22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasında ödəniş sistemlərinin təkmilləşdirilməsi, nağdsız ödəmələrin azaldılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Bu tədbirlərin yüksək sürətlə həyata keçirildiyi bölgələrimizdən biri də Babək rayonudur.
Rayon Vergilər Şöbəsindən aldığımız məlumata görə, 24 sentyabr tarixə rayonda 17 POS-terminal, 86 nəzarət-kassa aparatı fəaliyyət göstərir. Ciddi hesabat blankları tətbiq edilmiş obyektlərin sayı isə 33-ə çatdırılıb. Əhali arasında nağdsız ödənişlərin üstünlükləri barədə məlumatlandırma işləri sürətləndirilib, nağd puldan istifadə edən zaman pul itkisi ilə üzləşmə hallarının qaçılmaz olduğu vətəndaşların diqqətinə çatdırılıb. Əhalidə yüksək ödəniş mədəniyyətinin formalaşdırılması, insanlara elektron ödəniş xidmətlərindən və nağdsız ödəniş alətlərindən istifadə vərdişlərinin aşılanması, ödəniş kartlarının üstünlükləri və imkanları, habelə kredit təşkilatlarının, pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrinin və kart sahiblərinin hüquq və öhdəlikləri haqqında ictimaiyyətə daha ətraflı məlumatın təqdim edilməsi keçirilən görüşlərin əsas məqsədlərindən olub.
Məlumatda o da bildirilir ki, dövlət və özəl müəssisələrdən 1629 vergi ödəyicisinin qeydə alındığı rayonda aparılan operativ vergi nəzarəti tədbirləri zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması ilə bağlı 4 vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilib. Vergi orqanlarında uçotda durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir şəxs aşkar edilib. Fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını həyata keçirən 3 vətəndaşa cərimə tətbiq olunub. Cari ildə rayon Vergilər Şöbəsi tərəfindən valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkar edilməyib. Vergi nəzarəti tədbirləri davam etdirilir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR