22 Dekabr 2024, Bazar

Payızlıq taxıl və yonca əkini kampaniyasını mütəşəkkil qaydada və optimal müddətdə başa çatdırmaq məqsədilə Babək Rayon İcra Hakimiyyətində maarifləndirici tədbir keçirilib. Tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Əliyev açaraq onun mahiyyətindən danışıb.
“Taxıl sahələrinin əkinə hazırlanması, toxumun seçilməsi, səpilməsi, sahələrin şırımlanması və suvarılmasının əkin texnologiyasına uyğun aparılması haqqında” İcra Hakimiyyəti başçısının müavini Əbdülhüseyn Zaman­ovun məruzəsi dinlənilib. Qeyd olunub ki, göstərilən hərtərəfli dövlət qayğısı hesabına ölkəmizdə aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub.

Bildirilib ki, Babək rayonunda da əkinçiliyin inkişafı diqqət mərkəzindədir. Torpaq mülkiyyətçilərinə və fermerlərə lizinq yolu ilə yeni kənd təsərrüfatı texnikaları verilib. Onlara elit, I və II reproduksiyalı sort toxumların verilməsinə, torpaq mülkiyyətçilərinin yanacaq və motor yağları ilə təmin olunmasına ciddi yanaşılır. Məhsul istehsalçılarına uzunmüddətli kreditlərin verilməsi ildən-ilə daha geniş vüsət alır. 
Tədbirdə təcrübəli aqronom Tofiq Abutalıbovun, torpaq mülkiyyətçisi Cümşüd Novruzovun çıxışları olub. Onlar bildiriblər ki, əkinçilikdə yüksək məhsul əldə etmək üçün bütün aqrotexniki tədbirlər vaxtında yerinə yetirilməlidir. Bu məqsədlə sahə seçərkən sələf bitkiləri nəzərə alınmalı, torpağın mexaniki tərkibi öyrənilməli, onun qida maddələri ilə təminolunma dərəcəsi müəyyən edilməli və sonra şumun aparılması üçün hazırlıq işləri görülməlidir. Təcrübə göstərir ki, payızda əkiləcək bitkilərin normal və mərhələli inkişafı toxumların vaxtında səpilməsindən asılıdır. Səpin zamanı toxumlar torpağa elə dərinlikdə basdırılmalıdır ki, onlar rütubət, istilik və hava ilə normal təmin oluna bilsinlər.
Yığıncaqda iştirak edən torpaq mülkiyyətçilərinin və fermerlərin sualları cavablandırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR