22 Dekabr 2024, Bazar

Yaxın vaxtlarda Naxçıvan şəhərində yenidən qurulmuş və ən müasir avadanlıqlarla təchiz olunmuş daha bir təhsil ocağı qapılarını müəllim və şagirdlərin üzünə açacaq. Naxçıvan şəhərindəki 11 nömrəli tam orta məktəbin binasında aparılan yenidənqurma işləri davam etdirilir.
“Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yenidənqurma işlərinin aparıldığı məktəb binası zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. 1100 şagird yerlik nəzərdə tutulmuş məktəbin zirzəmi hissəsində kitabxana, laboratoriyalar, müəllim və şagirdlər üçün yeməkxana və idman zalı yerləşəcək. Binanın birinci mərtəbəsində müəllimlər otağı, müxtəlif iş otaqları, ikinci və üçüncü mərtəbələrin hər birində isə 2 kompüter otağı, 1 elektron lövhəli sinif, digər fənn kabinələri və sinif otaqları olacaq.
Hazırda binada hörgü və suvaq işləri aparılır, dam örtüyünün vurulması yekunlaşdırılır, kommunikasiya sistemləri quraşdırılır. İnşaatçılar məktəb binasını vaxtında təhvil vermək üçün səylə çalışırlar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR