyar 1 ünvanında fəaliyyətə başlayan “Nuhçıxan” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
“Nuhçıxan” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Uğur Qaraxan söhbətində qeyd etdi ki, əvvəllər Naxçıvana, sadəcə, turist kimi səfərlər edərdik. Bu bölgədə özəl bölməyə, sahibkarlıq fəaliyyətinə yaradılan şəraiti görüb, biz də investisiya qoymaqla yeni bir istehsal sahəsi yaratmaq qərarına gəldik. 2012-ci ilin may ayında müəssisə üçün ayrılmış binada əsaslı təmir və yenidənqurma işlərinə başlanıldı. Təqribən bir il müddətində inşaat işləri başa çatdırıldı. Layihəyə uyğun yenidən qurulan üçmərtəbəli binada istehsal sahələri, xammal və hazır məhsulların saxlanılması üçün anbar, laboratoriya, yeməkxana, inzibati və digər yardımçı otaqlar istifadəyə verilmişdir. Ümumilikdə, müəssisə üçün ayrılmış binanın yenidən qurulmasına və müasir texnoloji avadanlıqların alınmasına 2 milyon manat vəsait sərf olunmuşdur.

Ardını oxu...

Muxtar respublikanın elektrik enerjisinə olan tələbatının 60 faizi su elektrik stansiyaları hesabına ödənilir

Azərbaycan Respublikasının Prezidenti İlhаm ƏLİYEV: Bu gün Azərbaycan enerji təhlükəsizliyi məsələlərində nəinki bölgədə, eyni zamanda qitədə öz rolunu oynayır. Bu rol artır və getdikcə imkanlarımız daha da genişlənəcəkdir. Biz artıq ölkə daxilində enerji təhlükəsizliyi məsələlərini yüz faiz həll etmişik...   Naxçıvanın enerji təhlükəsizliyi tam şəkildə təmin edilibdir. Naxçıvanda enerji potensialının həcmi tələbatdan bir neçə dəfə artıqdır. Ancaq su elektrik stansiyalarının öz xüsusiyyətləri vardır. O, təbiətdən qaynaqlanan bir enerjidir, gücdür. Əminəm ki, gələcəkdə bu sahədə əlavə tədbirlərin görülməsi nəticəsində Naxçıvandan qonşu ölkələrə daha da böyük həcmdə elektrik enerjisinin ixracı mümkün olacaqdır.

Yaşlı və orta nəslin yaxşı yadındadır ki, ötən əsrin 90-cı illərinin əvvəllərində muxtar respublikanın enerji təsərrüfatı iflic vəziyyətinə düşmüşdü. Bədnam ermənilərin əsassız torpaq iddiaları ucbatından yollarımız bağlanmış, kommunikasiya xətlərimiz kəsilmiş, sözün həqiqi mənasında, dünyadan təcrid olunmuşduq. Bir neçə il davam edən bu vəziyyət naxçıvanlıların ümidlərini qıra bilmədi. Bu qədim diyarın sakinləri yurd yerinin ata-baba əmanəti olduğunu dərindən dərk edərək çətinliklərə sinə gərməyi özlərinə borc bildilər. O illərdə ulu öndər Heydər Əliyevin çıraq işığında imzaladığı müxtəlif sərəncamlar, fərmanlar bu gün Naxçıvana gecəli-gündüzlü işıq sevinci bəxş edib. Dahi rəhbərin uzaqgörən siyasətinin Naxçıvanda uğurla davam etdirilməsi bu sevincə əlavə çalarlar qatmaqdadır. Burada istər-istəməz dönüb geriyə baxırsan. O illəri xatırlayırsan. İnsana, onun layiq olduğu səviyyədə yaşamasına qayğının prioritet vəzifəyə çevrildiyi muxtar respublikamızda həyata keçirilənlərin, qurulub-yaradılanların həcminin getdikcə artması bu siyasətin bariz ifadəsidir. Həyatımızın digər sahələri ilə yanaşı, muxtar respublikada enerji təsərrüfatı da özünün yüksək inkişaf mərhələsinə qədəm qoyub.

Ardını oxu...

Paytaxt Naxçıvan şəhərinin yaxınlığında yerləşən Babək rayonu ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci ildə təşkil olunub. Ötən dövr ərzində bölgə böyük inkişaf yolu keçib. Burada yeni infrastruktur yaradılıb, emal və istehsal müəssisələri fəaliyyətə başlayıb. Rayon təşkilatları üçün inzibati binalar inşa edilib. Bu gün başdan-ayağa yaşıllığa bürünən rayon mərkəzi Babək qəsəbəsi və kənd yaşayış məntəqələri həyata keçirilən quruculuq tədbirləri hesabına müasir görkəm alıb. Son 17 ildə ümummilli lider Heydər Əliyev siyasətinin Naxçıvan Muxtar Respublikasında uğurlu davamını Babək rayonunun timsalında da görmək mümkündür. Hər il rayon mərkəzində və kənd yaşayış məntəqələrində məktəb, səhiyyə, mədəniyyət müəssisələri üçün binalar, hüquq-mühafizə orqanları, rabitə və digər sahələr üçün yeni obyektlər inşa olunur. Həmin obyektlərdə müasir iş şəraiti yaradılır. Bu cəhətdən 2013-cü il də istisna deyil. Hazırda rayon mərkəzində və bir neçə kənddə müxtəliftəyinatlı obyektlərin inşası aparılır.  

Ardını oxu...

Yaxın vaxtlarda Naxçıvan şəhərində yenidən qurulmuş və ən müasir avadanlıqlarla təchiz olunmuş daha bir təhsil ocağı qapılarını müəllim və şagirdlərin üzünə açacaq. Naxçıvan şəhərindəki 11 nömrəli tam orta məktəbin binasında aparılan yenidənqurma işləri davam etdirilir.
“Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yenidənqurma işlərinin aparıldığı məktəb binası zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. 1100 şagird yerlik nəzərdə tutulmuş məktəbin zirzəmi hissəsində kitabxana, laboratoriyalar, müəllim və şagirdlər üçün yeməkxana və idman zalı yerləşəcək. Binanın birinci mərtəbəsində müəllimlər otağı, müxtəlif iş otaqları, ikinci və üçüncü mərtəbələrin hər birində isə 2 kompüter otağı, 1 elektron lövhəli sinif, digər fənn kabinələri və sinif otaqları olacaq.
Hazırda binada hörgü və suvaq işləri aparılır, dam örtüyünün vurulması yekunlaşdırılır, kommunikasiya sistemləri quraşdırılır. İnşaatçılar məktəb binasını vaxtında təhvil vermək üçün səylə çalışırlar.

Xəbərlər şöbəsi

İnsan sağlamlığı cəmiyyətin sərvətidir. Yalnız sağlam olanlar dövlətin və xalqın xeyrinə qurub-yaratmaq üçün özünün yaradıcı imkanlarından tam istifadə edə bilərlər. Odur ki, Naxçıvan Muxtar Respublikasında insanların sağlamlığının qorunmasına, səhiyyənin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Səhiyyə sistemində aparılan islahatlar tibb ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə, xidmətin keyfiyyətcə yaxşılaşmasına zəmin yaradıb. 

Son illər Naxçıvan şəhərində fəaliyyət göstərən əksər səhiyyə müəssisələri üçün yeni binalar inşa edilib, bölgələrimizdə müasir tələblərə cavab verən xəstəxanalar tikilərək istifadəyə verilib. Muxtar respublikanın ən böyük səhiyyə müəssisəsi olan Naxçıvan Muxtar Respublika Xəstəxanası binasının yenidən qurulması da səhiyyə quruculuğu istiqamətində atılan növbəti addımdır.

Ardını oxu...

Bank sistemində, bütövlükdə, iqtisadi inkişafda ölkəmizin qazandığı dayanıqlı inkişaf xətti özünü ölkə başçısının “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” 2012-ci il 14 mart tarixli Fərmanı ilə ötən ilin ikinci yarısından başlayaraq keçmiş SSRİ dövründə məlum proseslər nəticəsində batmış əmanətlərin qaytarılması ilə bir daha göstərmişdir. Dövlətimiz özünə aid olmayan təəhhüdü, yəni keçmiş SSRİ-nin batırdığı əmanətləri qaytarmaqla mənafeləri pozulmuş əmanətçilərə və onların varislərinə, bütövlükdə, bütün ölkə əhalisinə qayğısını bir daha nümayiş etdirmişdir. Azərbaycanda həmin əmanətlərin qaytarılmasında əmanətçilərin xeyrinə tətbiq olunan qiymətləndirmə indiyə qədər MDB məkanında tətbiq olunmuş ən yüksək qiymətləndirmədir. Əhalinin bütün təbəqələrinin maraqları nəzərə alınmaqla əmanətlərin geri qaytarılması zamanı yarana bi­ləcək hüquqi və texniki məsələlərin həll olunması üçün verilən imkanlar və kifayət qədər vaxt da dövlətin bu məsələnin həllinə nə qədər maraqlı olduğunu bir daha göstərir.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumata görə, muxtar respublikada fəaliyyət göstərən Kapital Bankın Baş İdarəsi və onun rayon filialları tərəfindən əmanətlərin qaytarılması üçün lazımi şərait yaradılmışdır. 2012-ci il iyun ayının 1-dən başlayaraq 2013-cü il sentyabr ayının 10-dək olan məlumata görə, 37 min 524 nəfər əmanətçiyə 13 milyon 992 min 555 manat nağd pul vəsaiti ödənilmişdir. Qeyd edək ki, əmanətlərin qaytarılması 2013-cü il dekabr ayının 31-dək davam etdiriləcəkdir.

Xəbərlər şöbəsi

Taxılçılıq muxtar respublika iqtisadiyyatında başlıca yer tutan əkinçilik sahələrindən biridir.
Cari ildə taxıl əkini keçirilmiş 35 min 324 hektar sahədə aqrotexniki qaydalara ciddi riayət edilmiş, taxılçılar 102 min 960 ton məhsula sahib olmuşlar. Hər hektarda məhsuldarlıq 29,1 sentner təşkil etmişdir. Gələn ilin bol məhsulunun əsasını qoymaq üçün sahələrdə şum aparılmasına başlanılmışdır.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız operativ məlumata görə, sentyabr ayının 9-dək muxtar respublikada 4660 hektar sahədə şum qaldırılmışdır. Şum qaldırılmasında Babək rayonu irəlidə gedir. Bu bölgədə 1595 hektar sahə əkinəyararlı vəziyyətə gətirilmişdir. Şərurlu taxılçılar da vaxtdan səmərəli istifadə etməyə səy göstərirlər. Onlar 950 hektar sahədə şum qaldırmışlar. Kəngərli rayonunda da bu iş sürətlə davam etdirilir. Bu bölgədə isə mexanizatorlar 900 hektar sahədə şum aparmışlar. Culfa rayonunda 601, Ordubad rayonunda 280, Şahbuz rayonunda 178, Sədərək rayonunda 112, Naxçıvan şəhərində 44 hektar sahə şumlanmışdır.

Xəbərlər şöbəsi

Sentyabrın 10-da Türkiyənin Şimal-Şərqi Anadolu İnkişaf Agent­liyinin təmsilçiləri ilə Naxçıvan Biznes Mərkəzində görüş keçirilib. Türkiyənin Ərzurum, Ərzincan və Bayburt bölgələrinin tarixi və mədəni dəyərlərinin təbliğində, eyni zamanda turizm, iqtisadiyyat və digər sektorların inkişafında mühüm rol oynayan agentliyin nümayəndələri mərkəzdə yerli məhsullardan ibarət sərgi ilə tanış olublar. Qonaqlara muxtar respublikada istehsal edilən məhsullar haqqında ətraflı məlumat verilib.
Sonra keçirilən görüşdə qardaş Türkiyə və Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasındakı mədəni və iqtisadi əlaqələrdən söhbət açılıb. Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Cenk Ünal son illər mühüm nailiyyətlər əldə edən Naxçıvan Muxtar Respublikasının sürətli inkişafından danışıb, dostluq və qardaşlıq təməli üzərində qurulan münasibətlərin daha da dərinləşdirilməsinin zəruriliyindən bəhs edib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti üçün Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində yeni bina inşa edilir.
“Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən ucaldılan zirzəmi ilə birlikdə altı mərtəbədən ibarət binada əsas işlər başa çatdırılıb. Binanın son mərtəbəsi mansardtiplidir. Ötən ildən etibarən inşasına başlanan binada hazırda arakəsmələrin hörgüsü, suvaq işləri aparılır, kommunikasiya xətlərinin çəkilişi gedir. Obyektə çox sayda texnika və işçi qüvvəsi cəlb edilib. Binanın inşasında yüksəkkeyfiyyətli yerli inşaat materiallarından istifadə olunur, obyektin vaxtında təhvil verilməsi üçün səy göstərilir.

Xəbərlər şöbəsi

İnsana qayğı olan yerdə...

İnsana qayğı göstərilən, onun yaxşı yaşayışı diqqət mərkəzində saxlanılan məmləkətlərdə həmişə inkişaf və tərəqqi olub. Blokada şəraitində yaşayan Naxçıvanda inkişafa nail olmağın çətinlikləri birə-beş qat artıq olsa da, inkişaf faktı faktlığında qalır. Təbii ki, bütün bunlar hər bir naxçıvanlı üçün qürur mənbəyinə çevrilib. Bu torpağın yurdsevər insanları inkişaf və tərəqqinin ön sıralarında getməyi, bu prosesə töhfə verməyi özlərinin vətəndaşlıq borcu sayırlar.
Muxtar respublikamızın qovuşduğu bu firavan günləri Şərur rayonunun Qarxun kəndinin də timsalında aydın görmək olar. 605 təsərrüfatı, 2130 sakini olan Qarxun Şərur şəhərindən 2 kilometr aralıda yerləşir. Son illər bu yaşayış məntəqəsində aparılan kompleks quruculuq tədbirləri kəndə müasir görkəm verib.

Ardını oxu...

“Bu ilin ilk 7 ayında İSO beynəlxalq idarəetmə sistemlərinin tətbiqi ilə əlaqədar müəssisələrdə ma­arifləndirmə və hazırlıq işləri aparılıb, 2 müəssisəyə Almaniyanın DQS Şirkəti tərəfindən İSO 9001 beynəlxalq idarəetmə sertifikatı verilib”. Bu məlumat qəzetimizə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən daxil olub.
Məlumatda o da bildirilir ki, bəhs olunan dövrdə komitə tərəfindən 324 təsərrüfat subyektinə standartların tələbləri barədə ma­arifləndirici məktublar göndərilib. Ticarət obyektlərindən 138 min 594,4 manat dəyərində standartın tələblərinə uyğun olmayan, yararlılıq müddəti bitmiş məhsul aşkar edilərək satışının qarşısı alınıb. 3312 manat dəyərində məhsul istehsalçı müəssisəyə geri göndərilib, 4906 manat dəyərində məhsul yem məqsədilə hərbi hissə və təsərrüfatlara təhvil verilib. 54 min 990 manatlıq spirtli içkinin satışına qadağa qoyulub, 52 min 965 manatlıq eyniadlı məhsul isə istehsalçı müəssisəyə geri göndərilib.

Ardını oxu...

Gəmiqaya Holdinqin fəaliyyət devizidir

“Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının müxtəlif istehsal sahələrində istehsal edilən, “Badamlı”, “Bərəkət”, “Mirvari” və “Qızıl damla” əmtəə nişanları ilə satışa çıxarılan kaqor, kəmşirin, ağ və qırmızı süfrə şərabları, “Badamlı” təbii mineral süfrə suyu, meyvə nektarları, halva, un, müxtəlif çeşiddə çörək, makaron, ət və süd, eləcə də şirniyyat kimi sənaye məhsulları keyfiyyət göstəriciləri ilə seçilir, alıcılar tərəfindən rəğbətlə qarşılanır. Bu məhsulların lazımi şəraitdə saxlanılması və istehlakçılara keyfiyyətlə çatdırılması mühüm əhəmiyyətli sahə kimi diqqət mərkəzində saxlanılmış, 2010-cu ilin mart ayında “Gəmiqaya Bərəkət Bazarlama” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətə başlamışdır.

Ardını oxu...

Muxtar respublikamızda yerli xammaldan səmərəli istifadə etməklə daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsullar istehsal edən müxtəliftəyinatlı yeni istehsal müəssisələri yaradılır və ya mütərəqqi texnologiyalar tətbiq olunmaqla fəaliyyəti dayanmış müəssisələrin işi bərpa edilir. Tikinti materiallarına olan tələbatın ödənilməsi istiqamətində də mühüm işlər görülür, tikinti materialları istehsal edən müəssisələr fəaliyyətə başlayır. Təbii ki, bu da tikinti-quraşdırma işlərinin sürətlə aparılmasına rəvac verir. 

“Gəmiqaya Kərpic Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti də son illər Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri nəticəsində yerli tikinti materiallarına olan tələbatın ödənilməsi zərurətindən yaradılmışdır.

Ardını oxu...

Sentyabrın 6-da Naxçı­van Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə yaradılması iqtisadi cəhətdən səmərəli hesab edilən layihələrin təqdimatı məqsədilə Naxçıvan Biznes Mərkəzində sahibkarlarla görüş keçirilib.
Tədbiri iqtisadi inkişaf naziri Famil Seyidov açaraq muxtar respublikada sahibkarlığın inkişafı üçün yaradılan şərait­dən danışıb. Qeyd olunub ki, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi inkişaf strategiyası bu gün uğurla inkişaf və davam etdirilir. İqtisadi tərəqqinin əsas təməl prinsiplərindən olan sahibkarlıq mühitinin genişləndirilməsi, sahibkarlara hərtərəfli dövlət qayğısının göstərilməsi, fəaliyyət sahəsindən asılı olmayaraq, onlara müxtəlif güzəştli kreditlərin verilməsi həyata keçirilən mühüm tədbirlərdəndir. Bunun nəticəsidir ki, muxtar respublikamızda sahibkarlar dövlət dəstəyindən lazımınca yararlanır, onların sayı ildən-ilə artır.

Ardını oxu...

Muxtar respublikamızın təbii sərvətlərindən səmərəli istifadə olunmaqla yeni emal və sənaye müəssisələri həyata vəsiqə alır, daxili bazarın tələbatına uyğun yüksəkkeyfiyyətli yerli məhsullar istehsal edilir, əhalinin məşğulluğu təmin olunur, maddi rifahı daha da yaxşılaşır. Belə istehsal müəssisələrindən biri də Babək rayonunun Sirab kəndində fəаliyyət göstərən “Savalan-S” kiçik müəssisəsidir. 1997-ci ildən fəaliyyətə başlayan müəssisədə Rusiyаdan alınmış, gündəlik istehsal gücü 2000 şərti butulka olan yarımavtomatlaşdırılmış istehsal xətti quraşdırılmış, mineral su istehsalına başlanmışdır.
Mineral su müəssisəyə “Kalbayağıl” adlanan yerdəki bulaqlardan yeraltı paslanmayan borularla çəkilmişdir. Su mənbəyinin təhlükəsizliyini təmin etmək məqsədilə bulağın ətrafı hasara alınmış, burada bina tikilmişdir. Məlumat üçün qeyd edək ki, mineral su yatağı 3 yeraltı mineral su hövzəsindən ibarətdir və Naxçıvan şəhərindən 14,6 kilometr şimal-şərqdə, Babək rayonunun Sirab kəndi ərazisində, dağ ətəyində yerləşir. Mineral su əvəzsiz süfrə suyu olmaqla bərabər, yüksək müalicəvi əhəmiyyətə malikdir. Belə ki, ağciyər, öd kisəsi, həzm yolları və böyrək xəstəlikləri, mübadilə pozğunluqları zamanı istifadə edilir. Həmçinin qan dövranını, tənəffüsü, regenerasiyanı, ürək fəaliyyətini yaxşılaşdırır, mədə-bağırsaq xəstəlikləri zamanı şirəqovucu kimi əhəmiyyətlidir, dilin dad reseptorlarının həssaslığını yüksəldir, aerozol şəklində tənəffüs yolları xəstəliklərinə və allergiyaya müsbət təsir edir.

Ardını oxu...

Bu gün üçrəngli bayrağımız Naxçıvan şəhərinin ən hündür nöqtəsində, Pişəvəri küçəsində salınan Bayraq Meydanında dalğalanır. 2011-ci ildən “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən tikilən meydanda ilkin mərhələdə 5 hektardan artıq ərazidə genişmiqyaslı torpaq işləri aparılıb, bayraq gövdəsinin ətrafında səkkizguşəli bina tikilib, 53 metrlik bayraq sütunu ucaldılıb. Bayraq Muzeyi üçün inşa olunan binanın ətrafı səkkizguşəli ulduzu birləşdirən klassik üslublu sütunlarla bəzədilib, yerə üzlük mərmər və qranit lövhələr döşənib. Hazırda muzey binasında dizayn işləri aparılır, ətrafda abadlıq işləri görülür, işıqlandırma sistemləri quraşdırılır. Obyektdə əsas tikinti işləri, demək olar ki, yekunlaşdırılıb.
Bayraq Meydanının yaxınlığında salınan Fəxri Xiyabanda da işlər sürətlə davam etdirilir. Burada ilkin mərhələdə genişmiqyaslı torpaq işləri aparılıb, 10-dan çox terras yaradılıb. Əraziyə daş düzülüb, yaşıllıq zolaqları üçün ərazilər ayrılıb, işıqlandırma sistemi quraşdırılıb. Fəxri Xiyabanın giriş qapısında və inzibati hissəsində isə işlər yekunlaşdırılıb, müasir işıqlandırma sistemləri qurulub. Möhtəşəm görüntüsü olan xiyabanın girişində daşoyma üsulu ilə hazırlanmış, gül və yarpaq ornamentləri ilə bəzədilmiş tağlar, qövsvari və nəbati elementlərlə bəzədilən dəmir şəbəkəbənd formasında qapılar salınıb. Ümumiyyətlə, burada aparılan genişmiqyaslı tikinti-quraşdırma tədbirləri şəhərimizin bu hissəsini də yeni görünüşə, əzəmətə qovuşdurub. Tikinti işlərinin sürətlə aparılması və inşaatçıların əzmkarlıq göstərməsi belə deməyə əsas verir ki, hər iki obyekt yaxın vaxtlarda istifadəyə hazır olacaq.

Xəbərlər şöbəsi

Yol mədəniyyətdir. Hamımızın tez-tez eşitdiyimiz iki sözdən ibarət olan bu cümlə özündə sadə, sadə olduğu qədər də mürəkkəb bir mənanı ehtiva edir. Müasir anlamda səliqəli, rahat yollar bir ölkənin inkişafını, tərəqqisini göstərən əsas amillərdən biri hesab olunur. Elə ölkə ilə ilk tanışlığa, müxtəlif tarixi və mədəni abidələrlə, mədəni mərkəzlərlə tanışlığa da yol, sözün əsl mənasında, yollardan keçir. Bu, “Yol mədəniyyətdir” cümləsinin dar çərçivədə izahıdır. Cümlənin geniş mənada izahı isə daha dərin tarixi-kulturoloji məna kəsb edir. Buradakı “mədəniyyət” sözü sivilizasiya – mədəni sistem kimi xarakterizə olunur. Çünki yaranışının bəşər tarixindən də qədim olduğu söylənilən yollar məhz bəşər sivilizasiyasının ilk mərkəzlərində formalaşmışdı. Yolların yaranma tarixindən danışan tədqiqatçılar hesab edirlər ki, bu tarix öz başlanğıcını yer üzərində yaşayan bütün canlıların hərəkət zamanı buraxdığı izlərdən götürmüşdür. Belə ki, vəhşi heyvanların sürü halında bir yerdən digər yerə – çaylara, otlaqlara getmələri nəticəsində yaranan izlər uzun müddət tapdandıqdan sonra cığır (yol) halına düşmüşdür. Nəticədə, geniş sahəni əhatə edən cığırlar yaranmışdır ki, bunlar da çox minilliklərdən sonra təbii yol vəziyyətinə düşmüşlər. Ən qədim insanın ilk yolu isə onun sığındığı təbii sığınacaqlara getmək üçün keçdiyi ərazi olmuşdur. Nəzərə alsaq ki, ölkəmizin ərazisində ilk insan dəstələrinin əmələ gəlməsi təqribən 1,5-1,7 milyon il əvvələ təsadüf edir, Azərbaycanda yol tarixinin başlanğıcını da elə bu dövrdən götürmək olar.

Ardını oxu...

Növbəti əməkhaqları artımı bunu bir daha təsdiqlədi

Ölkənin iqtisadi inkişafı dövlətin bu sahədə yeritdiyi mühüm tənzimləmə tədbirlərinə əsaslanır. Belə vacib funksiyaları həyata keçirmək üçün dövlət lazımi maliyyə vəsaitlərindən istifadə edərək öz sosial-iqtisadi inkişaf siyasətini həyata keçirir. Bu baxımdan mühüm iqtisadi tənzimləmə mexanizmlərindən biri olan maliyyə-büdcə münasibətləri ilə əldə edilən göstəricilər, son nəticə etibarilə, özünü güclü dövlətlərə xas olan tarazlı inkişaf və yüksək həyat səviyyəsində göstərir. 

İqtisadiyyat mövzusu həmişə aktualdır və iqtisadi inkişafın müxtəlif məsələləri ayrı-ayrı şəxslərdən tutmuş dövlət rəhbərləri səviyyəsinədək hər zaman müzakirələr obyekti olub, bir çox hallarda gəlir və xərclərin düzgün idarə olunması qayğısı ilə ifadə olunur. Belə ki, hər bir subyekt öz maliyyə vəziyyətinə daim nəzarət etdiyi kimi, dövlətin də qarşısında öz gəlir və xərclərini günün reallıqları əsasında tərtib etməklə artan büdcəyə malik olmaq vəzifəsi dayanır. Çünki geniş büdcə möhkəm iqtisadiyyata malik olan güclü dövlətin əlində ən mühüm tənzimləmə aləti və ölkə əhalisinin yaxşı yaşamasının bir nömrəli qarantıdır.

Ardını oxu...

Hərtərəfli dövlət qayğısı bu sahəyə marağı daha da artırıb

Sahibkarlığın inkişafı muxtar respublikamızda diqqət mərkəzində saxlanılan sahələrdən birinə çevrilmişdir. Ümumilikdə isə son illər aparılan uğurlu islahatlar iqtisadiyyatın bütün sahələrinin inkişafına təkan vermişdir. Güclü investisiya qoyuluşu, müasir texnologiyaların tətbiqi, idarəetmə təcrübəsi rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, mövcud müəssisələrin yenidən qurulmasına, yeni iş yerlərinin açılmasına və nəticə etibarı ilə, xalqın maddi rifahının yüksəldilməsinə şərait yaratmışdır. 

Bunun nəticəsidir ki, təkcə 2012-ci ildə muxtar respublikada əvvəlki illə müqayisədə 15,7 faiz çox, daha dəqiq desək, 799 milyon 492 min manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Sənaye sahəsində inkişafın dinamikliyinin qorunub saxlanması üçün yeni istehsal və xidmət obyektlərinin fəaliyyətə başlaması davamlı olaraq dəstəklənməkdədir. 2012-ci ildə yerli xammaldan istifadəyə əsaslanan və daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsul istehsal edən müxtəliftəyinatlı istehsal və xidmət müəssisələri yaradılmışdır. Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada 344 növdə yerli məhsul istehsal olunmaqdadır. Bu məhsulların 115 növü ərzaq, 229 növü qeyri-ərzaq məhsullarıdır. 106 növdə ərzaq və 224 növdə qeyri-ərzaq olmaqla, ümumilikdə, 330 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.

Ardını oxu...

İnkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün yerlərdə sahibkarlığın inkişafı və onun rolunun artırılması, müasir infrastrukturun yaradılması iqtisadi siyasətin prioritet məsələlərindən biri olmalıdır. Bu məqsədlə muхtаr rеspublikаmızdа dа sаhibkаrlıq mühitinin fоrmаlаşmаsı, iş аdаmlаrı üçün əlvеrişli şərаitin yаrаdılmаsı istiqаmətində аrdıcıl və məqsədyönlü tədbirlər həyаtа kеçirilir. Sаhibkаrlıq subyеktlərinin fəаliyyətinin stimullаşdırılmаsı və gеnişləndirilməsi məqsədilə dövlət maliyyə dəstəyi göstərilir, idxaləvəzləyici və ixracyönümlü məhsullar istehsal edən emal və sənaye müəssisələri yaradılır.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR